Çətinliklərə baxmayaraq birlik olub güclənən Amerika 

“Birlik olmadan güc olmaz.”
“Birlik qüvvətdir.”
“Birlikdən qüvvət yaranar.”


İrlandiya, Amerika və Türkiyədə işlədilən bu sözlərin oxşarına hər bir ölkədə rast gəlmək mümkündür. 
İnsanlar müxtəlif qitələrdə yaşamalarına və fərqli mədəniyyətlərə sahib olmalarına baxmayaraq, birlik olduqda və yardımlaşdıqda işlərin asanlaşdığını bilirlər.  Günümüzdə bu həqiqət Amerikada tam mənada real olaraq yaşanır. Yalnız Amerika Birləşmiş Ştatları deyil, Kuba, Puerto-Riko, St.Martin və bir çox ada ölkəsi qasırğa və sellərlə mübarizə aparır. Ölümcül qasırğalarla sarsılan ABŞ-da fədakarlıq görüntülərinə hər zamankından daha çox rast gəlinir. Yüz milyonlarla dollar dəyərində ziyan vuran qasırğaların təsirinə məruz qalmış Amerika xalqı məhdud imkanlarına, hətta özü ehtiyac içində olmasına baxmayaraq, birlik olaraq bu çətinliklərin öhdəsindən gəlməyə çalışır. Bu fəlakətlə üzləşən bütün xalqlar üçün dua edirik. Prezident Tramp Harvey qasırğasından sonra Amerika xalqının bu gözəl ruhuna diqqət çəkmiş və hər kəsi həm Amerikadakı qasırğadan zərərçəkmişlər, həm də bütün dünya üçün dua etməyə dəvət etmişdi:


“Amerikalılar hər zaman öz vətəndaşlarının yardımına yetişər, dostlar bir-birinə yardım edər, qonşular bir-birinə yardım edər, tanış olmayanlar bir-birinə yardım edərlər...  


Tarixin ilk dövrlərindən bəri amerikalılar çox çətin vəziyyətlərdə Allahın yardımını və bağışlamasını istəmək üçün bir araya gəlmişlər. Mən bütün Amerikanı ailələrini, dostlarını itirənlər və əzab çəkənlər üçün dua etməyə dəvət edirəm.” 


 https://www.realclearpolitics.com/video/2017/09/01/president_trump_proclaims__national_prayer_sunday_for


26 milyon insana təsir edəcəyi gözlənilən İrma qasırğası saatda 200 kilometri aşan  küləklə birlikdə Karib adalarını, Florida əyalətini, Mayami çimərliklərini təsiri altına aldı. Ən güclü hesab edilən beşinci kateqoriya şiddətində İrma qasırğası Karib adalarındakı Barbuda adasının 95%-ni dağıtdı. 
Fövqəladə vəziyyətin elan edildiyi Florida əyalətinin meri Rik Skot (Rick Scott) evakuasiya əmri verilən təxminən 6,5 milyon nəfərə “evlərinizi dərhal tərk edin” deyə xəbərdarlıq etmişdi. Bu isə əyalətin əhalisinin təxminən 30%-i deməkdir.  


Beynəlxalq Qızılxaç Komitəsinin ilkin məlumatlarına əsasən, İrma qasırğası 1,2 - 26 milyon insana təsir etmişdir. Güclü qasırğanın baş verdiyi Floridada vəziyyət o qədər ciddidir ki, əyalətin meri Rik Skot bu vəziyyəti - “Bilinməyən bir qasırğadır. Əyalətimiz hələ belə bir şey görməmişdi” – deyərək qısa şəkildə izah etdi. 


http://abcnews.go.com/US/hurricane-irma-forecast-strike-florida-keys-category/story?id=49697542


Floridada bir milyon evə işıq verilmədi. 7 milyondan çox insan bölgədən çıxarıldı. 10 milyonlarla insan sığınacaqlara yerləşdirildi. Bu rəqəmlərin sayı qısa müddət ərzində daha da artdı. 
http: // www.telegraph.co.uk/news/2017/09/10/hurricane-irma-florida-keys-latest-news/
İrma qasırğasının Karib adalarındakı dağıdıcı təsirini isə qasırğadan əvvəlki və sonrakı görüntülərin əks olunduğu fotoşəkilləri müqayisə edərkən görmək olur. Florida əyalətinin meri Rik Skot küləyin gücünün yavaşlayıb dayanmasını gözləmək və təhlükəsiz yerlərə sığınmaqdan başqa ediləcək bir şey olmadığını - “Qasırğa buradadır, tək çarə qasırğanın önündən çəkilməkdir” – deyərək qısa şəkildə qeyd etmişdi. 
http: // www.telegraph.co.uk/news/2017/09/10/hurricane-irma-florida-keys-latest-news/


Üstəlik, İrma qasırğası bu dövrdə gözlənilən qasırğaların sonuncusu deyil. Atlantik okeanında baş vermiş ən güclü qasırğa olan İrma qasırğası hələ qurtarmadan, Jose və Katie adlandırılan iki yeni qasırğanın da Amerikaya doğru hərəkət etdiyi xəbəri verildi. 


