QUŞLAR İNŞAAT BİLİKLƏRİNƏ SAHİB OLARAQ DOĞULURLAR

İnşaat insanların həyatını asanlaşdırmaq, sığınacaq tapmaq, istirahət etmək, işləmək, əylənmək kimi fəaliyyətlərini davam etdirə bilmələri üçün sənət və elm olaraq tərif edilə bilər. İnşaat mühəndisi insanın ehtiyaclarına uyğun olan binanı tikərkən ətraf mühitin bütün şərtlərini nəzərə almalı, hazırladığı binanın rahat və gözəl olmasına diqqət yetirməlidir. Ümumiyyətlə, bir adam memarlıq sənətinə yiyələnmək üçün illərlə təhsil almalı və çox bilikli olmalıdır. Göründüyü kimi, insanların yalnız bol səbr və dözümlülük tələb edən bir məşğuliyyətdən sonra memar ola bilməsi mümkündür. Halbuki tikinti mövzusunda ən usta canlılar kimi tanınan quşların ev tikmək üçün uzun bir səy göstərmələrinə ehtiyac yoxdur. Çünki hər quş növü özünə xas yuvaqurma texnikalarına sahib olaraq doğulur və heç yanılmadan bu qüsursuz xüsusiyyətlərini həyatları boyunca yerinə yetirirlər. Quşlar yuva qurmaq üçün torpağı qazır, palçığı birləşdirir və ya budaqları üst-üstə qoyur və çox diqqətlə  işləyərək möhkəm divarlar hörürlər.
Quşların yuva qurmalarının məqsədi yumurtalarını qorumaq və balalarını böyütməkdir. Ancaq bəzi quşlar çoxalma dövründə dişilərinə nümayiş etdirmək üçün yuvalarını bəzəyir və cazibədar edirlər. Ancaq balalar uçmağı öyrəndikdən sonra yuva artıq vəzifəsini sona çatdırır və il ərzində ailənin eyni yerə qayıtması, ya da yeni sahiblərinin gəlməsi üçün təbiət şərtlərinə davam gətirməyə çalışırlar. Bəzi quşların qayalara bənzər tikdiyi yuvalar möhkəmlikləri ilə heyrət oyandırır, yuvalarını balalarını ovçulardan qorumaq üçün qayanın rənginə uyğunlaşdırmaları da kamuflyaj texnikasından qüsursuz şəkildə istifadə etdiklərini göstərir. Sərçə böyüklüyündə olan, ağılı və şüuru olmayan bu canlıların öz iradələri və ağılları ilə bu cür dözümlü və hərbi müdafiə texnikasına sahib yuvaları qurması əlbəttə ki, qeyri-mümkündür.
Quşların və digər canlıların davranışlarında görülən ağılın, məlumatın və qabiliyyətin qaynağının yeganə izahı hamısını bu canlılara Uca Allahın ilham etməsidir. Uca Allah bu canlıları yaratmış, onlara qorunma, ovlama, bəslənmə, çoxalma üsullarını ayrı-ayrı ilham etmişdir. Üstəlik memar bir ana və ya atanın, memar bir uşağının olma ehtimalı, uşağın o peşəni davam etdirmək istəyi, bunun üçün uzun illər təhsil alması səbəblərə bağlı deyil, həm də quş balalarının yetkin hala çatdıqlarında yuvalarını inşa edə bilməməsi kimi bir problemləri ola bilməz. Çünki quş balaları doğulduqları vaxtda yuvaqurma məlumatına sahibdirlər və özlərinə etibarlı bir mühit təmin edən yuvalarını böyüyüb yetkin hala çatdıqlarında heç bir təhsil almadan ustalıqla qurarlar. Təkamülçülərin iddia etdiyi kimi nə " ana təbiət", nə də təsadüflər bu canlıları son dərəcə kompleks yuva tikmələri üçün proqramlaşdıra bilməz.
