Darvinizmin ən böyük girdabı: həyat necə başlayıb?

 

31 oktyabr 2016-cı il tarixində təkamülçü internet saytı «BBC News»də "həyatın başlanğıc sirrinin həllinə daha yaxın olduğumuzu" iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan "həyatın başlanğıcı" sualına darvinist açıqlama verdiyi təəssüratı yaratmaq idi. Darvinistlər bu məğlubiyyətin ardından "xilas etmə əməliyyatına" başladılar.

 

Məqalənin əvvəlində bu yazının yaradılış həqiqətinə ideoloji etiraz olaraq hazırlandığı açıq şəkildə bildirilirdi.

 

"Həyat necə başlayıb? Bəşəriyyət tarixi boyu demək olar ki, hər kəs fövqəltəbii qüvvələrin bunu etdiyinə inanıb. Fərqli yanaşmanı düşünməyiblər. Bu artıq düzgün deyil. Ötən əsr boyu bəzi elm adamları həyatın ilk dəfə necə ortaya çıxdığını izah etməyə çalışıblar. Öz laboratoriyalarında təsadüfi şəkildə yeni həyatı ortaya çıxarmağa cəhd ediblər. Bu günə qədər bunu bacaran olmasa da, uzun yol qət etmişik. Bu gün həyatın mənşəyi üzərində çalışan elm adamlarının çoxu düzgün yolda olduqlarına əmindir, təcrübələri də bu inamlarını dəstəkləyir".

 

Darvinistlər əllərində heç bir sübut olmadığını lap başdan etiraf edir, amma "çox yol qət etdikləri"ni deyərək müəyyən anlayış yaratmağa çalışırdılar. Məlum olduğu kimi, sübut olunmamış bir iddiaya inanmaq elmi deyil, ideoloji yanaşmadır. Yazını qələmə alan Marşal "dünyada həyatın başlanğıcı sirri" başlığı ilə oxucularına sirr verəcəyi imicini verib. Bir tərəfdən müxtəlif elmi iddialar sadalayır, bir tərəfdən də bunların nə üçün təkamüllə ola bilməyəcəyinə toxunaraq qərəzsiz yanaşmağa çalışıb. Ancaq yazının sonunda yenə irəli sürdüyü saxta dəlillərə əsaslanaraq "təkamüllü həyatın başlanğıcını indi anlamağa başlayırıq" istiqamətində fikir bildirib. Halbuki hekayədən ibarət "dəlillərin" sübut olunmuş heç bir əsası yoxdur. Sadəcə fərziyyələrlə, "bu və ya başqa bir şey baş vermiş ola bilər" şəklində bir qismi xəyali, bir qismi də o günlərin şərtlərinə uyğun olmayan iddialar irəli sürülür.

 

Sözügedən iddiaların elmi əsassızlığına toxunsaq:


 

Abiyogenez: dəlili olmayan ssenari

 

Həyatın necə başlandığının izahı təkamül ssenarisinin ən qaranlıq tərəflərindən biridir. Abiyogenez, yəni cansız maddələrdən canlıların formalaşması məsələsində təkamülçülərin heç bir açıqlaması yoxdur. Çəkilən "təkamül ağaclarında" ilk hüceyrə öncəsi dövr dumanlı şəkildə göstərilərək bu dövrə aid məlumatın olmadığı qəbul edilir. Hətta bu cür suallardan qaçmaq üçün "təkamül ilk hüceyrə əmələ gəldikdən sonrakı növlərin şaxələnməsi mərhələlərini açıqlayır. İlk hüceyrə məsələsi abiyogenezin mövzusudur, təkamülün deyil" kimi ifadələrə əl atırlar. Hətta təkamülçü Riçard Doukinsin həyatın dünya xaricindən gələn "özünü kopyalayan xəyali molekul" ilə başlamış ola biləcəyini söyləməsi də, həyatın dünyada təsadüfi yolla ortaya çıxmasının mümkünsüzlüyünü qəbul etmək deməkdir.

