“NECƏ OLSA DÜZƏLDƏRƏM” DEYƏ DÜŞÜNÜB SƏHV ETMƏKDƏ CƏSARƏTLİ OLMAMAQ

İnsanlar əhəmiyyətli gördükləri hadisələrə və dəyər verdikləri insanlara qarşı çox həssas olurlar. Bu mövzularda ən kiçik belə olsa səhv etməməyə çalışırlar. Hər şeyin ola biləcək ən qüsursuz şəkildə inkişafı üçün əllərindən gələn hər şeyi edirlər. Dəyər verdikləri insanın üzərində əsir, onun saçının bir telinə də zərər gəlməməsi üçün həddən çox diqqət göstərirlər. Maddi-mənəvi bütün mövzularda bu insanları qoruyur, həmişə onları xoşbəxt etməyin yollarını axtarırlar.
 
Əlbəttə ki, -Allah sevgisinə və Allah rizasına uyğun olan- bu sevgi və sədaqət modeli son dərəcə gözəl nemətdir. Buna görə də bu sevgi anlayışı şeytanın heç istəməyəcəyi bir əxlaq şəklidir.
 
Şeytanın belə sevgi əxlaqına sahib olan insanlara təsir etməsi olduqca çətindir. Buna görə də dolanbaclı yollardan və hiyləgərcəsinə yaxınlaşaraq onları aldatmağa çalışır. Məqsədi bu şəkildə "dərin sevgi" anlayışına sahib olan insanlar arasındakı sevgini zədələməyə çalışmaqdır. Allah Quranda şeytanın "insanların arasını açıb pozmaq üçün səy göstərəcəyini" belə bildirmişdir:
 
"Bəndələrimə de: "Gözəl sözlər söyləsinlər" Şeytan onların arasına fitnə-fəsad sala bilər. Həqiqətən, Şeytan insanın açıq-aşkar düşmənidir!" (İsra Surəsi, 53)
 
Bəzən insanlar şeytanın bu cür təsiriylə çox dəyər verdikləri və -Allah rızası üçün- üzərində əsdikləri, çox sevdikləri insanlara qarşı da neqativ rəftar göstərə bilərlər. Əlbəttə ki, insan bəzən istəmədən də bir çox qüsurlar edir. Amma həqiqətən də bunları əsaslı şəkildə düşünmədiyi, nəticəsini təxmin edə bilmədiyi üçün və ya istəmədən edir. Şeytanın istədiyi isə bu cür sadə bir şey deyil. Şeytan Müsəlmanların arasını vura biləcək şəkildə qüsurlu davranış və qüsurlu rəftar şəklini axtarır. İnsanın Quran əxlaqından və Quran məntiqiylə düşünməkdən uzaqlaşmasını və nəticədə səmimi sevgidən uzaqlaşmasını istəyir. Bu cür qüsurlu davranış və rəftara səbəb olmaq üçün isə insana "necə olsa sonra düzəldərəm" məntiqini təlqin edər.
 
Dərin sevginin şərtlərini yaxşı bilən insan əslində həqiqi sevgidə bu cür məntiqin işləməyəcəyini də bilir. İnsan bir dəfə və ya çox qısa zaman aralığında olsa belə nə fiziki, nə də mənəvi bir mövzuda sevdiyinə qıymamalı olduğunu bilir. Bunun əksinin isə "sevdiyini və ona bəslədiyi sevgindən sui-istifadə" olacağını və bu cür yanlış cəsarət anlayışının mütləq qarşılığı olacağını bilir. "Necə olsa sonra düzəldərəm" düşüncəsiylə hərəkət edən bir insanın həqiqi mənada "sevgi yaşadığından" və "sevməyi bacardığından" bəhs etməyin də mümkün olmayacağını bilir. Həqiqi sevgidə heç bir səbəblə insanın sevdiyinə qarşı bu məntiqlə yaxınlaşmayacağını da bilir. Sevgidə o qədər diqqət və həssaslıq göstərərkən, "necə olsa düzəldərəm" məntiqiylə edəcəyi bir rəftar pozuqluğunun bütün gözəllikləri kökündən vuracağını bilir.
 
