Az sayda mömin, çox sayda inkarçıya üstün gələ bilər

İman edənlər üçün Allahın yaratdığı möcüzələrdən biri də, iman edənlərin az sayda olmalarına baxmayaraq, Allahın icazəsiylə daim üstün gəlmələridir. Bu, Allahın bir çox ayəsiylə bildirdiyi əhəmiyyətli bir sirdir və inkar edənlərin aldanmasına səbəb olan bir xüsusiyyətdir. Əvvəlki səhifələrdə Talut hekayəsində də göründüyü kimi, Allah iman edənləri itaətlərindən ötəri, az sayda olmalarına baxmayaraq üstün mövqeyə gətirmiş onlara zəfər vermişdir. Allahın Talut hekayəsinin sonunda xatırlatdığı ayə belədir:

Nə qədər kiçik birlik, daha çox olan bir birliyə Allahın icazəsiylə qalib gəlmişdir; Allah səbr edənlərlə bərabərdir". (Bəqərə surəsi, 249)

 

Səbir etmək möminlərə böyük bir güc qazandırar

Bu kitabda da tez-tez üzərində dayanıldığı kimi, Allahın Quranda bildirdiyi bir çox ayədə sirlər gizlidir. Bunlardan biri də səbirlə əlaqədardır. Allah səbir edənlərin güclərinin artacağını müjdələyir. Unutmaq olmaz ki, dünyadakı gücün və imkanların hamısı Allaha aiddir. Allaha qarşı olan bir insanın gücü də əslində Allahın gücüdür. Allah o insanı və digərlərini sınamaq üçün o insanda güc yaradar, dilədiyində də o gücü alar. Bu səbəblə, Allah dilədiyinə dilədiyi zaman güc və zəfər verər. Allah ayəsində səbir edənlərin güclü olacağını, yəni o insanlara güc qazandıracağını bildirir. Bununla əlaqədar ayələrdən biri belədir:

Əlbəttə, siz səbir etsəniz, Allahdan qorxsanız və onlar bu saat sizin üstünüzə hücuma keçsələr, Rəbbiniz nişanlanmış beş min mələklə sizə yardım edər. (Ali İmran surəsi, 125)

Yuxarıdakı ayədə də bildirildiyi kimi, Allah insanları diləsə görülməz və sezilməz yollarla dəstəkləyərək zəfərə çatdıra bilər. Məsələn, bir insan Allahın dinini müdafiə edərkən, Allah onu görülməz yollarla dəstəkləyib, ən gözəl və ən hikmətli şəkildə danışdıra bilər, insanların ürəyində o insanın danışmasına qarşı bir təsir və həssaslıq yarada bilər. Nəticədə heç bir müvəffəqiyyət, zəfər və ya təsir, bir insana aid ola bilməz. İnsana düşən, Allahın əmrlərinə uyğun gəlmək, Onun sərhədlərini qorumaqdır. Bütün zəfərlərin, müvəffəqiyyətlərin və ürəklərdəki təsirin sahibi Allahdır. Allah başqa bir ayəsində isə, möminlərə, əslində çox əhəmiyyətli bir gücə sahib olmanın yollarını bildirir:

Ya Peyğəmbər! Möminləri döyüşə həvəsləndir (təşviq et). İçərinizdə iyirmi səbirli kişi olsa, iki yüz kafirə, yüz səbirli kişi olsa, min kafirə qalib gələr. Çünki onlar (həqiqətən, Allahın möminlərə olan köməyini) anlamayan bir tayfadır! 

(Ey möminlər!) İndi Allah (yükünüzü) yüngülləşdirdi. Çünki O sizdə bir zəiflik olduğunu bilirdi. Artıq aranızda yüz səbirli kişi olsa, iki yüz nəfərə (kafirə), min kişi olsa, iki min nəfərə Allahın iznilə qələbə çalar. Allah səbir edənlərlədir! (Ənfal surəsi, 65-66)

Allahın bu ayələrində də bildirildiyi kimi, əgər möminlər öz içlərində bir zəiflik daşımazlarsa, səbir və təqvada güclü olsalar bir möminin gücü, 10 adama əvəz ola bilər. Bu güc fiziki güc olaraq düşünüləcəyi kimi, daha bir çox mənada da düşünülə bilər. Məsələn, bir möminin insanlara din əxlaqını izah etmə, onları Allahın yoluna çağırma mövzusundakı səyi, on adamın izah etməsinə əvəz ola bilər. Bir möminin elmi, on adamın elminə əvəz ola bilər. Bir möminin Allahın məmnuniyyətini qazanmaq üçün edəcəyi bir xeyir işi, on adamın bir yerə gəlib edəcəyi bir işə əvəz ola bilər. Bir mömin, on kafirin azdırdığı qədər insanı Allahın doğru yoluna çağırıb, islah olmalarına vəsilə ola bilər. Bir mömin, on inkarçının izah etdiyi inkarı pozub yerinə haqqı gətirə bilər.

Allahın Quranda bildirdiyi bu sirr çox əhəmiyyətlidir. Çünki hər müsəlman, Allahın icazəsiylə, əgər təqvada və gözəl əxlaqda üstünlük yarışında olsa, ədədləri nə qədər az olursa olsun fərq etməz, Allah onları hər girişdikləri işdə üstün vəziyyətə gətirəcək. Məsələn, qarşılarında inkar edən bir dünya dolu insan, universitetlər dolu professor olsa və bunlar yenə şəhərlər, qitələr dolusu insanı inkara sürüsə də, Allah çox az sayda müsəlmanı, bütün bu insanlara haqqı və həqiqəti göstərəcək qədər güclü, qabiliyyətli, ağıllı edər, küfrün işlərini çətinləşdirərkən, onların işlərini asanlaşdırıb tezləşdirər. Bu sirri bilən möminlər, "mənim səyimdən və ya mənim kiçik bir əlavəmdən nə olar ki" deməməli, yalnız Allahın məmnuniyyəti üçün səmimi olaraq etdikləri hər əməlin təsirinin çox-çox olacağından əmin olmalıdırlar. Bəlkə, Allahın varlığını izah edən səmimi bir yazı, Allaha çağıran bir söz ya da gözəl əxlaqlı bir rəftar bir çox insanın qurtuluşuna və Allahı sevib Ondan qorxub çəkinmələrinə vəsilə ola bilər. Heç unutmamaq lazımdır ki, dünya həyatında etibarlı olan qaydalar və səbəblər yalnız Allahın Quranda bildirdikləridir. Yalnız Qurana görə düşünən hər insan, Allahın yaratmaısındakı bu sirləri qavrayaraq, Allahın icazəsiylə, bütün insanlardan çox bir gücə və ağıla sahib ola bilər. Allah, həqiqətən, iman edənləri zəiflik göstərmədikləri müddətcə üstün gələcəklərini bir ayəsində belə müjdələyir:

Ruhdan düşməyin və qəmgin olmayın. Halbuki əgər möminsinizsə, ən üstün olan sizlərsiniz. (Ali İmran surəsi, 139)

Ayələrdə göründüyü kimi, Allah üstünlük və zəfər təmin etmək və dünyada və axirətdə qazancda olmaq üçün yalnız səmimi imanı şərt qoymuşdur. Allahın bunun üçün bildirdiyi sirlərdən biri də Allaha şərik qoşmadan iman etməkdir.

2017-03-10 00:56:04

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com