“TƏBİİ SEÇMƏ ŞÜURLU ŞƏKİLDƏ SEÇİM EDƏ BİLİR'' İDDİASI TARİXİN ƏN BÖYÜK YALANLARINDAN BİRİDİR

  • Təbiətdə güclü olannövlərintəhlükələrdən qorunaraq həyatda qalması, zəif olanların isə ətraf mühit şərtlərinə və təhlükələrə məğlub olaraqməhv olmasıdır.

 

  • Darvinistlər bunu orqan və toxumalar səviyyəsində izah etməyə çalışırlar. Mutasiyaların olduğunuvə mutasiyalar nəticəsində faydalı toxumaların meydana gəlməsini ehtimallar daxilindədigər toxumalara görə təbii olaraq seçiləcəyini və bu seçmə nəticəsində həyat üçün uyğun olan toxumalardanuyğun orqanların meydana gələcəyini iddia edirlər.

 

  • Bu mövzuda təsadüf iddiasını rədd edirlər. "Mutasiyalar təsadüfü reallaşır amma buradakı faydalı nəticəni “təbii seçmə” seçir" deyirlər. Təbii seçmənin sanki çox sayda ehtimal arasından ən faydalı olanını seçməyəqadirmiş kimi göstərməyəçalışırlar. 

 

Bu iddianın əsassızlığı:

 

  • Canlı üçün faydalı olan, onun mövcud strukturunu təkmilləşdirən hər hansı bir mutasiyanın reallaşması qeyri-mümkündür. Mutasiyaların 99% -ı zərərli, 1%-i isə təsirsizdir. Faydalı mutasiya hələ MÜŞAHİDƏ EDİLMƏMİŞDİR. Bu səbəblədir ki "təbii seçmənin faydalı mutasiyalar içindənseçim etməsi" qeyri-mümkündür.

 

  • Təbii seçmə şüurlu mexanizm deyil. Onun reallaşan mutasiyalar arasından   ən faydalısını seçəcək şüuru yoxdur.

 

  • Təbii seçmə yolu ilə ən faydalı növ seçilərsəbelə, bu vəziyyət heç bir halda o canlıya yeni bir orqan əlavəetməyəcək. Sürətli qaçan zebralar yaşayır, zəif olanlar isə ova çevrilirlər, lakin bu vəziyyət heç zaman zebraları pələngə çevirmir.

 

  • Təbii seçməninəvvəldən təyin olunmuş plana görə seçim etməsiqeyri-mümkündür. Bunun əksini söyləmək təbii seçmənin şüura sahib olduğunu iddia etməkdir. Təsadüfi reallaşan hadisələrdə şüurun olduğunu iddia etmək  məntiqsizlikdən xəbər verir. Lakin Darvinistlər  təsadüf iddiasınıngülünclüyündən xilas olmaq üçün  təbii seçmədə  şüur olduğunu iddia edirvə insanları aldadırlar.

 

  • Darvinistlərin iddialarına görə, təbii seçmə, ortada heç bir şeyin mövcud olmadığı halda göz kimi kompleks bir orqanı planlamalı, onun bütün xüsusiyyətlərini əvvəldən bilməli və plana uyğun olaraq HEÇ BİR SƏHVƏ YOL VERMƏDƏN hər  bir mərhələni ən doğru şəkildə yerinə yetirməlidir. Göz yaranana kimi xətaya yol vermədən müəyyən bir plan daxilində qərarlı davranaraq işinə davam etməlidir. Ard-ardamükəmməl orqanlar meydana gətirməli, görən bir beyin yaratmalı və gördüklərini şərh edən bir şüur var etməlidir. Ən əsası da bunların hamısını eyni anda etməlidir. Əlbəttə, şursuz atomların bunu etməsi qeyri-mümkündür. Lakin Darvinistlərin israrla müdafiə etdikləri əslində elə budur. 

 

 

Təbii seçmə ilə əlaqədar darvinist etirafları

 

Charles Darvin:

 

    Nəzəriyyəmin çətinlikləri və ona qarşı olan etirazlar belə təsnifləndirilə bilər: ... İkincisi; məsələn fərqli quruluşu və vərdişləri olan yarasanın dəyişiklik keçirərək başqa bir  quruluş və vərdişləri olan heyvana çevrilməsimümkündürmü? Təbii seçmə adlı bir mexanizminbir tərəfdən zürafənin milçəkqovmağa yarayan quyruğu kimi az əhəmiyyətlibir orqanı, digər tərəfdən isə göz kimi mükəmməl və kompleks olan orqanı yaratmasına inana bilərikmi?Charles Darvin, Növlərin Mənşəyi, Onur Nəşrləri, Beşinci Nəşr, Ankara 1996, s. 186

 

J. Hawkes:

 

    Quşların, balıqların, çiçəklərin və.s göz qamaşdırıcı gözəlliyini təbii seçməyə borclu olduğumuza inanmaqda çətinlik çəkirəm. Bundan əlavə,necəola bilər ki insan şüuru belə bir mexanizmin  məhsulu ola bilsin? Necə ola bilər ki, bu möhtəşəminsan beyni - Sokrat, Leonardo da Vinçi, Shakespir, Nyuton və Eynşteyn kimi dahilər"həyat mübarizəsi" deyilən meşə qanununun bizə bir hədiyyəsi olsun?J. Hawkes, "Nine Tentalizing Mysteries Of Nature," New York Times, nömrə. 33, 1957

 

Dr. Colin Patterson:

 

    Heç kim bu günə qədər təbii seçmə mexanizmləri ilə yeni  növ yarada bilməyib. Heç kim belə bir şeyin yanına belə yaxınlaşa bilməyib.Colin Patterson, "Cladistics", BBC, Brian Leek ilə Reportaj, Peter Franz, 4 Mart 1982

 

Arthur Koestler:

 

    Hazırki dövrün intellektual  insanları  Darvinin təsadüfi mutasiyalar və təbii seçmənin “sehirli gücü” sayəsində bütün suallara cavab tapdıqlarına inanmağı davam edirlər, təsadüfi mutasiyaların etibarsızlığından və təbii seçmənin isə cəfəngiyyat halına gəldiyi gerçəyindən xəbərsiz bir şəkildə.Arthur Koestler, Janus : A Summing Up, Vintage Books, 1978, s. 185

 

Pierre Paul Grassé:

 

    J. Huxley və digər bioloqlartəkamülün, təbii seçmə mexanizması vasitəsi ilə işlədiyini iddia etdiyi nəzəriyyəsi əslində, demoqrafik gerçəklərin, genotiplərin regional dalğalanmasının və coğrafi yerləşmələrinin müşahidəsindən başqa bir şey deyil. Hazırda yaşayannövlər on minlərlə il keçməsinə baxmayaraq dəyişmədən qalıblar. Təbii şəraitdən qaynaqlanan dalğalanmalar, genlərin əvvəldən dəyişdiyi nəzərə alındığı zaman təkamülə dəlil olaraq istifadə edilə bilməz. Bunun ən yaxşı sübutu isə milyonlarla il heç bir dəyişikliyə məruz qalmayanfosillərin olmasıdır.(Pierre Paul Grassé, Evolution On Living Organisms: Evidencefor a New Theory of Information, Academic Press, Yanvar/1978)


2011-09-09 14:07:56

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top