Bioyanacaqlar: yaxşıdır yoxsa pisdir?

Planetimizdə əsas enerji qaynaqlarımız olan neft, təbii qaz və kömür kimi qalıq yanacaqları olduqca məhdud miqdardadır. Müharibələr və ya ölkələrarası böhranlar da bu yanacaqların istifadəsində problemlər yaşanmasına səbəb olur. Bu vəziyyət bir çox ölkəni fərqli həll yolu axtarışlarına sövq edir ki, bunlardan biri də bioyanacaqlardır.


Bu mövzuda bir çox fərqli fikirlər vardır. Bəziləri bioyanacaq istifadəsinə tamamilə qarşıdır, bəziləri isə bioyanacaqları planetimizin “xilaskarı” kimi təqdim edirlər. Bəs bunlardan hansı doğrudur?


Bioyanacaqlar bəzi təsərrüfat məhsullarının müxtəlif kimyəvi proseslərdən keçirilərək  spirt, benzin və ya mazutla birləşdirilməsi ilə əldə edilir. ABŞ bioyanacaq əldə etmək üçün qarğıdalı və soya lobyasından, Braziliya şəkər qamışından, Avropa isə kətan toxumu və raps bitkisindən istifadə edir. Bioyanacaqlar “təmiz yanacaqlar” olaraq təqdim edilir və atmosferə buraxılan karbondioksit miqdarını azaltdığı önə sürülür. Lakin bəzi araşdırmalar bu iddianın əksini ortaya qoyur. Buna görə bioyanacaqların zərəri qalıq yanacaqlarına görə daha yüksəkdir, məsələn ənənəvi dizel və benzində karbon izi qiqacoul başına 85 kq ikən, Amerikada yetişdirilən soya lobyalarında bu 340 kq-dır.


Dünya Dostları təşkilatından Kennet Rixter Brüksel raportu tərəfindən ortaya qoyulan bu məlumatları belə şərh etmişdir:


“Hazırda bioyanacaqlar üçün qalıq yanacaqlarından daha çox bitki tələb edilir. Bu səbəbdən Avropadaki bioyanacaq hədəfləri tamamilə mənasızdır və lazım olanın tərsini edir.”[1]


Bioyanacaqlarla bağlı ən çox tənqid edilən mövzulardan biri də təsərrüfat sahələrinin bioyanacaq üçün istifadə edilən bitki əkininə ayrılmasıdır. Məsələn, Braziliyada heyvan yemi düzəltmək üçün soya lobyası yetişdirməkdə istifadə olunan ərazilər hazırda bioyanacaqlara ayrılmış vəziyyətdədir. Bu isə yerli bazardaki itkini aradan qaldırmaq məqsədilə rütubətli meşələrinin soya lobyası sahələrinə çevrilməsi deməkdir. Bilindiyi kimi, rütubətli meşələr ekoloji tarazlığın şah damarıdır. Bənzər şəkildə İndoneziya da bioyanacaq istehsalında istifadə etdiyi raps bitkisini yetişdirəcək ərazi əldə etmək üçün təkcə 2012-ci ildə 8400 kv.m meşəsini sərf etmişdir.[2] Meşəsizləşdirmə quraqlığa, quraqlıq da bitki və heyvan növlərinin azalmasına, bu da uzunmüddətli qida probleminə yol aça bilər.


Ən məşhur bioyanacaqlardan biri olan bioetanol, ümumiyyətlə, şəkər cuğunduru, şəkər qamışı, qarğıdalı, buğda, düyü və kartof kimi bitkilərdən əldə edilir. Bunlar insanların ərzaq olaraq istifadə etdiyi məhsullardır. Bioyanacaqla işləyən bir maşınınız varsa, 50 litrlik bir bakı doldurmaq üçün 352 kiloqram qarğıdalı istifadə etmək məcburiyyətində qalacaqsınız.[3] 2004-cü ilin məlumatlarına görə, dünyada taxıl istehsalının 6,5%-dən çoxu və bitki mənşəli yağ istehsalının 8%-i bioyanacaq əldə etmək üçün istifadə edilir.[4] Əlbəttə ki, bu gün bu rəqəm çox yüksəkdir. Bu vəziyyət əkinçilərin əllərindəki əkinləri bioyanacaq şirkətlərinə sataraq ərzaq məmulatlarının qiymətlərinin bahalaşmasına səbəb olur və ərzaq əldə edilməsi çətinləşir. İngiltərənin “Daily Telegraph” qəzetində yayımlanan bir məqalədə belə bildirilir:


“Bioyanacaqlar son illərdəki qida qiymətlərindəki artımın yeganə səbəbi olmasa da, şübhəsiz, bunda böyük rol oynayırlar.  Yaxşı niyyətli qərblilər zəngin bioyanacaqlarla qiymətləri artırarkən yoxsul insanların qida əldə etməsi çətinləşir. Bioyanacaqların birbaşa nəticəsi olaraq, 30 milyon insanın aclıq çəkdiyi düşünülür. Əgər bioyanacağın zərərlərinə nəzarət edə bilməsək, 2020-ci ilə qədər 40-153 milyon insan daha çox aclıq çəkə bilər.[5]


Necə ki, hər 8 sot əkin ərazisindən 1 sotunun bioyanacaq üçün istifadə edildiyi Almaniyada 2012-ci ildə yayımlanan bir araşdırmaya görə, buğdanın qiyməti son 25 ilin ən yüksək səviyyəsinə çatmışdır. [6] Bu nisbət günümüzdə çox daha artmışdır.