(https://www.youtube.com/watch?vvo6r5mtxcrı)

Bundan 4  il əvvəl Doukins öz fonduna aid internet saytında "həyatın necə başladığına dair nəzəriyyə irəli sürmə" ilə bağlı 2 milyon funt-sterlinq mükafatlı müsabiqə elan etmişdi. Belə bir araşdırma müsabiqəsinin elan edilməsi də təkamül nəzəriyyəsinin əsasını təşkil edən həyatın başlanğıcının bu günə qədər izah etmək bir yana qalsın, nəzəriyyəsinin belə hələ formalaşmadığının bir sübutudur.

 

"BBC News" saytında yerləşdirilən məqalədə keçən bir sıra iddiaları bir-bir nəzərdən keçirək.

 

Elmi olaraq ruhun mövcud olmadığının sübut edilməsi fikrinin yanlışlığı

 

Müəllifə görə materialist anlayışla ruhun varlığı rədd edilmişdir. Buna dəlil olaraq da 19-cu əsrin əvvəllərindən etibarən canlı hüceyrə əmələ gətirən bir sıra molekulların laboratoriya şəraitində əldə edilməyə başlaması göstərilmişdir. Sidik cövhərinin ammonium sianatdan əldə olunmasının da bu cərəyanın başlanğıcı olduğunu söyləmişlər.

 

1859-cu ildə Darvinin "Növlərin mənşəyi" kitabı ilə həyatın qeyri-adi müxtəlifliyinin ortaq əcdaddan gəldiyi sübut edildiyi, beləcə ruh anlayışının elmi olaraq sona çatdığı iddia edilmişdir.


 

Müasir elmi kəşflərdən xəbərdar bir insanın ruhun olmadığına dair təqdim etdiyi "sübutların" bayağılığı başadüşülən deyil. "Təkamül nəzəriyyəsi ortaya atıldı və beləliklə ruhun varlığı məsələsi ortadan qalxdı" kimi bəsit məntiq, dəlil yox, çox çürük iddiadır. Əvvəla, təkamül nəzəriyyəsi hər cəhətdən tənəzzül etmiş nəzəriyyədir. Nə bioloji həyatın varlığı, nə də darvinistlərin ən böyük müəmması olan ruhun varlığı barədə açıqlama verə bilmişdir. Verə bilməsi də mümkün deyil. Buradakı iddiaya qayıtsaq, fiziki olaraq bədənimizi meydana gətirən bütün material təbii olaraq qeyri-üzvi maddələrdən, yəni atomlardan əldə edilir. Ammonium siyanattan sidik cövhərinin əldə edilməsi yalnız sadə kimyəvi kəşfdir. Bu maddənin əmələ gəlməsi üçün onsuz da üzvi quruluşa ehtiyac yoxdur. Üzvi formaların əsasını təşkil edən zülal, şəkər, yağ və nuklein turşusu molekulları isə canlı hüceyrələrə ehtiyac duyur. Hüceyrə xaricində, şüurlu laboratoriya şəraitində istehsal edilə bilməz. Qaldı ki, laboratoriya şəraitində istehsal edildiyini fərz etsək belə, bu hal yenə ruhun varlığını ortadan qaldıracaq bir dəlil deyil. Hüceyrənin hər bir orqanı, hər bir zülalı tam şüurla hərəkət edir. Buna verəcəyimiz bir çox nümunə var. Məhz bu şüurun qaynağı metafizik güc olmadan açıqlana bilməz. Bu səbəbdən canlı aləmi yalnız maddə ilə açıqlamaq mümkün deyil.

 

Darvinistlər əgər ruhun varlığı məsələsinə toxunmaq istəyərlərsə, bu halda, təkcə elektrik siqnallarını rəngarəng dünya kimi qavrayan, gözü olmadan görən, qulağı olmadan eşidən varlığın kim olduğunu açıqlamaq məcburiyyətindədirlər. Bu məsələni göz ardı etdikləri müddətcə ruhun varlığı qarşısında çarəsiz olduqlarını da qəbul etmiş olurlar.

