DARVİNİZMƏ SÜBUT KİMİ TƏQDİM EDİLMƏYƏ ÇALIŞILAN BÜTÜN KƏLLƏ SÜMÜYÜ FOSİLLƏRİ SAXTADIR

Darvinizm həqiqi elmi təməllərə və dəlillərə söykənmədiyi üçün uydurma sübutlar təqdim edərək, tərəfdarlar toplamağa çalışılır. Bunun üçün isə Darvinistlərin əlində spekulyasiya edəcəkləri vəsaitlərin olması yetərlidir. Darvinistlər üzərində spekulyasiya edə biləcəkləri nəsli tükənmiş canlı -osillərini alar, şəkildən-şəklə salar və bunları ideologiyalarına bir vəsait olaraq istifadə edərlər. İllər boyu nəsli tükənmiş olduğu üçün dənizdən quruya xəyali keçidin ən məhşur nümunəsi olaraq tanıdılmağa çalışılan, fəqət canlı nümunəsi günümüz dənizlərində tapılan Coelacanth, bu saxtakarlığı yansıdan ən əhəmiyyətli dəlildir. Darvinistlər eyni taktikanı digər canlılar və insan üçün də istifadə etməyə çalışırlar. Əldə etdikləri bütün fosilləri görünüşünə görə kateqoriyalara ayırırlar və öz ağıllarına görə istədiklərinə “keçid forma” yaraşdırması edərlər. Halbuki, keçid forma dedikləri fosillərin hamısı, eyni Coelacanth kimi, mükəmməl və qüsursuz canlılara aiddir.

 

Necə ki, keçid forma olaraq önə sürülməyə çalışılan bütün fosillərin keçərsizliyi isbat edilmiş, bunların nəsli tükənmiş kompleks canlılara aid olduğu elmi olaraq isbatlanmışdır. Mövzu insanın xəyali təkamülü mövzusuna gəldiyində isə spekulyasiya vəsaitləri adətən nəsli tükənmiş meymunlar və ya keçmişdə yaşamış bəzi insan irqləridir. İndiyə qədər önə sürülmüş bütün keçid forma iddiaları, bu spekulyasiya üsuluna söykənməkdədir. Məsələn, Darvinistlərin insanın xəyali təkamülünə misal olaraq təqdim etməyə çalışdıqları saysız kəllənin, nəsli tükənmiş meymun və ya insan irqlərinə aid olduğu dəqiq və elmi olaraq isbatlanmış və sözügedən kəllələr elmi ədəbiyyatdan çıxarılmışdır:

 

-           1891-ci ildə tapılan və Pitekantrop (Yava adamı) olaraq adlandırılan fosil ilə 1923-cü ildə tapılan və Sinantrop (Pekin adamı) olaraq adlandırılan fosilin 1939-cu ildə saxta ara keçid forması olduğu aydın olmuşdur.

-           1922-ci ildə bir keçid forma olduğu iddiası ilə ən böyük dəlil olaraq təqdim olunan və Nebraska adamı olaraq adlandırılan tək bir diş fosilinin 1927- ci ildə yabanı donuza aid olduğu aydın olmuşdur.

-           1959-cu ildə tapılan və Sincanthrop olaraq adlandırılan fosilin, adi bir meymun olduğu aydın olmuş və fosil 1970-ci ildə ədəbiyyatdan çıxarılmışdır.

-           1930-cu ildə tapılan və 50 il boyunca ara keçid forması olaraq sərgilənən Ramapithecus, 1981-ci ildə adi bir babun cinsi olduğunun aydın olması ilə ləğv edilmişdir.

-           1974-cü ildə Afrikada tapılan Lusi adlı qalığın 1999-2000-ci illərdəki çalışmalar nəticəsində keçərsizliyi aydın olmuş və bu fosil elmi ədəbiyyatdan çıxarılmışdır.

-           1924-cü ildə tapılan və Taunq uşağı olaraq adlandırılan kəllə fosilinin gənc bir qorillaya aid olduğunun məlum olması ilə, bu fosil də 1954-cü ildə isbat edilmişdir.

-           1984- cü ildə tapılan və Homo Erectus növünə aid olaraq göstərilməyə çalışılan Turkana Uşağı fosilinin, əslində 12 yaşında bir uşağa aid olduğu və böyüdüyü zaman təxminən 1,83 m boyunda olacağı müəyyən olunmuşdur. Fosilin dik skelet quruluşu günümüz insanından fərqsizdir. Fosil haqqındakı bütün spekulyasiyaların saxta olduğu aydın olmuşdur.

 

100 milyon fosil Darvinizmin axırına çıxdı

Adnan Oktarın 24 Sentyabr 2008-ci il tarixli Tempo Tv müsahibəsi

 

Reading universiteti, geologiya bölməsindən təkamülçü L. B. Halstead, Nature jurnalında etdiyi bir açıqlamada, bugünə qədər sözdə insanın təkamülünə dəlil kimi göstərilməyə çalışılan fosillərin, heç bir şəkildə insanın təkamülünə sübut olmadığını və bu yöndə Darvinistlərin əlində heç bir tapıntı tapılmadığını aşağıdakı sözlərlə etiraf etmişdir:

 

            Bu vəziyyət cəmiyyətə ilk dəfə olaraq bir həqiqəti göstərir: İnsanın doğurdan da əcdadı olan həqiqi bir fosil yoxdur. ... Ki bu yaradılışa inananların illərdir müdafiə etdiyi şeydir.