Göründüyü kimi, mövcud bioyanacaq istehsal sistemi “fövqəltəbii” olma ehtimallarını doğrultmadığı kimi, ekoloji və sosial həyatda da zərər verir.


Bioyanacaq istifadəsinin ən mühüm səbəbi neft üçün xərcləri azaldacağı yönündə ehtimallardır. Ancaq bioyanacaqlar benzinin tamamilə yerini tuta bilməz, ancaq qarışdırılaraq istifadə edilə bilər.


Bioyanacaqların neftdən daha ucuz olduğu düşünülür. Məsələn, bir qallon E85 etanolda 80,000 BTU enerji var. Eyni miqdardaki benzində isə bu rəqəm 124,800 BTU-dur. Bu isə bioyanacaqları enerji məhsuldarlığı baxımından qeyri-məhsuldar edir. Bir gallon E85 benzindən 19,9 faiz ucuzdur ancaq anbarı daha tez doldurmaq lazımdır və bu şəkildə daha çox xərc ortaya çıxar.Hər nə qədər bu qulağa çox bahalı gəlməsə də, işin texniki tərəfi incələndikdə xərclər çoxalır [7]


Bioyanacaq istehsalının səbəb olduğu mənfi hadisələrdən biri də heyvan qidalandırması üçün istifadə edilən otlaqların azalmasıdır. Almaniyada heyvandarlıqla məşğul olanlar bioyanacaq istehsalı üçün geniş  şəkildə əkinçilik edilməsi əkilməsi artıq otlaq tapmaqda çətinlik çəkdiklərini dilə gətirməkdədirlər.[8]


Bioyanacaqlar zərərli ola biləcək yönlərindən təmizləndirilərək daha faydalı hala gətirilə bilər, ancaq bunun üçün bütün ölkələr bir araya gəlib ortaq bir siyasət yeridə bilərlər. İstehsal edilən məhsulun bioyanacaqlarda istifadəsinə gətiriləcək məhdudiyyətlər, nəzarətli satış, günəş və küləkdən elektrik istehsalının təşviqi, yosun kimi bitkilərdən bioyanacaq əldə edilməsi yoluna gedilməsi bu mövzudaki həl yollarından bəziləridir. Ancaq ən vacibi odur ki, cəmiyyət məlumatlandırılmalıdır.


Gələcək nəsillərə yaşanılacaq bir dünya yarada bilmək üçün sərvətlərin ədalətli paylanılması, ərzaq israfının qlobal mənada qarşısının alınması, insan mərkəzli həllərə yönəlmək vacibdir. Qarşımızdaki günlər bu vaciblik prosesinin necə idarə edildiyinə görə formalaşacaqdır.
 

[1] http://www.telegraph.co.uk/news/earth/environment/climatechange/7614934/Biofuels-cause-four-times-more-carbon-emissions.html
[2] BBC, “Endonezya orman açmada Brezilya'yı geçt”i, 30 Haziran 2014, http://www.bbc.com/turkce/haberler/2014/06/140630_endonezya_brezilya_ormanlari Son erişim tarihi: 18 Kasım 2017)
[3] Janine Albrecht (Söyleşi), Jean Ziegler: 'Biofuels a big cause of famine', DW 1 Mayıs 2013, http://www.dw.com/en/jean-ziegler-biofuels-a-big-cause-of-famine/a-16775009
[4] Bjørn Lomborg, The Ethanol Catastrophe, Slate,         http://www.slate.com/articles/business/project_syndicate/2011/03/the_ethanol_catastrophe.html    
[5] http://www.telegraph.co.uk/news/earth/energy/biofuels/10520736/The-great-biofuels-scandal.html
[6] Stephen Evans, “Biofuel crops transform German farming”, BBC News 31 Ağustos 2012, http://www.bbc.com/news/world-europe-19413408
[7] https://auto.howstuffworks.com/fuel-efficiency/biofuels/biofuel-fossil-fuel1.htm
[8] Stephen Evans, “Biofuel crops transform German farming”, BBC News 31 Ağustos 2012, http://www.bbc.com/news/world-europe-19413408

Adnan Oktar'ın Kashmir Reader'da (Hindistan) yayımlanan məqaləsi:
https://kashmirreader.com/2017/12/24/biofuels-seeing-both-sides/

2018-03-01 22:30:00

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top