 

Məqalədəki "təkamülçü elm adamlarının" ideoloji dünyagörüşləri də olduqca maraqlıdır. Müəllif bunu özü də açıqlayır və Aleksandr Oparin, J.B.S. Xoldeyn kimi həyatın mənşəyini təkamülçü məntiqlə açıqlamağa çalışan insanların hamısının ateist və kommunist anlayışa sahib olduğunu açıq şəkildə bildirir. Almaniyanın Osnabrück Universitetindən Armen Mulkidjaniananın fikrinə görə, "Sovet İttifaqında bu yanaşmalar sevinc içində qəbul edilirdi, çünki Tanrıya [haşa] ehtiyac duymurdular. Qərb dünyasında isə bu istiqamətdə düşünənlərin hamısı solçu, kommunist və ya oxşar fikirdə idilər".

 

Darvinistlərin həyatın necə başladığını açıqlama cəhdləri

 

Darvindən başlayaraq Oparin və Xoldeyn ilə davam edən həyatın ilk əmələ gəlməsinə dair nəzəriyyələri ilk olaraq təcrübə ilə sübut etmək cəhdi məlum olduğu kimi, məşhur Miller-Urey təcrübəsidir. Miller dünyanın başlanğıcında mövcud olduğunu ehtimal etdiyi dörd kimyəvi maddəni şüşə test borularında birləşdirdi. Boruların içində qaynar su, hidrogen qazı, amonyak və metan var idi. Tətbiq etdiyi soyuq tələ üsulu ilə qlisin və alanin amin turşularını əldə etdi. Əldə etdiyi şeyin yalnız cansız maddədən meydana gələn iki molekuldan ibarət olmasına baxmayaraq, bu səriştəsiz təcrübə illərlə təkamülçülərin həyatın mənşəyini açıqlama üsulu olaraq istifadə edildi. Ancaq meydana gətirdiyi ibtidai atmosferin səhv olduğu daha sonra aydın oldu. Sonralar bir neçə təşəbbüs olsa da, artıq heç kəs həyatın mənşəyini bu üsullarla sübut etməyə səy göstərmədi. Elmi bir çox kəşfdən sonra isə həyatın zənn ediləndən daha kompleks olduğu məlum oldu. Canlılar təkcə kimyəvi maddələri daşıyan çantalar deyildilər. Hər bir hüceyrə bir şəhər qədər mürəkkəb idi. Bu səbəbdən bunları sıfırdan qurmaq düşüncəsi xəyal belə edilə bilməyəcək səviyyədə idi.

 

Bugünkü imkanlarla laboratoriya şəraitində, nəzarət altında bir zülal belə əldə edə bilməmişkən, bunun bir çox dağıdıcı təsirə malik təbiət şəraitində əmələ gəldiyini iddia etmək böyük ağılsızlıqdır. Miller təcrübəsinə bu qədər sahib çıxılmasının səbəbi də təcrübənin nəticə verməsi deyil, əldə başqa bir şeyin olmamasıdır.

 

İbtidai hüceyrə yoxdur

 

Həyatın ortaya çıxmasını təsadüfi inkişafla izah etmək məcburiyyətində qalan "təkamül nəzəriyyəsində" ilk hüceyrənin necə yarandığı təkamülçülər üçün böyük müəmmadır. 3.8 milyard il əvvəl fosil qalıqlarına rast gəldiyimiz ilk hüceyrənin hər cür xüsusiyyəti ilə birlikdə bir anda ortaya çıxması Yaradılışı sübut edirdi. Təkamülçülər isə hələ də bu açıq elmi həqiqəti öz ağıllarına görə ortadan qaldıracaq ssenarilər yaradırlar. Bu ssenarilərə görə, bütün xüsusiyyətləri ilə qarşımıza çıxan bu hüceyrədən çox əvvəl, "ibtidai" sayılacaq "üzvi molekullar və hüceyrələr" olmalıdır. Ancaq bu "ibtidai əcdad" heç vaxt tapılmayıb. Bundan başqa, təkamülçülər bu prosesin necə getdiyinə dair fikir birliyinə malik deyillər, ola da bilməzlər. Çünki hər fərziyyə bir canlı hüceyrənin tam və qüsursuz şəkildə mövcud olmasını şərt qoşur. Darvinistlər isə bir gün birinin gəlib ilk hüceyrənin ortaya çıxmasını açıqlayacağı ümidi ilə ideoloji fikirlərinə möhkəm yapışmağa davam edirlər.

