Ecazkar Canlılar

KİTABI ENDİRİN

Download (DOC)
Download (PDF)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
1 / total: 46

Giriş

ayı, çocuk

Jer üzündə bizim tanıdığımız və ya tanımadığımız saysız-hesabsız canlı növü yaşayır. Hər gün qarşılaşdığımız pişik və it kimi sevimli dostlarımızdan insan ayağı dəyməmiş meşələrdə yaşayanlara qədər hər bir heyvanın özünəməxsus ecazkar xüsusiyyətləri, heyrətamiz qabiliyyətləri var. Məsələn, arıları yaxından öyrəndiyimiz zaman onların bu qədər pətəyi necə qüsursuz qurmasına, riyaziyyatçılar kimi apardıqları hesablamalara təəccüb edirik. Timsahların və ya aslanların balalarına qarşı olan hədsiz istəyini gördüyümüz zaman belə vəhşi heyvanların şəfqətli davranışının səbəbini düşünürük. Dayanmadan min kilometrlərlə məsafə qət edərək köç edən kiçik quşların bu çətin işin öhdəsindən necə gəlməsi ilə bağlı sualın cavabını tapmağa çalışırıq. Bunlar haqqında bir az da müfəssəl məlumatlar alanda isə təəccübümüz daha da artır.

Hər canlının müxtəlif bədən quruluşu var. Bəziləri uçaraq, bəziləri üzərək yaşayır. Məsələn, balıqlar yalnız dənizdə ehtiyac duyacağı bir bədən quruluşuna malikdir. Onların su altında yaşamasına imkan verən ciyərləri, gözləri və dəriləri var. Quşların ağciyərləri və tükləri də onların uçmasını təmin edəcək bir quruluşdadır. Əlbəttə, canlılar bu qabiliyyətə və ya qeyri-adi işlər bacarmalarını təmin edən bədən quruluşuna öz-özünə sahib olmamışlar. Bir-birindən heyrətamiz işlər etməyi dərk edənlər əslində canlıların özləri deyil. Görəcəyi işləri təsadüfən də öyrənə bilməzlər. Etdikləri hər şeyi onlara öyrədən birisi olmasa, bütün bunları bilmələri mümkün deyil. Bundan əlavə, ehtiyac duyduqları bədən quruluşlarını da onlar üçün planlaşdıran və bədənlərinə yerləşdirən birisi olmalıdır. Sahib olduqları hər şeyi onlara verən, çox yüksək ağıl və gücə malik olan bir varlığın mövcud olması tam bir həqiqətdir. Beləliklə, bu gücə malik olan, bizi və bütün digər canlıları yaradan Rəbbimizdir. Malik olduqları hər xüsusiyyəti canlılara Allah verib.

Bəlkə də siz bunları çox yaxşı bilirsiniz, lakin bəzi insanlar bunun tam əksini iddia edirlər. Belə insanların canlıların bütün bu ecazkar xüsusiyyətlərə təsadüfən sahib olduqlarını iddia etdiyini bilirdinizmi? Və bu ağılsız iddialarının hamısına "təkamül nəzəriyyəsi" adı verdiklərini heç eşitmişdinizmi? Bundan əlavə, bütün elm sahələri təkamül nəzəriyyəsinin yalan olduğunu aşkar etdiyi halda bu insanlar bu əsassız iddianı müdafiə etməkdən yenə də əl çəkmirlər.

Bu kitabda sizə canlılarda olan ecazkar xüsusiyyətləri izah edəcəyik. Eyni zamanda təkamülçülərin iddialarından nümunələr gətirərək onların nə qədər məntiqsiz bir nəzəriyyəyə inandıqlarını da göstərəcəyik. Bunları oxuduğunuz zaman təkamül nəzəriyyəsinə inanan professorların, mühəndislərin, başqa sahənin alimlərinin bu qədər yanlış düşünməsinə təəccüblənəcəksiniz (Təkamülçülərlə bağlı daha ətraflı məlumatları "Uşaqlar, Darvin səhv etdi" kitabımızda oxuya bilərsiniz).

kedi, sevimli

Canlılara aid məlumatlar cildlərlə kitablara sığmayacaq dərəcədə çoxdur. Biz burada yalnız bəzi nümunələri izah edəcəyik. Lakin bu az sayda nümunə ilə də bizim üçün bu sevimli və gözəl varlıqları yaradan Allahın böyüklüyünü və Onun bizləri nə qədər çox sevdiyini daha yaxşı dərk edəcəksiniz. Öyrəndiklərinizi daim düşünəcək və səbirsizliklə onları başqalarına da izah etmək istəyəcəksiniz.

 

1 / total 46
"Harun Yəhyanın Ecazkar Canlılar kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com