Ancaq bu həqiqətləri bilmələrinə baxmayaraq yenə də şeytan bəzən insanları bu cür səhv əxlaqa qarşı cəsarətləndirir. O an insanın nəfsinin istəklərinə tabe olmasında səhv olmadığını, çünki necə olsa -istədiyi anda o rəftarını düzəldə biləcəyini- təlqin edir. Əlbəttə ki, insanın -ölənə qədər- hər zaman və bütün mövzulard düzəliş etmək imkanı var. Amma bu imkanın olması insanın bilə-bilə səhv davranış göstərməsi, yanlış hərəkət etməsi üçün bəhanə deyil. İnsan istəmədən bir səhv etdikdə bunu düzəltmək üçün əlindən gələni edər və Allah diləsə həqiqətən də düzələr. Amma insanın istəmədən deyil, tam əksinə bu imkanın arxasına sığınaraq bilə-bilə səhv hərəkət etməsi, yanlış rəftar sərgiləməsi fərqli vəziyyətdir.
 
Əvvəla bu, Allahın razılığına və dinə uyğun rəftar deyil. Allahı sevən insan Allahın bəyənməyəcəyi hərəkətdən necə olursa-olsun çəkinər. Allahın məmnun olmayacağını bildiyi rəftar üçün heç vaxt "necə olsa düzəldərəm" deyə düşünüb cəsarətlə bunu tətbiq edə bilməz. Allah qorxusu onu belə səhv cəsarətdən çəkindirər.
 
Bundan əlavə, insan bir an sonra yaşayıb-yaşamayacağından da əmin deyil. Hər an ölə biləcəyini bilən və axirətə inanan bir insan heç vaxt "gələcəkdə düzəldərəm" məntiqinə güvənib bilərəkdən səhv hərəkət etməz. Öldüyü təqdirdə Allaha hesabını verə bilməyəcəyi, Quran əxlaqına uyğun olmadığını bildiyi və nəticədə də sonsuza qədər böyük bir peşmançılıq yaşamasına səbəb ola biləcək bir rəftarda göstərməyə cəsarət edə bilməz.
 
Eyni şəkildə insanın səhv rəftar etdiyi adam da hər an ölə bilər. İnsanın əlində bu tərəfdən də qəti olaraq düzəliş etmək imkanı olduğuna dair bir zəmanəti yoxdur. Əlbəttə ki, hər bir hadisədə bir xeyir var. O adam ölsə belə insan Allaha qarşı peşmançılığını yenə ifadə edə bilər. Ancaq mömin insan bu ehtimalı da nəzərə alaraq belə bir hərəkətdən çəkinər.
 
Bundan başqa, bəzən insanın çox asan düzəldə biləcəyini zənn etdiyi bəzi vəziyyətlərin düzəlişi, zənn etdiyi qədər asan olmaya bilər. Allah insanın qədərində imtahan olaraq onun daha çox səy göstərməsini tələb edəcək şəkildə bir vəziyyət də yarada bilər.
 
Bəzən də səhvləri düzəltmək insanın təxmin etdiyindən daha çox vaxt apara bilər. Sadəcə gözəl bir söz və ya gözəl bir münasibət mövcud səhvin tam olaraq düzəlməsi üçün kifayət etməyə bilər. İnsanın etibarını, sevgisini, hörmətini qazanmaq bəzən uzun zaman sabit şəkildə davam edən gözəl əxlaq nəticəsində reallaşa bilər. Çünki göstərilən səhv cəsarətin təkrar göstərilməyəcəyinə dair tam zəmanət verilməlidir. İnsan Allahdan qorxduğuna və Quran əxlaqına uyğun olmayan bir rəftardan diqqətlə çəkindiyinə dair əxlaqıyla Müsəlmanlara güvən verməlidir. Beləliklə, bəzən bir an nəfsin istəyinə tabe olub edilən səhv bir hərəkətin düzəldilməsi üçün həftələr, ya da aylar keçməsini tələb edə bilər. Buna görə də Allahdan qorxan insan bir neçə dəqiqəlik eqoist bir istək üçün bu cür nemət itkisini gözə almamalıdır.
 