 

Bir hüceyrənin həyatını davam etdirə bilməsi üçün mütləq sahib olmalı olduğu bəzi xüsusiyyətləri var. Bu xüsusiyyətlərdən biri əskik olduğu zaman digər xüsusiyyətlərin olması da mənasızlaşır. Çünki belə bir vəziyyətdə hüceyrə üçün ölüm qaçılmazdır. Hüceyrədə yüzlərlə fərqli detallar,  xüsusiyyətlər vardır və bunlardan birinin belə əskik olması imkansızdır. Dövrümüzdə tez-tez rast gəldiyimiz genetik xəstəliklər bu şəkildə çox kiçik detallardakı pozuntulardan irəli gəlir və bunların nəticələri ciddi xəstəliklər və ya ölümdür. Bu səbəbdən ilk mövcud olan hüceyrə də qüsursuz olmaq məcburiyyətindədir.


 

Bir hüceyrədə mövcud olması zəruri olan əsas xüsusiyyətlər aşağıdakılardır:

 

1.Hüceyrəni xarici mühitdən ayıracaq hüceyrə qılafı

 

2.Hüceyrədəki fəaliyyətlərin davamı üçün lazım olan enerjini təmin edəcək sistem

 

3.Hüceyrənin məlumatını saxlayacaq və gələcək nəsillərə ötürəcək genetik material

 

Burada ümumiləşdirərək saydığımız bu üç xüsusiyyətdən başqa, hüceyrə həzm, ifrazat, hüceyrə skeleti, daşıma sistemi və s. kimi bir çox həyati funksiyaya da malikdir. Əsas funksiya olaraq saydığımız bu üç quruluşu tək-tək nəzərdən keçirək.

 

Hüceyrə qılafı təkbaşına əmələ gələ bilməz

 

Kənardan baxdıqda bir hüceyrəni struktur olaraq xarakterizə edən ən vacib quruluş hüceyrə qılafıdır. Hüceyrə qılafı hüceyrənin əsas hissəciklərinin içəridə kütləvi şəkildə qalması üçün vacibdir. Bunun fərqində olan təkamülçülər hüceyrə üçün lipid molekullarından ibarət olan qılafın vacibliyini dilə gətirirlər. Ancaq burada unudulan məqam lipidlərin də üzvi molekullar olmasıdır. Hüceyrə qılafındakı hər bir lipid molekulu onlarla mərhələli reaksiya nəticəsində və təbii şəkildə çox kompleks bir sistemlə ortaya çıxmışdır. O halda qılafın formalaşması üçün də yenə əvvəldən hazır lipidlərə ehtiyac var. Beləliklə, bunları da hazır edən başqa bir hüceyrəyə ehtiyac var.

 

Hüceyrə qılafının lipid quruluşu yalnız yağda həll edilə bilən kiçik molekulların sərbəst şəkildə qılafdan keçidinə icazə verir. Ancaq su, suda həll edilə bilən maddələr və böyük molekulların keçidinə icazə vermir. Hüceyrə qılafında bu molekulların içəri və ya kənar hərəkətini nəzarətli şəkildə təmin edən zülal quruluşlu qapılar və kanallar olmalıdır. Zülal isə DNT və ya RNT quruluşundan yenə yüzlərlə proteinin köməyi ilə sintezlənmək və hüceyrə pərdəsinə getmək məcburiyyətindədir. Elə isə bu vəziyyətdə də tam funksiyalı bir hüceyrəyə ehtiyac var.

 

Həyati funksiyaların davamı enerji tələb edir

 

Bir hüceyrə içində heç bir mexanizm enerji olmadan fəaliyyət göstərə bilməz. Hüceyrə qılafı daşıma sistemi, zülal hasil edilməsi, parçalanma və s. kimi hər sistem enerjisiz qaldıqda həmin an dayanır. Bu da ölüm deməkdir. Beləliklə, ilk hüceyrədə enerji istehsal edən sistemin varlığı zəruridir. Enerjinin toplanıb istifadə edilə biləcək hala gətirilməsini təmin edən əsas mexanizm fotosintezdir. Günəş enerjisi ilə qlükoza əldə edilir. Qlükoza da qlikoliz ilə ATP-yə çevrilir. Fotosintez ən azı qırx ayrı reaksiya, qlikoliz də 10 ayrı reaksiya tələb edir. Bu pillələrin hər birinin ayrı fermentlərlə sürətləndiyini düşündükdə necə mürəkkəb quruluşla qarşı-qarşıya olduğumuz açıqdır. Belə bir sistem mütləq "ilk hüceyrədə" olmalıdır. Belə mürəkkəb bir quruluşa sahib olan "ilk hüceyrə" isə qətiyyən "ibtidai" deyil. Onsuz da ən qədim fosil hüceyrələrin (3.8 milyon illik siyanobakteriyalar) belə fotosintez etdiyi məlumdur.

