Bir hocaya cavab

 

Bir insan hz. Mehdi (ə.s)-ın Hicri 1400-cü ildə çıxmayacağını, hz. Mehdi (ə.s)-ın zühurunun başqa əsrə qaldığını iddia edir. Bu iddiası ilə də hz. Mehdi (ə.s)-ın Hicri 1400-cü ildə zühur edəcəyini ifadə edən Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən və ən böyük əhli sünnət alimlərinin ittifaqla qəbul etdikləri yüzlərlə səhih hədisi açıq-aşkar rədd edir.

 

1. Halbuki, Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən səhih hədislərdə; Allahın hər əsrin başlanğıcında İslam dinini Quranda olmayan hər cür xurafat, adət və batil inancdan təmizləyəcək, dinimizi Qurandakı əslinə döndərəcək, Peyğəmbərimiz (s.ə.v)-in sünnəti ilə hərəkət edəcək, o dövrün ehtiyaclarına görə insanların beynində yaranan suallara Qurandan həllər gətirən vəli insana tapşıracağı bildirilmişdir. Əhli Sünnət hədis ədəbiyyatinda ən əhəmiyyətli altı kitabdan biri olan Sünəni Əbu Davudda və Hicri 1000-ci ilin mücəddidi olan İmam Rəbbani Həzrətlərinin çox qiymətli əsəri Məktubatı Rəbbanidə yer alan hədislərdə və ayrıca 13-cü əsrin mücəddidi Ustad Səid Nursi Həzrətlərinin risalələrində, hər yüz ildə Allahın bir mücəddid göndərəcəyi açıq şəkildə bildirilmişdir:

 

Əbu Hüreyrənin rəvayətinə görə; Rəsulullah (s.ə.v) belə buyurmuşdur:

Həqiqətən Əziz və Cəlil olan Allah HƏR ÜZ İLİN BAŞLANĞICINDA BU ÜMMƏTİN DİNİNİ BİDƏTDƏN AYIRACAQ, YENİLƏYƏCƏK (ELM SAHİBİ) BİR ŞƏXSİ GÖNDƏRƏR.

 

(Sünən-i Əbu Davud, 5/100)

 

 

 

 

HƏR YÜZ İLİN BAŞLANĞICINDA BU ÜMMƏTİN ÜLƏMASI ARASINDAN BİR MÜCƏDDİD GƏLƏCƏK VƏ ŞƏRİƏTİ (Quran əxlaqının əsaslarını və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsini) ƏHYA EDƏCƏKDİR.

 

(Məktubat-ı Rəbbani, 1/520)

 

 

 

 

Əshabi Kütübi Sittədən İmamı Hakimin “Müstədrəkində” və Əbu Davudun “Kitabı Sünənində”, Beyhaki “Şuabı İmanda” təhric buyurdular (meydana qoydular):

HƏR YÜZ İLDƏ BİR, ALLAH BİR MÜCƏDDİDİ DİN (DİNİ YENİLƏYƏN) GÖNDƏRİR...”

 

(Barla Lahikası, 119)

 

 

 

 

İndi yada düşdü ki, əgər şəddəli “ləmlər” və (mim) iki dəfə sayılsa BUNDAN BİR ƏSR SONRA ZÜLMÜ YOX EDƏCƏK ŞƏXSLƏR İSƏ, HƏZRƏTİ MEHDİNİN ŞAGİRDLƏRİ OLA BİLƏR.”

 

(Şualar, Birinci Şua, səhifə, 85)

 

 

  • Ustad Səid Nursi Həzrətləri, Barla Lahikasında Hicri 1200-cü ilin yəni 12-ci əsrin mücəddidinin Həzrəti Mövlana Xalid olduğunu bildirmişdir.

 

 

 

“HƏR YÜZ İLİN BAŞLANĞICINDA dini təcdid edəcək (yeniləyəcək) bir mücəddidi (yeniləyicini) göndərir” müjdəsinin ihbarına (verdiği məlumatlara) muvazi (uyğun) olaraq HƏZRƏTİ MÖVLANA XALİD -əksər əhli həqiqətin təsdiqi ilə (din alimlərinin böyük bir çoxluğunun təsdiqləməsi ilə və ittifaq ilə)- 1200 ilinin yəni ON İKİNCİ ƏSRİN MÜCƏDDİDİDİR.

 

(Barla Lahikası, səhifə 120)

 

 

Mövlana Xalidi Bağdadi Hicri 1193-cü ildə (Miladi 1779) anadan olmuş, Hicri 1242-ci ildə (Miladi 1827) vəfat etmişdir. Bu mübarək insan, İslam alimlərinin böyük çoxluğunun ittifaqı ilə, Hicri 12-ci və 13-cü yüz illər arasındakı mücəddiddir.

  • Mövlanə Xalid Həzrətlərinin Hicri 1200-cü ilin mücəddidi olduğunu bildirməsindən dərhal sonra da, yüz il sonra, yəni Hicri 1300-cü ildə İslam Bədiüzzaman Səid Nursi özünün və əsərlərinin bir mücəddid vəzifəsində xidmət etdiyini çox açıq şəkildə ifadə etmişdir:

 

Bir halda ki, TAM YÜZ İL SONRA eynən dörd cəhətdə (yöndə) təvafüq edərək (tam əməl edərək) RİSALEİ NUR ƏCZALARI (HİSSƏLƏRİ) EYNİ VƏZİFƏNİ GÖRMÜŞ...  Qənaət verir ki -nassı hədis ilə (hədisin şübhəyə yer buraxmayan ifadəsi ilə)-Risalei Nur təcdidi din (dini yeniləmə) xüsusunda BİR MÜCƏDDİD HÖKMÜNDƏDİR.

 

(Barla Lahikası, səhifə 121)

 

 

Həqiqətən də Bədiüzzaman Səid Nursi, Mövlanə Xalidi Bağdadidən tam 100 il sonra, hicri 1293-cü ildə (miladi 1878) anadan olmuşdur. Vəfatı isə hicri 1379-cu ildir (miladi 1960). Bədiüzzaman, hicri 12-ci əsrin mücəddidi Mövlanə Xaliddən yüz il sonra yəni 13-ci əsrdə böyük iman xidməti həyata keçirib. Buna görə də, Bədiüzzaman da 13-cü və 14-cü əsrlər arasındakı mücəddiddir. Göründüyü kimi hədislərlə tam uyğunluq olub və Rəbbimiz, Peyğəmbərimiz (s.ə.v)-dən sonra hər əsrin başında bir müctəhid, mücəddid göndərmiş və bu dəyərli insanlar da İslam dininin Qurana və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsinə uyğun yaşanmasına vəsilə olmuşdular. Allahın bu adətullahı yüzlərlə ildir baş vermiş və İslam aləmi bu dəyərli insanların öz əsrlərinin mücəddidləri olduqlarına iman və vicdan olaraq inanmışlar.

