İnsanlığın öldüyü yerdə insan hüquqlarını yaşatmaq

"Ümumdünya insan hüquqları bəyannaməsi" insan hüquq və azadlıqlarını tənzimləyən ilk beynəlxalq sənəddir. Qəbul edilməsindən 70 il keçib, ancaq bu mövzuda çox sayda yeni saziş və sənədlər hazırlanıb.


Bundan əlavə, qadınlar, uşaqlar və əlil insanlarla bağlı xüsusi sazişlər və sənədlər də qəbul edilmişdir. Həmin sənədlər arasında Avropa İnsan Hüquqları Konvensiyası istər məzmunu, istərsə də tətbiqi ilə bağlı səmərəli nəzarət mexanizminin olması baxımından önə çıxır. Ancaq bu konvensiyanı əhəmiyyətli edən onu qəbul edən ölkələrin hər birinin demokratiya, insan hüquqlarını qorumaları və bu istiqamətdəki qətiyyətləridir.


Hazırda Afrika ölkələri "Xalqların və İnsanların hüquqlarına dair Afrika Xartiyası" və ya qısa adı ilə "Afrika Xartiyası" adlandırılan sənədi aktiv hala gətirməyə cəhd edirlər. Keçmişdə afrikalıları qətl edən, yurdlarından çıxarıb kölə edən bəzi Qərb millətləri isə bu gün məcburi əmək qadağasının ən aparıcı müdafiəçiləri kimi görünürlər. Ümid edirik ki, bu hal yeni istismar siyasətinə çevrilməz və Afrika üçün müsbət addımların atılmasına səbəb olar.


“Afrika Xartiyası” 1981-ci ildə Afrika Birliyi Təşkilatı tərəfindən qəbul edildi və 1986-cı ildə qüvvəyə mindi. Bu gün əllidən çox ölkə Xartiyanı imzalayaraq qəbul edib. Xartiya bəzi xüsusiyyətləri ilə Avropa İnsan Hüquqları Konvensiyası və Amerika İnsan Hüquqları Konvensiyasından fərqlənir.


-Birincisi, Afrika Xartiyası təkcə hüquqlar nəzərdə tutmaqla qalmır, eyni zamanda ölkələrin üzərinə düşən vəzifələri də tənzimləyir. Bu tapşırıqlara Amerika sazişlərinə nisbətən çox güclü vurğu var. Amerika Konvensiyasına görə tapşırıqlara güclü diqqət yetirilir.
-İkincisi, Afrika Xartiyası təkcə şəxsi hüquqları tanımaqla kifayətlənmir, həmçinin xalqların hüquqlarını da nəzərə alır.
 -Üçüncüsü, Xartiya mülki və siyasi hüquqlardan əlavə, iqtisadi, mədəni və sosial təminat hüquqlarını da qarantiya altına alır.
 -Nəhayət, Afrika Xartiyası iştirakçı dövlətlərə Xartiyada təminat altına alınan hüquqlara çox geniş məhdudiyyət qoymaq səlahiyyəti verir.


Afrikanın tarixi və çox sayda milliləşməmiş cəmiyyətin mədəniyyətini və varlığını qoruma cəhdi ilk üç maddəni başadüşülən edir. Ancaq dördüncü şərt bütün bunlara bir sədd çəkir. Müxtəlif rəhbərliklərin 4-cü şərtin həyata keçirilməsini asanlıqla məhdudlaşdıra bilməsi olduqca düşündürücüdür. Bunun müxtəlif şərtlərlə qoyulduğu həqiqət olsa da, bu vəziyyətin bəzi subyektlərə müxtəlif imtiyazlar verməməsi önəmlidir.


Əlbəttə, Afrika bir çox cəhətdən problemlərlə mübarizə aparır. Afrika ölkələrində çox sayda daxili münaqişələr baş verir və bunun nəticəsində də insan hüquqları geniş şəkildə pozulur. Bu vəziyyət nəzərə alınmaqla bir mexanizm yaradılması Xartiyanın müsbət cəhətlərindən biridir. Ancaq bu mexanizmlərdən heç bir şəkildə sui-istifadə edilməməsi əhəmiyyətlidir.


