< <
1 / total: 8

Giriş: Təsadüf Iddialarinin Məntiqsizliyi

Səhər qalxdığınız andan etibarən qarşılaşdığınız şeyləri düşünün... Başınızın altına qoyduğunuz yastıq, üzərinizə örtdüyünüz yorğan, sizi yuxudan oyadan zəngli saat, qalxar-qalxmaz təmiz hava gəlməsi üçün açdığınız pəncərə, şkafdan asılmış paltarlarınız, hər səhər qalxdıqda baxdığınız güzgü, səhər yeməyində istifadə etdiyiniz çəngəl-bıçaq, çölə çıxarkən özünüzlə götürdüyünüz çətir, mindiyiniz lift, avtomobilinizin qapısını açdığınız açar, yoldakı işıqforlar, yol nişanları, iş yerindəki masanızda duran kağız, qələm və digərləri ...

yağmur damlası, deniz yıldızı

1. Sarkıt kesiti
2. Acıbakla yaprağına düşmüş yağmur damlası
3. Denizyıldızı

Şübhəsiz ki, bütün bunlar bir çox insan tərəfindən üzərində düşünülərək, əmək və vaxt sərf edilərək, müəyyən bir məqsəd üçün hazırlanmışdır. Bu mövzuda heç bir şübhəniz yoxdur və heç kim bunların səhər qalxdığınız anda olduqları yerdə təsadüfən qarşınıza çıxdığını da iddia etməyəcək. Məsələn, heç kim avtomobilinizin açarını təsadüfən onun qapısını aça biləcək şəkildə yonulmuş olduğunu və cibinizə də təsadüfən girdiyini söyləməyəcək. Ya da yoldakı yol nişanlarının olduqları yerlərə təsadüfən yerləşdiyini və təsadüfən onların üzərindəki rənglərlə insanlar üçün bir məna daşıyan yazıların meydana gəldiyini iddia etməyəcək. Eyni şəkildə masanızda duran və forma verilmiş bir naqildən başqa bir şey olmayan sancaq belə oraya təsadüfən, tam kağızları bir yerdə saxlayacaq şəkildə bükülüb qoyulduğunu iddia edən olmayacaq. Çünki bunların hər biri, ölçüləri, formaları, funksiyaları və daha bir çox təfərrüatları dizayn nümunəsidir. Sizin rahatlığınız üçün, ehtiyacınızı qarşılayacaq şəkildə, ağıl işlədilərək hazırlanmışlar və hər birinin ətrafınızda olmasının xüsusi bir səbəbi, müəyyən bir məqsədi vardır.

Bəs onda yolda gedərkən gördüyünüz insanlar, yanından keçdiyiniz ağaclar, önünüzə çıxan it, evinizin tavanına yuva quran göyərçin, masanızda duran çiçəklər, başınızı qaldırıb baxdığınız səma? Sizcə onların varlığının səbəbi təsadüflər ola bilər mi?

Şübhəsiz ki, belə bir ehtimal üzərində düşünmək belə son dərəcə ağılsız bir davranışdır ... Çünki sizi əhatə edən canlı-cansız bütün varlıqlar, bir az əvvəl saydığımız ətrafınızdakı insan əməyinin məhsulu olan əşyalarla müqayisə edilə bilməyəcək, təsadüflərə əsla ehtimal buraxmayacaq mükəmməllikdədir. Bunların hər biri üstün bilik və ağıl tələb edən şüurlu bir yaradılışın nümunələridir. Tək bir sancağın, naqilin təsadüfən düzgün bükülməsi ilə masasına gəlməsini məntiqsiz qarşılayan hər insan insanların, pişiklərin, quşların, ağacların və bütün kainatın da təsadüfən meydana gəlməsinin bunlarla müqayisə edilə bilməyəcək qədər qeyri-mümkün olduğunu əlbəttə ki, görə bilər.

lale sünger

Lale kesiti

Cayman Adasındaki bir sünger türünün kesiti

Ancaq dövrümüzdə bu qədər açıq bir həqiqəti görə bilməyən, daha doğrusu gördüyü halda görməzlikdən gələn insanlar var. Bu kəslər ağacların, quşların, buludların, evlərin, avtomobillərin, sizin, yaxınlarınızın, ətrafınızda gördüyünüz digər insanların və canlı-cansız hər şeyin, qısacası içində yaşadığınız kainatın təsadüflərin əsəri olduğunu iddia edirlər.