CNN telekanalının qasırğalar haqqında yayımladığı bəzi statistikalar isə diqqəti cəlb edir:
Tarixdə ilk dəfə 2017-ci ildə 4-cü kateqoriya şiddətində bir qasırğa və ondan yuxarı şiddətdə iki qasırğa eyni anda baş verdi. 


1966-cı ildən, yəni qasırğaların peyklə izlənildiyi tarixdən bəri İrma qasırğası 5-ci kateqoriya şiddətində 3 gün davam edən yeganə qasırğa olmuşdur. 


İrma qasırğası içərilərə doğru hərəkət etdiyi zaman 45 milyondan çox insan fırtınanın 39 mph+ şiddətində küləklərini Florida, Corciya, Alabama, Tennessi, Şimali və Cənubi Karolina ştatlarında hiss etdi. 
İrma qasırğasının ən böyük sürəti isə saatda 185 mil-dir. (təxminən 300 km) 

http://edition.cnn.com/2017/09/09/us/hurricane-irma-florida-latest/index.html?sr=fbCNN091017hurricane-irma-florida-latest1131AMStory

 Qasırğalar davam edərkən Amerikada bütün dünyanın xoşuna gələn görüntülərə də tez-tez şahid olmağa başladıq. İnsanlar heç tanımadıqları kəslərə evlərinin qapılarını açmaq üçün bir-birini təşviq edir, selə məruz qalanları qurtarmaq üçün bəzən öz həyatlarını təhlükəyə ataraq insan zəncirləri yaradırlar. 
Atlantik okeanında baş verən qasırğalardan sonra Şimali Karolina, Corciya və Koloradoda yaşayanlar həmin ərazidən köçürülən zərərçəkmiş insanlara evlərinin qapılarını açdılar. 


Şimali Karolinada yaşayan Lawren Durham “Mən Katrina qasırğasında sağ qalanlardan biriyəm. Sahilyanı bölgədən uzaqda bir evim var. Burada bir neçə insan da var və evlərimizdə sığınacaq yerlər var. İnsanları və ailələri evlərimizə qəbul etmək istəyirik. Xahiş edirik, bizimlə əlaqə saxlayın.” – deyə çağırış etdi. 
 http://edition.cnn.com/2017/09/07/us/hurricane-evacuees-housing-gesture-trnd-cnntv/index.html


Çətinliklər xalqın nümayəndələrini bir-birinə bağlayır, bəlkə də, illərdir unudulmuş qardaşlıq, yardımlaşma, güvən kimi duyğuların yenidən xatırlanmasını və yaşanmasını təmin edir. “Heç birini tanımıram, yardıma ehtiyacları var idi, gəldim” – deyərək bir-birinin köməyinə çatan Amerika xalqı hz. İsanın onlara öyrətdiyi qardaşlıq və sevgi ruhunun gözəl bir nümunəsidir. Hyustonda küçələrdə uzun növbələr görmək olur. Bunun ilk baxışda su və yaxud yemək üçün növbələr olduğunu zənn edənlər yanılırlar. Bunlar Harvey qasırğasından zərərçəkmiş insanlara yardım etmək üçün könüllü insanların küçələrdə yaratdığı növbələrdir. 
http: // www.telegraph.co.uk/news/2017/08/31/army-volunteers-line-streets-help-hurricane-harvey-victims/


Arzumuz budur ki, fəlakətlər zamanı ortaya çıxan yardımlaşma və fədakarlıq duyğusu hər gün yaşansın və insanlara eqoistliyi öyrədən ideologiyaların təsiri tamamilə aradan qalxsın. Unutmayaq ki, hər kəs bir-birinə yardım edərsə, hər kəs bir başqasını düşünərsə, bir müddət sonra ehtiyac sahibi insan qalmaz. Allah qasırğalardan təsirlənən Cənubi Amerikanı, ABŞ xalqını və bütün dünyanı qorusun. 

Adnan Oktarın  “Al Bilad (Kanada) və “Jefferson Corner”də (Amerika) yayımlanan məqaləsi:
http://www.jeffersoncorner.com/1546-2/

 


 

2017-11-16 19:29:15

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top