Uca Allah Quranda"Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və (insanların) düzəltdikləri çardaqlarda özünə pətəklər hör."  (Nəhl surəsi, 68) deyərək bal arısına yuvasını qurmağı vəhy etdiyini bildirmişdir. İnsanların memar ola bilmək üçün uzun illər səy göstərməsinə baxmayaraq, bal arısında olduğu kimi, canlıların hamısının yuvalarının yerini, inşaat texnikalarını, istifadə edəcəkləri vəsaitləri doğulduqları andan etibarən bilmələri, bu məlumatları gələcək nəsillərə ötürmələri sonsuz mərhəmət və şəfqət sahibi olan Uca Rabbimizin ilhamıdır.
Quş yuvaları ilə əlaqədar diqqət çəkən məlumatlar
Bir çox quş yuva istehsalında palçığa da yer verir. Yuvaya forma verə bilmək, möhkəmləndirmək üçün palçıqdan faydalanır. Bəzi növlər də palçıq yerinə yuvanın xaricini möhkəmlədirmək üçün heyvan peyinlərindən və tüpürcəklərindən istifadə edirlər. Bəzi yuvaların suvağı elə tünd olur ki, kənardan yalnız girişləri ayırd edilir.
Yuva qurmaq quşların balalarına öyrətdikləri bir şey deyil. Yaradılışdan mövcuddur. Quş Allahın onlara öyrətməsilə nəyi, nə vaxt, necə edəcəyini bilir. Ümumiyyətlə, erkək quş məkanı və yuvada istifadə edəcəkləri vəsaiti tapır. Dişi isə yuvanın qurulacağı yerdən ayrılmır və seçdikləri bölgələri qoruyur. Yuva qurmağa xaricdən başlayırlar, ilk olaraq kiçik dairələr yaradılır, dairələr kiçildikcə quruluş daha sıxlaşır. Ən son olaraq da yuvanın girişi diqqətlə qurulur. Bu bölgə başqa quşların sinələrindən qopan yüngül tüklərdən meydana gəlir.
Qazırlar, birləşdirirlər, üst-üstə qoyurlar, divar kimi hörürlər. Çox diqqətlə işləyirlər. Bütün bu fədakarkılqları yalnız bir il üçün edirlər. Bir çox quş növü hər il yeni yuva qurur.
Klassik yuva bir-birinə keçmiş otlardan, yarpaqlardan, kiçik budaqlardan meydana gəlir. Sərçələr və qumrular yuvalarını ağac budaqlarının arasında bu vəsaitdən istifadə edərək qururlar. Belə yuvalar çox vaxt və əmək tələb edir, müəyyən bir müddət köməyə möhtac olan balalar üçün ideal bir sığınacaq yeri olur. Bəzi quşlar da, leyləklər kimi yuvalarını damların üstündə, ya da bəzi ağacların gövdələrində qururlar.
Yuva istehsalı həmişə xaricdən dairəvi hərəkətlərlə hörülməyə başlayır. Xarici bölgədə həmişə iri vəsaitdən istifadə edilir. İçəriyə doğru dairələr daraldıqca daha xırda vəsait istifadə edilməyə başlanır. Ən sonda isə yataq və giriş üçün istifadə edilən tüklər yuvanın içinə gətirilir. Dişi quş sinəsinin və quyruğunun köməyilə yuvanın içini formaya salır.
Quşlar arasında yuva istehsalı mövzusunda bir yarışma təşkil edilsə, şübhəsiz ki, birincilik mükafatı uzun quyruqlu dərzi quşuna verilə bilər. Bu quş iki böyük yarpaqdan birini döşəmə, digərini tavan olaraq istifadə edir, dimdiyindən iynə, kiçik budaqlardan da iplik kimi istifadə edən quş yağışdan bu yuva sayəsində xilas olur.
Quruda yaşayan quşlarla dəniz kənarında yaşayan quşlar arasında bəzi fərqlər var. Məsələn, dəniz qaranquşu yuvasını qurmaq üçün yosunlardan, qurumuş dəniz bitkilərindən faydalanır. O, yuvanısını möhkəmləndirmək üçün kiçik daşlardan, balıqqulağından istifadə edir.