 

Bioloq Lyall Watson, Darvinistlərin əlində insanın sözdə təkamülünü isbatlaya biləcək tək bir fosil dəlili belə olmadığını bu sözlərlə ifadə etməkdədir:

 

Məsələn, Günümüz meymunları heç yoxdan var olmuş kimidirlər. Dünənləri, fosil qeydləri yoxdur. Və dik yeriyən, tüksüz, alət düzəldə bilən və iri beyinli varlıqlar olaraq günümüz insanlarının da həqiqi mənşəyi, əgər özümüzə qarşı dürüst olsaq, eyni şəkildə sirli bir məsələdir.

 

Hər nə qədər Lyall Watson həqiqətləri açıqca ifadə etməkdən çəkinərək insanın mənşəyini özünə görə “sirli bir məsələ” olaraq dəyərləndirsə də, insanın mənşəyi çox açıqdır: Bütün canlılar kimi insanı da Allah yaratmışdır və bütün konkret elmi tapıntılar da bu həqiqəti təsdiq etməkdədir. Bütün bunlarla yanaşı Darvinistlər ortaya çıxan yeni fosillər qarşısında davamlı olaraq zamanlama problemi ilə qarşı-qarşıya qalmaqdadırlar. Təkamül üçün uydurduqları tarixi davamlı olaraq “geri çəkməkdə”, fosillərin təkamülü rədd etdiyini gördükçə, daim iddialarını dəyişdirmək məcburiyyətində qalmaqdadırlar. Məsələn, yer təbəqələrində tapılan 200 milyon illik insana məxsus ayaq izlərilə yanaşı, Təbaşir (144-65 milyon il) dövrünə aid təbəqələrdə tapılmış olan insan sümükləri, insanın 100 milyonlarla illik bir keçmişi olduğunu göstərməkdədir.64 Bu tarixlər, günümüz insanı üçün təkamülçülər tərəfindən müəyyən edilmiş olan, yalnızca 50 000 illik zaman diqqətə alındığında şübhəsiz olduqca böyük bir fərqə işarə etməkdədir. 2007- ci ilin Avqust ayında açıqlanan yeni fosillər isə Darvinistlər tərəfindən Homo Erectus və Homo Habilis olaraq tanıdılan canlıların, yan-yana eyni dövrdə yaşamış olduqlarını göstərmişdir. Zamanlama problemi, insanın xəyali təkamülü mövzusunda Darvinistləri çıxılmaz vəziyyətdə buraxan əhəmiyyətli faktorlardan bir başqasıdır.

 

Bütün bu həqiqətlərə baxmayaraq Darvinistlər, sözügedən fosilləri elmi dəlil olaraq göstərməyə davam edər və insanın təkamülü nağılnı özlərincə həqiqətə çevirməyə çalışırlar. Elmi olaraq keçərsizliyi isbatlanmış olmasına baxmayaraq, bu fosilləri hələ də elmi qaynaqlarda və məktəb kitablarında istifadə etməyə davam edir və insanları aldadırlar. Yazıçı Hank Hanegraaff bu aldadıcı üsulu belə izah etmişdir:

 

            Yava adamının, Eugene Dubois adındakı Hollandiyalı tərəfindən 1891-ci ildə Yava adalarından birində tapıldığı ümumi olaraq bilinir. Çox bilinməyən şey isə Yava adamının bir kəllə parçası, bir bud sümüyü, üç diş və olduqca geniş bir xəyal gücündən meydana gəldiyidir. Bundan daha hüzursuz edici həqiqət isə bud sümüyünün kəllə parçasından 50 fit (15 km) irəlidə və bir il sonra tapılmış olmasıdır...

 

... Ümumi olaraq Selenka Expedition olaraq bilinən və fosil araşdırmalarının aparıldığı müddət, Yava Adamı ilə əlaqəli fərziyyələrin doğruluğunu göstərməyə əzmli olan 19 təkamülçünü ehtiva edirdi. Ancaq sözügedən təkamülçülərin hazırladıqları 342 səhifəlik elmi hesabatda Yava adamının şübhə götürməyəcək şəkildə insanın təkamülündə heç bir rol oynamadığı açıqca müəyyən edilmişdir.

 

Bütün bunlara baxmayaraq, Times jurnalı təəccübdoğrucu şəkildə Yava adamından utanmazca insanın təkamül əcdadıymış kimi bəhs edən “How Man Began” başlıqlı məqaləni nəşr etmişdir.

 

Darvinist nəşrlər bu şəkildə Darvinist aldatmacanın bir parçası halına gəlirlər. Öndə gələn professorların və elm adamlarının yazdıqları Darvinist kitablar da, həqiqi elmi dəlillər yerinə, tamamilə aldatmacaya söykənən bu saxta ssenariləri təkrar etməkdədir. Ədəbiyyatdan çıxarılmış, keçərsizliyi elmi olaraq isbatlanmış kəllələrin təkamülə dəlilmiş kimi hələ də gündəmdə tutulmasının səbəbi də bu aldatmacanı davam etdirəbilməkdir. Təkamülçü zooloq Robert Martin bu mövzuyla əlaqəli olaraq New Scientist jurnalına bunları demişdir:

 

Son illərdə müxtəlif yazarlar insanın mənşəyi ilə əlaqəli populyar kitablar yazdılar. Bunların hamısı həqiqətlər və obyektivlik əvəzinə fantaziyalar və subyektivlik üzərinə qurulmuşdu.

 

Darvinistlərin sözdə insanın təkamülünə dəlil olaraq göstərə biləcəkləri tək bir kəllə, tək bir sümük parçası belə tapılmamaqdadır. Bu həqiqəti təsdiq edə bilməyən Darvinistlərin çürük üsulu isə, saxta ara keçid forması fosilləri təqdim edərək, aldatmacaya davam etməkdir.


2011-09-09 14:15:10

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top