Adnan Oktarın Mərakeşin beynəlxalq informasiya agentliyi “Hespress”ə verdiyi müsahibə


1- 30 il boyunca İslamla bağlı əsərlər yazan Harun Yəhya ilə bu gün rəqs edilən və şərab içilən mühitlərdə olan Harun Yəhya eyni adamdır?

İlk öncə, sualdakı böyük yanlış anlaşılmanı düzəltmək istəyirəm. Nə mən, nə də dostlarım heç birimiz şərab və ya digər spirtli içkidən qətiyyən istifadə etmirik. Müsəlman olaraq bizim inancımıza görə, spirtli içkilər haramdır. Mən hər fürsətdə verilişlərimdə və gündəlik həyatımda spirtli içkilərin haram olduğunu bildirir, zərərlərini də insanlara elmi olaraq açıqlayıram. Bir müddət əvvəl çəkiliş etdiyimiz studiyada dekorasiya məqsədilə masalara gözəl, estetik görünüşlü, keyfiyyətli meyvə suyu şüşələri qoyulmuşdu. Adətən, “dəbdəbəli, gözəl qablaşdırmalı içkilər mütləq şərabdır, spirtli içkidir” deyə yanlış fikir formalaşdığı üçün bəzi insanlar ilk əvvəl bunları spirtli içki hesab etdilər.

Bu yanlış anlaşılmanı aradan qaldırmaq üçün demək olar ki, hər verilişdə şüşələri yaxından çəkib etiketlərindəki "spirtsiz meyvə suyu" yazılarını dəfələrlə göstərdik. Bunlar onsuz da məlum olan, bir çox marketdə satılan keyfiyyətli meyvə suyu markalarıdır. Müəyyən müddət sonra bununla bağlı heç kimin şübhəsi qalmadı.

Əsas sualınıza qayıdaq.  Sualdan belə başa düşdüm ki, "İmani sənədli filmlər hazırlamaq, dini kitablar yazmaq, rəqs etmək və şənlənmək ziddiyyətli deyil?" demək istəyirsiniz.  Öncə qeyd etməliyəm ki, mənim üçün dində meyar Allahın kitabı Qurandır. Hamı üçün də belə olmalı olduğuna inanıram. Ona görə bu məsələdə də bir ziddiyyət olub olmadığını anlamaq üçün Qurana müraciət etməliyik. Qurana baxdıqda isə belə bir ziddiyyət və ya qadağanın olmadığını görürük.

Onsuz da Quranda bildirilən çox az sayda haram və qadağa var. Bunlar istisna olmaqla qalan hər şey halaldır. Məhz bir çox insan bu məsələdə xətaya düşür. İnsanların böyük əksəriyyəti elə düşünür ki, din çətin olmalıdır. Gözəllik, sevinc dində olmadığına görə insana sevinc verən hər şey qadağan edilməlidir. Halbuki Allah Quranda dinin asan olduğunu bildirib. Allah qullarının xoşbəxt və rahat yaşamasını istəyir. Bu səhv məntiqin nəticəsində bu gün İslam dünyasında saysız-hesabsız qadağa və məhdudiyyət var. Fanatizmlə əhatə edilmiş fikirlər, demək olar ki, heç bir mövzuda inkişaf etməyən, Qərb mədəniyyətindən asılı, gizli və ya açıq onların nəzarətində olan İslam aləmi var.

Müasir dövrümüzdə çox böyük müsəlman kütləsi səmimi olaraq İslam dinini yaşadığını zənn etdiyi halda, əslində, Qurana bir çox cəhətdən uzaq, hətta tamamilə əks din yaşayır. Lakin bunun fərqində deyil. Bu, yanlış adət-ənənələr, xurafatlar, uydurma rəvayətlər, yanlış dini şərhlərlə dolu, bir çox məsələdə ziddiyyətlər, təhriflər olan ortodoks din anlayışıdır.

Halbuki sonsuz ağıl, hikmət və rəhmət sahibi Rəbbimiz insanları belə mürəkkəb, qarmaqarşıq, tətbiq edilməsi mümkün olmayan dinlə məsul tutmaz və tutmayıb. Quran ayələrindən İslam dininin çox asan və sadə olduğunu, Allahın möminlər üçün çətinlik, qeyri-müəyyənlik, münaqişə, qarışıqlıq deyil, asanlıq və rahatlıq istədiyini açıq şəkildə görürük.

Bu məsələdə mənimlə eyni fikirdə olan müsəlmanların sayı gündən günə artır. Əsrlərdir tərk edilmiş Qurana, yəni dinin özünə, əslinə yenidən dünya miqyasında sürətli meyillilik var. Əlbəttə, bunda qələmə aldığım yüzlərlə kitabımın da böyük töhfəsi olduğunu qeyd etməliyəm. Sualınız, əslində, böyük bir kitabın mövzusudur. Oxucularımız mənim bu mövzuda yazdığım "Qaranlıq Təhlükə: Xurafat" kitabından onları maraqlandıran bütün sualların cavablarını tapa bilərlər, inşaAllah.

2- Son illər həyatınızda nələr dəyişib və bu dəyişikliyin səbəbi nədir?
 
Mən İslam yolunda mübarizəyə başladığım gündən etibarən əsas prinsiplərimə sadiqlikdəki əzm, qətiyyət, şövq və həyəcanımda (gündən günə artması istisna olmaqla) heç bir dəyişiklik olmayıb. Bu əsas prinsiplərim hansılardır? Allahın razılığının ən çoxunu axtarmaq, Onun əmrlərini ciddi şəkildə yerinə yetirmək, Allahın dinini insanlara dəlillərlə, ağıllı və elmi metodlarla təbliğ etmək, İslam dinində yüksək əxlaq və sevgi anlayışını ən gözəl şəkildə yaşamaq, bütün dünyaya da bu gözəllikləri izah edib yaymaq...

3- Siz özünüzü mütəfəkkür, yaxud vəəz verən hesab edirsiniz, yoxsa necə?


Mən səmimi, dindar müsəlmanam. Hoca, alim, təriqət lideri deyiləm. Hər hansı təriqətə bağlı deyiləm. Heç ərəbcə də bilmirəm. Dini təhsil almamışam. Ona görə də heç vaxt belə iddialarım olmayıb.


Bu sualın tez-tez gündəmə gəlməsinin səbəbi 1980-ci illərdə haqqımda çıxan bir xəbərdə “Adnan hoca” ləqəbindən istifadə edilməsidir. Adətən, İslam cəmiyyətlərində dinlə iç-içə olan, dini yaşayan və izah edən insanlar hoca, alim kimi bilinirlər. Media tez-tez bu xitab formasından istifadə etdiyinə görə “Adnan hoca” adı insanlar arasında yayıldı və belə qəbul edildi. Yolda tanımadığım yüzlərlə insan “hocam” deyərək yanıma gəlir, mənimlə tanış olur, söhbət edir, şəkil çəkdirir. Amma dediyim kimi, bu, mənim özümə aid etdiyim xüsusiyyət deyil.


Dostlarım da məni təriqət və ya camaat lideri yox, çox sevdikləri yaxın dostları, mömin qardaşları kimi görürlər. Mən əylənməyi, sevinci, gözəlliyi, sənəti sevən insanam. Həyatın Allahın Quranda qoyduğu sərhədlər daxilində ən gözəl yönləri ilə Allah eşqi, sevgisi, coşğusu ilə yaşanmasının zəruriliyinə inanıram.  

4- Əvvəllər fəaliyyətlərinizi izləyən bəzi adamlar bu gün yenə dəlixanada qaldığınız dövrlə bağlı fikirlər söyləyirlər, əvvəllər faydalı məlumatlar verdiyinizi, lakin bu gün şərab içilən mühitlərdə rəqs etdiyinizi söyləyirlər. Buna necə cavab verirsiniz?
 