 

Peyğəmbərimiz (s.ə.v)-dən etibarən hər əsrdə bir mücəddid gəldiyinə görə mütləq ki, hicri 1400-1500-cü illər arasındakı yüz illik dövrdə də müsəlmanları Quran əxlaqına və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsini yaşamağa yönəldəcək, İslam dinini bidətlərdən təmizləyəcək mücəddid gəlməlidir. Ancaq bu adamın zənninə görə; Peyğəmbərimiz (s.ə.v) tərəfindən hicri 1400-cü ildə zühur edəcəyi bildirilmiş olan Axırzamanın böyük mücəddidi guya bu əsrdə gəlməyəcəkdir. Onun gəlişi daha sonrakı əsrə qalmışdır. Halbuki, hər əsrdə bir mücəddid gəlmişkən hicri 1400-cü ilə gəldikdə bir anda bu zühurun səbəbsiz şəkildə kəsildiyini iddia etməyin heç bir məntiqli izahı ola bilməz. Bu iddiası ilə sözügedən şəxs, Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən yüzlərlə səhih hədisi açıq şəkildə inkar edir.

 

2. Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən yüzlərlə səhih hədis ilə və hicri 1300-cü ilin mücəddidi olan Ustad Səid Nursi Həzrətlərinin bildirməsi ilə; Ustadın yaşadığı dövr olan Hicri 1300-cü ildən 1 əsr sonra yəni hicri 1400-cü ildə, Rəbbimiz ən böyük mücəddid (yeniləyən, hər yüz ilin başlanğıcında dini həqiqətləri dövrün ehtiyacına görə dərs vermək üçün göndərilən böyük alim), ən böyük müctəhid, ən böyük vəli, hakim, mürşid və Qütbü Əzam olaraq Axırzamanın böyük Mehdisinə vəzifə verəcəkdir.

 

Peyğəmbərimiz (s.ə.v) bir hədisində hicri 1400-cü ildə hz. Mehdi (ə.s)-ın zühur edəcəyini belə xəbər vermişdir:

 

 

“İnsanlar 1400-CÜ İLDƏ HZ. MEHDİ (Ə.S)-IN YANINDA TOPLANACAQDIRLAR”.

 

(Risalətül Huruc-ül Mehdi, səhifə 108)

 

 

Ustad Səid Nursi həzrətləri isə Risalələrində özündən 1 əsr sonra yəni hicri 1400-cü ildə gələcək olan hz. Mehdi (ə.s)-ı belə bildirmişdir:

 

Bu zamanda elə fövqəladə hakim cərəyanlar var ki, hər şeyi öz hesabına aldığı üçün, faraza HƏQİQİ GÖZLƏNİLƏN VƏ BİR ƏSR SONRA GƏLƏCƏK O ŞƏXS belə bu zamanda gəlsə...

(Kastamonu Lahikası, səhifə 57)

 

 

 

 

İndi yada düşdü ki, əgər şəddəli “ləmlər” və (mim) iki dəfə sayılsa BUNDAN BİR ƏSR SONRA ZÜLMÜ YOX EDƏCƏK ŞƏXSLƏR İSƏ, HƏZRƏTİ MEHDİNİN ŞAGİRDLƏRİ OLA BİLƏR.”

 

(Şualar, səhifə 605)

 

 

İmam Rəbbani Həzrətləri isə Məktubatında hz. Mehdi (ə.s)-ın Peyğəmbərimiz (s.ə.v)-in vəfatından 1000 il sonra gələcəyini bildirmişdir:

 

 

Quran hökmlərinin qüvvətləndirilməsi, milləti yeniləməsi bu İKİNCİ MİNDƏDİR. Bu davanın doğruluğuna adil şahid: hz. İsa (ə.s)-ın HZ. MEHDİ (Ə.S)-IN BU MİN İÇİNDƏ VAR OLMALARIDIR.

 

(Məktubat-ı Rəbbani, cild 1, səhifə 611)

 

 

 

 

Rəsulullah (s.ə.v)-in ümməti arasından çıxanlar çox kamildirlər. Yəni Rəsulullah (s.ə.v)-in irtihalından (vəfatından) min il keçdikdən sonra istərsə az olsunlar. ARADAN MİN İL KEÇDİKDƏN SONRA, HZ. MEHDİ (Ə.S)-IN GƏLİŞİ DƏ BUNUN ÜÇÜNDÜR. Onun mübarək kudümünü (gəlişini), Hatəmür-rüsül Rəsulullah (s.ə.v) müjdələmişdir. Hz. İsa (ə.s) belə aradan min il keçdikdən sonra nüzul edəcəkdir (enəcəkdir).

 

(Məktubat-ı Rəbbani, cild 1, səhifə 440)

 

 

 

Ancaq gözlənən odur ki; ARADAN MİN İL KEÇƏNDƏN SONRA bu gizli dövlət təcid edilə (yenilənə). Ona bir üstünlük verilib suyu tapması, artdırıla... Beləliklə kəmalatın (fəzilətlərin, mükəmməlliklərin) əsli zühur edib onun zillətini örtə… VƏ UCA BAĞLILIĞA DƏYƏR VERƏN HZ. MEHDİ GƏLSİN. Allah ondan razı olsun.

(Məktubat-i Rəbbani, 1/569)

 

 

3. Ancaq bütün bu səhih hədislərə və son min ilin ən böyük İslam alimi olan Ustad Səid Nursinin izahlarına baxmayaraq hz. Mehdi (ə.s)-ın hicri 1400-cü ildə çıxacağı həqiqətini inkar edən bu şəxs hələ də eyni fikri müdafiə etməkdə davam edirsə bu halda Allahın rəhmətindən və İslam əxlaqının hakim olacağı reallığından da ümidini kəsmiş deməkdir. Halbuki Allaha iman edən bir müsəlman heç vaxt Allahın mərhəmətindən ümid kəsməz. Ancaq Allah və Quranın ayələrinə iman etməyən insanlar belə bir ümidsizlik içinə düşürlər. Allah ayəsində belə bildirir:

 

Məhz Mənim mərhəmətimdən ümidlərini kəsənlər Allahın ayələrini və Onunla qarşılaşacaqlarını inkar edənlərdir. Elə onlar üçün ağrılı-acılı bir əzab vardır.

(Ənkəbut surəsi, 23)

 

 

Bu insan sözdə; hz. Mehdi (ə.s) hicri 1400-cü ildə gəlməyəcək daha sonrakı bir yüz ildə gələcək deyərək, İslam əxlaqının bu əsrdə də guya hakim olmayacağını iddia edir. Bu iddia isə, zülm görən, əzab çəkən, Allaha iman etdiyi üçün təzyiq və əziyyət görən milyonlarla müsəlmanın digər əsrə qədər, yəni ən azı 70 il daha eyni zülm və çətinlik içində yaşayacaqları mənasını daşıyır ki, bu çox şeytani, Quran əxlaqına uyğun olmayan məntiqdir. Ancaq əgər; “Bu əsrdə İslam əxlaqı hakim olacaq” deyirsə o zaman da “İslam əxlaqını bütün dünyaya hakim edəcək insanın varlığını qəbul etməlidir və bu şəxs hicri 1400-cü ildə zühur edəcək olan Axırzamanın Böyük Mehdisidir” deməlidir. Çünki hər əsrdə Allah necə müsəlmanlara bir mücəddid, bir vəli, bir hidayət rəhbəri göndərmiş isə eyni şəkildə yaşadığımız hicri 1400-cü ildə də belə müqəddəs şəxsin zühur etməsi lazımdır. Bu xoşbəxt adam isə Axırzamanın ən böyük mücəddidi, Qütbü əzamı olan hz. Mehdi (ə.s)-dır. Allah onu vəsilə edərək müsəlmanları sevgi, dostluq, qardaşlıq, sülh və əmin-amanlıq dolu və sərbəst Quran əxlaqını yaşaya biləcəkləri həyata qovuşduracaqdır.

