Boş və faydasız şeylərdən necə üz çevirmək olar? Nələr boş və faydasızdır?

Boş və faydasız şeylərdən üz çevirmək insanın yalnız Allah’ın razılığını qazanacağı davranışları etməsi ilə mümkündür. Mömin dünyada ona verilən vaxtı çox yaxşı qiymətləndirməli olduğunu bilir. Çünki bu dünyada etdiyi işlər nəticəsində axirətdə sonsuza qədər yerləşəcəyi yer müəyyən olunacaq. Buna görə, hər etdiyi işlə axirətdə xeyir qazanmağa çalışır. Əlbəttə, hər insan kimi o da danışır, əylənir, yemək yeyir, gülür, düşünür, işləyir, amma bunları edərkən həmişə insanlara, dinə xeyir verən düşüncələri olur.

Möminin hər hərəkətinin bir məqsədi var. Daim Allah’ın razılığını ən çox qazandıran işlərə yönəlir. Bu mövzuya belə nümunə verə bilərik: avtomobil mühərriklərinin gücü haqqında söhbət etməyi hər insan bacarır. Ancaq mömin təcili işlər varkən, saatlarla bu mövzu üzərində danışmaz. Eyni şəkildə, mömin yanında Allah’ın dinini izah edəcəyi bir insan varkən, onunla uzun müddət bir idman qarşılaşmasında hansı tərəfin qazanacağından bəhs etməz. Çünki o anda həmin insana Allah’ın varlığını, böyüklüyünü, cənnətə layiq olmaq və cəhənnəmdən çəkinmək üçün nə edəcəyini öyrətməlidir.

Qısası, mömin dinin və müsəlmanların mənfəətini maraqlandırmayan mövzular üzərində nə uzun-uzadı söhbətlərə dalar, nə də bu mövzulara çox vaxt ayırar. Zamanını çox yaxşı qiymətləndirər. Qarşılaşdığı hadisələrdə nəyin boş iş, nəyin faydalı olduğunu isə vicdanı və ağlı ilə ayırd edər. Quranda möminlərin boş sözlə qarşılaşdıqda göstərəcəkləri rəftar belə xəbər verilir:

Onlar boş bir söz eşitdikləri zaman ondan üz çevirib: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam olsun! Biz cahilləri istəmirik!” – deyirlər.(Qəsəs surəsi, 55)

Quranda möminlərin hər işlərində ən gözəlini axtarmaları və gözəl sözlü olmaları belə əmr edilir:

“Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir” (İsra surəsi, 53)

Allah’ın bu əmrini bilən insan sözün ən gözəlini vicdanına tabe olarq tapar. Söhbətlərində: “Nə olursa olsun”, – deyib ilk ağlına gələni söyləməz. Əksinə, ən gözəl, ən təsirli söhbətlər edər, qarşısındakıları incitməməyə, onların sevinclərini pozmamağa çalışar. Allah’ın razı olacağı danışıq üslubunu seçər və vicdanından açar kimi istifadə edər.

2013-12-27 08:04:33

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top