< <
1 / total: 11

Giriş

Yalnız Quran’ı rəhbər tutanlar batil olan inanclardan tamamilə uzaqlaşar,
dünyada və axirətdə sonsuza qədər davam edəcək gözəl bir həyata sahib olmağı ümid edə bilərlər.

Dövrümüzdə insanların böyük bir hissəsi dünya üzərində yaşanan xaosdan, qarışıqlıqdan, müharibələrdən, çətinliklərdən, zalımlıqlardan, çəkişmələrdən, səmimiyyətsizlikdən, eqoistlikdən və yalançılıqdan uzaqlaşmağın, hüzur, xoşbəxtlik və sülh içində bir həyat qurmağın yollarını axtarır.

Bu məqsədlə axtarış aparan bəzi kəslər həsrətində olduqları hüzur və xoşbəxtliyi hinduizm və buddizm kimi dinlərdə tapa biləcəklərini zənn edirlər. Şərq dinlərinin sirli və mistik havası, meditasiya kimi üsulları və bu dinə mənsub olan şəxslərin rəftarlarındakı, geyimlərindəki, danışıqlarındakı və ibadət formalarındakı fərqlilik bir çox insanın bu dinlərdən təsirlənmələrinə səbəb olur.

Ancaq hinduizm və buddizm kimi dünyanın bilinən ən qədim dinləri olaraq qəbul edilən inanclar hər nə qədər bəzi gözəl əxlaq mesajları versələr də haqq din deyildirlər. Yəqin ki, zaman içində geniş şəkildə qəbul edildikləri cəmiyyətlərin ənənə və adətləri ilə qarışmış və bəzi insanların da məqsədli olaraq əlavə etdikləri xurafatlar və səhv inanclarla pozularaq dövrümüzdəki batil formanı almışlar. Bu səbəblə, bu dinlərin ağıl və məntiqlə ziddiyyət təşkil edən bir çox düşüncə və tətbiqləri var.

İslam ve karma

Doğu dinleri, akıl ve mantık dışı birçok inancı ve uygulamayı barındırıyor olmasına rağmen, sahip olduğu gizemli ve mistik hava nedeni ile insanların ilgisini çekmektedir.

Son zamanlarda ölkəmizdə də gündəmə gələn Karma inancı bu batil dinlərin əhəmiyyətli bir xüsusiyyətidir. Karma fəlsəfəsi insanları bəzi müsbət əxlaqi xüsusiyyətlərə həvəsləndirir, ancaq bununla yanaşı bir çox azğın və batil inancı da özündə ehtiva edir. Karmanın əsasını təşkil edən bu batil inancların insanlar üçün qurtuluş yolu olması, insanlara mütləq hüzur və sülh gətirməsi isə qətiyyən mümkün deyil. Tam əksinə bu inanclar insanı daha qarışıq bir ruh halına, yanlış bir dünyagörüşünə və səhv tətbiqlərə yönəldir. Qarşınızdakı bu kitabda bu cür səhv tətbiq və fikirləri nəzərdən keçirəcəyik.

Karma inancının səhv istiqamətlərinə keçməzdən əvvəl bunu xatırlatmaqda fayda vardır: Dünya üzərində həqiqi xoşbəxtliyi və hüzuru tapmağın yolu kainatın tək hakimi olan Rəbbimiz'in bütün insanlar üçün seçib bəyəndiyi İslam dini və İslam dininin qaynağı olan Quran’dır. Quran Allah'ın bildirdiyi kimi insanları qaranlıqlardan aydınlığa çıxmasına və insanların qurtuluşuna vəsilə ola biləcək yeganə Kitabdır: Allah bu həqiqəti Quran ayələrində belə bildirmişdir:

Ey Kitab əhli! Artıq sizə Kitabdan gizlətdiyiniz şeylərin bir çoxunu bəyan edən və bir çoxunun da üstündən keçən Elçimiz gəlmişdir. Artıq sizə Allah'dan bir nur (Məhəmməd) və açıq-aydın bir Kitab gəldi. Allah, Onun rizasını arayan şəxsləri bu Kitabla əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir.(Maidə surəsi, 15-16)

Əlif. Ləm. Ra. Bu, insanları öz Rəbbinin izni ilə qaranlıqdan nura–Qüdrətli, Tərifəlayiq Allah’ın yoluna çıxartmaq üçün sənə nazil etdiyimiz bir Kitabdır.(İbrahim surəsi, 1)

Bu kitabda Karma fəlsəfəsinin Quran ilə uyğun olan gözəl əxlaqa aid bəzi xüsusiyyətləri ilə yanaşı Quran’a, insan ağlına və vicdanına zidd solan azğın tərəfləri açıqlanacaq.

Ancaq ən başda bunu xatırlatmalıyıq ki, Karma inancı heç bir dəlilə əsaslanmayan, Allah'ın vəhy etdiyi müqəddəs bir kitabı olmayan, yalnız insanların uydurduğu fikirlərdən ibarət olan fəlsəfədir. Belə bir fəlsəfəni orta məktəb şagirdi belə rahatlıqla meydana gətirə bilər. Hətta bu və buna bənzər çox sayda fəlsəfə ortaya çıxarda bilər. Üstəlik, belə bir fəlsəfəni ortaya çıxartmaq üçün hər hansı məlumata və zamana da ehtiyac yoxdur, yarım saat belə bu cür “əsassız inanclar” toplusunu yaratmaq üçün kifayətdir. Çünki Karma fəlsəfəsində hər hansı bir ağıl iddiası yoxdur. Bu vəziyyətdə dəlildən məhrum, üstəlik məntiqdən kənar bir fəlsəfənin tələblərinə riayət etmək, onun xəyali qaydalarını həyata keçirməyə çalışmaq nə dərəcə məntiqlidir? Məhz bu kitabda Karma və buna bənzər inancların tələblərinə riayət etməyin və onlara əsasən yaşamağın məntiqsizliyini dəlilləriylə nəzərdən keçirəcəyik.

Çiçekler

Bu, insanlar üçün bir açıqlama, doğru yolu göstəricisi və öyüd-nəsihətdir.
(Ali İmran surəsi, 138)

 

1 / total 11
"Harun Yəhyanın İslam vǝ Karma Fǝlsǝfǝsi kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com