Quranda haram edilmiş şərabı qətiyyən mənim və dostlarımın içmədiyini və heç kəsə də tövsiyə etmədiyimizi qeyd etmişdim.

Peyğəmbərimizə (səv) aid edilən uydurma rəvayətləri, yanlış şərhləri və xurafatları əsas götürən ənənəvi ortodoks İslam anlayışında rəqs etmək və şənlənmək haram qəbul edilir. Gənclik illərimdə mənim də Quranla bağlı kifayət qədər məlumatım və araşdırmam olmadığı üçün eyni fikri müdafiə edirdim və eyni yanlışlıq içində idim. Ancaq məlumatım artdıqca gördüm ki, ənənəvi İslam anlayışında qadağa hesab edilən bir çox məsələ kimi rəqs və əyləncə də Quranın bildirdiyi sərhədlər daxilində yanlış davranışlar deyildir. Bundan başqa, bizi bu barədə tənqid edənlər toy və ya əyləncə mühiti olduqda ilk öncə özləri meydana çıxan, rəqs edən insanlardır. Lakin mövzu mən və dostlarım olduğu zaman bunlar bizə qadağan hesab olunur. "Sən hocasan, alimsən. Rəqs və əyləncə ilə necə əlaqən ola bilər?" deyirlər. Hoca, alim olmadığımı dəfələrlə demişəm. Həm də insan hoca və ya alim olsa belə, hər kəsə halal olan nemətlər nə üçün ona qadağan edilsin.

“A9 TV” kanalında iştirak etdiyim canlı yayım proqramlarına nəzər yetirsəniz, hər gün onlarla insanın dini, aktual, siyasi, sosial, fərdi və digər çox müxtəlif mövzulardakı suallarına cavab verdiyimi görərsiniz. İnsanlar istər küçə müsahibələri, istərsə də göndərdikləri elektron məktublar vasitəsilə mənə suallarını yönəldirlər. Mən də Quranın rəhbərliyində Allahın icazə verdiyi qədər onlara bildiyim doğruları izah edir, faydalı olmağa çalışıram. Bununla yanaşı, hər gün baş verən siyasi və ictimai məsələlərlə bağlı fikirlərimin qısa müddət keçdikdən sonra reallaşmasından başa düşürük ki, siyasi dairələr və səlahiyyətli şəxslər də fikirlərimi bölüşürlər. Bu da Allahın bir neməti olaraq fikirlərimin təsirini, gücünü və əhəmiyyətini ortaya qoyur.

Lakin bir qisim insanlar və bəzi qruplar canlı yayımların bu qədər faydalı və müsbət cəhətlərini görməməzliyə vurub verilişlərimin, bəlkə də, onda birini belə əhatə etməyən rəqs görüntülərinə və tamaşaçı kimi iştirak edən xanım dostlarımın geyim tərzlərinə, dekoltelərinə ilişib qalırlar. Tənqidin həddini aşıb qaralama və nifrət kampaniyası aparırlar. Dəfələrlə demişəm ki, "etdiyim hər hansı bir şeyin haram olduğunu sübut edən bir Quran ayəsi gətirin, dərhal dediyinizə tabe olacağam". Bu günə qədər bir ayə belə gətirmədilər, çünki yoxdur. Hamısı önmühakimələri və qulaqdandolma din anlayışını rəhbər tutan, Quran təməli olmayan tənqid və ittihamlardan ibarətdir.

Təkcə Allahın Kitabını əsas götürməyim və xurafata qarşı olduğuma görə mənə dəli deyilirsə, bunu böyük şərəf olaraq qəbul edirəm. Çünki tarix boyu Allahın göndərdiyi əsl dini yaşamaqda qətiyyətli olan bütün peyğəmbərlər, vəlilər və onlara tabe olan möminlər dəliliklə ittiham edilib. Peyğəmbərimiz (səv): "Bir möminə dəli deyilmədikcə imanı kamil olmaz", - deyə buyurub.

5- Kitab yazma işiniz davam edirmı? Bu günə qədər neçə kitab yazdınız və hansı dillərə tərcümə edildi?

Hazırda imani, elmi və siyasi bir çox müxtəlif mövzulardakı kitab, broşür və sənədli filmlər üzərində işlərim sürətlə davam edir. Bu günə qədər 73 dilə tərcümə edilmiş 300-dən çox kitab qələmə aldım. Bu əsərlər 100-dən çox ölkədə kitab mağazalarında var. İndiyə kimi dünyada təqribən 30 milyon kitabım satılıb və bir o qədər kitabım bir çox ölkədə insanlara pulsuz paylanılıb. Bu əsərlər və televiziya proqramlarındakı izahlarımı mənbə kimi istifadə edərək hazırlanan təqribən 1000 internet saytı mövcuddur. Bu saytları 167 ölkədən hər ay 47 milyon insan ziyarət edir. Gündəlik ziyarətçi sayı 1 milyondan çoxdur. Hər ay bu saytlardakı film və sənədli filmlərin izlənmə sayı isə 10 milyondan çoxdur.

Bundan başqa, məqalələrim 47 ölkədə 216 qəzet, jurnal və internet saytında dərc olunub və dərc olunmağa davam edir. Hər gün etdiyim canlı yayımlar ingilis, ərəb, rus, fransız dillərində milyonlarla insana çatır. Allahın izni ilə bu güclü fəaliyyətlər nəticəsində bu gün darvinizmə inananların sayı çox azalıb. Darvinizmin ən məşhur müdafiəçiləri belə geri addım atıb. Aparılan sorğular da bunu açıq şəkildə göstərir. Quran müsəlmanlığının dünyaya yayılmasında Allaha çox şükür ki, Allah məni və dostlarımı vasitəçi etdi.

6- Ərəblər və müsəlmanlar son illərdə sizin rəqs edən xanımlarla olan videoları gördükdə çaşqınlığa düşürlər. Bu xanımlar rəqqasədirlər? Onlar sizin nəyinizdir?

O xanımlar peşəkar rəqqasə deyillər, mənim dostlarımdır. Bir çoxlarımız kimi rəqsi, musiqini, əyləncəni sevən insanlardır. Bəziləri bu mövzuda daha çox qabiliyyətlidir. A9 TV yayımlarında bu gözəl sənətlərini nümayiş etdirməkdən zövq alırlar. Sevdikləri, dəyər verdikləri bir insan kimi mənim onları seyr etməyim, bəzən də jest olaraq müşayiət etməyim çox xoşlarına gəlir. Minlərlə insan da onları bəyənərək seyr edir. Bunu göndərdikləri təbrik və kompliment mesajlarından görürük.

Mən başa düşə bilmirəm, ərəb dünyası niyə bu görüntülərə təəccüb etsin. Çox qədim dövrlərdən etibarən rəqs, musiqi, əyləncə ərəb dünyası ilə demək olar ki, ayrılmaz anlayışlardır. Dünya miqyasında bir çox məşhur peşəkar ərəb rəqqas, ərəb müğənni var. Hamısı da insanlar tərəfindən çox sevilir, təqdir edilir.
 
“Belly” (göbək) rəqsinin qaynağı elə ərəb dünyasıdır. Mərakeş, Tunis, Əlcəzair, Misir, Livan, Duba televiziyalarda bu rəqsləri milyonlarla insan sevə-sevə izləyir. Təkcə sənət adamları deyil, xalqdan minlərlə insan əyləncə yerlərində rəqs edir, mahnı oxuyur, musiqi dinləyir, konsertlərdə müğənniləri rəqs edərərək, mahnı söyləyərək müşayiət edirlər. Ərəb kanallarında bir çox proqramda bu görüntüləri hamımız görür və sevə-sevə izləyirik.