Allah Quranda Müsəlmanlarda güvən meydana gətirəcək rəftarın, "həmişə göstərilən gözəl əxlaq" olduğunu bildirmişdir. Çünki bu, səmimi imanın əlamətidir. Allahdan qorxan bir insanın, hərdən gözəl əxlaq, hərdən də pis əxlaq göstərə bilməsi normal deyil. Çünki bunlardan biri Allah qorxusunun, biri də Allahdan qorxmamağın əlamətidir. Bir insan eyni anda bu iki duyğunu birdən yaşaya bilməz. Əgər bir insanın həyatında Allahdan qorxmadığına dair bir an varsa, o zaman imanı da şübhəli hala gələr (Doğrusunu Allah bilər).
 
Buna görə də həqiqətən səmimi olaraq iman edən insan üzərinə bu şübhəni almamalıdır. Həqiqətən Allaha könüldən iman etmişdirsə, həyatının hər anında bu imanının və səmimiyyətinin tələblərini yaşamalıdır. "Necə olsa düzəldərəm" deyərək heç vaxt səhv olan bir rəftarı bilə-bilə tətbiq etməməlidir. Bunun dünyada da, axirətdə də insana böyük bir peşmanlıq gətirə biləcəyini unutmamalıdır. Həyatının hər saniyəsində "Allahın ən çox razı olduğu rəftarları göstərməyi hədəfləməli"dir. Nəfsi nə qədər istəsə belə, şeytan nə qədər cazibədar göstərsə belə heç vaxt Quran əxlaqından uzaqlaşmamalıdır.
 
Mal və uşaqlar dünya həyatının bər-bəzəyidir:
 
Mal-dövlət, oğul-uşaq bu dünyanın bər-bəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında həm savab, həm də (Allahın mərhəmətinə) ümid etibarilə daha xeyirlidir! (Kəhf Surəsi, 46)
 
Allah doğru yolda olanların doğruluğunu artırar. Əbədi qalan yaxşı işlər isə Rəbbinin yanında savab etibarilə daha xeyirli, nəticə etibarilə daha yaxşıdır! (Məryəm Surəsi, 76)