“Materialist-darvinist” olaraq tanınan bu kəslər təsadüfləri üstün bir ağıl kimi təqdim edən, ard-arda meydana gələn milyonlarla təsadüfü “yaradıcı bir güc” olaraq göstərən batil bir fikrin müdafiəçiləridir. Materialist-darvinistlərə görə təsadüflər dünyadakı bütün insanların ağlından çox daha böyük bir ağıla sahibdirlər. Yüz minlərlə ildir gəlib-getmiş nə qədər insan varsa, hamısının beynini, ağlını, düşünmə qabiliyyətini, mühakimə və hafizə gücünü, fiziki xüsusiyyətlərini və daha yüzlərlə, minlərlə xüsusiyyətini formalaşdıran gücün “təsadüf” adlı bir “dahi” olduğunu iddia edərlər.

Materialist-darvinistlərə görə bu dahinin fövqəladə hadisələri reallaşdırmaq üçün ehtiyacı olan tək şey isə “zaman”dır. Bu səhv məntiqə görə əgər təsadüfə vaxt verilərsə, cansız və şüursuz atom kütlələrini insanlara, qarışqalara, atlara, zürafələrə, tovuzquşlarına, kəpənəklərə, əncirə, zeytuna, portağala, şaftalıya, nara, qarpıza, qovuna, pomidora, banana, laləyə, bənövşəyə, çiyələyə, gülə və ağlınıza gələn-gəlməyən milyonlarla canlıya çevirə bilər. Üstəlik, bunlarla yanaşı planetləri, ulduzları, Günəşi, bunların hərəkət etdiyi orbitlərini meydana gətirə bilər. Ayrıca, darvinizmə görə bütün şagirdlər, bürokratlar, həkimlər, memarlar, iş adamları, mühəndislər, elm adamları da təsadüflərin səbirli fəaliyyətləri nəticəsində bir az mineral, bir az su və günəşin də iştirakı ilə vaxt ərzində meydana gəlmişlər. Maraqlısı odur ki, bəhsi keçən batil inancın təməli olan bu təsadüf bütü eyni zamanda, kitablarında, konfranslarında, diskussiyalarında öz “təsadüfi mövcudluqlarını” izah edən materialist-darvinistləri də meydana gətirmişdir. Məhz bəzi təkamülçü-materialist elm adamlarının latınca sözlərlə və başa düşülməsi xüsusilə çətinləşdirilmiş ağır bir üslubla izah etdikləri təkamül nəzəriyyəsinin və materialist fəlsəfənin əsasındakı iddia budur.

deniz kabukları mercan kesiti

Deniz kabukları

Mercan kesiti

“Kainatdakı qüsursuzluq təsadüf deyil” adlı bu kitabımızda, özlərini təsadüf çıxılmazlığına salaraq ətraflarındakı yaradılış dəlillərini inkar edənlərin özlərini və içində yaşadıqları kainatı yaradan Allahın açıq-aşkar olan varlığını qəbul etməmək üçün nə cür bir məntiqsizlik içində olduqlarına birlikdə şahid olacağıq.

Ancaq mövzuya keçməzdən əvvəl bir xüsusu qeyd etməkdə fayda var: Materialist-darvinistlərin -bu kitabda nəzərdən keçirəcəyimiz- məntiqsizlikləri və ziddiyyətli izahları tarix boyunca yaşamış bütün bütpərəstlər və inkarçı cəmiyyətlərdə rast gəlinən düşüncəsizlikdir. Keçmiş cəmiyyətlərdə da insanlar totemləri, əlləri ilə yonduqları heykəlləri ilah olaraq qəbul etmişlər, daşdan, torpaqdan heykəllərin yaradıcı ola biləcəyinə inanacaq qədər şüurlarını itirmişlər.

Ağilli Dizayn, Yəni Yaradiliş: Allahın Yaratmaq Üçün Dizayn Etməyə Ehtiyacı Yoxdur

Kitabda yer verilən “dizayn” ifadəsinin də doğru başa düşülməsi olduqca əhəmiyyətlidir. Allahın qüsursuz bir dizayn yaratmış olması, Rəbbimizin əvvəl planlayıb daha sonra yaratdığı mənasına gəlməz. Hər kəs bilməlidir ki, göylərin və yerin Rəbbi olan Allahın yaratmaq üçün hər hansı bir “dizayn” etməyə ehtiyacı yoxdur. Allahın dizayn etməsi və yaratması eyni anda baş verər. Allah bu cür nöqsanlardan uzaqdır.

Allah nəyisə yaratmaq istədikdə və ya bir işin olmasına qərar verdikdə onun üçün yalnız “Ol!” deməsi kifayətdir.

Ayələrdə belə buyurulur:

Bir şeyi yaratmaq istədikdə ona təkcə: “Ol!” deyər, o da olar. (Yasin surəsi, 82)

Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!” – deyər, o da olar. (Bəqərə surəsi, 117)

 

1 / total 8
"Harun Yəhyanın Kainatdakı Qüsursuzluq Tǝsadüf Deyil kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com