Ona görə bəzi dairələr istisna olmaqla, ərəb aləminin bizim kanalımızdakı görüntülərdən şok olduqlarını güman etmirəm. Əksinə, sevə-sevə, əylənərək, hətta müşayiət edərək izlədiklərini düşünürəm. Ərəblər çox istiqanlı, ağlı başında olan insanlardır. Böyük əksəriyyəti müsəlman və dindardırlar. Ona görə günaha girərək əyləndiklərini, rəqs etdiklərini demək çox məntiqsiz olar. Çünki bunların heç biri Qurana, İslama zidd davranışlar deyil, əksinə, hər biri çox qanuni və halaldır. Bir çox ərəb ölkəsində yüzlərlə sevdiyim ərəb dostum, rəfiqəm var, hamısı da eyni fikirdədir.

Son dövrlər ərəb dünyası Allahın bir hikməti olaraq sürətlə xurafatdan xilas olma mərhələsinə girmişdir. Xüsusilə qadınlara qarşı çox mürtəce, mühafizəkar qanun və qaydaları ilə tanınan Səudiyyə Ərəbistanında müasirlik və azadlıq, qadınlara qarşı qadağaların, məhdudiyyətlərin tədricən aradan qaldırılması və bunun davam edəcəyinə dair mesajlar verilməsi İslam aləminin yaxın gələcəyə dair çox ümid vəd edən proseslərdir. Eyni şəkildə, Misir, Livan, İordaniya, hətta İrandan son dövrlər bu istiqamətdə sevindirici xəbərlər alırıq.


7- Qadınlarla bir yerdə oturub eyni mühitdə olursunuz və bəzən də rəqs edirsiniz. Çılpaqlıq İslamda qadağan deyil?
 
Rəqs, musiqi, əyləncə barəsində fikirlərimi bura qədər ətraflı şəkildə ifadə etdim. Qadınlarla kişilərin eyni mühitdə olmasında Qurana uyğun olmayan bir məqam yoxdur. Bundan başqa, mən yayım zamanı yüz minlərlə insanın gözünün qabağındayam. Etdiklərim, dediklərim saniyəsinə qədər izlənilir. Gizli, müəmmalı, təhlükəli bir hal olması onsuz da mümkün deyil.
 
Çılpaqlığın nə olduğunu, qadınların geyimi və örtünmələri ilə bağlı ölçünü yenə Qurandan öyrənirik. Quranı tədqiq etdikdə məsələn, "Nur" surəsinin 31-ci ayəsində qadınların çox azad olduğunu görürük. Qurana görə, qadınlar onları narahat edən vəziyyətlə qarşılaşdıqda müvəqqəti olaraq çarşabla başdan aşağı örtünməlidirlər. Əgər özünü güvəndə hiss edirsə, qadının "Nur" surəsinin 31-ci ayəsində bildirilən zinətlərini örtməsi kifayətdir. Bu da sinəsi və cinsi orqanıdır. Ən əsas örtünmə formasının necə olduğunu ayələrdə bildirildiyi kimi, hz.Adəm və hz.Həvvanın böyük yarpaqlarla bədənlərinin müvafiq bölgələrini örtməsindən də açıq şəkildə anlayırıq. Quranda bu təfərrüat xüsusilə verilir.

Bununla yanaşı, “Əhzab” surəsinin 59-cu ayəsində isə qadının narahat edilmə, təcavüzə məruz qalma, güvənsizlik mühiti kimi bəzi xüsusi vəziyyət və şərtlərdə dekoltelisini bağlamaq üçün öz ağlı və vicdanı ilə qərar verərək çarşab geyinməsi hökmü var.

Amma diqqət edin, çarşabın hansı şəraitdə geyinilməsinə vicdanı ilə qadın qərar verir. Əgər qadın özünü təhlükəsiz hiss edir, ağlına, imanına, vicdanına güvəndiyi insanlarla birlikdə olduğuna inanırsa, o şəraitdə bikini ilə də gəzə bilər. Bunda Qurana uyğun olmayan bir hal yoxdur. Belə ki, bu gün yalnız Qərb dünyasında deyil, ərəb dünyasında da, digər müsəlman ölkələrində də milyonlarla müsəlman qadın yayda dəniz sahillərində, çimərliklərdə bikini ilə dənizə girir. Narahat edilmədiyi, təhlükəsizliyi, həyatı, namusu təhlükəyə girmədiyi müddətcə bu azadlığını istədiyi kimi istifadə edir. (Bu barədə ətraflı məlumat üçün bu kitabı təhlil edə bilərsiniz: Qaranlıq Təhlükə: Xurafat)

Qadınlara potensial günahkar gözü ilə baxmaq, onlara nə edəcəklərini diktə etmək, qadağa və məhdudiyyətlərlə onları əhatə etmək xurafatçı qəbilə mədəniyyətindən miras qalan yanlış ənənədir. Halbuki Allah qadınların üzərindən bütün bu təzyiqlərin qalxmasını istəyir. Quranda onlara mümkün olduqca geniş azadlıq verilir. Qurana zidd olaraq qadınları təzyiq altına almaq, azadlıqlarını məhdudlaşdırmaq, ikinci kateqoriya insan kimi görmək, onlara əsir və kölə həyatı yaşatmaq, hətta bəzi yerlərdə olduğu kimi, sanki yaşayan ölülərə çevirmək çox böyük zülm və Allaha qarşı böyük cinayətdir. Quranın hökmlərini tərk etməyin, Allahın göndərdiklərindən fərqli, tamamilə başqa bir din ortaya çıxarmağın qarşılığını əsrlərdir İslam dünyasının yaşadığı fəlakətlərdən anlamaq mümkündür.

8- Qızıldan istifadə etdiyinizi görürük. İslamda kişilərin qızıldan istifadə etməsi qadağandır. Bu barədə nə düşünürsünüz?

Qızıl, ipək bunların hamısı Quranda təriflənən cənnət nemətləridir. Quranda bu nemətlərin aksessuar və s. kimi istifadə edilməsinin kişilərə haram olduğuna dair heç bir ayə yoxdur. Ona görə belə bir qadağa İslamda yox, digər minlərlə qadağa kimi Qurandan uzaq ənənəvi İslam anlayışında mövcuddur.

Peyğəmbərimiz (səv) öz dövrünün əmr sahibi, yəni İslam dövlətinin başçısı idi. Tarixi məlumatlardan anlamaq olur ki, o dövrdə müharibə şəraiti və iqtisadi çətinliklərə görə qızılın iqtisadiyyata daxil edilməsi, bəzəkdə istifadə edilməməsi kimi qərar qəbul olunmuş ola bilər. Ancaq bu qızılın mütləq mənada haram edilməsi demək deyil. Bundan başqa,  Allahın Quranda bildirdiyi halal və haramları Peyğəmbərimizin (səv) dəyişdirmə, aradan qaldırma səlahiyyəti yoxdur. Beləliklə, qızıl məsələsi də müəyyən şərtlər daxilində iqtisadi cəhətdən qəbul edilmiş müvəqqəti qərardır.

Peyğəmbərimizin dövlət başçısı kimi müəyyən bir dövr üçün əmr etdiyi və ya qadağan etdiyi məsələləri Quranın mütləq hökmləri, halal və haramları ilə bərabər tutmaq, onlarla qarışdırmaq ənənəvi din anlayışının ən böyük səhvlərindən biridir. Məsələn, Quranda bildirildiyi kimi, Talut möminlərin əmri olaraq yürüş zamanı çaydan keçərkən çoxlu su içməyi qadağan etmiş, az miqdarda içməyə icazə vermişdi. Bunun müvəqqəti qadağa və müharibə tədbiri olduğu, bütün dövrlərdə suyun haram olmadığı aydındır. Bu gözlə baxdıqda Peyğəmbərimiz (səv) də eyni məqsədlə bir yerdə müvəqqəti olaraq su içməyi qadağan etmiş olsa, ənənəvi anlayış suyun qiyamətə qədər haram edildiyini iddia edə bilərdi. Bu düşüncənin məqbul olmadığı ortadadır.

