QANIN ORQANİZMİMİZDƏKİ FUNKSİYALARI

Qan orqanizmin, toxumalardakı hüceyrələrin qidalanmasında, tənəffüs proseslərində iştirak edir müdafiə rolunu və tənzimləmə vəzifəni daşıyır. Bədənimizdə hərəkət etdiyi müddətdə onu isti saxlayır, soyudur, toxumaları qanla təchiz edir, qoruyur, ona enerji verir və orqnizm daxilindəki zəhərli maddələrin atılmasını təmin edir. Orqanlar arasında əlaqənin demək olar ki hamısını öz boynuna götürür. Bundan başqa damarlarda əmələ gələn zədələnməni qanda olan fibrin lifləri qan damarının zədələnmiş hissəsinə çökür və tor əmələ gətirərək aradan qaldırır. Beləliklə, orqanizm müntəzəm olaraq yenilənir. 60 kq. ağırlığındakı insanın damarlarında orta hesabla 5 lt. qan dövr edir. Ürək, bu miqdarda qanı bədəndə asanlıqla, bir dəqiqə ərzində dövr etdirir. Ancaq, fiziki güc tələb olunduqda və ya idman edərkən, bir dəqiqədə qeyd edilən bu miqdarın beş misli qədər qan dövr etdirə bilir.

 

Oksigen Daşıyıcısı

 

Tənəffüs etdiyimiz hava, həyatımız üçün ən vacib amildir. Alovun, odunu yaxa bilməsi üçün necə oksigenə ehtiyacı varsa, hüceyrələrin də enerji istehsalı zamanı şəkəri parçalaya bilmək üçün oksigenə ehtiyacları vardır. Bunun üçün, oksigenin ağciyərlərdən əzələlərə çatdırılması lazımlıdır. Mürəkkəb quruluşlu qan dövran sistemimiz bu vəzifəni öz boynuna götürür. Oksigenin orqanlara daşınması vəzifəsini, qırmızı qan hüceyrələrinin daxilindəki hemoqlobin hormonu həyata keçirir. Yastı, yumru və hər iki tərəfi basıq diskəbənzər eritrosidlərdən yalnız biri təxminən 300 milyon hemoqlobin daşıyır. Qırmızı qan hüceyrələrinin(hemoqlobinin), qüsursuz iş sistemi vardır. Onun əsas funksiyası qanda olan oksigen və karbon qazını daşımaqdır. Bu funksiyasını da ən gözəl şəkildə həyata keçirir. Qırmızı qan hüceyrələri, oksigeni toxuma hüceyrələrinə çatdırarkən, toxumalarda yaranan karbon qazı ilə birləşib,onu ağciyərlərə gətirir. Ağciyərlərdə karbon qazı hemoqlobindən ayrılır və orqanizmdən xaric olunur .

 

Qanın damarlarda hərəkəti. Qan təzyiqi

 

Hemoqlobin molekulları oksigenlə birlikdə azot monooksid (NO) qazını da daşıyır. Əgər bu qaz qanda daşınmasaydı qan təzyiqi stabil qalmazdı. Hemoqlobin azot monooksidin köməyi ilə toxumalara verilən oksigenin miqdarına da nəzarət edir.

 

İdeal dizayna malik hüceyrələr

 

