< <
1 / total: 6

Giriş

Passiv sözünün lüğətdəki mənası “bir şeyə qarşı reaksiya verməyən, aktiv olmayan, durğun, utancaq”dır. “Passiv bir insan” dedikdə xarakter etibariylə şövqsüz, ətrafında baş verən hadisələrlə maraqlanmayan, insanların sıxıntıları və problemləri ilə maraqlanmayan, ətrafındakı çatışmazlıqlara çıxış yolu tapmaq niyyətində olmayan, utancaq, öz kiçik aləmində yaşayan bir insan modeli ağıla gəlir. Bu kitabda, bəhsi keçən durğun xarakteri qəsdən nümayiş etdirərək bu çirkin modeli hiyləgərcəsinə müsəlmanlar arasında yaşatmağa çalışan insan xarakterini izah edəcəyik. Bu insan modelini “pasifist”, yəni “pasifizmi müdafiə edən” kimi qeyd edəcəyik.

Müsəlmanlar arasında olan bəzi insanlar iman edənlərin imani şövq və həyəcanına uyğun gəlməyən bir xarakterə sahib ola bilərlər. Bu kəslər müsəlmanların yaşadığı yüksək iman həyəcanını içlərində yaşamaz, onların xoşbəxtlik və hüzurundan uzaq, soyuq və donuq bir həyat yaşayarlar. Bu kəslər, Allahın böyüklüyünü anlamağı, Quran əxlaqını mənimsəməyi istəmədiklərindən, din əxlaqının yaşanması və izah edilməsi məqsədiylə edilən hər cür cəhddə həmişə geridə qalan, hadisələri uzaqdan izləməklə kifayətlənən bir görünüş nümayiş etdirərlər. Nə həyatlarında, nə də iman anlayışlarında aktiv, ağıllı və sağlam bir yanaşma tərzləri yoxdur.

Sevgi, yaxınlıq, səmimiyyət, dostluq, qardaşlıq, sədaqət, vəfa, bağlılıq kimi Allahın razı olacağını bildirdiyi müsəlmanların üstün əxlaq xüsusiyyətlərindən məhrumdurlar. Bu kəslər qəsdən tətbiq etdikləri passivlikləri, cansız, şövqsüz və donuq şəxsiyyətləriylə ətraflarındakı insanlara mənfi təsir edən, soyuq, laqeyd, olduqca ciddi və yaxınlıq qurulması qeyri-mümkün olan, bunların hamısından vacibi də Allah qorxuları olmayan, xain xarakterli insanlardır. Allah Quranda, “içərinizdə elələri də var ki, cihada çıxdıqda özlərini yubandırar və sizə bir müsibət üz vermiş olduqda: “Allah mənə mərhəmət göstərdi ki, mən onlarla birlikdə bəlaya düçar olmadım” – deyər.” (Nisa surəsi, 72) ayəsiylə müsəlmanlara bu xarakterdəki insanların şəxsiyyətlərindən xəbər verir.

Allah Quranda olan daha bir çox ayə ilə, müsəlmanların Quran əxlaqını təbliğ etməkdəki şövqlərini və aktivliklərini, asta davranaraq yox etməyə çalışan bu xarakterdəki insanları bizlərə tanıdır. Onların bu hiyləgər sakitliklərinin və astalıqlarının altında yatan həqiqi niyyətlərini, gizli planlarını başa düşməyimizi təmin edən olduqca əhəmiyyətli məlumatlar verir.

Müsəlmanları passivləşdirməyi qarşılarına məqsəd qoyan bu insanlar, möminlərlə birlikdə yaşayan, iman etdiyini deyən ancaq münafiq xarakterli rəftarlar göstərən və ya qəlblərində xəstəlik olan insanlar ola bilər və ya hələ imanı tam olaraq qavraya bilməmiş, Allahı lazım olduğu kimi təqdir edə bilməyən zəif imanlı kəslər ola bilər. Bu insanlar, möminlərin arasında olmalarına baxmayaraq din əxlaqını başa düşməkdə və yaşamaqda bitərəf, zəif davranar, digər möminlərin də özləri kimi olmalarını istəyərlər. Bunlarla yanaşı, cahiliyyə əxlaqını yaşayan və ya inkar edənlər arasında da müsəlmanları zəiflətmək, şövqlərini və həyəcanlarını yox etmək istəyən kəslər ola bilər və bu insanlar da möminlərin fəaliyyətlərinə maneə törədə bilmək üçün var gücləriylə çalışarlar. Bütün bu kəslər, möminləri passivləşdirmək üçün açıq şəkildə fəaliyyət göstərə biləcəkləri kimi, hiyləgər və gizli üsullardan da istifadə edə bilərlər. Məsələn, münafiqlər və qəlblərində xəstəlik olan kəslər, inkar edənlərlə əməkdaşlıq edərək öz aləmlərində açıq şəkildə möminlərin əleyhinə tələlər qura bilərlər. Beləcə, iman edənlərin ziyana uğramasını hədəfləyərlər. Bununla birlikdə, verdikləri məkrli təlqinlər, neqativ söhbətlər və davranışlarıyla da iman edənləri passivləşdirməyə çalışa bilərlər.

Digər tərəfdən bu insanların demək olar ki, hamısının ortaq olan bəzi aspektləri var. Bu əlamətlərin, iman edənlərin arasında olsalar da, onlardan uzaqda olsalar da bəhsi keçən insanlarda yaranması qaçınılmazdır. Əqli zəiflik, fərasətsizlik, tənbəllik, qorxaqlıq, xəyanətkarlıq, hiyləgərlik, mal ehtirası, neqativlik, sevgisizlik, qürur, qısqanclıq kimi -səmimi möminlərdə Allahın izni ilə əsla rast gəlinməyən- bəzi əsas xüsusiyyətlər, bu kəslər üzərində tez-tez müşahidə olunar. Bu ortaq xüsusiyyətlər, müxtəlif mühitlərdə və ya eyni mühitlərdə belə olsalar bu kəslərin, lazım gəldikdə möminlər əleyhində ittifaq edə bilmələrinə səbəb olar.

Buna görə də kitab boyu, əsas olaraq müsəlmanların arasında yaşayan və onları passivləşdirməyə çalışan kəslərin istifadə etdikləri gizli və açıq üsullar araşdırılarkən, bir tərəfdən də bu kəslərlə ittifaq etmə imkanına sahib inkarçıların xüsusiyyətlərinə toxunulacaq. Beləcə, iman edənləri passivləşdirmək niyyətində olan bütün insan xarakterləri ifşa ediləcək. Müsəlmanlara düşən vəzifənin, din daxilində passiv və şövqsüz bir müsəlman modeli yaratmaq istəyən bu pis niyyətli insanlara qarşı, Quran ayələrində bildirilən fikri mübarizəni həyata keçirmək və onların digər insanları da passivləşdirmələrinə mane olmaq olduğu izah olunacaq.

 

1 / total 6
"Harun Yəhyanın Dində Pasifizm kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com