9- Fikirlərinizin türk cəmiyyətində qəbul edildiyini düşünürsünüz?
 
Bəli, həm də çox sürətlə qəbul edilir. Xüsusən də yeni yetişən gənc nəsildə mənim fikirlərimə çox böyük diqqət və dəstək var. Son bir neçə ildir ki, yüz mindən çox gəncdən götürdüyümüz küçə müsahibələrində bu diqqəti açıq şəkildə görürük. Cəmiyyətin hər bir üzvündən dəstək və təqdir məktubları alırıq.

Yalnız Qurana əsaslanan fikirlərimiz və həyat tərzimizlə müsəlmanların keyfiyyətli, sənətdən zövq alan, elmə əhəmiyyət verən, şən, həyat dolu yaşayacaqlarını, yalnız Türkiyəyə deyil, bütün dünyaya göstərdik. Allahın izni ilə müsəlmanların aydınlıq üzü olduq. Əvvəllər, İslam deyəndə insanların ağlına musiqidən, rəsmdən, heykəltəraşlıqdan anlamayan, sevinc, gözəllik içində yaşamağa qarşı olan, təmizliyi bilməyən, baxımlı olmayan, ictimai həyatdan uzaq, qapalı yaşayan insanlar ağıla gəlirdi.

Bunun İslam olmadığını, İslamın Quranda izah edilən və insanların həyatını çox gözəlləşdirən din olduğunu göstərdik. Beləcə, insanları İslamdan soyudaraq ateizmə yönəldən şeytanı sistemin də təsirini ortadan qaldırmış olduq. Əvvəllər önmühakimə və ortodoks ənənəvi din anlayışının təqdim etdiyi modelə görə İslamdan istəmədən uzaq qalmış böyük bir təbəqənin yenidən İslama, dinə rəğbət bəsləməsinə,  yönəlməsinə vasitəçi olduq, Allahın izni ilə.


10- Fəaliyyətlərinizin maddi mənbəyi haqqında məlumat verə bilərsinizmi? Peyk kanalınız var və qurumunuzun əməkdaşları da var.

Allahın dinini izah etmək qarşılığında pul almaq Qurana görə haramdır. Allah “Yasin” surəsində "Sizdən heç bir mükafat istəməyənlərin ardınca gedin" deyə buyurur. Bu səbəbdən mən də, dostlarım da İslamı izah etmək müqabilində heç bir pul almırıq və almarıq. Mənim və yoldaşlarımın heç bir kommersiya və maddi qazanc gözləntisi yoxdur. Yeganə məqsədi Quranın rəhbərliyində bütün dünyaya İslam əxlaqını, sevgini, sülhü və qardaşlığı fikirlə, elmlə, gözəl və hikmətli sözlə hakim etməkdir. Dostlarımın böyük hissəsi dünya miqyasında zəngin, tanınmış tacirlər, iş adamlarıdır. Nəşriyyat evi və A9 TV Türkiyədəki bütün başqa oxşar qurumlar kimi rəsmi qeydiyyatdan keçib, dövlətin rəsmi orqanları tərəfindən daim yoxlanılır. Mən öz adımdan yazdığım kitablardan heç bir ödəniş və ya müəlliflik qonorarı almıram, qazanc əldə etmirəm. Bu günə qədər müəlliflik hüquqlarımın qarşılığı olan milyonlarla kitab dünya miqyasında pulsuz paylanılıb. Hələ də davamlı olaraq paylanılmağa davam edir.


11- Fəaliyyətlərinizdəki əsas məqsəd nədir?
 
Allahın rizasını qazanmaq, fitnə qalmayana və Quran əxlaqı bütün dünyaya hakim olana qədər elmlə, fikirlə, sevgi ilə gözəl mübarizə aparmaq.
 
12- Ərəb ölkələrindəki siyasi vəziyyəti izləyirsinizmi?  Müsəlmanlar arasındakı münaqişələri və ayrılıqları necə qiymətləndirirsiniz?
 
Günbəgün, hətta saatbasaat izləyirəm. Yayımlarımda da İslam dünyasındakı hadisələrlə bağlı daim məlumat verirəm. Bu barədəki fikirlərimi və təkliflərimi bildirirəm. Müsəlmanların faydasına olan, zərər görməsini qarşısını ala biləcək tədbirləri, ediləcək üsul və siyasətləri davamlı olaraq bölüşürəm.

Müsəlman dünyasındakı ayrılıqlar, münaqişələr və qarşıdurmalar Quranın ətrafında tək bir ümmət olaraq birlik olma fərzinin tərk edilməsindən qaynaqlanır. Müsəlmanların Quranda bildirilən bu ən böyük fərzi gözardı etmədə israrlı olması Allahın qəzəbini və saysız-hesabsız bəlanı İslam dünyasının üzərinə çəkən qəflətdir. Müsəlmanların bir qisminin Quranda olmayan uydurma hökmlərə böyük həssaslıq göstərib məhz bu ən böyük fərzi tərk etmələri, ağıllarına belə gətirməmələri şeytanın çox böyük hiyləsidir. Dəccal müsəlmanları Qurandan və ittifaq olmaqdan uzaqlaşdırmaq istəyir. Onları bir-birinə müxalif yüzlərlə müxtəlif qrup və məzhəbə ayıraraq  bölmək həvəsindədir. Qardaşı qardaşa qırdıraraq İslam aləmini əzməyə, gücsüzləşdirməyə çalışır.

Dəccaliyyət, yəni İngilis dərin dövləti bu münaqişəni qızışdırmaq üçün İngilis şiəliyi və İngilis sünniliyindən istifadə edir. İngilis şiəliyi sünnilərdən nifrət edir. İngilis sünniliyi isə şiələrə nifrət edir. Bir-birilərinin qətlini vacib hesab edirlər. Halbuki doğma qardaşların bir-birini məhv etməyə çalışması görünməmiş ağılsızlıq, böyük vicdansızlıqdır.

Sünni də, şiə də, vəhabi də... Hamısı tərtəmiz nur kimi müsəlmanlardır. Kitabı, Peyğəmbəri, qibləsi bir olan insanlardır.
 
Şeytanın bu təlqinlərindən müsəlmanların oyanmalarının vaxtı çoxdan gəlib.
 
Lakin Mehdiyyətdən başqa heç bir gücün bu birliyi təmin etməyəcəyini həm hədislərdən, həm də illərdir davam edən həll yolu olmayan gedişatdan anlayırıq. Ancaq çox tezliklə zühur etməsini gözlədiyimiz Mehdi vasitəsilə Allahın izni ilə, müsəlmanlar dünya miqyasında çox böyük İslam birliyi yaradacaqlar. Dəccaliyyət sistemi də məğlubiyyətə uğrayaraq yox olub gedəcək, inşaAllah.


13- Xaricə səfərləriniz olur? Həccə getmisinizmi?
 
Bu günə qədər heç vaxt xaricə getməmişəm. Demək olar ki, 40 ildir İstanbuldayam və təbliğ fəaliyyətimi İstanbuldan həyata keçirirəm. Bu 40 il ərzində nəinki xaricə, İstanbuldan kənara çıxdığım günlər sayılıdır. Bütövlükdə bəlkə on günü keçməz.

