Hər iki xüsusiyyəti ilə sosial şəbəkə

Bəhreynli gənclər sosial şəbəkədən istifadə edərkən onun təhlükələrindən də qorunmalıdırlar. Feysbukun təsisçisi, həmçinin Napsterin həmtəsisçisi Şon Parker (Sean Parker) son vaxtlar sosial şəbəkə ilə bağlı sərt ifadələri ilə dünyanı təəccübləndirdi. Feysbukun cəmiyyətə verdiyi zərərli təsirlərdən gileylənərək uşaqların sağlam inkişafına potensial təhlükəsi ilə bağlı xəbərdarlıq etdi. Bu fikri ilk dəfə ortaya atdıqda insanları mümkün qədər ondan asılı hala salmaq istədiklərini etiraf etdi və bildirdi ki, "bəyən" işarəsi bu arzunun nəticəsi olaraq ortaya çıxıb.

Parker "bəyən" işarəsini və ümumilikdə sosial şəbəkənin funksiyalarını "... insan psixologiyasının zəifliyini istismar etmək" kimi xarakterizə edir. Bu, acı həqiqətdir. Bir çox insan beynində öz səviyyəsində olduğunu düşündüyü insanlarla şüuraltı yarışa başlayır və bir müddət sonra həmyaşıdlarının razılığını qazanmağı və ya onlarda qısqanclıq hissi oyatmağı həyatının məqsədi halına gətirir. Bu, təhlükəli düşüncə tərzidir və heç kimə faydası yoxdur. Bunun əldə edilmədiyini düşündükdə insanların psixologiyası pozulur. Sosial şəbəkə bu zəiflikdən istifadə etməyə başladıqda nəticələri narahatlıqverici ola bilər. Lakin faydalı şəkildə istifadə edərək bu tendensiyanı asanlıqla dəyişdirə bilərik.

Bir çox sorğu bu təhlükənin mövcud olduğunu təsdiq edir  və sosial şəbəkənin xeyrindən çox zərəri olduğunu göstərir. Bir sorğuya görə, 1500 sosial şəbəkə istifadəçisindən 62%-i özünü qeyri-kafi hiss etdiyini, 60%-i özlərini başqaları ilə müqayisə etdikdə qısqandıqlarını deyirlər. Missuri Universitetinin professoru Marqaret Dafi (Margaret Duffy) bu zərərli fakt haqqında belə deyir: "Əgər sosial şəbəkə insanın öz nailiyyətlərini başqaları ilə müqayisə etmək üçün istifadə edilirsə, mənfi təsiri ola bilər".

Daima bəyənilmək axtarışında və müqayisə aparmaq istəyində olmaq duyğusal gənclərə təsir edir. Bu cür hisslər nəzarət altına alınmadıqda sağlam, güclü xarakterin formalaşmasının qarşısı alınır. Keçmişdə heç bir sosial şəbəkə olmadığı vaxtlarda bəyənilmək ehtiyacı az sayda dost-tanışla məhdudlaşırdı. Nəticədə gözləntilər və məyusluq səviyyəsi aşağı olurdu. Ancaq bu gün virtual simaların sayı real olmayan gözləntilər yaradır və bunun nəticəsində yaranan məyusluq mənfi nəticələrə səbəb olur. Yəni sosial şəbəkə bir çox cəhətdən faydalı olsa da, bu cür zərərli təsirlərə də malik ola bilir.

Parkerin qeyd etdiyi kimi, bu cür yanaşma müdafiəsiz gənclərin inkişafına mənfi təsir edir. Gənclər "bəyən" işarəsinə, sosial statusa çox önəm verərək böyüyürlər. Bəs gerçək dünya ilə necə baş edəcəklər? Virtual dünyada axtardıqları bəyənilmək duyğusu gerçək həyatda qarşılığını tapmasa, necə olacaq? Gələcək nəsillər ruhlarındakı bu lazımsız yüklə böyümədən öncə bu məsələlərin müzakirə olunması çox mühümdür.

Sosial medianın gücünü də istifadə edərək bu düşüncə formasını konstruktiv və faydalı fikirlərlə dəyişdirmək mümkündür. Bu şəbəkə vasitəsilə daim müsbət mesajlar yaymaq mənfi təsirləri tarazlaşdıra bilər. Sosial şəbəkə qərəzli fikirlərin öhdəsindən gəlmək, nifrət mədəniyyətinə qarşı olmaq, sevgi, anlayış və sülh mesajlarını yaymaq üçün çox təsirli vasitə ola bilər. Yuxarıda bəhs edilən bəyənilmək arzusu isə aşağıdakı vasitələrlə zərərsizləşdirilə bilər:

Başqasının bəyənib-bəyənməməsinin sizin üzərinizdə real təsiri olmadığını unutmayın.
 
Sizin bir başqasının həyatını bəyənməyiniz necə o insanın həyatına təsir etmirsə, başqasının da sizin həyatınızı bəyənməsinin həyatınıza hər hansı bir təsiri olmayacağını unutmayın.
 
İstər tanışlarınız, istər anonim internet istifadəçiləri olsun, öz etibarınızı başqalarının düşüncələrinə görə təyin etməyin.

Unutmayın, önəmli olan sizin xarakterinizdir, başqalarının sizin haqqınızda nə düşündüyü deyil.

Ümid edirik ki, bu düşüncə tərzi ilə gənclər bəyənilmək xəstəliyindən xilas olacaq və ətraf mühitə daha həssas, güclü və müstəqil fərdlər kimi formalaşmağa başlayacaqlar.


Adnan Oktarın “Gulf Daily News”də (Bəhreyn) yayımlanan məqaləsi:
http://www.gdnonline.com/Details/304338/GDN-Readers-View-Double-edged


 

2018-03-20 14:38:26

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top