Kömür mədənlərindəki ölümləri azaltmaq mümkündür

Filiz yataqları mobil telefonunuzdan evinizin istilik sistemlərinə, mindiyiniz qatardan istifadə etdiyiniz alətlərə qədər həyatın hər sahəsində vardır. Bu, dağ-mədən sektorunun əhəmiyyətini getdikcə daha da artırır. Sektor böyüyüb inkişaf etdikcə daha qazanclı hala gəlir və daha çox maraq yaradır.

Çox vaxt böyük investisiya tələb etməyən, bir kürək və bir fəhlənin belə kifayət etdiyi kömür mədəni dünyanın ən çox bədbəxt hadisələr baş verən sahəsidir. 26 aprel 1942-ci ildə Çində baş vermiş və 1549 nəfərin həlak olmasına səbəb olan bədbəxt hadisə kömür mədəni tarixində ən böyük qəza kimi tarixə düşmüşdür. (1)

Mədənlərdə çökmə, yanğın, su daşqını, qaz sızması, dəm qazı zəhərlənməsi, metan qazı və kömür tozu partlayışı kimi müxtəlif səbəblərdən baş verən qəzalar kütləvi ölümlərə səbəb olur. Dünyanın müxtəlif yerlərində tez-tez baş verən bu qəzaları azaltmaq və ölümlərin qarşısını almaq mümkündür.

Məsələn, Almaniyada Türkiyədən bir neçə dəfə çox kömür istehsal edilir. Lakin qəzaların qarşısını alan tədbirlər görüldüyündən Türkiyədəki kimi ölümə səbəb olan mədən qəzaları baş vermir. Belə ki, yerin altında uzaqdan idarə edilən yüksək texnologiyalı robot sistemləri və xüsusi qurğulardan istifadə edilir. Bu qurğular həm qəzaların qarşısını alır, həm də mədənlərdəki məhsuldarlığı xeyli artırır. Bu gün deşmə, partlatma, yükləmə və tunellərdən kömür çıxarma zamanı baş verən qəzaları avtomatik işləyən kömür mədəni sistemləri vasitəsilə minimuma endirmək olur. 

Cənubi Afrikada “De Beers Finsch” mədəni, “Codelco” korporasiyasının Çilidəki "Əl Teniente" mədənləri, Avstraliyanın Pilbara bölgəsindəki Rio Tintonun "West Angelas" mədəni avtomatik idarə olunan nəqliyyat və daşıma sistemlərini tətbiq edən ilk yeraltı mədənlərdəndir. (2)

Bu cür texnologiyanın olmadığı mədənlərdə isə profilaktik texniki tədbirlər görmək mümkündür. Bunların ən əhəmiyyətlisi mədənlərdəki zəhərli və partlayıcı təhlükəni əvvəlcədən xəbər verən detektorlardan istifadə edilməsidir.


Karbon oksid, karbondioksid, metan kimi qazların miqdarını xəbər verən, mərkəzlə kabelsiz əlaqə saxlayan detektorlar qəza riskini minimuma endirir. Bundan əlavə, kömür mədənlərində partlayış və yanğınlara səbəb olan, tənəffüs edilməsi  belə böyük risk daşıyan kömür tozunu udan sistemlərdən istifadə edilməsi qəzalara qarşı görülə biləcək digər vacib tədbirdir. “GE” şirkətinin yeni tətbiq etdiyi “CoalPlus” texnologiyası müxtəlif dağ-mədən əməliyyatlarında kömür tozunu 90% azalda bilir. (3)


Mədən çökməsi zamanı baş verən ölümlərin qarşısını almaq da mümkündür. Bunun üçün əvvəlcədən qazıntının aparılacağı yerləri yaxşı müəyyən etmək lazımdır. Bundan əlavə, mədən çuxurlarını, qaya səthlərini və çatları elektron müşahidə sistemləri ilə daim nəzarət altında saxlamaq mümkündür. Hətta mədənlərdə sütun və dirəklərə ehtiyac olmadan, tunellərə insan əli dəymədən dayaq olub irəli gedən sistemlər belə mövcuddur. Hazırda dağ-mədən texnologiyasında bu cür texnoloji imkanlardan istifadə edən şirkətlər var.