Hazırda həm İslam aləmi, həm də Türkiyə olaraq çox kritik dövrdən keçirik. Çox böyük hadisələr, çox mühüm irəliləyişlər gözlənilir. Çox çətin şəraitlə qarşılaşa bilərik. Təkcə biz yox, bütün dünya olaraq. Belə bir şəraitdə ən faydalı olduğum, fikirlərimi, təkliflərimi geniş kütlələrlə bölüşə biləcəyim, ideoloji mübarizəmi ən səmərəli şəkildə davam etdirəcəyim yerin hazırda olduğum yer olduğunu düşünürəm. Gələcəkdə ola bilər, bəlkə, amma bu kritik dövrdə səyahətə ayıracaq vaxtım yoxdur.

Tez-tez dediyim kimi, mən özümü Mehdinin mənəvi tələbəsi kimi qəbul edirəm. Zühur etdikdə xas tələbəsi olmaq üçün dua edirəm. Axırzaman hədislərində hz. Mehdinin Rum diyarını tərk etməyəcəyi bildirilir. Rum diyarı, yəni o dövrdə Bizans, bugünkü İstanbul və Türkiyənin bir hissəsi deməkdir. Yenə bir başqa hədisdə Mehdinin Konstantiniyə, yəni İstanbuldan çıxacağı xəbər verilir. Hədislərdə bildirilən hz. Mehdinin çıxdığını və fəaliyyətlərini burada davam etdirdiyinə inanıram. Buna görə də mənim onun hazırda olduğu yeri məcbur olmadıqca bir an belə tərk etməyim mümkün deyil.

Həcc ibadətimi hələ yerinə yetirmək imkanım olmayıb. Ümid edirəm ki, Allah çox yaxında bu gözəl ibadəti də yerinə yetirmək imkanını mənə nəsib edər.

14- Ərəblərə və müsəlmanlara mesajınız nədir?
 
Ərəblər bizim nur kimi qardaşlarımızdır. Mübarək, pak, gözəl xalqdır. Çox mübarək, müjdəli dövrün ərəfəsindəyik. Hazırda dünyada, xüsusilə də müsəlman aləmində baş verən əzablar, faciələr də bu mübarək dövrün doğuş sancıları kimidir. Yaxın vaxtlarda bu fəlakətlərin əsas səbəbkarı olan Dəccaliyyət sisteminin sona çatdığını birlikdə görəcəyik. Sonra isə bütün əzabların, sıxıntıların aradan qalxacağı, dünyanın sülh, əmin-amanlıq, xoşbəxtlik, rifah və zənginliyə qovuşacağı bir dövrə, Mehdiyyət dövrünə girəcəyik, inşaAllah.

Axırzamanla bağlı Peyğəmbərimizin (səv) 1400 il əvvəldən xəbər verdiyi yüzlərlə əlamətin çox böyük hissəsi son 40 ildə bir-birinin ardınca baş verib. Hələ də baş verməyə davam edir. Bütün bu möcüzəvi hadisələr həmin mübarək dövrün astanasında olduğumuzu göstərir.

Ancaq əvvəlcə yox olma mərhələsinə gəlmiş Dəccaliyyətin son çırpınmaları və hücumları olacaq. Bu səbəbdən qarşıdakı bir neçə il ərzində sonuncu çətin imtahan mərhələsindən keçəcəyimiz anlaşılır. Bu cür gözəl imtahanlar Allahın hər dövrdə müsəlmanlar üzərindəki sünnətidir. Hədislər, Qurandan işarələr, Bədiüzzaman Səid Nursi kimi məşhur alimlərin xəbərləri və bu gün dünyanın möcüzəvi şəkildə bu məlumatlara paralel gedişatı bu mühüm həqiqətə diqqət çəkir. Əlbəttə, ən doğrusunu Allah bilir.

Bütün mömin qardaşlarımın bu dövrdə səbir, təvəkkül və mətanət içində ümidvar olmalarını arzulayıram. Yalnız Allahdan qorxan, yalnız Ona qulluq edib Ondan yardım diləyən, yalnız Allaha güvənən, təvəkkül edən, səbir edən səmimi möminlər bu imtahandan heç bir zərər görmədən çıxacaq. Allahın izni ilə gözəl günlər çox yaxındadır inşaAllah.
 
Əziz qardaşlarımız internetdə harunyahya.com saytından axırzaman haqqındakı kitablarımı pulsuz endirə və yuxarıda bəhs etdiyim məsələlərlə bağlı ətraflı məlumat əldə edə bilərlər.


15-Mehdinin zühurunun yaxın olduğunu və İstanbulda ola biləcəyini demişdiniz. Bu barədə daha çox məlumat verə bilərsinizmi? Mehdi çıxdı, yoxsa hələ çıxmayıb?

Qurana baxdıqda tarix boyu bütün möminlərin liderləri ilə birlikdə olduğunu görürük. Tarixin heç bir dövründə möminlər başsız olmayıb. Ən kiçik şirkətdən ən geniş icmalara qədər hər kəsin başçısı var. Katoliklərin Papası, pravoslavların Patriarxı, masonların Ustadı, qarışqaların belə kraliçası var. Amma 1,5 milyardlıq İslam aləmi başsızdır. Müsəlmanlar bunu normal qəbul etməməlidirlər. Bir lider ətrafında birləşmək Allahın Quranda bildirdiyi qanundur. Axırzamanda bu sünnəti yerinə yetirəcək, İslam aləminin lideri olacaq şəxsə Mehdi deyirik. İslam aləminin ancaq Mehdi ətrafında birləşəcəyini bizə deyən isə Peyğəmbərimizdir. Hazırda heç bir məzhəb digər məzhəbdən birini, heç bir camaat digər camaatdan birini lider olaraq istəmir. Hər kəsin ittifaqla qəbul edə biləcəyi yeganə şəxs hədislərdə bildirilən hz. Mehdidir.


Mehdinin xüsusiyyətlərini, fəaliyyətlərini, harada çıxacağını da Peyğəmbərimiz bizə bildirib. Çıxacağı tarixdən o dövrdə baş verəcək hadisələrə, fiziki görünüşündən əxlaqına qədər təfərrüatlı şəkildə Mehdidən bəhs edib. "Mehdi harada olacaq, harada fəaliyyət göstərəcək" deyə hədislərə baxdıqda ancaq bir cavab görürük: İstanbul. Bir çox hədisdə Mehdinin Müqəddəs əmanətlərin olduğu şəhərdən çıxacağı bildirilir. Nədir bu müqəddəs əmanətlər? Peyğəmbərimizin bayrağı, əbası kimi Peyğəmbər dövründən qalan mübarək əşyalar. Bəs hazırda bu müqəddəs əmanətlər haradadır? İstanbulda. Peyğəmbərimiz həmçinin Mehdinin fəaliyyət yeri kimi birmənalı olaraq İstanbulun adını çəkir:

Hz. İbni Əmrdən rəvayət edilmişdir: Peyğəmbərimiz (səv) buyurdu ki: Ey Ümmət! Altı şey var ki; Onlar olmadan qiyamət qopmaz (altıncısı) MƏDİNƏNİN (ŞƏHƏRİN) FƏTHİ. DEYİLDİ Kİ: HANSI MƏDİNƏ? (HANSI ŞƏHƏR)? BUYURDU Kİ: KONSTANTİNİYYƏ.  (Medineli Allâme Muhammed b. Resul el-Hüseynî el-Berzencî, Kıyamet Alametleri, 204 Ramuz-el Ehadis, 296)

Hədislərdə bildirilən məlumatlardan, böyük İslam alimlərinin sözlərindən və dünyanın hazırda olduğu sosioloji, siyasi və iqtisadi vəziyyətdən gördüyüm odur ki, Mehdi hazırda fəaliyyətdədir. Hadisələri diqqətlə tədqiq edən hər kəs Mehdiyyətin fəaliyyətdə olduğunu, Dəccaliyyətlə Mehdiyyət arasında tarixi mübarizə getdiyini görür. 3-5 il ərzində nəyi nəzərdə tutduğum daha dəqiq bilinəcək.