4. Hicri 1400-cü ildə yaşayan bütün müsəlmanlar böyük şövq, həyəcan və ümidlə Allahın Quranda bildirdiyi; İslam əxlaqının dünyaya hakim olacağı ilə bağlı ayələrin təcəlli etməsini gözləyirlər. Rəbbimiz Quranda bir çox ayədə müsəlmanlara İslam əxlaqının dünyaya hakim olacağını müjdələyir. Müsəlmanların Allaha iman etmələri səbəbiylə dəccaliyyət sistemindən gördükləri ağır təzyiq və zülmdən, bütün qorxularından və yaşadıqları çətin həyatdan sonra rifaha, hüzur və xoşbəxtliyə nail olacaqlarını bildirir. (Tövbə surəsi, 32-33, Qəsas surəsi, 5, Saf surəsi, 8-9, Əhzab surəsi, 27, Saf surəsi, 13, Fəth surəsi, 1-3, Ənbiya surəsi, 105, İbrahim surəsi, 14-15)

 

Halbuki bu şəxs sözügedən iddiası ilə, Allahın ayələri ilə tamamilə zidd olan bir məntiqi müdafiə edir. Müsəlmanların həm İslam əxlaqının hakimiyyətini, həm də hz. Mehdi (ə.s)-ın zühurunu bu əsrdə artıq gözləməmələrini, bu məsələlərin guya başqa əsrə qaldığını söyləyərək, həm ayələrlə həm də Peyğəmbərimiz (s.ə.v)-in hədisləri ilə tamamilə zidd olan şeytani fikrə rəhbərlik edir.

 

Allah Nur surəsi, 55-ci ayəsində;

 

Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir.

(Nur surəsi, 55)

 

 

şəklində bildirərək müsəlmanları mütləq dünyada güc və iqtidar sahibi edəcəyini və İslam dinini hakim edib müsəlmanları təhlükəsizliyə qovuşduracağını vəd etmişdir. Allahın İslam əxlaqını dünyaya hakim edəcəyi müjdəsini verdiyi bu ayə, inşaAllah, içində olduğumuz Axırzamanda hz. Mehdi (ə.s)-ın vəsilə olması ilə baş verəcəkdir. Bütün müsəlmanlar ayədə bildirildiyi kimi, rahatlığa qovuşacaq, yaşadıqları qorxular, zülm və əzablar sona çatacaqdır. Allah İslam dinini güclü edəcək və İslam əxlaqını bütün insanlara sevdirib, mənimsədəcəkdir.

 

5. Bu adam, sözdə hz. Mehdi (ə.s)-ın hicri 1400-cü ildə çıxmayacağını iddia edərək buna görə də, İslam əxlaqının bu əsrdə hakim olmayacağını da iddia edir. Ancaq Hicri 1400-cü ilə girilməsi ilə birlikdə ard-arda hədisdəki izahatıyla “təsbih dənələri kimi” bir-birini izləyərək baş vermiş olan Axırzaman əlamətləri bəhsi keçən adamın iddialarının tamamilə yalan olduğunu isbat etmişdir. Bu şəxs aşağıda yalnız bəzilərini qeyd etdiyimiz hicri 1400-cü il etibarilə baş vermiş bu hədisləri necə bir sonrakı əsr üçün izah edə biləcəkdir?

 

Məsələn, hicri 1400-cü ildə, hədisdə Peyğəmbərimiz (s.ə.v)-in tam açıqladığı şəkildə Fəratın suyu üzərində qurulan bənd ilə kəsilmişdir.

 

 

Fərat çayının suyu çəkilərək qızıl xəzinəsini açıqlamasının vaxtı yaxınlaşır. Hər kim, o vaxt orda olsa o xəzinədən bir şey götürməsin”.

 

(Hədisi Buxari və Müslim rəvayət etmişdirlər. Riyazüs Salihin, 3/332)

 

 

Bu hədisin baş verdiyini qəbul etməyimiz üçün ilk kəsilmə vaxtı kifayətdir. Fərat çayının suyunun bir daha kəsilməsi artıq hədis baxımından əhəmiyyət daşımaz. Bu halda başqa əsrdə bu hadisənin təkrar etməsinin hədisin kəsilməsi baxımından heç bir əhəmiyyəti qalmamışdır. Çünki onsuz da hicri 1400-cü ildə Fəratın suyu ilk dəfə kəsilmişdir.

 

  • Yenə Peyğəmbərimiz (s.ə.v), Əfqanıstanın işğal ediləcəyini;

 

 

 

Talikana (Əfqanıstana) yazıq oldu. Şübhəsiz, Allahın orada qızıl və gümüş olmayan xəzinələri vardır. Orada Allahı haqqı ilə bilən insanlar vardır. Onlar Axırzaman hz. Mehdi (ə.s)-ın köməkçiləridir.”

 

(Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səhifə 59)

 

 

hədisi ilə bildirmişdir. Rusların Əfqanıstanı 1979-cu ildə, yəni hicri 1400-cü ildə işğal etmələri ilə bu hədis baş vermişdir. Başqa əsrdə bir daha Əfqanıstan işğal ediləcək olsa da, bizim üçün 1979-cu ildə ilk dəfə baş verən bu işğal hədisi tam yerinə yetirən işğaldır.

 

  • Peyğəmbərimiz (s.ə.v) axırzamanda hz. Mehdi (ə.s)-ın çıxış əlamətlərindən biri olaraq Ramazan ayında iki il üst-üstə günəş və ay tutulmaları olacağını xəbər vermişdir.

 

“Hz. Mehdi (ə.s) üçün 2 əlamət vardır ki... Bunun birincisi, Ramazanın birinci gecəsi Ayın ikincisi də ortasında Günəşin tutulmasıdır”.

 

(El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səhifə 47)

 

 

 

“Hz. Mehdi (ə.s)-ın çıxmasından əvvəl bir Ramazan içində Günəş iki dəfə tutulacaqdır.”

 

(Ölüm-Kıyamet-Ahiret ve Ahir Zaman Alametleri, səh. 440)

 

 

 

“... Günəşin oruc ayının ortasında, Ayın isə sonunda tutulması...”

 

(Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 37)

 

 

 

“Hz. Mehdi (ə.s)-ın gəlişi Ramazan ayında ayın iki dəfə tutulmasına səbəb olacaqdır.”