Balalar üçün qurulan quş yuvalarının ən əhəmiyyətli məqsədlərindən biri balaları soyuqdan qorumaqdır. Balalar tüksüz doğulurlar və eyni zamanda çox hərəkət edə bilmədikləri üçün əzələlərini heç işlədə bilmirlər. Bu səbəblə balaların donmamaları üçün soyuqdan təcrid edilmiş yuvalara ehtiyacları vardır. Xüsusilə "hörgü yuva" bu istiliyi balalara təmin edə bilir. Bu yuvaların istehsalı isə olduqca geniş və çətindir. Dişi quş yuvanı çox uzun bir müddətdə böyük bir etina ilə hörərək meydana gətirir. Eyni zamanda, yuvanın içini lif və tüklərlə doldurur ki, bununla da yuvanın istiliyini və təhlükəsizliyini təmin etmiş olur.
Hər cür yuva üçün vəsait təmini son dərəcə əhəmiyyətlidir. Quşlar gün boyunca inşaat edəcəkləri yuva üçün lazımi vəsaiti toplayırlar. Quşların dimdikləri və ayaqları müxtəlif vəsaitləri daşımaq və istifadə etmək üçün xüsusi şəkildə yaradılmışdır. Yuvanı qurmaq dişiyə, yuvanın qurulacağı bölgəni seçmək isə erkəyə aiddir. Quşlar memarcasına qurulmuş şah əsərlərini palçıq, yarpaq, sarmaşıq, tük və kağız kimi maddələrdən faydalanaraq edirlər. Quş yuvalarının xüsusiyyətləri istifadə etdikləri vəsaitlərdən və tətbiq etdikləri texnikalardan asılıdır. Yuvalar üçün istifadə edilən vəsaitin elastikliyi, möhkəmliyi və sərtliyi diqqəti cəlb edir.
Ayrıca müxtəlif növ vəsaitlərdən istifadə edərkən yuvanın quruluşunun qoruyuculuq xüsusiyyəti artır. Yəni palçıqla bitki liflərini qarışdırmaq yuvadakı çatlamasının qarşısını alır.
Dəniz kənarındakı qayalar hər növün özünə aid olan bir mənzili kimidir. Quşlar düşmənlərinə, həyat tərzlərinə və yeməklərinin vəziyyətinə görə öz yerlərini seçirlər. Əksəriyyəti özlərinə ayrılan yerdən kənara çıxmır, başqalarının yuvasının olduğu hissəni də işğal etmirlər.
Quşlar arasında ən maraqlı yuvalara Afrika savannalarında rast gəlinir. Ağac budaqlarından sallanan bu yuvalar balalar üçün bir sığınacaqdır və bu yuvalara ilanlar belə girə bilmir.
Evin sahibi dişi leylək yuvasını damda qurur və balalarını çıxarır. Bala böyüyüb artıq bir yuvaya ehtiyac hiss etməsə də, bu yuva ana leylək tərəfindən gələn il istifadə edilir.
Dəvəquşları bir yuva qurmurlar, amma erkəyin ağırlığı qumun üzərində dişinin yumurtalarını qoya bilməsi üçün lazım olan dərinliyi təmin edir.
Afrikaya xas leyləyə və vağ quşuna bənzəyən bir quş olan Scopus Umbretta qübbə şəklindəki ən böyük yuvanı quran quşdur.
Ağcaqanad quşu Melisunga Helenaenin yuvası isə iki sm. uzunluğundadır, yəni ən kiçik yuva onundur.
Meşə hind toyuğu Catheturus Lathami torpağın altında yuva qurur. İçi qurumuş otlardan ibarət olan bu yuva yağış yağdıqca balalar üçün təbii istilik meydana gətirir.
Torağay quşu torpaq üzərində qurduğu yuvanı ətrafdakı çiçəklərlə saxlayır.
Yaşıl ağacdələn yuvasını ağacın içini oyaraq qurur.
Qırqovulun bitkilərlə dəstəklənmiş yuvası torpaq üzərində olur.
Sümsükquşu-qarabatdaq yosunlardan ibarət olan yuvasını qayanın təpəsində qurur.