16- Əgər belədirsə, gözlənilən Mehdinin zühuru haqqındakı dəlilləriniz nələrdir?
 
Peyğəmbərimiz 600-dən çox hədislə bizə sanki Mehdiyyət cədvəli bildirib. Əvvəl bu hadisələr olacaq, sonra ard-arda bunlar baş verəcək, o zaman həmin hadisələri görəcəksiniz. Peyğəmbərimiz deyir ki, bütün bunları gördükdə başa düşün ki, Mehdi zühur edib.
 
Axırzamandakı bu hadisələrin əsas xüsusiyyətləri təsbeh muncuqları kimi ard-arda meydana gəlmələridir. Bu, çox incə məqamdır. Çünki bu hadisələrin bir neçəsi başqa dövrlərdə hər hansı bir şəkildə baş vermiş ola bilər. Ancaq əhəmiyyətlisi odur ki, hamısı yaşadığımız axırzamanda ilk dəfə olaraq ard-arda baş verir. İndi hədislərdə bildirilən və hicri 1400-cü ildən (yəni miladi təqvimlə 1979-cu il) etibarən baş verən hadisələrdən bəzilərinə baxaq:

  • Fərat çayının suyunun kəsilməsi
  • Əfqanıstanın işğalı
  • Kəbə basqını və Kəbədə qan axıdılması
  • İran-İraq müharibəsi
  • Ramazan ayında ard-arda baş verən Günəş və Ay tutulmaları
  • Halley quyruqlu ulduzunun çıxması
  • Azərbaycanın işğalı
  • Buynuza bənzəyən iki quyruqlu ulduzun çıxması (“Lulin” quyruqlu ulduzu)
  • Bethlehem ulduzunun keçməsi
  • Suriya vətəndaş müharibəsi
  • İraqın işğalı
  • Bağdadın alovlarla yanması
  • Şamda fitnələr
  • Şamın Haresta bölgəsində baş verən hadisələr
  • Şam, İraq, Ərəbistanda qarışıqlıq baş verməsi
  • İraq və Şama embarqo qoyulması
  • Şam və Misir məliklərinin öldürülməsi
  • Anarxiya və terrorun hər yeri əhatə etməsi
  • Böyük iqtisadi böhranların baş verməsi
  • Saxta mehdi və məsih çıxması
  • Yer üzündən sülhün qalxması
  • Müharibələrlə böyük şəhərlərin məhv olması
  • Kufədə qarşıdurmaların olması, Kufə Məscidinin qübbəsinin və divarının dağılması
  • Misirdə fitnə və qarışıqlıqların baş verməsi
  • Qətllərin artması
  • Vətəndaş müharibələrinin və münaqişələrin artması
  • Qardaşın qardaşla vuruşması
  • Günahsız uşaqların öldürülməsi
  • İnsanların səbəbsiz yerə öldürülməsi

Bunun kimi 600-dən çox hadisə baş verib və baş verməyə davam edir. Bu halda ağlabatan və məntiqli qiymətləndirmə aparan birinin gələcəyi nəticə aydındır: Mehdi hazırda həyatdadır və fəaliyyətdədir. Düşünün ki, bundan 1400 il əvvəl Peyğəmbərimiz bu gün baş verəcək hadisələri gözü ilə görmüş kimi danışır və nə danışıbsa, eynilə olur. Bu, müsəlmanların çox həyəcanlanmalı, Peyğəmbərin möcüzəsinə şahid olduqları üçün çox sevinməli olduqları bir mövzudur. Nostradamusun dediyi bir söz baş verdikdə yer yerindən oynayır. Peyğəmbərimizin dediyi 600-dən çox hadisə baş verir və müsəlmanların bir qisminin bunun dilə gətirilməsinə belə dözümü yoxdur. Qəribə və təəccüblü olan bəzi müsəlmanların bu mövqeyidir. Peyğəmbərin dediklərinin baş verməsi gizlədiləcək mövzu deyil.

17- Əvvəlki müsahibədə bir çox məsələ haqqında Qurandan dəlil vermiş, Quran ilə danışdığınızı, Peyğəmbərimizə (səv) aid edilən hədislərə inanmadığınızı qeyd etmişdiniz. Amma baxıram ki, Mehdi haqqında gətirdiyiniz bütün dəlillər hədislərdəndir və bunlar bir çox alimin şübhə duyduğu hədislərdir. Bunu nə ilə izah edirsiniz?


Mən hədisləri inkar edən insan deyiləm. Güman edirəm ki, bu barədə yanlış məlumatlandırma olub. Quran Allahın sözüdür və Allahın sözü qüsursuzdur. Quran kifayətdir, hədislər tamamilə etibarsızdır deyə bir məsələ yoxdur. Bir hədisin etibarlı və ya doğru olub olmadığını anlamağın iki yolu var. Birincisi, hədisin Qurana uyğun olub olmadığına baxmaq lazımdır. Peyğəmbərimiz Qurana uyğun olmayan bir söz deməz, Qurandan kənar hökmü dinə əlavə etməz. Məsələn, qadınların “yarım varlıqlar” olduğunu deyən bir hədis varsa, bu Qurana uyğun deyil və Peyğəmbərimizə böhtandır. Yaxud da Peyğəmbərimiz müvəqqəti olaraq ipək və qızılı müxtəlif səbəblərdən ümmətinə qadağan etmiş ola bilər. Bu, ipək və qızılın haram edildiyi mənasına gəlmir. Quranda haram edilməmiş bir şeyi Peyğəmbərimiz haram etməz. Rəvayətlərin doğruluğunu dərk etməyin bir yolu da həmin hədisdə bildirilən məlumatın baş verib baş verməməsidir. Peyğəmbərimizin dediyi hadisə baş verirsə, məsələn, "Suriyada qarşıdurmalar olacaq" deyir və bu münaqişələr baş verirsə, onda həmin hədisin doğru olduğunu anlayırıq. Peyğəmbərimizin axırzaman və Mehdi haqqında hədisləri də baş verərək doğruluğu isbat edilmiş hədislərdir.

18- Əgər Quranda Mehdinin çıxacağına dair dəlil varsa, bunu bizə açıqlaya bilərsinizmi?
 
Quran və Mehdiyyət iç-içədir. Allah Quranın saysız-hesabsız ayəsində Mehdiyyəti bizə bildirib. "Quranda Mehdiyyət yoxdur", "İslamda xilaskar yoxdur" deyə iddia edənlərə ən hikmətli və gözəl cavabı Rəbbimiz verib. Allah “Nisa” surəsinin 75-ci ayəsində çətinlik dövrlərində möminlərin Allahdan xilaskar, yəni Mehdi istədiyini bildirərək, Mehdini gözləməyi və istəməyi müsəlmanlara haqq yol olaraq göstərib:

Sizə nə olub ki, Allah yolunda və: 'Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən kənara çıxart, bizə öz tərəfindən mühafizəçi göndər, yardımçı yolla!' – deyə dua edən aciz kişilər, qadınlar və uşaqlar uğrunda mübarizə aparmırsınız? (Nisa surəsi, 75)
Ərəbcə "hdy" kökündən gələn Mehdi sözü yol göstərilmiş olan, doğru yolu izləyən mənalarını verir və ad olaraq qiyamətdən əvvəl gələcək mənəvi lider mənasında istifadə edilir. Quranda isə Mehdiyyətlə eynimənalı olaraq "hadi" (hidayətə sövq edən), "muhtedun" (doğru yol üzərində olan) sözləri tez-tez istifadə edilir. Məsələn, “Yasin” surəsinin 21-ci ayəsində "Sizdən mükafat istəməyənlərin ardınca gedin. Və onlar, mehdilərdi", deyə buyurulur. Bu ayə açıq-aydın Mehdiyyəti izah edən ayədir. Bunun kimi bir çox ayə var. Həmçinin Quranda müsəlmanların birlik olmasının zəruriliyini bildirən, İslam əxlaqının dünyaya hakim olacağını müjdə verən hər bir ayə, əslində, Mehdiyyəti izah edir. Müsəlmanlar birlik olduqda və İslam dünyaya hakim olduqda lider olacaq insan Mehdidir. Hədislərdə xəbər verildiyi kimi, hz. Süleyman hadisəsi, hz. Yusifin həyatı, Kəhf əhlinin yaşadıqları və Zülqərneynin mübarizəsi də Mehdiyyətlə bağlı çox mühüm işari mənalar daşıyır.