 

(Qiyamət əlamətləri, səh. 200)

 

 

Hicri 1400-cü il içində 1981-ci və 1982-ci illərdə ard-arda və tam Ramazan ayında günəş və ay tutulmaları baş vermişdir. 81 və 82-ci illərdə ard-arda baş verən bu səma hadisələri ilə hədis tam olaraq baş vermişdir. Bu hadisənin iki il üst-üstə olması hədisin ifadə etdiyi hadisənin baş verdiyini göstərir. Bundan sonra başqa əsrdə olan oxşar yeni hadisənin artıq hədis baxımından etibarlılığı olmaz.

 

  • Yenə dünyamızın yaxınından ancaq 76 ildə bir dəfə keçən Halley quyruqlu ulduzu 1986-cı ildə yəni hicri 1406-cı ildə keçmiş və Peyğəmbərimiz (s.ə.v)-in hədisdə;

 

O gəlmədən əvvəl, şərqdən işıq verən quyruqlu ulduz görünəcəkdir.

 

(El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 53)

 

 

Şəklindəki ifadəsi tam olaraq həyata keçmişdir.

 

  • Peyğəmbərimiz (s.ə.v) hədisində;

 

 

“ ... AZERBAYCANDAN MÜTLƏQ ATƏŞ ÇIXACAQDIR. Və heç bir şey onun qarşısında dura bilməyəcək. Belə bir şey olanda evinizdə oturun...”

 

(Şeyh Muhammed ibn İbrahim-i Numani, Qaybet-i Numani səh. 311)

 

 

Şəklində bildirmiş həqiqətən də Azərbaycana məxsus Dağlıq Qarabağ torpaqları 1988-ci ildə ermənilər tərəfindən işğal edilərək bu hədis də hicri 1400-cü ildə baş vermişdir. Bu tarixdən sonrakı bir il tarixdə Azərbaycan torpaqlarında ola biləcək yeni bir işğalın hədis baxımından bir əhəmiyyəti qalmamışdır.

 

  • İmam Rəbbani tərəfindən bildirilən Peyğəmbərimiz (s.ə.v)-in hədisində isə buynuzu xatırladan iki uclu ulduzun varlığından bəhs edilir və bu əlamətin hz. Mehdi (ə.s)-ın çıxış əlaməti olduğu xəbər verilir.

 

 

“Vəd edilən Mehdi (ə.s)-ın zühur müqəddimələri olan Abbasi Məlik Xorasana çatanda, ŞƏRQ TƏRƏFİNDƏ İKİ DİŞLİ MÜNƏVVƏR BUYNUZ ÇIXAR.”

 

İmam-ı Rabbani, Məktubat-ı Rəbbani, 381-ci məktub, səh. 1184

 

 

Bu təriflərə tam olaraq uyğun gələn iki quyruqlu Lulin quyruqlu ulduzu 24 fevral 2009-cu ildə dünyaya ən yaxın nöqtədən keçib. Bir daha min il sonra keçəcəyi düşünülən bu quyruqlu ulduz hədisdəki təriflərə tam uyğun gəlir. Keçid tarixi isə yenə hicri 1430-cu ili verir.

 

  • 1979-cu ildə (Hicri 1 məhərrəm 1400-cü ildə) Həcc sırasında Kəbədə böyük qətliam olmuşdur. (1 məhərrəm 1400) Hadisənin meydana gəlmə tarixi hicri 1400-cü ilin ilk günüdür. Bu vaxt 30 kişi həyatını itirmişdir. Peyğəmbərimiz (s.ə.v) hədisdə;

 

 

ONUN (HZ. MEHDİ (Ə.S)-IN) ÇIXACAĞI İL, insanlar həccə, başlarında əmir olmadan gedəcəklər... Həmişə birlikdə Beyti Şərifi təvaf edəcəklər, sonra Minaya enəndə, itlər kimi bir-birinə hücum edəcək, hacılar qarət olacaq, qanlar Akabə Cəmrəsinin üzərinə axacaq”.

 

(Qiyamət əlamətləri, səh. 168-169)

 

 

Şəklində ifadə edərək “Hz. Mehdi (ə.s)-ın çıxacağı il” Kəbədə belə əhəmiyyətli bir hadisənin olacağından bəhs edir. “Çıxacağı il” ifadəsi bu baxımdan son dərəcə əhəmiyyətlidir. Çünki həm bu hadisə, həm də hz. Mehdi (ə.s)-ın çıxış tarixi 1979-cu ili göstərir. 1979-cu ildə baş verən bu hadisədən 7 il sonra Həcc zamanı çox daha qanlı bir hadisə meydana gəlmişdir. Bu dəfə də 402 nəfər öldürülmüşdür. Ancaq bu hadisənin ilkindən fərqi son hadisənin Kəbənin içində deyil yanında baş vermiş olmasıdır. Bu 2 hadisə də hədislərdə hz. Mehdi (ə.s)-ın çıxış əlaməti kimi izah edilən “Kəbə hücumu və Kəbədə qan axıdılması” hadisələri ilə tam olaraq eyni şəkildə olmuşdur. Görüldüyü kimi, hədisdə verilən detallarla tam harmoniya içində bu hadisə elə həyata keçmişkən başqa əsrdə yenidən belə hadisənin olacağını gözləmək çox ağılsız və məntiqsiz yanaşmadır.

 

Ayrıca hicri 1400-cü ili keçmiş olduğuna görə sözügedən şəxsin hz. Mehdi (ə.s)-ın başqa əsrdə gələcəyi iddiasını bu hədis üzərindən izah etməsi də imkansız hala gəlmişdir.

 

  • Hz. Mehdi (ə.s)-ın çıxış əlamətlərindən biri də Axırzamanda çox böyük iqtisadi krizisin baş verməsidir. Hədisdə insanların “az qazanc, bazarın durğun olması, işlərin kasad getməsi” kimi iqtisadi çətinliklərdən şikayətlənəcəkləri böhran dövrünə qədəm qoyulacağı xəbər verilir.

 

 

Hər kəsin az qazancdan şikayətlənməsi... Pulları üçün zənginlərin hörmət görməsi...

 

(Qiyamət əlamətləri, səh. 146)


 

Bazarın durğun olması, qazancların azalması...

 

(Qiyamət əlamətləri, səh. 148)

 


 

İşlərin kasad getməsi. Hər kəs “sata bilmirəm, ala bilmirəm, qazana bilmirəm!” deyə şikayətlənəcək.

 

(Qiyamət əlamətləri, səh. 152)

 

 

Hazırda bütün dünyada, Amerika, Çin, Almaniya kimi böyük iqtisadiyyatların ağır zərbə aldığı dünyaca məşhur nəhəng şirkətlərinin, banklarının və sənayelərinin böhran səbəbi ilə çökdüyü böyük iqtisadi böhran yaşanır. Dünya Bankı Sədri Robert Zoellick dünyada baş verən iqtisadi böhran üçün;

 

“DÜNYANIN TAYİ-BƏRABƏRİ GÖRÜLMƏMİŞ İQTİSADİ BÖHRANLA QARŞI-QARŞIYA OLDUĞUNA, yoxsul insanları daha çox əzab çəkə biləcəyinə dair ortaq düşüncə var və bir insani fəlakəti qarşısını almaq üçün vaxtında müdaxiləni davam etdirməliyik”1

1 http://www.netgazete.com/News/588843/dunya_bankasi_ekonomik_kriz_bircok_yoksul_ulke_icin_kalkinma_felaketine_donusebilir_.aspx

 

 

Şəklində bir açıqlama edərək günümüzdə baş verən bu iqtisadi böhranın həqiqi miqyasını aydın şəkildə açıqlamışdır. Bu ifadədən də aydın göründüyü kimi Axırzamanda hz. Mehdi (ə.s)-ın zühur əlamətlərindən biri olan iqtisadi böhran ilə bu mühüm hədis tam olaraq hicri 1400-cü ildə baş vermişdir.

