“Google” – yeni qlobal aktyor

70 mindən çox işçisi var.
 
ABŞ-da ən çox yüklənən on mobil proqramdan beşinin sahibidir.

Səhmləri 85 dollardan 600 dollara qədər yüksəlib.
 
Mobil və rəqəmsal reklam gəlirlərində ən çox payı olan şirkətdir.
 
2017-ci ildə mobil bazarından əldə etdiyi gəlirin 50 milyard dollar olduğu proqnozlaşdırılır.
 
Bu məlumatlar dünyanın aparıcı texnologiya firmalarından biri olan “Google”-a məxsusdur. Bir çox ölkədə filialı olan “Google”-un internet üzərindəki məhsulları iqtisadi dəyərdən əlavə başqa məna da kəsb edir. “Google” müxtəlif formalarda bütün dünyanı dəyişdirə biləcək qədər böyük təsir yaradır. Artıq bu xüsusiyyəti sayəsində təkcə texnologiya ölkəsi kimi deyil, qlobal aktyor kimi də tanınır.

Beynəlxalq əlaqələr sektorunun ən çox önəm verdiyi məsələlərdən biri "aktyor" anlayışıdır. Beynəlxalq münasibətlərdə müstəqil qərar qəbul etmə və hərəkət edə bilmə qabiliyyətinə malik subyektlərə aktyor deyilir. Dövlətlər, fərdlər, milli təzyiq, maraq qrupları, beynəlxalq və dərin dövlət təşkilatları beynəlxalq münasibətlərin ən məşhur aktyorlarıdır.

Quruluşları fərqli olmasına baxmayaraq, bütün aktyorların ortaq cəhəti digər aktyorlara da təsir edə bilməsidir. “Google” da "General Motors", "IBM", "Exxon-Mobil", "Shell", "Unilever", "Microsoft" kimi qlobal aktyorlardan biri hesab edilir.

“Google” yalnız axtarış saytından ibarət deyil, müxtəlif sahələrdə müxtəlif xidmətlər göstərir. “Google Analytics” – internet saytları ilə bağlı statistikaları incələmə, “Gmail” – pulsuz elektron poçt xidməti, “Google Docs” – sənəd nizamlama paketi, “Google Translate” – fərqli dillərdə danışan insanların ünsiyyətini təmin etmə, “Google Chrome” - internet skaneri, “Youtube” və “Google plus” – sosial media şəbəkələri, “Google Earth” – dünyanı 3 ölçülü lentə alma xidmətləri ilə çox geniş kütləyə müxtəlif imkanlar verir.

“Google” texnologiya firmasıdır, lakin göstərdiyi xidmətlər bir çox ictimai təsirin yaranmasına da səbəb olur. Məsələn, "Google Earth" ilə şəhərdəki meşə sahəsi müşahidə edilə bilər. Bunun sayəsində də müəyyən müddət ərzində urbanizasiya nəticəsində meşə sahəsinin neçə faizinin məhv edildiyini müəyyən etmək olar. Bundan başqa, hər hansı ölkənin təhlükəsizlik qüvvələri ilə xalq arasında baş verən qarşıdurmanı canlı olaraq izləmək də mümkündür. Paylaşılan məlumatlar, sənədlər və videolara yazılan şərhlər bir anda böyük kütlələri şərhçi edə, yeni ictimai hərəkatların yaranmasına səbəb ola bilər.
 
Müasir dövrdə “online” məlumatların asanlıqla və sürətlə əldə edilməsi vətəndaşların, eləcə də dövlətdənkənar aktyorların güc qazanmasına yol açır. Milli hökumətlərin, beynəlxalq bürokratların və ənənəvi siyasi elitanın əleyhinə qlobal vətəndaş cəmiyyətini gücləndirir.

Çox yaxın dövrə qədər ölkələrin əsas xəbər mənbəyi hökumətlər idi. Onlar hansı məlumatı təqdim etsələr, xəbər agentlikləri də yalnız bunları ictimaiyyətə çatdırırdılar. Hazırkı kiber dövrdə isə insanların əldə etdikləri xəbər və informasiyanın keyfiyyəti, sürəti, eləcə də həcmi hökümətlərə rəqib olacaq səviyyədədir. Bunun sayəsində QHT-lər, düşüncə mərkəzləri və müxtəlif maraq qrupları hökumətlərin fəaliyyətlərini daha çox və daha fəal mühakimə edirlər. Ətraf mühit, qlobal yoxsulluq, ictimai səhiyyə, fərdi hüquqlar və azadlıqlar kimi sahələrdə qeyri-hökumət təşkilatları artıq daha təsirlidir.