19- Mehdi olduğunuzu söylədiyiniz doğrudurmu? Nə üçün?
 
Xeyr. Mənim heç vaxt mehdilik iddiam olmadı və heç vaxt olmayacaq. Mehdilik iddiamın heç vaxt olmaması ilə bağlı dəfələrlə Allah adına and içdim. Mən səmimi müsəlmanam. Allahı çox sevirəm. İnsanların da Allahı sevməsini, sülh, gözəllik, qardaşlıq içində yaşamasını istəyirəm. Həyatdan, gözəl insanlardan, gözəlliklərdən, sənətdən və estetik gözəllikdən zövq alıram. Hocalıq, alimlik və mehdilik iddiam yoxdur.
 
Peyğəmbərimizin hədislərində bildirdiyi əlamətlərin hamısı bir nəfərə uyğun olsa belə, o insanın Mehdilik iddia etməsi mümkün deyil. Bu, dinimizə görə haramdır. Belə bir insan dindən çıxar. Çünki "mən Mehdiyəm" demək "mən günahsız insanam, mənim imtahan olunmağıma ehtiyac yoxdur, mən onsuz da cənnətlik insanam" mənalarına gəlir. Bir müsəlman belə bir ifadəni həyatının sonuna qədər heç vaxt istifadə edə bilməz.

Bundan başqa, Mehdi iddia məqamı deyil. Bəli, doğrudur, mənim hədislərdə bildirilən Mehdi (əs) ilə bir çox fiziki xüsusiyyətim eynilə uyğun gəlir. Amma bir adamın hədislərdə bildirildiyi kimi, yaşıl və azacıq qıyıq gözlü olması, burnunun kiçik olması, qaşının qövslü olması, fiziki baxımdan geniş olması, başının böyük olması, dişlərinin gözəl olması, yanağında açıq rəngdə xal olması, iki qaşının arasında bir qaş çatma xəttinin olması və daha bunlar kimi onlarla əlamətin bənzəməsi Mehdi üçün əsas məsələ deyil. Biz Mehdini ancaq İslam dünyaya hakim olduqda, İslam Birliyi yarandıqda, hz. İsa gəlib o şəxsin arxasında namaz qıldıqda "Allahualəm, bu şəxs Mehdidir" deyərək tanıya bilərik.

20- Bir çox insan Mehdi düşüncəsinin batil inanc olduğuna və çarəsiz insanların səy göstərmədən bir gün Mehdinin gələcəyi ümidi ilə təsəlli tapdıqlarına inanır. Bu şəxslərin haqlı olduğunu düşünürsünüzmü?
 
Bu, adətən, Mehdiyyəti ört-basdır etmək istəyənlərin irəli sürdüyü çox məntiqsiz və ağılsız fikirdir. Mehdini gözləmək riskli və ya yanlış bir şey olsa idi, Peyğəmbərimiz (səv) müjdələyərdimi? Allah bütün axırzamanı Mehdiyyətə görə planlaşdırıb. Ard-arda baş verən hadisələrdə bunu görə bilirik. Hz.Mehdi (əs) üçün Peyğəmbərimiz (səv) yüzlərlə hədis deyib. Allah ulul-əzm peyğəmbər olan hz. İsa Məsihi hz.Mehdinin (səv) yanına yardımçı olması üçün göydən endirir. Mehdiyyət axırzamanın ən həyati məsələsidir. Mehdini gözləməyənlərin çox şövqsüz və miskin olduğunu görürük. Mehdini gözləyənlər isə çox canlı, şövqlü və çalışqandırlar. Əsl ətaləti Mehdini gözləməmək, ona qarşı çıxmaq gətirir.

Mehdi gözləyən insan onu dəstəkləmək, ona tələbə olmaq üçün çox səy göstərir, bütün gücündən istifadə edir. Çox şövqlü olur. Peyğəmbərimiz "Mehdi ilə müjdlənənin. O, Qureyşdən və Əhli-Beytimdən bir adamdır". (Kitab-ul Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 13) - deyə insanlara Mehdinin gələcəyinin müjdəsini verir. Əbdülqadir Gilani, İmam Rəbbani kimi İslam alimləri şövqlə Mehdini gözlədilər və gəlişini müjdə verdilər. Kim bu böyük şəxslərin ətalət içində olduğunu iddia edə bilər? Kim bu şəxslərin müsəlmanları tənbəlliyə sövq etdiyini iddia edə bilər? Əksinə, Mehdini gözləyən və müjdələyən bütün alimlərin böyük xidməti olub. Mehdi gözləntisi möminlərin inkişafına səbəb olub. Mən də, dostlarım da Mehdini gözləyirik, ona tələbə olmaq istəyirik. Ona görə də var-gücümüzlə elmi mübarizə aparırıq. Bunun gözəl nəticəsi olaraq da Allahın dünya miqyasında yaratdığı uğurumuzu görürsünüz.

21- Əvvəlki müsahibənizdə İngilis şiəliyi üzərində dayanmış, türk xalqına qarşı bir sistem qurduqlarını qeyd etmişdiniz. Ən mühüm şiə dövləti İran olduğu halda, nə üçün yalnız İngiltərədəki şiələr üzərində dayanırsınız?
 
Güman edirəm burada bir yanlış anlaşılma olub. Mənim tənqidim İngiltərədə yaşayan şiələrlə bağlı deyil. Şiələr tərtəmiz insanlardır, nur kimidirlər. Peyğəmbərimizə və əhli beytə sədaqətləri mükəmməldir. Mənim tənqidim "İngilis şiəliyi" adlı ideologiyaya qarşıdır. Bu düşüncə tərzi İngilis dərin dövlət tərəfindən ortaya atılan, şiələr və sünnilər arasında qarşıdurma yaratmağı qarşısına məqsəd qoyan hiyləgər hərəkətdir. İran da İngilis şiəliyindən narahatdır. Xamneyi bir çox çıxışında mərkəzi Londonda olan bəzi şiə kanalları ilə bağlı xalqı xəbərdar etmişdi. Xamneyi bu kanallardan "sünni-şiə münaqişəsinə daha çox benzin daşıyan bir qrup muzdlu əsgər" kimi bəhs etmişdi.    

İngilis şiəliyi və sünniliyi anlayışı İngilis dərin dövləti tərəfindən müsəlmanları bölmək üçün inkişaf etdirilmiş ideyalardır. Məqsəd sünni müsəlmanlarla şiə müsəlmanlar arasında nifaq çıxarmaq və Yaxın Şərqi məzhəb savaşları adı altında qana bulayaraq bölməkdir. Məzhəb münaqişəsi İngilis dərin dövlətinin İslam aləmini məhv etmək üçün uydurduğu ən hiyləgər planlardan biridir.