Eritrositlər digər qan hüceyrələrinə nisbətən çoxluq təşkil edirlər. Orta yaşlı insanın qan damarlarında olan ümumi qırmızı qan hüceyrələrinin sayı 30 milyard təşkil edir. Bu miqdarada qan hüceyrələri futbol sahəsinin demək olarki yarısını əhatə edir. Hemoqlobinin tərkibinə dəmir elementi daxil olduğu üçün hemoqlobin qana qırmızı rəng verir. Eritrosidlər nüvəsiz, hər iki tərəfi basıq diskəbənzər qırmızı qan hüceyrələridir. Elastik olduqları üçün ən dar damarlardan,hətta ən kiçik məsamələrdən keçə bilirlər. Bu xüsusiyyətə malik olmasaydılar damarlarda tıxac əmələ gətirə bilərdilər. Çünki tükşəkilli damarların diametri 4-5 mikrometr qalınlığındadır. Halbuki, eritrositin diametri 7,5 mikrometrdir. Əgər eritrositlər elastiklik kimi xüsusiyyətə mailk olmasaydılar nə baş verərdi? Bu sualın cavabını şəkər xəstəliyini araşdırmaqla tapa bilərik. Şəkər xəstələrinin qan hüceyrələri öz elastikliyini itirmişdir. Bu səbəbdən xəstələrin gözlərindəki həssas toxumalar elastikliyini itirmiş qan hüceyrələri tərəfindən tıxanır. Bu tıxanma səbəbi ilə xəstəliyin axır mərhələsi insanın kor olması ilə nəticələnir.

 

Avtomatik işləyən təcili yardım sistemi

 

Bir qırmızı qan hücüyrəsi orqanizmdə təxminən 120 gün yaşayır. Bu müddət ərzində öz vəzifəsini yerinə yetirir və makrofaj (ölü hüceyrələri məhv etmə funksiyasını daşıyır) adlı müdafiə hüceyrələri tərəfindən məhv edilir. Bu itki dayanmadan baş verən istehsalla tənzimlənir. Normal şərtlərdə saniyədə 2,5 milyon qan hüceyrəsi istehsal olunur, ancaq lazım gəldikdə bu rəqəm arta bilər. İstehsal sürəti eritopolietin adlı hormon vasitəsi ilə tənzimlənir. Məsələn, qəza nəticəsində ağır qanaxmalarda və ya burun qanaxmaları zamanı qırmızı qan hüceyrələri sürətlə tənzimlənir. Bundan əlavə qırmızı qan hüceyrələrinin istehsalı qanda oksigenin səviyyəsinin aşağı düşməsi zamanı da reallaşır. Məsələn, Himalay dağına qalxarkən yüksəklik artdıqca oksigenin miqdarı aşağı düşür, orqanizm isə bu vəziyyəti hiss etmədən öz tədbirini almış olur.

 

Mükəmməl nəqliyyat sistemi

 

Qandakı hüceyrələr xaricində orqnizmə daxil olan yad maddələr qan plazmasında daşınır. Bu maye orqanizmin müdafiə funksiyasını reallaşdıran leykositlərdir. Plazma orqanizmin 5%-ni təşkil edir ki, bunun da 90%-dən artığı sudur. Tərkibi duzlar, minerallar, karbohidratlar, yağlar və yüzlərlə müxtəlif formada zülallardan təşkil olunmuşdur. Qandakı bəzi proteinlər daşıma funksiyasını həyata keçirirlər. Proteinlər yağlarla birlikdə toxumalara çatdırılır. Əgər proteinlər yağlarla birlikdə daşınmasaydı, onda yağ molekulları bir-biri ilə birləşərək- necəki yeməyin üzərində xüsusi yağ təbəqəsi gətirir, o çəkildə damarlarda toplanardı. Bunun nəticəsində damarlarda tıxac əmələ gələrdi ki, bu da insanın ölümü ilə nəticələnə bilir. Bədəndəki bu təcili yardım vəzifəsini hormonlar öz üstlərinə götürürlər. Hormonlar orqanlar arasında əlaqə yaratmağa da xidmət edir. Albumin (suda həll olmaq qabiliyyətinə malik zülal) zülalı da orqanizmdə daşıyıcı funksiyanı həyata keçirir. Xolestrol kimi yağları, hormonları, zəhərli maddə olan öd kisəsi mayesini özündə birləşdirir. Zəhərli maddələri qaraciyərdə buraxır, qida maddələrini və hormonları isə lazımlı yerlərə çatdırır. Həzm prosesində əmələ gələn zəhərli maddələrin 95% -ə qədəri qaraciyərdə zərərsizləşdirilir və ödlə birlikdə bağırsaqlardan xaric edilir.