Bu cəhəti ilə “Google”-un dünyada demokratiya və insan hüquqlarına böyük xidmət etdiyini söyləmək mümkündür. Lakin ortaya çıxan mənzərə, təəssüf ki, ürəkaçan deyil. “Google” vasitəsilə əldə olunan müxtəlif informasiyalar tənqidə açıq məsələdir. Çünki internet keyfiyyətə nəzarətin olmadığı sahədir. Hər kəs istədiyi məlumatı hazırlayıb bütün dünyaya təqdim edə bilər. Xüsusilə də siyasi bir məsələni araşdırarkən “Google”-un təqdim etdiyi məlumatın etibarlılığına əmin olmaq mümkün deyil. Üstəlik, axtarış nəticəsində çıxan bu məlumatların müəyyən bir məqsədə görə sıralanıb-sıralanmadığı da məlum deyil.

“Google”-un bu xüsusiyyətini nəzərə alsaq, ona siyasi radikalizm, irqçilik, pornoqrafiya və ya xurafatın ən böyük distribüteri olduğunu deyə bilərik. Əlbəttə, “Google” da bunun fərqindədir və lazımi nəzarət mexanizmlərini qurmağa çalışır. Ancaq internetdə 1 milyard saytın olduğunu nəzərə alsaq, bunun heç də asan olmadığını deyə bilərik.

“Google” informasiya yaymaqla yanaşı, istifadəçilərin məlumatlarını da toplayır. Bunlar insanların fotoşəkillərindən siyasi baxışlarına, yay tətilini harada keçirdiklərindən hansı yeməkləri sevdiklərinə qədər müxtəlif məlumatlardan ibarətdir. Buna görə də “Google”-u dünyanın ən böyük kəşfiyyat firması olaraq düşünmək heç də yanlış olmaz. Bu informasiyalar kimlərlə və hansı həcmdə paylaşılır? Bu, dövrümüzün ən vacib suallarından biridir və təəssüf ki, dəqiq bir cavab da yoxdur. Buna görə də bir çox ölkə öz axtarış saytlarını, öz elektron poçt qutusu xidmətini quraraq mühafizə qalxanı yaratmağa çalışır.
 
Digər tənqid isə “Google”-un yeni nəslə təsiri ilə bağlıdır. Həmin insanların iddialarına görə “Google” bir informasiyadan digərinə keçməyi asanlaşdırır. Buna görə də gənclərin düşünmə və öyrənmə qabiliyyətlərinə zərər verir, diqqəti bir istiqamətə toplamağa mane olur.

İnternetin bəzi mənfi cəhətləri olsa da, əslində, çox mühüm irəliləyişlərin qapısını açan əhəmiyyətli dünyadır. Belə ki, bu gün sosial media və internet vasitəsilə əldə edilən məlumat bazası kütlələrin beyinlərinə təsir edəcək gücə malikdir. Bu silahın yaxşı istifadə edilməsi dünyadakı mühüm balansların dəyişməsinə səbəb ola bilər. Bu böyük kütlənin gücü sülhün məntiqinin və zəruriliyinin yayılması üçün istifadə edilə bilər. Nifrət təbliğat və təlqinlə formalaşdırılır. Eyni üsullar sevgi və dostluğun yayılması üçün də istifadə olunmalıdır. Bunun üçün təkcə internetdə istifadə edilən yazı üslubunun dəyişməsi belə kafidir.

“Google” kimi böyük internet platformaları bunu təmin edəcək gücə malikdir. Müasir dövrdəki zülmün, müharibə və qətliamların mənbəyi olan təbliğat çox rahat şəkildə müsbət təlqinlər üçün istifadə edilə bilər. Unudulmamalıdır ki, insan ruhu müsbət fikrə və bunu qəbul etməyə daha açıqdır. “Google” kimi platformalar bütün qabiliyyət və imkanlarını dünyanı formalaşdıran kütlələri dəyişdirməyə istiqamətləndirməli, xoşbəxt, azad və sülh şəraitində yaşayan millətlər formalaşdırmalı, bütün mənfi zəncirləri qırmalıdırlar. 


Adnan Oktarın “The Pioneer”-də (Hindistan) yayımlanan məqaləsi:
http://www.dailypioneer.com/sunday-edition/agenda/opinion/google-an-emerging-global-actor-in-the-internet-world.html 

2018-02-17 00:40:15

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top