 

Bu hədislər kimi daha yüzlərlə səhih hədis ard-arda hicri 1400-cü il etibarı ilə baş vermişdir.

 

Ətraflı məlumat üçün baxın: http://www.hazretimehdi.com/cikis.php

 

Bütün bu əlamətlərin bir-bir və ard-arda eyni əsr ərzində baş vermiş olması son dərəcə vacibdir. Çünki bu hədislər həm Axırzamanda olduğumuzu həm də bütün müsəlmanların böyük həyəcanla gözlədikləri hz. Mehdi (ə.s)-ın zühur etdiyini sübut edir. (Doğrusunu Allah bilir). Bu heyrətamiz hadisələrin ardıcıllıqla baş verməsi müsəlmanların Axırzamanda olduqlarını bilmələri və hz. Mehdi (ə.s)-ın zühurunu gözləmələri üçün kifayətdir. Bir dənə belə, əksik olmayaraq, gözlənilən bütün əlamətlər bir-bir və ard-arda hicri 1400-cü ildə baş vermişkən bu əlamətlərin başqa bir əsrdə yenidən olmasını gözləməyin heç bir mənası və məntiqi yoxdur.

 

6. Bundan başqa, bu şəxsin nəzərə almadığı digər məsələ də, hədislərdə bildirilən “ümmətin ömrünün Hicri 1500-cü ilə qədər olacağı” həqiqətidir.

Peyğəmbərimiz (s.ə.v) bir hədisində;

 

 

“MƏNİM ÜMMƏTİMİN ÖMRÜ 1500 İLİ ÇOX KEÇMƏYƏCƏK”.

(Suyuti, əl-Kəşfu an Mücavezeti Hazihil Ümmeti əl-Elfu, əl-havi lil Fetavi, Suyuti. 2/248, tefsiri Ruhul Beyan. Bursəvi. (Ərəbcə) 4/262, Ahmed bin Hanbel, Kitâbu’l-İlel, səh. 89.)

 

 

ifadəsiylə Quran əxlaqının dünya hakimiyyətinin hicri 1500-cü illərdə son qoyulacağını xəbər vermişdir. Yəni hicri 1500-cü illərdə dünya yeni pozulma prosesinə girəcək. Bu həqiqət də, əlaqəli şəxsin sözdə hz. Mehdi (ə.s) 1500-cü ildə gələcək iddiasını çürüdən başqa dəlildir. Çünki tam əksinə, hz. Mehdi (ə.s) gələndə hicri 1500-cü illərdə meydana gələcək geriləmə dövrünün əksinə, bütün dünyada Quran əxlaqı hakim olacaq, müsəlmanlar rahata, əmin-amanlığa və etimada qovuşacaqdır. Bu dövrün ardından da qiyamətin qopması gözlənəcəkdir.

 

Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən başqa hədisdə isə;

 

 

 

“BU ÜMMƏTİN ÖMRÜ min (1000) ili keçəcək amma MİN BEŞ YÜZ (1500) İLİ KEÇMƏYƏCƏKDİR.”

 

(Əl Bərzənci, Qiyamət əlamətləri, Pamuk Yayıncılık, İstanbul, 2002, səhifə 299)

 

 

şəklində bildirərək hicri 1500-cü ildən sonraya diqqət çəkilmiş və hz. Mehdi (ə.s)-ın zühurunun ardından dünyanın ömrünün hicri 1500-cü ili keçməyəcəyi xəbər verilmişdir. İndi bu adam; “Hz. Mehdi (ə.s) bu əsrdə deyil, gələcək əsrdə zühur edəcək” deyərək, İslam aləminin böyük alimlərindən olan Suyuti və Bərzənci həzrətlərinin əsərlərində yer verdikləri Peyğəmbərimiz (s.ə.v)-in bu hədislərinə tamamilə zidd iddiamı edirlər? Əgər elədirsə həmin adam həm Suyuti, həm Bərzənci həzrətlərinin guya səhv olduqlarını, xətalı təsbit etdiklərini necə və nə kimi dəlillərə əsaslanaraq müəyyən etmişdir? Bu böyük alimlərin; səhih olduğu mövzusunda fikir birliyi içində olduqları bu hədisləri nəyə əsaslanaraq rədd edir?

 

7. Yenə bu şəxs, hz. Mehdi (ə.s)-ın normal insan olmayacağını, çox qeyri-adi və zühur edər-etməz dərhal başa düşüləcək varlıq olduğunu da iddia edir. Ona görə guya hz. Mehdi (ə.s)-a tank, top, silah hətta atom bombası belə təsir etməyəcək. Ayrıca hz. Mehdi (ə.s)-ın başının üstündə insanların baxanda görəcəyi şəkildə bulud üstündə mələklər olacaq və həmişə hz. Mehdi (ə.s)-ı işarə edərək insanlara tanıdacaqdır. Halbuki Peyğəmbərimiz (s.ə.v) hədislərində Axırzamanın Böyük Mehdisinin dəccaliyyət sisteminin təzyiqlərinə, işgəncə və əziyyətlərinə məruz qalacağından, həbs ediləcəyindən, öldürülmə təhlükəsi içində yaşayacağından, əllərindən və ayaqlarından zəncirə vurulacağından, boynuna mis lövhə asılaraq əzab və çətinlik içinə düşəcəyindən, təcrid ediləcəyindən bəhs edir. Hz. Mehdi (ə.s)-ın yanında mələklərin görünməsi yalnız mələklər aləmində baş verən və bu səbəbdən yalnız mələklərin görə biləcəyi hadisə olacaqdır. Əgər hz. Mehdi (ə.s) sözügedən şəxsin iddia etdiyi kimi başında görünən şəkildə mələklər olan, silahın, tankın topun təsir etmədiyi fövqəladə varlıq olsaydı necə həbsə atıla bilər, necə işgəncə və təzyiq görər, çətinlik içində yaşayardı? Heç bir silahın, bombanın təsir etmədiyi adama kim yaxınlaşa bilər, kim bu insanı həbs edə bilər, ya da işgəncə edə bilər? Həmçinin Peyğəmbərimiz (s.ə.v), hz. Mehdi (ə.s)-ın qeybət dövrü olacağından da bəhs etmişdir. Əgər hz. Mehdi (ə.s) bu şəxsin iddia etdiyi kimi ilahi varlıq olsaydı gizlənməyə, gözdən uzaq şəkildə yaşamağa niyə ehtiyac duyacaqdı?