Dəniz qağayılarının yuvası qumların altında qalır.
Dəniz təlxəyi Fratercula Arctica dovşanların dəniz kənarında buraxdıqları yuvalardan istifadə edir.
Qağayının yerə paralel qurulmuş yuvası balıq qalıqlarından və yosunlardan meydana gəlir.
Qütb qağayısı Fulmarus Glacialis üçün qaya üzərindəki bir daş parçası da kifayətdir.
Telli durna Phoenicopterus Ruber qayalar üzərində konus formasında palçıqdan bir yuva qurur.
Kiçik dəniz sağsağanı Alle Alle qayaların içindəki bir oyuqları özünə yuva seçir.

2011-01-12 21:00:15

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com
"Allah'tan tahliyemizi talep ediyorum"
"....Allahvar.com sitesi kapatıldı, düşmanım bu siteyi yapmış olsa...
1999 KAN KAMPANYASI TAMAMEN MEŞRU VE LEGAL BİR ORGANİZASYONDUR
HAKİM VE SAVCILARIMIZ YALNIZCA KANUN, HUKUK VE VİCDANI ESAS ALMALIDIR
HARUN YAHYA KÜLLİYATININ İMHASI ÇOK VAHİM VE TARİHİ BİR HATA OLUR
DİYANET İŞLERİ BAŞKANLIĞI RAPORUNA CEVAP
İLERİ DERECEDE MODERN GÖRÜNÜM VE DEKOLTE GİYİM TARZININ NEDENLERİ
"Adnan Bey’in çevresindeki her insan hayat dolu, mutlu, cıvıl cıvıl.”
SUÇSUZ BİR GENÇ KIZ DAHA HUKUKSUZ OLARAK TUTUKLANDI
SÖZDE İTİRAFÇI VEYA MÜŞTEKİ OLMAYA ZORLANMIŞ KARDEŞLERİMİZE ACİL KURTULUŞ...
YENİ BİR SAFSATA DAHA
"Müslümanlar Kardeştir..."
"Biz silahlı suç örgütü değiliz"
MEHDİYETİ GÜNDEME GETİRMEK LİNÇ KONUSU OLMAMALI
"Zorla alıkonma, İzole bir hayat yaşama iddialarını asla kabul etiyorum"
"Adnan Bey bizi çok sever, hep onore eder"
MEDYANIN ZORAKİ "BENZERLİK KURMA" TAKTİĞİ
"Ortada silahlı suç örgütü değil sadece birbirini çok seven arkadaş...
AYÇA PARS CANIMIZ GİBİ SEVDİĞİMİZ, MELEK HUYLU, MÜMİNE KARDEŞİMİZDİR
ÇOK DEĞERLİ BİR SİYASİ BÜYÜĞÜMÜZE AÇIK MEKTUP
"ALIKONMA" SAFSATASI
KUMPASÇILARIN KORKUTARAK İFTİRACI DEVŞİRME YÖNTEMLERİ
BERİL KONCAGÜL TEHDİT ALTINDADIR, CAMİAMIZA İFTİRAYA ZORLANMAKTADIR!
TAHLİYE OLAN ARKADAŞLARIMIZ HİÇ KİMSE İÇİN HİÇBİR ZAMAN BİR BASKI UNSURU...
AV. CELAL ÜLGEN ADİL VE DÜRÜST OLMALI
AKİT TV SUNUCUSU CANER KARAER HAKKINDA ÖNEMLİ BİLGİLENDİRME
MASUM İNSANLARIN TAHLİYESİ TAMER KORKMAZ'I DA SEVİNDİRMELİDİR
"Adnan Bey için ailelerimizle arasının iyi olmadığına dair iftiralar...
"Türkiye ve İslam Dünyasını zayıflatmak istiyorlar.."
"Adnan Bey`den ASLA ŞİDDET VE BASKI GÖRMEDİM..."
"Allah rızası için 40 yıldır Türk-İslam Birliği için çabalıyoruz"
"...En ufak bir suça dahi şahit olmadım..."
"Hakkımızda çok fazla SAHTE DELİLLER ÜRETTİLER..."
