Rok ulduzları intiharlara nə zaman son verəcək?

Audioslave ve Soundgarden qruplarının solisti Kris Kornelin qəfil intiharından çox keçməmiş musiqi dünyası başqa bir üzvünü də itirdi. 21 iyulda Linkin Park qrupunun 41 yaşındaki solisti Çester Benniqton illərlə davam edən depressiya  və narkotik  aludəçiliyi səbəbindən həyatına son qoydu. Solist həyat yoldaşını ve altı uşağı qoyub getdi. 


Cəmiyyətdə geniş yayılmış depressiya və ürküdücü gənc ölümlərindən bəhs etdikdə, çox təəssüf ki, bu ölümlərin gözlənilməz  olduğunu söyləmək olmur.


Son bir neçə on ildə intiharlar, cinayətlər, qəzalar nəticəsində  baş verən ölümlər musiqiçilər üçün adi hala çevrilib. Elvis Presli, Kurt Kobeyn, Cim Morrison, Emi Uaynhaus və bir çox məşhur musiqiçi sağlam olmayan həyat  tərzlərinə görə həyatlarını gənc yaşda itirdilər. Sidney Universitetindən Diana Kenni tərəfindən aparılan bir araşdırma rok ulduzlarının digər insanlardan 25 il daha az yaşamağa meyilli olduqlarını,  intihar, cinayət və qəza nəticəsində ölüm nisbətlərinin  daha  yüksək olduğunu göstərdi.


Səbəb nədir? Əslində, cavabın bir qismi hardasa hər kəsə məlumdur. Gənc sənətçilərin yaşadıqları “sürətli həyat”  medianın göstərişli təsvirinə baxmayaraq, həyatlarını alt-üst edir. Qısa zamanda qazandıqları şöhrət, həddindən artıq spirtli içki və narkotik aludəçiliyi çox vaxt  ölümcül vəziyyət meydana gətirir. Şübhəsiz ki, bütün musiqiçilərin həyatlarının eyni olduğunu demək olmaz, ancaq onların bir çoxu qeyd etdiyimiz kateqoriyaya daxildir. Xüsusilə, hazırda nifrət üslubunun geniş yayılması ve materialist mədəniyyətin təsiri insanlarda duyğusallıq meydana gətirir və bir çox istedadlı sənətçinin yaxasını buraxmır.


İnternet istifadəçilərin əksəriyyəti nifrət, düşmənçilik üslubu ilə qarşılaşırlar. Bu üslub sanki xəstəlik halını alıb. İnsanlar bir-birilərinə, yalnız müxtəlif düşüncələri,  müxtəlif görünüşləri səbəbi ilə mərhəmətsizcəsinə hücum edirlər. Ancaq məşhurlar üçün bu, tamamilə fərqlidir. Həm media, həm də xalq tərəfindən davamlı təhqirlər eşidir, təhdidlər alır ve tənqid atəşinə tuş gəlirlər. Nə qədər uğurlar əldə etsələr da, yenə də təzyiqlərə məruz qalırlar. Etdikləri hır kiçik şey üçün tənqid olunurlar. Hərəkətləri nəzarət altında olur. Saç modelleri, sənət sahələri, görünüşləri, hətta uşaqlarına qədər sahib olduqları bir çox şey sorğuya çəkilir. Onlara düşmən münasibətləri göstərilir. Daha da pisi odur ki, ətraflarında həqiqətən güvənə biləcəkləri və sevə biləcəkləri insanlar tapa bilmirlər. Davamlı edilən təzyiqlər və tək qalmaq istəyi bu insanlarda çox zaman dərin böhranlara yol açır. Bu böhran musiqi dünyasında geniş yayılan neqativlik və bədbinlik üzündən getdikcə daha da dərinləşir. Nəticədə, bir çox musiqiçi  spirtli içkilər və narkotik vasitələrə yönəlmə kimi yanlışlar edir, bu isə problemlərini daha da ciddiləşdirir. Bütün bu faktlar qaçılmaz olaraq öz musiqilərində də əks olunur.


Asanlıqla təsir altına düşə bilən bir çox gənc hərəkətlərində onları özlərinə nümunə götürür, bu isə zəncirvari olaraq təşviş, narahatlıq yaradır və onların romantizm təlqini almağına səbəb olur. Bu isə təbii olaraq gənclər üzərində ciddi problemlər yaradır. 


Gənclər arasında depressiya, cinayət, intiharlar və narkotik aludəçiliyinin artma səbəblərdən biri qeyd olunan məsələdir. Bir araşdırmaya görə, gənclər arasında intiharların nisbəti, 1962-1982-ci illər arasında 2 dəfə  artmışdır. Ümumdünya Səhiyyə Təşkilatı hər il 800.000-dən çox gəncin intihar səbəbindən öldüyünü ve bunun ən çox təsiri altına düşənlərin isə musiqi dünyasında böyük izləyici kütləsi olan 15-29 yaşda insanlar olduğunu bildirir. Əlbəttə, bu göstəricini meydana gətirən bir çox səbəblər var, lakin depressiya bunun ən başlıcasıdır. Bir çox tədqiqat depressiv musiqi dinləmənin xüsusilə qayğı və depressiya yaşayan insanlar üçün çox təhlükəli olduğunu göstərir. Bir araşdırmada iştirakçıların sevincli, aqressiv və kədərli musiqi dinləmələri təmin edilmiş, kədərli musiqi dinləyənlərdə nevrotik və narahatlıq  səviyyələrinin daha yüksək olduğu müşahidə edilmişdir. Özünə inamı olmayan, depressiya və əsəblə mübarizə aparan milyonlarla gənc kədərli musiqi dinləyərək bilmədən özlərini daha dərin bir depressiyaya doğru aparırlar. Bu səbəbdən bu faktorun dünyamızın gələcəyinə necə təsir edə biləcəyini  düşünmək çətin  deyil.
Bununla yanaşı, həm musiqiçilər, həm də onların izləyiciləri üçün bu vəziyyət bəzən əskinə də olur. Əgər musiqiçilər ve musiqi dünyası sevgi ve səmimiyyətin  həqiqətən yaşana biləcəyini, mənəvi dəyərlərin maddi dəyərlərdən daha önəmli olduğunu başa düşərlərsə ve buna inanarlarsa, insanların sıxıntı ve depressiyanın  öhdəsindən gəlmələrinə yardım edəcək fərqli bir fikir meydana gətirə bilərlər. Bununla özləri də əhval-ruhiyyələrini daha da yaxşılaşdıra bilərlər. 


Şübhəsiz ki, sənət və musiqi insanların əhval-ruhiyyələrini yaxşılaşdırmaq və şəxsi inkişaflarında onlara kömək etmək üçün olduqca təsirli vasitələrdir. Həqiqətən də, bir çox tədqiqatçılar şən musiqi dinləməyin sağlamlıq ve mənəvi rahatlıq yaratdığını,  insanların duyğularını inkişaf etdirdiyini aşkar etmişlər. Musiqiçilər və musiqi dünyası daha yaxşı bir dünya qurmağa yönələrək  cəmiyyətə daha çox fayda verə bilərlər. Bu, sadəcə musiqi həyatlarını deyil, qısa zamanda dünyanı da düzəldə biləcək izləyiciləri üçün də vacibdir.


Adnan Oktarın “American Herald Tribune”də yayımlanan məqaləsi:
http://ahtribune.com/culture-media/1807-rock-star.html

2017-08-20 22:22:47

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net