Bir şeyi unudan zaman Allahı zikr etmək

İn­san bir çox çatışmazlıqları və nöqsanları olan bir var­lıq­dır. Çün­ki o, ya­ra­dıl­mış­dır və onun ya­ra­dı­lan­la­ra xas olan aciz­li­yi vardır. Çatışmazlıq və qü­sur­dan uzaq olan isə yal­nız Al­lah­dır. İn­sa­nın Al­lah qar­şı­sın­da nə qə­dər aciz və ça­rə­siz və­ziy­yət­də ol­ma­sı­nı an­lay­a biləcəyi qü­sur­la­rın­dan bi­ri də unut­qan­lıq­dır.

Unut­qan­lıq hət­ta dün­ya­nın ən ağıl­lı in­sa­nı­nın da qar­şı­sı­nı ala bil­mə­yə­cə­yi aciz­lik­dir. İn­san­la­rın Al­la­ha nə qə­dər möh­tac olduqlarını dərk et­mə­lə­ri üçün on­la­rın yal­nız bu aciz­lik­lə­ri ba­rə­də dü­şün­mə­lə­ri ki­fa­yət­dir. Çün­ki insan mü­əy­yən mənada öz ha­fi­zə­si ilə bir­lik­də mə­na ifadə edir. Ha­ra­da do­ğul­du­ğu­, kim ol­du­ğu, ha­ra­da böyüdüyü­, inanc­la­rı­, et­dik­lə­ri­, ne­cə hə­yat tər­zi ke­çir­di­yi­, zövq­lə­ri­, vər­diş­lə­ri­ haqqında mə­lu­mat­lar ha­fi­zə­sin­də ol­du­ğu üçün bi­lir. La­kin in­sa­na ağ­zın­dan çı­xan cüm­lə­si­nin so­nu­nu bir an­da unut­du­ran Al­lah ona keç­mi­şi ilə bağ­lı hər şe­yi unut­du­ra bi­lər. İn­san özü­nə sa­hib ola bil­mə­si üçün Al­la­hın onun ha­fi­zə­si­nə ver­di­yi mə­lu­mat­la­ra hər an eh­ti­yac du­yur. Əgər Al­lah bun­lar­dan yal­nız bi­ri­ni unut­dur­sa, in­sa­nın onu ge­ri qay­tar­maq im­ka­nı yox­dur. Elə Quran­da be­lə bir aciz­lik və­ziy­yə­tin­də in­san­la­rın Al­la­ha sı­ğın­ma­la­rı­nın və Al­lah­dan yar­dım di­lə­mə­lə­ri­nin va­cib­li­yi əmr edi­lir:

«...Unut­du­ğun za­man Rəb­bi­ni ya­da sa­lıb: «Ola bil­sin ki, Rəb­bim mə­ni bun­dan haq­qa da­ha ya­xın olan bir yo­la yö­nəlt­sin» - de». («Kəhf» su­rə­si, 24)

İn­sa­nın unut­du­ğu bir şe­yi xa­tır­la­ya bil­mə­si və hər han­sı bir sa­hə­də uğur qa­zan­ma­sı yal­nız Al­la­hın di­lə­mə­si ilə müm­kün olur. Bu­na gö­rə də be­lə bir aciz və­ziy­yət­də in­sa­nın əlin­dən gə­lə bi­lə­cəyi ye­ga­nə şey yal­nız Al­lah­a sığınmaq və Allahdan insanı mü­əy­yən uğur­la­ra çat­dır­ma­sı­nı di­lə­mək­dir.

2011-10-10 19:41:49

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com