"Biz FETÖNÜN ANTİSİYİZ...."
“Bu dava sürecinde.... sözde dijital delillerin ibraz edilmemesi gibi pek...
"Zaten biz birbirimizi bu kadar çok sevdiğimiz için buradayız..."
"Biz bir arkadaş grubuyuz..."
"...Biz Vakıf faaliyetlerimiz ile her zaman Devletimizin yanında olduk"
"Biz kimseyle ilgili karalama faaliyeti yapmadık..."
"...Sözde tecavüz için mi buradaki arkadaşlarımla biraraya geleceğim?!"
"...Faaliyetlerimiz herkese hitap ediyor ..."
"Bizim amacımız şatafat içinde yaşamak değil, hiç kimsenin hitap edemediği...
"İnancım gereği ben insanlara yardım ederim"
"Ne yapsa "zorla" diyorlar. Zorla Gülümsüyor, Zorla, Zorla olur mu?"
"Bizim bir arada olma amacımız örgüt kurmak değil. ilmi mücadele...
"Biz birbirimizi Allah için seven.. arkadaşlarız"
"Polisler geldi, hangi eve operasyon yapacağız derlerken, balkona çıkıp...
"Biz örgüt değiliz"
"Devletimizi desteklediğimiz çok hayırlı faaliyetlerimiz var, Bunlar...
"Biz Allah`tan Razıyız Allah da Bizlerden Razı olur inşaAllah"
"İddia edildiği gibi katı bir ortam olsa 40-50 yıl niye kalalım?"
"Neden cömertsin?" diye soruyorlar
"İngiliz Derin Devleti bunu duyunca çıldırdı..."
"Biz Milli değerler etrafında birleşmiş bir sivil toplum kuruluşuyuz"
"Bir imza atıp dışarı çıkmayı ben de bilirim. Ama iftira büyük suçtur."
"Ben varlıklı bir aileden geliyorum, Saat koleksiyonum var"
"Silahlı suç örgütü iddiası tamamen asılsızdır, yalandır, iftiradır."
"Bizim yaptığımız tek şey Allah'ın yaratışını anlatmaktır."
"Almanya'da İslamofobi var, İslam düşmanları var..."
Bir örgüt olsak devlet bizimle faaliyette bulunur mu?
DAVAMIZ METAFİZİKTİR – 2. BÖLÜM
DAVAMIZ METAFİZİKTİR – 1. BÖLÜM
MAHKEME SÜRECİNDE SİLİVRİ CEZAEVİNDE YAŞANAN EZİYET VE ZULÜMLER
"Ben Sayın Adnan Oktar `dan hiçbir zaman Şiddet, Eziyet, Baskı görmedim."
DAVA DOSYASINDAKİ CİNSELLİK KONULU İDDİALAR TÜMÜYLE GEÇERSİZDİR
DURUŞMALARIN İLK HAFTASI
"İNFAK" SUÇ DEĞİL, KURAN'IN FARZ KILDIĞI BİR İBADETTİR
GERÇEK TURNİKE SİSTEMİ GENELEVLERDE
Adnan Oktar davasının ilk duruşması bugün yapıldı.
AVK. UĞUR POYRAZ: "MEDYADA FIRTINA ESTİRİLEREK KAMUOYU ŞARTLANDIRILDI,...
Adnan Oktar'ın itirafçılığa zorlanan arkadaşlarına sosyal medyadan destek...
Adnan Oktar suç örgütü değildir açıklaması.
Adnan Oktar'ın cezaevinden Odatv'ye yazdığı mektubu
Adnan Oktar'dan Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'a mektup
Casuslukla suçlanmışlardı, milli çıktılar.
TBAV çevresinden "Bizler suç örgütü değiliz,kardeşiz" açıklaması
Bu sitelerin ne zararı var!
Adnan Oktar ve arkadaşları 15 Temmuz'da ne yaptılar?
Sibel Yılmaztürk'ün cezaevinden mektubu
İğrenç ve münasebsiz iftiraya ağabey Kenan Oktar'dan açıklama geldi.