Peyğəmbərimiz (s.ə.v)-ə belə qılınc zərbəsi gəlmiş və bir dişi qırılmışdır. Bir çox peyğəmbər Allah yolunda şəhid edilmiş, yenə bir çox səhabə, əhli beytdən bir çox insan döyüş meydanında şəhid olmuş, ya da əlini, qolunu, gözünü, ya da başqa üzvünü itirmişdir. Heç bir peyğəmbər bu cür möcüzəvi xüsusiyyətlərə sahib olaraq göndərilmədiyi halda hz. Mehdi (ə.s)-ın vəli olaraq belə möcüzəvi xüsusiyyətlərlə göndəriləcəyini iddia etmənin imkanı yoxdur.

 

Allah (s.s) Quranda Peyğəmbərimiz (s.ə.v)-in qövmündən bəzi insanların hz. Məhəmmədin peyğəmbər olmasının dəlili olaraq yanında mələk endirilməli olduğu iddiasını müdafiə etdiklərini xəbər vermiş ardından da Peyğəmbərimiz (s.ə.v)-in sadəcə xəbərdar edici olaraq göndərilmiş insan, bir elçi olduğunu bildirmişdir:

 

 

Onların: “Nə üçün ona bir xəzinə endirilməyib yaxud onunla bir mələk gəlməyib?” – deməkləri üzündən, bəlkə də, sənə gələn vəhyin bir hissəsini tərk edəcəksən və buna görə köksün daralacaq. Sən ancaq qorxudansan. Allah isə hər şeyi Qoruyandır.

(Hud surəsi, 12)

 

 

Bir çox başqa ayədə isə peyğəmbərləri inkar edən şəxslərin ümumiyyətlə inanmaq üçün mələkləri görmə şərti qoşduqları görüləcəkdir. Halbuki Allah mələklərin yalnız qiyamət günü görünəcəklərini ayələri ilə bildirir:

 

 

“Əgər doğru danışanlardansansa, nəyə görə dediyinə şahidlik edə bilən mələkləri bizə gətirmirsən?” Biz mələkləri ancaq haqqı bərqərar etmək üçün endiririk. O zaman kafirlərə möhlət verilməz.

(Hicr surəsi, 7-8)

 

 

Allah insanlara elçi olaraq göndərdiyi peyğəmbərləri belə insan olaraq göndərmişkən bir vəli, bir Qütbü əzəm olaraq vəzifə verdiyi hz. Mehdi (ə.s)-ı qeyri-insani və mələklərə xas xüsusiyyətlərlə yaratması kimi bir vəziyyət qətiyyən mümkün deyil. Belə ifadə heç bir səhih hədisdə də yer almamışdır. Əksinə, hz. Mehdi (ə.s) və yanındakı tələbələrinin çətinlik, sıxıntı və əziyyət dolu həyatlarının olacağı, müsəlman olduqları və din əxlaqını yaşadıqları üçün çox insanın onlara düşməncəsinə münasibət göstərəcəkləri bir çox hədislə bildirilmişdir. Bu hədislərdən birində Peyğəmbərimiz (s.ə.v) belə bildirir:

 

Buyurdu ki: “Onları yer üzünün kənarlarında axtar. Onların yaşayışları sadədir, evləri kürəklərindədir, əgər hazır olsalar tanınmazlar, əgər İTSƏLƏR AXTARILMAZLAR, XƏSTƏ OLSALAR KİMSƏ ONLARIN ZİYARƏTİNƏ GƏLMƏZ, əgər evlənmək istəsələr kimsə onlara gəlməz. Əgər ÖLSƏLƏR CƏNAZƏLƏRİNƏ KİMSƏ QATILMAZ. Onlar mallarını aralarında bərabər şəkildə bölüşürlər və bir-birilərini qəbirlərində ziyarət edirlər, ayrı-ayrı şəhərlərdə olsalar belə istəkləri həmişə eynidir”.

 

(Qaybetul Numani, səhifə 23)

 

 

Hz. Mehdi (ə.s) zühur edəndə, İslam əxlaqının bütün dünyaya hakim olması üçün dəccaliyyət sistemi ilə mübarizə aparacaq, materializm və darvinizmə qarşı fikri mübarizə davam etdirəcək, müsəlmanlar arasında birlik olacaqdır. İnsanlara Qurana və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsinə uyğun yaşamağı öyrədəcək, Bunların hamısını ağlın ixtiyarını almadan, fikri mübarizə ilə, ağıl istifadə edərək və gözəl əxlaqla nail olacaqdır. Hz. Mehdi (ə.s)-ın yanında ancaq 313 nəfərlik tələbəsi olacaq, yəni ilk başda çox az sayda kimsə ona tabe olacaqdır. Hz. Mehdi (ə.s)-ın tələbələri də ayrıca təzyiq görəcəklər. Halbuki, əgər hz. Mehdi (ə.s) bu şəxsin iddia etdiyi kimi qeyri-adi varlıq olmuş olsaydı hər kəs dərhal ona tabe olar, heç bir çətinlik çıxarmazdılar. Tələbələrinə də kimsə pislik məqsədi ilə yanaşmağa cəsarət göstərməzdi. İmtahan mühiti ortadan qalxar insanlar hz. Mehdi (ə.s)-ı görər-görməz bu qeyri-adi xüsusiyyətlərinə görə dərhal Allaha iman edərlər və ona tabe olardılar. Halbuki Peyğəmbərimiz (s.ə.v)-in yuxarıda qeyd etdiyimiz hədisində də bəhs edildiyi kimi hz. Mehdi (ə.s) və tələbələrinin belə asan həyatları olmayacağı, çox çətin təbliğ edəcəkləri, insanların onlardan imtina edəcəkləri, dostluq da yaratmaq istəməyəcəkləri, öldürmə, işgəncə kimi təhdidlər altında çətin həyatları olacağı açıq şəkildə izah edilmişdir.

 

Görüldüyü kimi Peyğəmbərimiz (s.ə.v)-in hədislərində qətiyyən bu cür Mehdi tərifi yoxdur. Əgər bu insan Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət olunan səhih hədisləri qəbul etdiyini söyləyirsə hz. Mehdi (ə.s) ilə bağlı bu səhih hədisləri də qəbul etmək vəziyyətindədir. O vaxt da bu cür Mehdi anlayışı olmayacağına inanıb əvvəlki ifadələrini düzəltməli olacaqdır.

 

Bu adam ortaya atdığı bu yanlış iddialarla müsəlmanların inanclarını zədələmək, istəklərini qırmaq, onları sözdə ümidsizliyə salmaq məqsədi daşıyır. Bu mübarizəsi ilə müsəlmanların Mehdi gözləntilərini itirmələrini, İslam əxlaqının hakim olacağına inamlarını itirmələrini təmin etməklə din əleyhinə insanların İslam dininə və müsəlmanlara qarşı verdiyi mübarizəni dəstəkləyən bir qol olaraq çıxış edir.

