İNSAN ÖVLADI MÖHTƏŞƏM KAİNATI KƏŞF ETMƏYƏ ÇALIŞIR

Yaxın günlərdə elm dünyasında çox əhəmiyyətli hesab edilə biləcək addımlar atıldı. Bu günə qədər istehsal olunan ən bahalı kosmik vasitə olan Cassini, Saturnun halqasındakı boşluqdan keçərək planetin orbitinə yerləşməyi bacardı. NASA və ESA-nın ortaq istehsalı olan 3.3 milyon dəyərindəki Cassini, planetin orbitinə daxil olmaq üçün həlqənin alt tərəfindən, F həlqəsi ilə G həlqəsinin arasındakı boşluqdan keçdi.

 

Pasadena Jet Propulsion Laboratoriyasındakı NASA mütəxəsisləri kosmik cihazdan dünyaya çatan siqnallarda hər hansı bir problemin olmadığını deyirlər. Cassini son məlumata görə dünyaya yarım milyard( 1.448.410.000 km ), Saturna isə 20 min km uzaqlıqda yerləşir. Cassini, Saturnu araşdırdığı müddətdə, yəni 4 ilə planetin ətrafında 76 dəfə dönəcək.

 

Orbitə daxil olma müddəti 96 dəq. çəkən Cassini, 1997-ci ildən bu günə qədər 3.5 milyard kilometr yol qət edib.

 

Elm adamları Saturnu tədqiq edərək, Günəş Sisteminin meydana gəlməsi ilə əlaqəli bir çox məlumata  çatacaqlarını düşünürlər.

 

Saturnun peyki Titan da araşdırılır

 

Cassini dekabr ayında kosmik robot olan Huygensi, Saturnun peyki Titana yerləşdirəcək. Cassini, Titana yaxınlaşanda Huygest paraşutun köməyi ilə peykin atmosferinə daxil olacaq. Elm adamlarının fikrincə Huygens Titanın səthindəki hidrokarbon okeanına ya da buzlaqlara düşəcək.

 

Elm adamları, Titan okeanlarını yer üzündəki okeanlarla müqaisə edirlər və düşünürlər ki, Titanın dənizlərindəki dalğalar dünyadakılara görə ən az 7 qat yüksəkdir, lakin çox yavaş hərəkət edirlər və aralarındakı məsafə də böyükdür. Bu hesablamaların doğruluğu 2005-ci ilin yanvar ayında Huygens kosmos vasitəsinin Titana enməsi ilə aydın olacaq. Huygens müşahidə vasitəsinin Titan okeanına düşməsi halında isə elm adamları kosmik vasitənin başına nələr gələ biləcəyini kompüter mühitində edilən simulyasiyalarla həll etməyə çalışırlar. 1980-ci ildə Voyaqer 1 kosmik vasitəsi Saturn peykinin yaxınlığından keçdikdə elm dünyası Titanın səthinin metan dənizləri ilə əhatə olunduğunu təyin etmişdilər. Radar siqnallarının Titandan geri dönməsi, səthinin okeanla örtülü olduğu düşüncəsini gücləndirdi. Porto Rikodakı Arecibot teleskopundan Titana göndərdikləri radio dalğalarından geri gələn əks-sədaları hesablayan elm adamları, Titanın səthinin 75%-nin maye halda olan hidro karbon ilə əhatə olunduğu nəticəsinə gəliblər.

 

Yolda daha bir kəşf: Phoebe

 

Səhayət müddətində Cassini kosmos vasitəsi, rotasının üzərində olan Phoebe peykini də araşdırdı. 14 iyun 2004-cü il şənbə səhəri Phoebe peykinin 2000 km yaxınından keçən Cassini, peykin atmosferi və kimyəvi quruluşu haqqında da məlumatlar yığır. Cassininin 220 km diametrindəki Phoebenin çəkdiyi fotoşəkilləri peykin indiyə qədər çəkilmiş ən dəqiq şəkilləridir. Elm adamları həcm və ağırlığından başlayaraq, peykin sıxlığını hesablamağa çalışıblar. Elm adamları buz və ya qayadan ibarət olduğunu düşündükləri  peykin kimyəvi quruluşunu tam olaraq təsdiq etmək istəyirlər.

 

Phoebenin səthi kifayət qədər qaranlıqdır. Peyk, Günəşdən aldığı işığın sadəcə 6%-ni əks etdirir. Peyk bundan başqa Saturnun digər peyklərinin əksi istiqamətində fırlanır. Həm qaranlıq olmağı, həm də digər peyklərin əksi istiqamətində fırlanması səbəbi ilə elm adamları, Phoebenin əslində Günəş sistemi xaricindən gəlmiş, ancaq Saturnun cazibə sahəsinə daxil olmuş bir göy cismi olduğunu düşünürlər.

 

Günəş sisteminin xarici qismində olan və yüz minlərlə irili xırdalı göy cismini ehtiva edən Kuiper Qurşağından qopan cismlər, planetlərə qarışaraq peyk mövqesinə keçə bilirlər. Phoebe peykinin kimyəvi analizinin Günəş sisteminin xarici hissələri ilə əlaqədar bir çox məlumatlar verəcəyini düşünürlər.

