Məharətlə suya dalan ikirəngli pelamida


İkirəngli pelamida adlanan kiçik dəniz ilanı dalğıcdan daha məharətlə suya dalaraq Allahın yaratmasındakı mükəmməlliyi bizə göstərir. 
Elmi adı  “Pelamis Platarus” olan sarı zolaqlı dəniz ilanı cənub-şərqi Asiya və şimali Avstraliya sahillərində və çay mənsəblərində yaşayır. Platarus dəniz ilanı kiçik ilan hesab edilir. Uzunluğu ən çox 80 sm-dir, çəkisi isə 200 qr-dan azdır. 1.5 mm. uzunluğundakı kiçik dişindən çıxan zəhər kobranın zəhərindən 5 dəfə güclüdür. Həmin zəhərin 1 qramının mində üç qədəri bir insanı öldürmək üçün kifayətdir. 


Panamadakı Smitsonian Tropik Araşdırmalar İnstitutunun professorları Ayra Rabinoff (İra Rubinoff), Jorje Motta (Jorge Motta) ve Ceffri Qrem (Jeffrey Graham) təcrübələrində ilanların vaxtlarının 87%-ni suyun altında keçirdiklərini  müşahidə etmişlər. İkirəngli pelamida suyun üstünə təxminən 1 saniyəlik nəfəs almaq üçün çıxır. Bu, su altında yaşayan canlı üçün çox yaxşı nəticədir. 


İkirəngli pelamidanın məharətlə suya dalma texnikası 


İkirəngli pelamidanın başından quyruğuna qədər uzanan bir ciyəri var. Ciyər hava ilə dolu olanda bədən həcminin təxminən 10%-ni əhatə edir. Bu, su altındakı ilanı 17 dəqiqə ərzində oksigenlə təmin edir. Halbuki araşdırmalar nəticəsində 50 metr dərinliyə 213 dəqiqə davam edən dalmalar müəyyən edilib. İkirəngli pelamida suyun qaldırma qüvvəsinə nəzarət üçün ciyərlərindən istifadə edir. 


İlan suya dalmadan əvvəl ciyərini hava ilə doldurur. İçinə çəkdiyi hava bədəninin 20%-ni təşkil edir. Onun suya dalması 4 mərhələdən ibarətdir. Birinci mərhələdə ilan dəqiqədə 5 metr sürətlə suya dalır. Dərinlik artdıqca suyun təzyiqi də artır və heyvanın ciyərləri büzülür. İkinci mərhələdə ilan dəqiqədə 1.7 m. sürətlə suya dalmağa davam edir və bu dərinlikdə ilanın çəkisi suyun qaldırma qüvvəsi ilə tarazlaşır. Artıq heyvan dalmağı dayandırır və suyun səthinə çıxmağa başlayır. Üçüncü mərhələdə ilan dəqiqədə 0.11 m. sürətlə yuxarı üzür. Sonuncu mərhələdə ilan nəfəs almaq üçün dəqiqədə 3-4 m. sürətlə yuxarı çıxır. 


Qeyd etmək lazımdır ki, ilan enəcəyi dərinliyə uyğun ciyərinə hava doldurur. Platarus dəniz ilanı dalğıclıq zamanı ehtiyacı olan oksigenin üçdə birini dərisi vasitəsilə sudan alır.


Dalğıclıq üçün yaradılan xüsusi qan dövranı 


İkirəngli pelamidanın ürəyi qarışıq çirkli qanı oksigen almaq üçün həm ciyərə və dərialtı kapillyarlara, həm də bədən hüceyrələrinə göndərir. Dəniz ilanlarının qan dövranı qanda yığılan azotun dəri vasitəsi ilə atılmasına da kömək edir. Bu, dəniz ilanlarının yaşaması üçün vacib funksiyadır. Əks təqdirdə təzyiq altında qana qarışan çox miqdarda azot ilanın suyun səthinə çıxması ilə sürətlə qaz halına keçərək kiçik qabarcıqlar yaradıb, damarların tutulmasına səbəb olardı. 


Allah yaratdığı hər canlıya həyat şəraitinə uyğun xüsusiyyətlər bəxş etmişdir. İkirəngli pelamidadakı həssas xüsusiyyətlər Allahın bütün kainatdakı güc və ehtişamının dəlillərindən biridir:


Göylərin və yerin səltənəti Ona məxsusdur. O, Özünə oğul götürməmişdir və səltənətində də şəriki olan yoxdur. O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir. (“Furqan” surəsi, 2)
 

2018-02-05 20:46:36
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top