Qətiyyən Anlamazlıq Etməyin
GirişHər səhər yuxudan oyanıb yeni bir günə başlayırsınız. Yataqdan qalxıb əl-üzünüzü yuyur, bəzən tələsik hazırlaşıb sürətlə harasa çatmağa çalışırsınız. Hər insan kimi siz də ya məktəbə, ya işə gecikməməyə çalışır, ya da hər hansı gündəlik məşğuliyyətə yönəlirsiniz. Məktəbinizə, iş yerinizə çatdığınız və ya hər hansı gündəlik məşğuliyyətinizə başladığınız zaman nəsə bacarmağa, öyrənməyə, qazanmağa çalışır, sürətlə keçən zaman içində birdən-birə axşam olduğunu görürsünüz. Axşam evinizə qayıdır, evdəki günlük işlərinizlə məşğul olursunuz. Bəzən dəyişiklik olaraq hər hansı dost yığıncağında və ya hər hansı əyləncə məclisində iştirak edir, kinoya gedir, sonra da evinizə qayıdıb yatırsınız. Ertəsi səhər yuxudan oyandıqda isə bir gün əvvəl etdiklərinizi təkrar etməyə başlayırsınız. Bəs bütün bunları edərkən bilmədiyiniz daha vacib şeylər ola bilərmi? Hər insan kimi həyatınızı "gündəlik həyatın ritmi" içində keçirərkən nəyi isə unuda, nəzərdən qaçıra və ya görüb də anlamazlıqdan gələ bilərsinizmi? Bu suallara hər insanın verəcəyi cavab, "bəli" olmalıdır. Çünki insanların əksəriyyətinin həyata dair düşünmədikləri, maraqlanmadıqları, görüb də üzərindən keçdikləri bir çox təfərrüat var. Məsələn, ilk növbədə bu sualları düşünə bilərsiniz:
Siz əlinizdə bu kitabı tutmuş, kreslonuzda oturduğunuzu düşünərkən, əslində bəzi heyrətverici hadisələrin reallaşdığının, məsələn, kosmosda saatda 1670 km sürətlə səyahət etdiyinizdən xəbəriniz varmı? Yaxud kitabınızı oxuyarkən içində olduğunuz geniş otağın (yaxud da hər hansı məkanın) kosmosda toz zərrəciyi qədər belə yer tutmadığını düşünürsünüzmü? Yaxud da düşünə bilən yeganə varlıq olaraq içində yaşadığınız kainatdakı mükəmməl şəkildə yaradılmış nizamı dərk edirsinizmi? Yuxarıdakı sualları səhifələrlə çoxaltmaq mümkündür. Ancaq burada bu bir neçə sualın verilməsinin məqsədi insanların düşüncələrini məhdudlaşdıran qəflət pərdəsini az da olsa aralamaqdır. Həmçinin bu sayədə kitab boyunca üzərində dayanacağımız mühüm mövzular barəsində oxuyucunu dərin düşünməyə yönəltməkdir. Bir qədər əvvəlki suallar üzərində bunları düşünməyə başlamış ola bilərsiniz: "Yaxşı, bəs yuxarıdakı sualların həyatımdakı yeri nədir? Gündəlik həyatın gedişatında bu sualları düşünməyim həqiqətən də əhəmiyyət daşıyırmı? Məgər sabah, sabahkı imtahanım və ya günortadan sonra keçirəcəyim iclas barədə düşünməyim daha vacib deyil?" Bu düşüncələr bəzi insanların qapıldığı yanlış fikri əks etdirir. Bir insan üçün işi, məktəbi, evi, gələcəklə bağlı planları, əlbəttə, vacibdir, lakin bütün bunlardan daha vacib mövzular da var: insan hər şeydən əvvəl bu dünyada nə etdiyini, hansı məqsədlə mövcud olduğunu, mütləq həqiqət olan ölümlə birlikdə hara gedəcəyini, sərhədsiz böyüklükdəki bir kainat daxilində səthində yaşadığı möhtəşəm planetin necə əmələ gəldiyini, bu planet üzərindəki canlıların və ən əhəmiyyətlisi də özünü Yaradanın kim olduğunu düşünməlidir. Əgər səmimi şəkildə düşünsə və qarşılaşdığı həqiqətləri dərk etsə tək bir nəticəyə gələcək: üzərində yaşadığı dünya, ucsuz-bucaqsız kainat, ətrafında gördüyü növbənöv bitkilər, heyvanlar, canlı-cansız bütün varlıqlar və ən əhəmiyyətlisi də insanın özü üstün qüdrət sahibi Allahın mükəmməl yaratmasının bir nəticəsidir. İnsan Allahın Zatını görə bilməz, amma Onun varlığını və qüdrətini ətrafında var olan saysız-hesabsız dəlildən anlaya bilər. Həmçinin Onun insanlardan istədiklərini, əmrlərini, məmnuniyyətini qazanmağın yollarını səmimiyyəti dərəcəsində dərk edə bilər. Allah Quranda belə buyurur: Gözlər Onu dərk etməz. O isə bütün gözləri dərk edər. O, Lətifdir, Xəbərdardır. De: “Həqiqət budur ki, sizə Rəbbinizdən bəsirətlər gəlmişdir. Kim bəsirətlə görsə, xeyri onun özünə, kim də kor olsa (görmək istməsə) zərəri öz əleyhinə olar. Mən sizin üzərinizdə gözətçi deyiləm”. (Ənam surəsi, 103-104) Siz də bu həqiqəti düşünün və sizi ucsuz-bucaqsız bir kainata yerləşdirən Allahın üstün qüdrətini qətiyyən anlamazlıq etməyin. Ağıllı Dizayn, Yəni YaradılışKitabda hərdənbir qarşınıza Allahın yaratmasındakı mükəmməlliyi vurğulamaq üçün işlətdiyimiz "dizayn" sözü çıxacaq. Bu sözün hansı məqsədlə istifadə edildiyinin doğru başa düşülməsi çox vacibdir. Allahın bütün kainatda mükəmməl dizayn yaratmış olması, Rəbbimizin əvvəlcə plan qurduğu, sonra isə, yaratdığı demək deyil. Bilinməlidir ki, yerlərin və göylərin Rəbbi olan Allahın yaratmaq üçün hər hansı bir “dizayn” etməyə ehtiyacı yoxdur. Allah eyni anda dizayn edir və yaradır. Allah bu cür çatışmazlıqlardan uzaqdır. Allahın, bir şeyin və ya bir işin olmasını istədikdə, onun olması üçün yalnız "Ol" deməsi kifayətdir. Ayələrdə belə buyurulur: Bir şeyin olmasını istədikdə, Onun əmri təkcə: “ol” deməsidir, o da dərhal olar. (Yasin surəsi, 82) Göyləri və yeri (nümunəsiz şəkildə) yaradan Odur. O bir işin olmasına qərar versə ona təkcə: “ol” deyər - o da dərhal olar. (Bəqərə surəsi, 117)
|