 

RNT hüceyrədən əvvəl mövcud ola bilməz

 

DNT-nin zülalların istehsalı üçün istifadə edilməsi prosesi çox mürəkkəbdir. Bu da həyatın mənşəyini təkamüllə izah etmək istəyən hər kəs üçün böyük problem təşkil edir. Çünki bu qədər mürəkkəb quruluşun necə başlamış ola biləcəyini təsəvvür etmək qeyri-mümkündür. Həyatın mənşəyinə dair veriləcək hər hansı bir izah DNT, RNT və ribosoma orqanoidlərindən ibarət kompleksin necə mövcud olduğunu və fəaliyyət göstərdiyini açıqlamalıdır.

 

Ona görə prosesi sadələşdirmək üçün ingilis kimyaçı Lesli Orgel tərəfindən ilk öncə DNT və zülalın olmadığı, yalnız RNT molekullarının meydana gəldiyi irəli sürüldü. Bu molekul DNT kimi özünü köçürməli və zülal kimi qatlanaraq ferment fəallığı da göstərməli idi. Lakin bu iddianın yaranmasına əsas yaradacaq bir sübutu yox idi. Bu iddia tamamilə fəlsəfi fikir idi. Tək başına bir RNT molekulunun bir anda mövcud olduğunu fərz etsək belə, başqa heç bir orqanı olmayan, daha doğrusu bir hüceyrəsi olmayan RNT molekulu necə funksiyasını yerinə yetirib həyatda qalacaqdı?

 

RNT dediyimiz quruluş, yəni ribonuklein turşusu riboza deyilən 5 karbonlu şəkər, pürin və ya pirimidin strukturunda bir nuklein turşusu azot ehtiva edir. Bu üç formanın da üzvi formalar kimi yenə bir hüceyrə daxilində meydana gəlmək məcburiyyətində olduğunu düşündükdə, RNT əsaslı ssenari tamamilə çökmüş olur.

 

Bundan başqa, yaşayan hüceyrələrdə özünü kopyalayan bir RNT-yə rast gəlinməyib. Yəni bu iddia tamamilə xəyalidir. RNT-ni təşkil edən quruluşlar eynilə zülallar kimi, su ehtiva edən mühitdə bir araya gəlib birləşə bilməz, ribosoma və fermentlərdən asılı amillər olmadan meydana gələ bilməzlər. Molekulyar biologiya tədqiqatları ilə tanınan Con Sutherland bunu belə açıqlayır:

 

RNT kimyasının bəzi kilid nöqtələri işləmir. Hər bir RNT nukleotidi şəkər, azot və fosfatdan ibarətdir. Ancaq bu sübut edildi ki, şəkər və azotu birləşməyə razı salmaq mümkün deyil.

 

Yenə məlum olan biologiya kitabı Albertsdə bu vəziyyət belə bildirilir:

 

Təbiətdə özünü kopyalaya bilən RNT molekulları olmamasına baxmayaraq, elm adamları bunları laboratoriyada emal edə biləcəklərindən əmindirlər. (Molecular Biology of The Cell fifth edition Alberts p. 402)

 

Təkamülçülərin genetik material olmadan quraşdırma etməsi çox mənasız olacaq. Genetik material hüceyrəyə aid məlumatları ehtiva edir. Bir DNT olmadan hüceyrəyə məxsus digər strukturların məlumatı qorunmayacaq və həqiqi hüceyrə bölünməsi də baş verməyəcək. Genetik material varlığı da yuxarıda açıqladığımız kimi, bir çox fərqli sistemlərin bir arada olmasına ehtiyac duyur. Bu da bir anda Yaradılış olmadan baş verə bilməz. Əslində bu yazıda müdafiə edilən fikirlərin niyə gerçəkləşməyəcəyinə dair etiraf xarakterli açıqlamalar da verilib. Genetik materialın zəruriliyi belə vurğulanıb:

 

        Hüceyrə divarı olan, ancaq geni olmayan hüceyrə çox şey edə bilməz. Bala hüceyrələrə bölünə bilsə də, özü haqqında heç bir məlumatı balalara ötürə bilməyəcək.