Bunlardan başqa, işçilərin cihazlara təhlükə yaradacaq qədər yaxınlaşmamasını təmin edən xəbərdarlıq sistemlərindən istifadə etmək mədənlərdəki bədbəxt hadisələrin sayını azaldan vasitədir. Cihazlardakı sürüşmə, toqquşma, sürətlənmə kimi xəbərdarlıq sistemləri ilə onları istifadə edən operatorlar və ətrafdakı insanlar  qoruna bilər. (4)

Bütün bu texnologiyalardan istifadə edilib-edilməməsindən asılı olmayaraq, dağ-mədən sənayesi sahəsində mütləq insanların həyatını qorumaq istiqamətində ciddi qanuni tənzimləmə olmalıdır. Əslində, təkcə bu da kifayət etmir. Qanunvericiliyin müəyyən etdiyi təhlükəsizlik tədbirlərinin tətbiq edilib edilmədiyini görmək üçün mədənlərdə tez-tez ciddi yoxlamaların aparılması da vacibdir. Bu nəzarət sistemi ilə insanların beyinlərində yaranan "laqeydlik varmı" sualının yaratdığı gərginlik də azala bilər.

Mədən qəzalarının qarşısını almaqda mətbuat çox faydalı vasitədir. Qəzaların bəzən xalqdan gizlədilməsi mədənlərdəki sağlamlıq və təhlükəsizlik normalarının ləng həyata keçirilməsinə səbəb olur. Bu səbəbdən mətbuatın, həmkarlar ittifaqlarının və QHT-lərin mədən qəzaları haqqındakı fikirlərini sərbəst şəkildə dilə gətirmələri tədbirlərin artırılmasında böyük rol oynayacaq.

Dağ-mədən sənayesi sahəsində avtomatik idarə olunan sistemlər tətbiq edilməli, dərhal buna uyğun investisiyalar planlaşdırılmalı, yeni qanunvericilik layihələri hazırlanmalı və dövlətlər tərəfindən lazımi dəstək olunmalıdır.

Unudulmamalıdır ki, insan həyatı filizdən daha dəyərlidir. Daha çox gəlir əldə etmək üçün başqalarının həyatına əhəmiyyət verməyən insanları eqoizmdən xilas etmək mümkündür. Bunun yolu isə kütlələri öz mənfəətini hər şeydən vacib hesab edən eqoist həyat tərzindən uzaqlaşdıran maarifləndirmə aparılmaq və cəmiyyət təfəkkürünün dəyişdirməkdir. 


Mənbələr:
Akansha Gupta, The world’s worst coal mining disasters, Mining Technology 15 may 2014, http://www.mining-technology.com/features/feature-world-worst-coal-mining-disasters-china/
Praven Duddu, Mining safely – innovative technologies to prevent mining accidents, Mining Technology 2 aprel 2014,  http://www.mining-technology.com/features/featuremining-safely-innovative-technologies-to-prevent-mining-accidents-4207131/
Praven Duddu, Mining safely – innovative technologies to prevent mining accidents, Mining Technology 2 aprel 2014,  http://www.mining-technology.com/features/featuremining-safely-innovative-technologies-to-prevent-mining-accidents-4207131/
Philippe Dozolme, What Can Be Done to Prevent Mining Accidents? The Balance 16 aprel 2017,
https://www.thebalance.com/what-can-be-done-to-prevent-mining-accidents-2367337
Adnan Oktarın “Kashmir Reader”da (Hindistan) yayımlanan məqaləsi:
https://kashmirreader.com/2018/02/13/it-is-possible-to-minimize-fatalities-in-mining/

2018-03-09 21:26:26

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top