 

Günəş sistemindəki möhtəşəm nizam

 

Saturn yaşadığımız sonsuz kainatın içindəki planetlərdən sadəcə biridir. Möhtəşəm xüsusiyyətlərə sahib olduğu düşünülən Saturn, elm adamları tərəfindən təfərrüatlı şəkildə araşdırılır. Araşdırmaların nəticələri böyük maraqla gözlənilir. Yaxşı içində yaşadığımız ucsuz -bucaqsız kainat necə var oldu? Bu kainatdakı tarazlıq, ahəng və nizam necə ortaya çıxdı? Yaşadığımız dünya necə olur ki bizim həyatımız üçün bu cür uyğun yer olur? Elə bu suallar, əsrlər boyu insanların marağına səbəb olub və elə bu səbəblə insanlar illər boyu inkişaf edən texnalogiyadan da faydalanaraq kainatın sirlərini kəşf etməyə çalışmışlar. Kosmosa göndərilən raketlərlə, peyklərlə hələ də bu işlər davam edir.

 

Kainatdakı nizamı ən açıq şəkildə müşahidə etdiyimiz sahələrdən biri Dünyamızın da içində olduğu Günəş sistemidir. Günəş sistemində 9- ayrı planet və bu planetlərə bağlı 54 peyk var.

 

Bu planetlər Günəşə olan yaxınlığına görə : Merkuri, Venera, Dünya, Mars, Yupiter, Saturn, Neptun, Uran və Plutondur. Bu planetlərin və 54 peykin içində həyata uyğun bir səth və atmosferə sahib olan yeganə göy cismi Dünyadır.

 

Günəşin quruluşunu araşdırdıqda boyük tarazlıqla qarşılaşırıq. Planetləri dondurucu soyuqdan, xarici kosmosa sovrulmaqdan qoruyan təsir, Günəşin “cazibə qüvvəsi” ilə planetin mərkəzəqaçma qüvvəsi arasındakı tarazlıqdır. Günəş sahib olduğu cazibə qüvvəsi ilə bütün planetləri çəkir, onlar da öz oxu ətrafında fırlandıqları zaman sahib olduqları məzkəzəqaçma qüvvəsi sayəsində bu çəkilmədən qurtulurlar. Əgər planetlərin fırlanma sürəti bir az yavaş olsaydı, onda bu planetlər sürətlə Günəşə doğru çəkilər və nəticədə Günəş tərəfindən böyük partlamayala udulardı. Bunun əksi də mümkündür. Əgər planetlər daha sürətlə dönsələr onda da Günəşin gücü onları tuta bilməyəcək və planetlər xarici kosmosa savrulacaqlar. Halbuki çox həssas olan bu quruluş və sistem bu tarazlığı qoruduğu üçün davam edir.

 

Həmdə bu tarazlığın hər planet üçün ayrı-ayrı yaradıldığına  diqqət yetirmək lazımdır. Çünki planetlərlə Günəş arasındakı məsafə və kütlələr çox  fərqlidir. Bu səbəblə hamısının özünə məxsus fırlanma sürətləri olmalıdır ki, Günəşə yapışmasın, ya da ondan uzaqlaşıb kosmosa sovrulmasınlar.

 

Araşdırmalar çox əhəmiyyətli həqiqəti təsdiqləyir

 

Əlbətdə Saturnu, onun peyki Titanı və başqalarını araşdıran elm adamları araşdırmaları ilə kainatla bağlı bir çox yeni məlumat əldə edəcəklər.

 

Bu araşdırmaların nəticəsi bizə bu gün də, sabah da ancaq bir şeyi sübut edir:

 

Kainatda qüsursuz tarazlıq və nizam olduğunu.

 

Kainat haqqında etdiyimiz hər araşdırma, bizə bu kainatda insan həyatını qoruyan fövqaladə bir dizayn olduğunu göstərir. Bu dizaynın nə məna verdiyi aydındır. Əlbəttə ki, kainatın hər yerində rast gəldiyimiz bu dizayn, eyni zamanda kainatın hər zərrəsinə hakim olan sonsuz güc və ağıl sahibi bir Yaradıcının varlığının sübutudur. Üstün Yaradıcı olan Allah bütün kainatı yoxdan var etmişdir. Bu həqiqət Big Bang nəzəriyyəsi ilə ortaya qoyulmuş, dəfələrlə təsdiqini tapmışdır.

 

Elmin gəldiyi bu nəticə, Quranda bizə bildirilən bir həqiqətdir. Allah kainatı yoxdan yaratdığını bizə Quranda belə bildirir:

 

Həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi (və onun əhatə etdiyi hər şeyi) yaradıb hökmü altına alan, (bir-birini) sürətlə təqib edən gündüzü gecə ilə (gecəni də gündüzlə) örtüb bürüyən, günəşi, ayı və ulduzları əmrinə boyun əymiş halda yaradan Allahdır… (Ərəf surəsi, 54)


2011-08-16 14:20:00
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top