Bu planı pozmaq müsəlmanların əlindədir. İngilis şiəliyi və İngilis sünniliyi anlayışları adı altında inkişaf etdirilən və İslamla əlaqəsi olmayan düşmənçilik oyunlarına imkan verilməməlidir. Bu oyunun pozulması şiələrlə sünnilərin ittifaqına əsaslanır. Xüsusilə şiə qardaşlarımızla sünni qardaşlarımızın bir araya gəlməsi, şiə və sünni ölkələrin ittifaqı və yeni dostluq müqavilələri bağlamaları, müsəlmanların problemlərinin həllində birgə hərəkət etmələri İngilis dərin dövlətinə böyük zərbə olacaq. Bu ittifaqların güclü şəkildə və göz önündə həyata keçirilməsi əhəmiyyətlidir.

22- Niyə Amerika və ya başqa bir ölkə üzərində deyil, sadəcə İngiltərə üzərində dayanırsınız?

Əvvəlcə, bunu bildirmək lazımdır ki, məsələ İngiltərə və ya ingilis xalqı deyil. İngiltərə dövləti də deyil. İngilis dərin dövlətidir. İngilis dərin dövləti İngiltərə dövlətinin özü deyil, İngiltərə dövləti daxilində qurulmuş və əsrlərdir varlığını davam etdirən, dünyadakı xaosunun, müharibələrin, əzabların səbəbi olan gizli quruluşdur. İngiltərə dövləti də, ingilis xalqı da bu qaranlıq quruluşdan zərər çəkir. ABŞ və ya gündəmə gətirəcəyiniz hər hansı bir dövlət də. İngilis dərin dövlətinin istiqamətləndirməsi, təzyiqi və manipulyasiyaları olmadan heç bir yerdə qarışıqlıq, qarşıdurma, zülm və haqsızlıq olmur. Siz xəbərlərə baxarkən “x” ölkənin adını görürsünüz, amma bir az araşdırsanız, o hadisənin arxasında İngilis dərin dövlətinin təşkilatçılığı olduğu görünər. İngilis dərin dövləti, adətən, özünü çox yaxşı gizlətdiyi üçün insanların gözündən bu günə qədər qaçmağı bacarıb. Ancaq biz minlərlə sənədlə hadisələrin həqiqi üzünü  ifşa etdikdən sonra dünya miqyasında bir məlumatlanma oldu. Ona görə, həm İngiltərə xalqını, həm də digər ölkə xalqlarını narahat edən bu hiyləgər quruluşun oyunları daim ifşa edilməlidir. Hiyləgər planlar quran yeraltı mexanizmlərin təsiri bu şəkildə asanlıqla ortadan qalxacaq, dövlətlər və xalqlar arasındakı münaqişələr sona çatacaq, sevgini bərpa etmək daha da asanlaşacaq.

https://www.hespress.com/interviews/384352.html
https://www.hespress.com/interviews/385682.html
https://www.hespress.com/interviews/381439.html

 

2018-05-29 23:28:31

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com
"İNFAK" SUÇ DEĞİL, KURAN'IN FARZ KILDIĞI BİR İBADETTİR
AVK. UĞUR POYRAZ: "MEDYADA FIRTINA ESTİRİLEREK KAMUOYU ŞARTLANDIRILDI,...
GERÇEK TURNİKE SİSTEMİ GENELEVLERDE
Adnan Oktar davasının ilk duruşması bugün yapıldı.
SAYIN NEDİM ŞENER'E AÇIK MEKTUP
Adnan Oktar'ın itirafçılığa zorlanan arkadaşlarına sosyal medyadan destek...
Adnan Oktar suç örgütü değildir açıklaması.
Adnan Oktar'ın cezaevinden Odatv'ye yazdığı mektubu
Adnan Oktar'dan Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'a mektup
Casuslukla suçlanmışlardı, milli çıktılar.
TBAV çevresinden "Bizler suç örgütü değiliz,kardeşiz" açıklaması
Bu sitelerin ne zararı var!
Adnan Oktar ve arkadaşları 15 Temmuz'da ne yaptılar?
Sibel Yılmaztürk'ün cezaevinden mektubu
İğrenç ve münasebsiz iftiraya ağabey Kenan Oktar'dan açıklama geldi.
Adnan Oktar ve arkadaşlarına Emniyet Müdürlüğü önünde destek ve açıklama...
Adnan Oktar hakkında yapılan sokak röportajında vatandaşların görüşü
Karar gazetesi yazarı Yıldıray Oğur'dan Adnan Oktar operasyonu...
Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'dan Adnan Oktar ile ilgili...
Ahmet Hakan'nın Ceylan Özgül şüphesi.
HarunYahya eserlerinin engellenmesi, yaratılış inancının etkisini kırmayı...
Kedicikler 50bin liraya itirafçı oldu.
Adnan Oktar ve arkadaşlarına yönelik operasyonda silahlar ruhsatlı ve...
FETÖ'cü savcının davayı kapattığı haberi asılsız çıktı.
Adnan Oktar ve arkadaşlarının davasında mali suç yok...
Cemaat ve Vakıfları tedirgin eden haksız operasyon: Adnan Oktar operasyonu...
Tutukluluk süreleri baskı ve zorluk ile işkenceye dönüşüyor.
Adnan Oktar’ın Cezaevi Fotoğrafları Ortaya Çıktı!
"Milyar tane evladım olsa, milyarını ve kendi canımı Adnan Oktar'a feda...
Adnan Oktar davasında baskı ve zorla itirafçılık konusu tartışıldı.
Adnan Oktar ve arkadaşlarının davasında iftiracılık müessesesine dikkat...
Adnan Oktar davasında hukuki açıklama
Adnan Oktar ve Arkadaşlarının Masak Raporlarında Komik rakamlar
Adnan Oktar ve Arkadaşlarının tutukluluk süresi hukuku zedeledi.
Adnan Oktar'ın Museviler ile görüşmesi...
Adnan Oktar ve arkadaşlarına yönelik suçlamalara cevap verilen web sitesi...
Adnan Oktar ve arkadaşlarına karşı İngiliz Derin Devleti hareketi!
Adnan Oktar iddianamesinde yer alan şikayetçi ve mağdurlar baskı altında...
Adnan Oktar iddianamesi hazırlandı.
Adnan Oktar ve Nazarbayev gerçeği!
En kolay isnat edilen suç cinsel suçlar Adnan Oktar ve Arkadaşlarına...
Adnan Oktar kaçmamış!
BİR KISIM MEDYA KURULUŞLARINA ÇAĞRI !!!
FİŞLEME SAFSATASI
KARA PARA AKLAMA İDDİALARINA CEVAP
İSA TATLICAN: BİR HUSUMETLİ PORTRESİ
SİLİVRİ CEZAEVİNDE YAŞANAN İNSAN HAKLARI İHLALLERİ
GÜLÜNÇ VE ASILSIZ "KAÇIŞ" YALANI
ABDURRAHMAN DİLİPAK BİLMELİDİR Kİ KURAN’A GÖRE, ZİNA İFTİRASI ATANIN...
YALANLAR BİTMİYOR
SAÇ MODELİ ÜZERİNDEN KARA PROPAGANDA
TAHLİYE EDİLENLERE LİNÇ KAMPANYASI ÇOK YANLIŞ
MEDYA MASALLARI ASPARAGAS ÇIKMAYA DEVAM EDİYOR
Adnan Oktar ve Arkadaşlarının ilk duruşma tarihi belli oldu.
AKİT TV VE YENİ AKİT GAZETESİNE ÖNEMLİ NASİHAT
YAŞAR OKUYAN AĞABEYİMİZE AÇIK MEKTUP
TAKVİM GAZETESİNİN ALGI OPERASYONU
Adnan Oktar ve FETÖ bağlantısı olmadığı ortaya çıktı.
MÜMİNLERİN YARDIMLAŞMASI VE DAYANIŞMASI ALLAH'IN EMRİDİR
Adnan Oktar ve Arkadaşlarına yönelik suçlamaların iftira olduğu anlaşıldı.