2010-11-26 10:58:22

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com
"Silahlı suç örgütü iddiası tamamen asılsızdır, yalandır, iftiradır."
"Bizim yaptığımız tek şey Allah'ın yaratışını anlatmaktır."
"Almanya'da İslamofobi var, İslam düşmanları var..."
Bir örgüt olsak devlet bizimle faaliyette bulunur mu?
DAVAMIZ METAFİZİKTİR – 2. BÖLÜM
DAVAMIZ METAFİZİKTİR – 1. BÖLÜM
MAHKEME SÜRECİNDE SİLİVRİ CEZAEVİNDE YAŞANAN EZİYET VE ZULÜMLER
DAVA DOSYASINDAKİ CİNSELLİK KONULU İDDİALAR TÜMÜYLE GEÇERSİZDİR
DURUŞMALARIN İLK HAFTASI
"İNFAK" SUÇ DEĞİL, KURAN'IN FARZ KILDIĞI BİR İBADETTİR
GERÇEK TURNİKE SİSTEMİ GENELEVLERDE
Adnan Oktar davasının ilk duruşması bugün yapıldı.
AVK. UĞUR POYRAZ: "MEDYADA FIRTINA ESTİRİLEREK KAMUOYU ŞARTLANDIRILDI,...
Adnan Oktar'ın itirafçılığa zorlanan arkadaşlarına sosyal medyadan destek...
Adnan Oktar suç örgütü değildir açıklaması.
Adnan Oktar'ın cezaevinden Odatv'ye yazdığı mektubu
Adnan Oktar'dan Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'a mektup
Casuslukla suçlanmışlardı, milli çıktılar.
TBAV çevresinden "Bizler suç örgütü değiliz,kardeşiz" açıklaması
Bu sitelerin ne zararı var!
Adnan Oktar ve arkadaşları 15 Temmuz'da ne yaptılar?
Sibel Yılmaztürk'ün cezaevinden mektubu
İğrenç ve münasebsiz iftiraya ağabey Kenan Oktar'dan açıklama geldi.
Adnan Oktar ve arkadaşlarına Emniyet Müdürlüğü önünde destek ve açıklama...
Adnan Oktar hakkında yapılan sokak röportajında vatandaşların görüşü
Karar gazetesi yazarı Yıldıray Oğur'dan Adnan Oktar operasyonu...
Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'dan Adnan Oktar ile ilgili...
Ahmet Hakan'nın Ceylan Özgül şüphesi.
HarunYahya eserlerinin engellenmesi, yaratılış inancının etkisini kırmayı...
Kedicikler 50bin liraya itirafçı oldu.
Adnan Oktar ve arkadaşlarına yönelik operasyonda silahlar ruhsatlı ve...
FETÖ'cü savcının davayı kapattığı haberi asılsız çıktı.
Adnan Oktar ve arkadaşlarının davasında mali suç yok...
Cemaat ve Vakıfları tedirgin eden haksız operasyon: Adnan Oktar operasyonu...
Tutukluluk süreleri baskı ve zorluk ile işkenceye dönüşüyor.
Adnan Oktar’ın Cezaevi Fotoğrafları Ortaya Çıktı!
"Milyar tane evladım olsa, milyarını ve kendi canımı Adnan Oktar'a feda...
Adnan Oktar davasında baskı ve zorla itirafçılık konusu tartışıldı.
Adnan Oktar ve arkadaşlarının davasında iftiracılık müessesesine dikkat...
Adnan Oktar davasında hukuki açıklama
Adnan Oktar ve Arkadaşlarının Masak Raporlarında Komik rakamlar
Adnan Oktar ve Arkadaşlarının tutukluluk süresi hukuku zedeledi.
Adnan Oktar'ın Museviler ile görüşmesi...
Adnan Oktar ve arkadaşlarına yönelik suçlamalara cevap verilen web sitesi...
Adnan Oktar ve arkadaşlarına karşı İngiliz Derin Devleti hareketi!
Adnan Oktar iddianamesinde yer alan şikayetçi ve mağdurlar baskı altında...
Adnan Oktar iddianamesi hazırlandı.
SAYIN NEDİM ŞENER'E AÇIK MEKTUP
Adnan Oktar ve Nazarbayev gerçeği!
En kolay isnat edilen suç cinsel suçlar Adnan Oktar ve Arkadaşlarına...
Adnan Oktar kaçmamış!
BİR KISIM MEDYA KURULUŞLARINA ÇAĞRI !!!
FİŞLEME SAFSATASI
İSA TATLICAN: BİR HUSUMETLİ PORTRESİ
SİLİVRİ CEZAEVİNDE YAŞANAN İNSAN HAKLARI İHLALLERİ
MÜMİNLERİN YARDIMLAŞMASI VE DAYANIŞMASI ALLAH'IN EMRİDİR
GÜLÜNÇ VE ASILSIZ "KAÇIŞ" YALANI
ABDURRAHMAN DİLİPAK BİLMELİDİR Kİ KURAN’A GÖRE, ZİNA İFTİRASI ATANIN...
YALANLAR BİTMİYOR
SAÇ MODELİ ÜZERİNDEN KARA PROPAGANDA
TAHLİYE EDİLENLERE LİNÇ KAMPANYASI ÇOK YANLIŞ
MEDYA MASALLARI ASPARAGAS ÇIKMAYA DEVAM EDİYOR
Adnan Oktar ve Arkadaşlarının ilk duruşma tarihi belli oldu.
AKİT TV VE YENİ AKİT GAZETESİNE ÖNEMLİ NASİHAT
YAŞAR OKUYAN AĞABEYİMİZE AÇIK MEKTUP
KARA PARA AKLAMA İDDİALARINA CEVAP
Adnan Oktar ve FETÖ bağlantısı olmadığı ortaya çıktı.
TAKVİM GAZETESİNİN ALGI OPERASYONU
Adnan Oktar ve Arkadaşlarına yönelik suçlamaların iftira olduğu anlaşıldı.