 

Ancaq hər kim və nə şəkildə İslam əxlaqının dünya hakimiyyətini gizlətmək, hz. Mehdi (ə.s)-ın hicri 1400-cü ildəki zühurunu pərdələmək üçün çalışsa da, bu nəticə verməyəcəkdir. Çünki bu insanların göstərdiyi sözügedən əleyhinə səylər də hz. Mehdi (ə.s)-ın çıxış əlamətlərindən biridir. Peyğəmbərimiz (s.ə.v) hz. Mehdi (ə.s)-ın zühurunda özünü din alimi olaraq tanıdan insanların hz. Mehdi (ə.s)-a qarşı dəccaliyyət sistemi ilə çiyin-çiyinə mübarizə aparacaqlarını xəbər vermişdir.

 

 

“ÜMMƏTİMDƏN BAŞI SARIQLI YETMİŞ MİN ALİM İNSAN, DƏCCALA TABE OLACADDIR.”

 

(İmam Əhməd ibn Hənbəl, Müsnəd, səh. 796)

 

 

Yenə Ustad Səid Nursi həzrətləri də hz. Mehdi (ə.s) zamanında belə kibirli və imanı zəif din alimlərinin bu istiqamətdə mübarizə aparacaqlarından bəhs etmişdir.

 

 

“Qiyamət əlamətlərindən və axırzaman vukuatından (hadisələrindən) və Bəzi amalin (əməllərin) fəzilət və savablarından bəhs edən hədisi Şərifə gözəlcə anlaşılmadığından, ağıllarına güvənən BİR QİSİM ƏHLİ ELM (elm sahibi), onların bir qisminə zəif (zəif) və ya mevzu (hədis) demişlər. İMANI ZƏİF VƏ TƏKƏBBÜRÜ ÇƏTİN BİR QİSİM DƏ (ağlını bəyənən, özünü böyük, qüsursuz və üstün görən; və adəta öz nəfsini bütləşdirən insanlar da (Allahı tənzih edirik)), İNKARA QƏDƏR GETMİŞDİRLƏR”.

 

(Sözlər, səhifə 355)

 

 

Ancaq bunlar din əxlaqının bütün dünyaya hakim olmasına qətiyyən mane olmayacaq, Allah, mütləq vədini yerinə yetirəcək və inşaAllah müsəlmanları əmin-amanlıq, rahatlıq və inam dolu mühitə qovuşduracaqdır. Bir çox Quran ayəsində Allah bu həqiqəti bildirir:

 

 

Biz istədik ki, həmin yerdə aciz qalanlara mərhəmət göstərək, onları öndə gedənlər və varislər edək

(Qəsas surəsi, 5)

 

 

 

Onlar Allahın nurunu öz ağızlarından çıxanlarla söndürmək istəyirlər. Halbuki kafirlərin xoşuna gəlməsə də, Allah Öz nurunu tamamlayacaqdır; Müşriklərin xoşuna gəlməsə də, İslam dinini bütün dinlərdən üstün etmək məqsədilə Öz Elçisini hidayət və haqq dinlə göndərən Odur.

(Saf surəsi, 8-9)

 

 