Geniş yayılmış pozuntular olduğu zaman təyin edilmiş komissiya pozuntu iddialarını "xüsusi iş" adı altında araşdırır və lazım gələrsə, Afrika Birliyi Məclisinə müraciət edir. Afrika Birliyi Məclisinin qərarı ilə komissiya iddia edilən insan hüquqları pozuntularını araşdırır və məsələ ilə bağlı hesabat təqdim edir. Komissiya bu günə qədər azad seçkilər, ədalətli mühakimə, həbs şəraiti, işgəncə, ölüm cəzası kimi məsələlərdə mühüm qərarlar qəbul etmişdir.


Afrikada insan hüquqları naminə həyata keçirilən ən mühüm fəaliyyətlərdən biri də Afrika İnsan Hüquqları və Ədalət Məhkəməsinin yaradılmasıdır. Afrika İnsan Hüquqları və Ədalət Məhkəməsinin Afrika qitəsində demək olar ki, bütün insan hüquqları ilə bağlı məhkəmə işi və mübahisələrinə baxmağa səlahiyyəti var. Ancaq üzv dövlətlər Məhkəməyə Afrika İttifaqı Məclisi və Məclisin səlahiyyət verdiyi digər orqanlar vasitəsi ilə müraciət edə bilərlər. Həmçinin Afrika Komissiyası Uşaq Hüquqları və Rifahı Məsələsində Ekspertlər Komitəsi, bir çox insan hüquqları qurumu və qeyri-hökumət təşkilatları da Məhkəməyə müraciət edə bilərlər.


Lakin fərdlərə və ümumiyyətlə bütün qeyri-hökumət təşkilatlarına məhkəməyə müraciət etmək imkanı açıq şəkildə verilməyib. Bunu qitədə insan hüquqlarının inkişafı yolunda bir zəiflik kimi qiymətləndirmək olar.


Halbuki Avropa İnsan Hüquqları Konvensiyasına görə, hər hansı bir hüquq pozuntusu olduğu zaman hər bir Avropa ölkəsi vətəndaşı məhkəməyə müraciət edə bilər. Bu isə ölkələrin vətəndaşlarına qarşı münasibətlərində məsuliyyətli olmalarını təmin edir.


Ancaq münaqişələrin geniş olduğu, insanların özlərini təhlükəsizlikdə hiss etmədikləri Afrika qitəsində hər insanın belə bir hüququ olmur. İnsan hüquqları ancaq müəyyən həddə qədər qoruna bilir. Bu onu göstərir ki, Afrikada insan hüquqlarının kök salmasının əsas şərti təhlükəsizlikdir. Təhlükəsizlik təmin olunduqdan sonra insanların rifah içində yaşamaları və ölkənin inkişafı üçün lazımi şərait asanlıqla təmin edilə bilər. İnsan hüquqlarının inkişafı, insanların əsl azadlıq və demokratiya ilə qarşılaşması bundan sonrakı tənzimləmələrlə təmin edilə bilər.  Əsas odur ki, illər boyu qorxu və təzyiq altında yaşayan Afrika xalqını mövcud dəhşət mühitindən çıxarmaq və bu torpaqları istismar etmək üçün səy göstərənlərə şərait yaradılmasın.


Bunun üçün Afrika İttifaqının pozuntu hallarında ayrı-seçkilik etmədən ciddi sanksiyalar tətbiq etməsi təmin olunmalıdır. İnsan Hüquqlarına sadiq daha güclü Afrika Birliyi etibarlı Afrikanın təminatı olacaq.


Adnan Oktarın “News Rescue”da (Amerika) yayımlanan məqaləsi:
http://newsrescue.com/keeping-human-rights-alive-human-spirit-dead/#axzz52V33WUMS
 

2018-01-24 20:22:45

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top