Şeytanın Bir Silahı: Romantizm

< <
1 / total: 11

Önsöz

(Bu) mübarək Kitabı, (insanların) onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik.
(Sad surəsi, 29)

Din əxlaqından uzaq olan cəmiyyətlərdə çox vaxt doğrular yanlış, yanlışlar isə doğru olaraq tanıdılır. Allahın məmnun olmayacağı, xətalı bir rəftar təqdir və təşviq olunarkən, gözəl bir rəftar son dərəcə adi qarşılana bilər, hətta tənqid belə edilə bilər. Yanlış və doğruların bir-birinə qarışması, dindən uzaq yaşayan cəmiyyətlərdə tez-tez rast gəlinən, hətta ümumi quruluşu meydana gətirən bir vəziyyətdir.

Romantizm də "doğru" zənn edilən səhvlərdən biridir. Romantizm cahiliyyə cəmiyyətlərində şəfqətli, yaxşı insanlara xas, gözəl bir xüsusiyyət kimi göstərilir. Halbuki bir insanın qarşılaşdığı hadisələrə romantik yanaşması, kitab boyunca ətraflı şəkildə araşdıracağımız kimi, hər istiqamətdən son dərəcə təhlükəlidir. Çünki romantizm insanlar üçün əhəmiyyətli və həyati xüsusiyyətlərdən biri olan "ağlı" tamamilə sıradan çıxarır.

Bu kitabda romantizm kimi bir mövzunun işlənməsindəki məqsədimiz təhlükəsiz kimi əks etdirilən, amma əslində insanlara hədsiz zərərlər verən bir mövzuya diqqət çəkməkdir. Sadə bir xüsusiyyət zənn edilən romantizmin istər cəmiyyətlər, istərsə də fərdlər üçün nə qədər ciddi bir təhlükə olduğunu göstərməkdir. Bu təhlükədən xilas olmağın nə qədər asan olduğunu Allahın bütün insanlara göndərdiyi bir rəhbər olan Qurana əməl olunduğu zaman insanın duyğularının ağlının önünə keçə bilməyəcəyini nümunələrlə göstərməkdir.

 

1 / total 11
"Harun Yəhyanın Şeytanın Bir Silahı: Romantizm kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top