Adnan Oktar ve arkadaşlarına Emniyet Müdürlüğü önünde destek ve açıklama...
Adnan Oktar hakkında yapılan sokak röportajında vatandaşların görüşü
Karar gazetesi yazarı Yıldıray Oğur'dan Adnan Oktar operasyonu...
Cumhurbaşkanı Sayın Recep Tayyip Erdoğan'dan Adnan Oktar ile ilgili...
Ahmet Hakan'nın Ceylan Özgül şüphesi.
HarunYahya eserlerinin engellenmesi, yaratılış inancının etkisini kırmayı...
Kedicikler 50bin liraya itirafçı oldu.
Adnan Oktar ve arkadaşlarına yönelik operasyonda silahlar ruhsatlı ve...
FETÖ'cü savcının davayı kapattığı haberi asılsız çıktı.
Adnan Oktar ve arkadaşlarının davasında mali suç yok...
Cemaat ve Vakıfları tedirgin eden haksız operasyon: Adnan Oktar operasyonu...
Tutukluluk süreleri baskı ve zorluk ile işkenceye dönüşüyor.
Adnan Oktar’ın Cezaevi Fotoğrafları Ortaya Çıktı!
"Milyar tane evladım olsa, milyarını ve kendi canımı Adnan Oktar'a feda...
Adnan Oktar davasında baskı ve zorla itirafçılık konusu tartışıldı.
Adnan Oktar ve arkadaşlarının davasında iftiracılık müessesesine dikkat...
Adnan Oktar davasında hukuki açıklama
Adnan Oktar ve Arkadaşlarının Masak Raporlarında Komik rakamlar
Adnan Oktar ve Arkadaşlarının tutukluluk süresi hukuku zedeledi.
Adnan Oktar'ın Museviler ile görüşmesi...
Adnan Oktar ve arkadaşlarına yönelik suçlamalara cevap verilen web sitesi...
Adnan Oktar ve arkadaşlarına karşı İngiliz Derin Devleti hareketi!
Adnan Oktar iddianamesinde yer alan şikayetçi ve mağdurlar baskı altında...
Adnan Oktar iddianamesi hazırlandı.
SAYIN NEDİM ŞENER'E AÇIK MEKTUP
Adnan Oktar ve Nazarbayev gerçeği!
En kolay isnat edilen suç cinsel suçlar Adnan Oktar ve Arkadaşlarına...
Adnan Oktar kaçmamış!
BİR KISIM MEDYA KURULUŞLARINA ÇAĞRI !!!
FİŞLEME SAFSATASI
İSA TATLICAN: BİR HUSUMETLİ PORTRESİ
SİLİVRİ CEZAEVİNDE YAŞANAN İNSAN HAKLARI İHLALLERİ
MÜMİNLERİN YARDIMLAŞMASI VE DAYANIŞMASI ALLAH'IN EMRİDİR
GÜLÜNÇ VE ASILSIZ "KAÇIŞ" YALANI
ABDURRAHMAN DİLİPAK BİLMELİDİR Kİ KURAN’A GÖRE, ZİNA İFTİRASI ATANIN...
YALANLAR BİTMİYOR
SAÇ MODELİ ÜZERİNDEN KARA PROPAGANDA
TAHLİYE EDİLENLERE LİNÇ KAMPANYASI ÇOK YANLIŞ
MEDYA MASALLARI ASPARAGAS ÇIKMAYA DEVAM EDİYOR
Adnan Oktar ve Arkadaşlarının ilk duruşma tarihi belli oldu.
AKİT TV VE YENİ AKİT GAZETESİNE ÖNEMLİ NASİHAT
YAŞAR OKUYAN AĞABEYİMİZE AÇIK MEKTUP
KARA PARA AKLAMA İDDİALARINA CEVAP
Adnan Oktar ve FETÖ bağlantısı olmadığı ortaya çıktı.
TAKVİM GAZETESİNİN ALGI OPERASYONU
Adnan Oktar ve Arkadaşlarına yönelik suçlamaların iftira olduğu anlaşıldı.
"Bizler Suç Örgütü Değiliz..."