 

Xüsusi yoxlama mexanizmləri

 

Qida maddələrinin, arteriyalardan lazım olduğu toxumalara çatdırılması üçün toxuma divarını keçməsi lazımdır. Toxuma divarı çox kiçik məsamələrə malik olsa da heç bir maddə bu divarı keçə bilmir. Bu problemi həll edən və qidaları toxuma divarından keçirən isə qan təzyiqidir. Qida maddələri toxumalara artıq miqdarda keçərsə bu zaman toxumada iltihab meydana gələcək. Buna görə də qan təzyiqini nizamlayan xüsusi sistem yaradılmışdır. Bu vəzifəni yenə də albumin hormonu öz üzərinə götürmüşdür. Albumin toxuma divarındakı kiçik məsamələrdən keçmək üçün böyükdür və bu səbəblə də qandakı suyu süngər kimi özünı çəkir. Albumin hormonu olmasaydı bədən suda saxlanan paxla kimi şişərdi. Beyində isə qandakı maddələrin yoxlanılmadan toxuma divarlarından keçməsi lazımlıdır. Çünki lazım olmayan maddələr sinir hüceyrələrinə (neyronlara) zərər verə bilər. Bu səbəblə beyin yaranacaq bütün zərərlərə qarşı tədbirini alır. Məsamələr sıx hüceyrə təbəqəsi ilə örtülmüşdür. Hər maddənin toxumaya asanlıqla daxil ola bilməsi üçün yoxlamadan keçməsi demək, elə bu hüceyrələrdən keçməsi deməkdir. Bu şəkildə bədənin ən həssas orqanı olan beyin nizamlı şəkildə qida axını ilə təmin olunmuş olur.

 

Orqanizmimizdəki termostat

 

Qan, orqanizmdə bir çox maddələrin daşınması ilə bərabər istiliyin də daşınmasında iştirak edir. Üzvi maddələrin parçalanması və oksidləşməsi zamanı enerji ayrılır. Yaranan istiliyin bir hissəsi bədən temperaturunu sabit saxlamağa sərf olunur, artığı isə orqanizmdən xaric olunur. Deməli, orqanizm ilə xarici mühit arasında daima maddələr və enerji mübadiləsi gedir. Maddələr və enerji mübadiləsinin kəsilməsi ilə orqanizmdə həyat prosesləri dayanar. Əgər orqanizmimizdə istiliyin paylanması kimi mühüm proses olmasaydı, qol əzələləri ilə etdiyimiz hər hansı iş nəticəsində qollarımız həddindən artıq isinər, orqanizmin digər sahələri isə soyuq qalardı. Belə hallar isə maddələr mübadiləsinin pozulmasına gətirib çıxarardı.

 

Elə bu səbəbə görə istilik bədəndə bərabər paylanır. Bunun baş verməsinə səbəb isə orqanizmin qan dövranıdır. Orqanizmdə həddindən artıq istilik yarandıqda istiliyin müəyyən hissəsi tər vəziləri vasitəsi ilə xaric olunur.

 

Bundan əlavə dəri altındakı qan damarları genişlənir və beləliklə də qanın daşıdığı istiliyi havaya xaric etməsi asanlaşır. Bu səbəbdən də qaçdığımız və ya hər hansı fiziki əməklə məşqul olduğumuz zaman üzümüz qızarır.

 

Qan istiliyin soyudulmasına qədər qorunması işində də mühüm rol oynayır. Soyuq hava dərimizin altındakı qan damarlarını daraldır. Bunun səbəbi də xarici mühitə yaxın olan bölgələrdə qanın miqdarını azaltmaq və bununla da soyumanı minimuma çatdırmaqdır. Soyuqda olan insanın dərisinin ağappaq olması orqanizmin aldığı avtomatik tədbir səbəbiylədir.

 

Orqanizmimizdə bu qədər mühüm vəzifələri olan qan, bütün bu xüsusiyyətləri ilə birlikdə tək Yaradıcı tərəfindən yaradılmışdır. Bu yaradıcı üstün elm və qüdrət sahibi olan Allahdır.


2011-06-07 16:41:19

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com