BAXIB GÖRMƏDİKLƏRİMİZ – 16 –

Əgər Dünyanı kürəcik böyüklüyündə təsəvvür etsək, Günəş də futbol topunun 2 misli böyüklüyündə olar. Burada maraqlı olan aradakı məsafədir. Həqiqətə uyğun olan model qurmaq üçün kürəcik böyüklüyündəki Dünya ilə 2 futbol topu böyüklüyündəki Günəş arasında təxminən 280 metr məsafə olmalıdır. Günəş Sistemindən kənarda olan planetləri isə kilometrlərlə uzağa qoymalıyıq. Bu bənzətmə ilə Günəş Sisteminin nəhəng ölçüyə sahib olduğunu anlamaq mümkündür. Ancaq əslində Günəş Sistemi içində olduğu Südyolu qalaktikasına nisbətən çox kiçikdir. Çünki Südyolu qalaktikasının içində Günəş kimi və ondan da böyük olan təxminən 250 milyard ulduz var. Kainatda saysız-hesabsız sistem mövcuddur. Biz fərqinə varmasaq belə, yəni kitab oxuyarkən, gəzərkən, yatarkən Allah bütün bu sistemləri nəzarəti altında saxlayır.  

 

Quran möcüzələri

Göylərin yaradılışı mövzusundan bəhs edən bir ayə belədir:

 

Məgər kafirlər göylərlə yer bir olduğu zaman Bizim onları bir-birindən araladığımızı, hər bir canlını sudan yaratdığımızı görmürlərmi? Yenədəmi inanmırlar? (Ənbiya surəsi, 30)

 

Ayənin “bir olan” mənasını verən “ratq” sözü ərəb dilində “iç-içə, bitişik olan, bütünləşmiş” mənasını verir. Yəni, bütöv olan iki maddəni ifadə etmək üçün bu sözdən istifadə edilir. Ayədəki “aralamaq” sözü isə ərəb dilində “fatq” felidir ki, bu da “ratq” halında olan bir maddəni yarmaq, parçalamaq mənasını verir. Məsələn, toxumun cücərərək torpaqdan çıxması ərəb dilində bu fellə ifadə edilir.  

 

Yan tərəfdə Biq-Banqin rəsmi görünür. Allahın kainatı yoxdan var etdiyini bir daha ortaya qoyan Biq-Banq elmi dəlillərlə sübut edilən nəzəriyyədir. Bəzi elm adamları Biq-Banqə alternativlər qoymağa çalışmış, ancaq əldə edilən dəlillər Biq-Banqin elm dünyasında qəbul edilməsi ilə nəticələnmişdir.

 

İndi ayəyə yenidən baxaq. Ayədə göylərlə yerin bir-birinə bitişik, yəni “ratq” vəziyyətində olduğundan bəhs edilir. Sonra onlar “fatq” feli ilə ayrılırlar. Yəni, biri digərini yararaq kənara çıxır. Həqiqətən də Biq-Banqin ilk anını xatırladığımızda bir nöqtənin kainatın bütün maddəsini ehtiva etdiyini görürük. Yəni, hər şey, hətta hələ yaradılmamış “göy və yer” belə bir nöqtənin içində “ratq” halındadırlar.  Sonra bu nöqtə şiddətlə partlayır və bu yolla maddələr “fatq” olurlar.

 

Ayədəki ifadələri elmi tapıntılarla müqayisə etsək, tam bir uyğunluq içində olduğunu görərik. 14 əsr əvvəl xəbər verilən bu tapıntıların ortaya qoyulması isə ancaq XX əsrdə mümkün olmuşdur.


2011-06-07 16:54:55

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com