 

Həyat bir anda başlayıb

 

Göründüyü kimi, "təkamül nəzəriyyəsinə" konkret dəlil tapmayan təkamülçü alimlərin nəzəri mənada belə fərziyyələrinə sübut uydurma səyləri uğursuzluqla nəticələnib. Fosil qeydlərində göründüyü kimi, ilk hüceyrə 3.8 milyard il əvvəl bir anda fosil qeydlərində rast gəlinir. Dövrümüzdə araşdırdığımız hüceyrələr mövcud olan bütün xüsusiyyətləri ilə birlikdə ortaya çıxmış və dəyişmədən varlığını davam etdirmişdir. Bundan əvvəl isə yer təbəqələrində həyatın varlığına dair heç bir əlamət yoxdur. Yarı inkişaf etmiş, "təkamül" keçirməyə çalışmış hüceyrə qalıqları yoxdur. Yuxarıda detalları ilə açıqladığımız kimi, tam funksional hüceyrənin varlığından başqa, canlının həyatını davam etdirməsi mümkün deyil. Mərhələ-mərhələ inkişaf edən hüceyrə modeli mümkün deyil.

 

Təsadüfə əsaslandığı irəli sürülən təbii seleksiya yeni məlumat ortaya çıxarma qabiliyyətinə malik olmadığından zülallar və genlər kimi məlumat əks etdirən formaların əmələ gəlməsini izah edə bilməz. Geriyə təsadüf iddiası qalır. Təsadüf iddiası isə insanlıq tarixi boyunca ortaya atılmış ən məntiqsiz, ən gülməli, ən aciz iddiadır.

 

Açıqlanması lazım olan əsl məsələ, həyatın çox mürəkkəb mexanizmini inkişaf etdirmək üçün lazım olan məlumatın haradan gəlməsidir. Təkamülçülərin iddia etdiyi şəkildə material çantanızda atomlar, təbiət qanunları və təsadüflər olsa da, həyat necə ortaya çıxıb? Bu kompleks və ardıcıl məlumat necə ortaya çıxıb? Məhz bu sual darvinistlər üçün cavabsızdır. Bu suala təkamüllə cavab tapmağa çalışdıqları müddətcə də cavabsız qalacaq.

 

"BBC News"in irəli sürdüyü fikirlər müasir dinsiz mədəniyyətin əfsanələridir. Aydın məsələdir ki, həmin yazı darvinistlərin yaşadıqları böyük məğlubiyyəti dəf edə bilmək üçün əl atdıqları zavallı cəhddən ibarətdir.

 

Biz heç vaxt cansız maddənin struktur vahidlərinin öz başlarına kompleks və funksional quruluşu meydana gətirdiklərini görmürük. Bu ancaq insandan da üstün bir ağılın və zehnin istiqamətləndirməsi ilə baş verir. O Ağıl isə bütün açıqlığı ilə qarşımızdadır və yaratdığı hər bir detalda Özünü göstərir. O Ağıl, aləmlərin Rəbbi olan uca Allahdır.

 

Göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Odur. O, yerə girəni də, oradan çıxanı da, göydən enəni də, oraya qalxanı da bilir. Siz harada olsanız belə, O sizinlədir. Allah sizin nə etdiklərinizi görür. (Hədid surəsi, 4)

 

REFERANSLAR

  1. http://www.bbc.com/earth/story/20161026-the-secret-of-how-life-on-earth-began

  2. https://www.youtube.com/watch?v=vO6R5mTXcRI

  3. Molecular Biology of The Cell fifth edition Alberts p 402

 

2016-12-21 15:54:21

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top