2018-03-28 22:00:56

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com
"Allah'tan tahliyemizi talep ediyorum"
"....Allahvar.com sitesi kapatıldı, düşmanım bu siteyi yapmış olsa...
1999 KAN KAMPANYASI TAMAMEN MEŞRU VE LEGAL BİR ORGANİZASYONDUR
HAKİM VE SAVCILARIMIZ YALNIZCA KANUN, HUKUK VE VİCDANI ESAS ALMALIDIR
HARUN YAHYA KÜLLİYATININ İMHASI ÇOK VAHİM VE TARİHİ BİR HATA OLUR
DİYANET İŞLERİ BAŞKANLIĞI RAPORUNA CEVAP
İLERİ DERECEDE MODERN GÖRÜNÜM VE DEKOLTE GİYİM TARZININ NEDENLERİ
"Adnan Bey’in çevresindeki her insan hayat dolu, mutlu, cıvıl cıvıl.”
SUÇSUZ BİR GENÇ KIZ DAHA HUKUKSUZ OLARAK TUTUKLANDI
SÖZDE İTİRAFÇI VEYA MÜŞTEKİ OLMAYA ZORLANMIŞ KARDEŞLERİMİZE ACİL KURTULUŞ...
YENİ BİR SAFSATA DAHA
"Müslümanlar Kardeştir..."
"Biz silahlı suç örgütü değiliz"
MEHDİYETİ GÜNDEME GETİRMEK LİNÇ KONUSU OLMAMALI
"Zorla alıkonma, İzole bir hayat yaşama iddialarını asla kabul etiyorum"
"Adnan Bey bizi çok sever, hep onore eder"
MEDYANIN ZORAKİ "BENZERLİK KURMA" TAKTİĞİ
"Ortada silahlı suç örgütü değil sadece birbirini çok seven arkadaş...
AYÇA PARS CANIMIZ GİBİ SEVDİĞİMİZ, MELEK HUYLU, MÜMİNE KARDEŞİMİZDİR
ÇOK DEĞERLİ BİR SİYASİ BÜYÜĞÜMÜZE AÇIK MEKTUP
"ALIKONMA" SAFSATASI
KUMPASÇILARIN KORKUTARAK İFTİRACI DEVŞİRME YÖNTEMLERİ
BERİL KONCAGÜL TEHDİT ALTINDADIR, CAMİAMIZA İFTİRAYA ZORLANMAKTADIR!
TAHLİYE OLAN ARKADAŞLARIMIZ HİÇ KİMSE İÇİN HİÇBİR ZAMAN BİR BASKI UNSURU...
AV. CELAL ÜLGEN ADİL VE DÜRÜST OLMALI
AKİT TV SUNUCUSU CANER KARAER HAKKINDA ÖNEMLİ BİLGİLENDİRME
MASUM İNSANLARIN TAHLİYESİ TAMER KORKMAZ'I DA SEVİNDİRMELİDİR
"Adnan Bey için ailelerimizle arasının iyi olmadığına dair iftiralar...
"Türkiye ve İslam Dünyasını zayıflatmak istiyorlar.."
"Adnan Bey`den ASLA ŞİDDET VE BASKI GÖRMEDİM..."
"Allah rızası için 40 yıldır Türk-İslam Birliği için çabalıyoruz"
"...En ufak bir suça dahi şahit olmadım..."
"Hakkımızda çok fazla SAHTE DELİLLER ÜRETTİLER..."
"Biz FETÖNÜN ANTİSİYİZ...."
“Bu dava sürecinde.... sözde dijital delillerin ibraz edilmemesi gibi pek...
"Zaten biz birbirimizi bu kadar çok sevdiğimiz için buradayız..."
"Biz bir arkadaş grubuyuz..."
"...Biz Vakıf faaliyetlerimiz ile her zaman Devletimizin yanında olduk"
"Biz kimseyle ilgili karalama faaliyeti yapmadık..."
"...Sözde tecavüz için mi buradaki arkadaşlarımla biraraya geleceğim?!"
"...Faaliyetlerimiz herkese hitap ediyor ..."
"Bizim amacımız şatafat içinde yaşamak değil, hiç kimsenin hitap edemediği...
"İnancım gereği ben insanlara yardım ederim"
"Ne yapsa "zorla" diyorlar. Zorla Gülümsüyor, Zorla, Zorla olur mu?"
"Bizim bir arada olma amacımız örgüt kurmak değil. ilmi mücadele...
"Biz birbirimizi Allah için seven.. arkadaşlarız"
"Polisler geldi, hangi eve operasyon yapacağız derlerken, balkona çıkıp...
"Biz örgüt değiliz"
"Devletimizi desteklediğimiz çok hayırlı faaliyetlerimiz var, Bunlar...
"Biz Allah`tan Razıyız Allah da Bizlerden Razı olur inşaAllah"
"İddia edildiği gibi katı bir ortam olsa 40-50 yıl niye kalalım?"
"Neden cömertsin?" diye soruyorlar
"İngiliz Derin Devleti bunu duyunca çıldırdı..."
"Biz Milli değerler etrafında birleşmiş bir sivil toplum kuruluşuyuz"
"Bir imza atıp dışarı çıkmayı ben de bilirim. Ama iftira büyük suçtur."
"Ben varlıklı bir aileden geliyorum, Saat koleksiyonum var"
"Silahlı suç örgütü iddiası tamamen asılsızdır, yalandır, iftiradır."
"Bizim yaptığımız tek şey Allah'ın yaratışını anlatmaktır."
"Almanya'da İslamofobi var, İslam düşmanları var..."
Bir örgüt olsak devlet bizimle faaliyette bulunur mu?
DAVAMIZ METAFİZİKTİR – 2. BÖLÜM
DAVAMIZ METAFİZİKTİR – 1. BÖLÜM
MAHKEME SÜRECİNDE SİLİVRİ CEZAEVİNDE YAŞANAN EZİYET VE ZULÜMLER
"Ben Sayın Adnan Oktar `dan hiçbir zaman Şiddet, Eziyet, Baskı görmedim."
DAVA DOSYASINDAKİ CİNSELLİK KONULU İDDİALAR TÜMÜYLE GEÇERSİZDİR
DURUŞMALARIN İLK HAFTASI
"İNFAK" SUÇ DEĞİL, KURAN'IN FARZ KILDIĞI BİR İBADETTİR
GERÇEK TURNİKE SİSTEMİ GENELEVLERDE
Adnan Oktar davasının ilk duruşması bugün yapıldı.
AVK. UĞUR POYRAZ: "MEDYADA FIRTINA ESTİRİLEREK KAMUOYU ŞARTLANDIRILDI,...
Adnan Oktar'ın itirafçılığa zorlanan arkadaşlarına sosyal medyadan destek...
Adnan Oktar suç örgütü değildir açıklaması.
Adnan Oktar'ın cezaevinden Odatv'ye yazdığı mektubu
Adnan Oktar'dan Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'a mektup
Casuslukla suçlanmışlardı, milli çıktılar.
TBAV çevresinden "Bizler suç örgütü değiliz,kardeşiz" açıklaması
Bu sitelerin ne zararı var!
Adnan Oktar ve arkadaşları 15 Temmuz'da ne yaptılar?
Sibel Yılmaztürk'ün cezaevinden mektubu
İğrenç ve münasebsiz iftiraya ağabey Kenan Oktar'dan açıklama geldi.
Adnan Oktar ve arkadaşlarına Emniyet Müdürlüğü önünde destek ve açıklama...
Adnan Oktar hakkında yapılan sokak röportajında vatandaşların görüşü
Karar gazetesi yazarı Yıldıray Oğur'dan Adnan Oktar operasyonu...
Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'dan Adnan Oktar ile ilgili...
Ahmet Hakan'nın Ceylan Özgül şüphesi.
HarunYahya eserlerinin engellenmesi, yaratılış inancının etkisini kırmayı...
Kedicikler 50bin liraya itirafçı oldu.
Adnan Oktar ve arkadaşlarına yönelik operasyonda silahlar ruhsatlı ve...
FETÖ'cü savcının davayı kapattığı haberi asılsız çıktı.
Adnan Oktar ve arkadaşlarının davasında mali suç yok...
Cemaat ve Vakıfları tedirgin eden haksız operasyon: Adnan Oktar operasyonu...
Tutukluluk süreleri baskı ve zorluk ile işkenceye dönüşüyor.
Adnan Oktar’ın Cezaevi Fotoğrafları Ortaya Çıktı!
"Milyar tane evladım olsa, milyarını ve kendi canımı Adnan Oktar'a feda...
Adnan Oktar davasında baskı ve zorla itirafçılık konusu tartışıldı.
Adnan Oktar ve arkadaşlarının davasında iftiracılık müessesesine dikkat...
Adnan Oktar davasında hukuki açıklama
Adnan Oktar ve Arkadaşlarının Masak Raporlarında Komik rakamlar
Adnan Oktar ve Arkadaşlarının tutukluluk süresi hukuku zedeledi.
Adnan Oktar'ın Museviler ile görüşmesi...
Adnan Oktar ve arkadaşlarına yönelik suçlamalara cevap verilen web sitesi...
Adnan Oktar ve arkadaşlarına karşı İngiliz Derin Devleti hareketi!
Adnan Oktar iddianamesinde yer alan şikayetçi ve mağdurlar baskı altında...
Adnan Oktar iddianamesi hazırlandı.
SAYIN NEDİM ŞENER'E AÇIK MEKTUP
Adnan Oktar ve Nazarbayev gerçeği!
En kolay isnat edilen suç cinsel suçlar Adnan Oktar ve Arkadaşlarına...
Adnan Oktar kaçmamış!
BİR KISIM MEDYA KURULUŞLARINA ÇAĞRI !!!
FİŞLEME SAFSATASI
İSA TATLICAN: BİR HUSUMETLİ PORTRESİ
SİLİVRİ CEZAEVİNDE YAŞANAN İNSAN HAKLARI İHLALLERİ
MÜMİNLERİN YARDIMLAŞMASI VE DAYANIŞMASI ALLAH'IN EMRİDİR
GÜLÜNÇ VE ASILSIZ "KAÇIŞ" YALANI
ABDURRAHMAN DİLİPAK BİLMELİDİR Kİ KURAN’A GÖRE, ZİNA İFTİRASI ATANIN...
YALANLAR BİTMİYOR
SAÇ MODELİ ÜZERİNDEN KARA PROPAGANDA
TAHLİYE EDİLENLERE LİNÇ KAMPANYASI ÇOK YANLIŞ
MEDYA MASALLARI ASPARAGAS ÇIKMAYA DEVAM EDİYOR
Adnan Oktar ve Arkadaşlarının ilk duruşma tarihi belli oldu.
AKİT TV VE YENİ AKİT GAZETESİNE ÖNEMLİ NASİHAT
YAŞAR OKUYAN AĞABEYİMİZE AÇIK MEKTUP
KARA PARA AKLAMA İDDİALARINA CEVAP
Adnan Oktar ve FETÖ bağlantısı olmadığı ortaya çıktı.
TAKVİM GAZETESİNİN ALGI OPERASYONU
Adnan Oktar ve Arkadaşlarına yönelik suçlamaların iftira olduğu anlaşıldı.
"Bizler Suç Örgütü Değiliz..."