İbadətdə qətiyyətli olmaq

«O, göy­lə­rin və ye­rin, on­la­rın ara­sın­da olan hər şe­yin Rəb­bi­dir! Yal­nız Ona iba­dət et və Onun iba­də­ti­nə qə­tiy­yət­li ol! Heç Ona oxşarınıtanıyırsanmı?!» («Mər­yəm» su­rə­si, 65)

«Qə­tiy­yət­li­lik» bir mə­sə­lə­də mətinlik göstərmək, nə­ti­cə­yə çat­maq­da heç bir ma­neə ta­nı­ma­maq və əzm­lə ça­lı­şa­raq la­zım olan­la­rı nəyin bahasına olur­sa ye­ri­nə ye­tir­mək mə­na­sı­na gə­lir. Yu­xa­rı­da­kı ayə­də qeyd olu­nan qə­tiy­yət sö­zü də bu mə­na­da iş­lə­di­lib. Al­lah mü­səl­man­lar­dan yal­nız iba­dət et­mə­lə­ri­ni de­yil, ey­ni za­man­da iba­dət­də qə­tiy­yət­li ol­ma­la­rı­nı tə­ləb edir.

La­kin in­san­lar iba­dət­də qə­tiy­yət­li ol­ma­ğı çox məhdud çərçivədədə­yər­lən­di­rir­lər. Çün­ki on­lar iba­dət sö­zü­nün yal­nız na­maz, oruc, həcc, zə­kat ki­mi in­sa­na fərz olan hökm­lər mə­na­sı­na gəl­di­yi­ni zənn edir­lər. Hal­bu­ki iba­dət xid­mət mə­na­sı­na gə­lir. Yə­ni in­san­la­rın qul ki­mi Al­lah üçün et­di­yi hə­rə­kət­lə­ri, da­nı­şıqları, hal və dav­ra­nışları bir iba­dət­dir. Na­maz in­san üçün mü­hüm və fərz iba­dət ol­du­ğu ki­mi əsəb­lə­rə ha­kim ol­maq, gö­zəl da­nış­maq, in­san­la­ra xə­bər­dar­lıq edib onları pis işlərdən çə­kin­dir­mək, zən­nə qa­pıl­ma­maq və ya mü­ba­hi­sə et­mə­mək də bir iba­dət­dir. Bu sə­bəb­dən də Al­la­hın «iba­dət­də qə­tiy­yət­li ol» əm­ri həm fe­li iba­dət­lə­rə, həm də əx­la­qa aid­dir.

La­kin ayə­lər­də mü­səl­man­la­ra din­lə­rin­də qə­tiy­yət­li ol­maq əm­ri ve­ri­lər­kən diq­qət ye­ti­ril­mə­li olan baş­qa bir mə­qam da var. Bu da mü­səl­man­la­rın qə­tiy­yət­də im­ta­ha­na çə­ki­lə­cək­lə­ri­nə da­ir ve­ri­lən izah­lar­dır. Ayə­lərdəkeç­miş­də ya­şa­yan mü­səl­man­la­rın və pey­ğəm­bər­lə­rin hə­ya­tın­dan hadisələrtəq­dim edilər­kən on­la­rın ima­nı­nın və qə­tiy­yə­ti­nin im­ta­ha­na çə­kil­mə­lə­ri­nə aid nü­mu­nə­lər ve­rilir. Çün­ki bu nümunələr mü­səl­man­la­rın Al­la­ha olan bağ­lı­lıq və sə­da­qə­ti­ni is­bat edə­cək­lə­ri də­yər­li für­sət­lər­dir.

Al­lah mü­səl­man­la­rın din­lə­ri­nə olan bağ­lı­lı­ğı­nın im­ta­ha­na çə­kil­mə­si­nə da­irnümunə olaraqən çox in­kar­çı­la­rın söz­lüvə ya əmə­li su­rət­də hü­cum fak­tı­nı ve­rir. Ya­xud da mü­səl­man­la­ra if­ti­ra atıl­dı­ğı, in­san­la­rın top­lu şəkildə üz çe­vir­di­yi, xəs­tə­lik baş verdiyi, ac­lıq, su­suz­luq, yor­ğun­luq ol­du­ğu, çə­tin və təh­lü­kə­li hal­la qar­şı­la­şıl­dı­ğı, xü­su­sən də in­san hə­ya­tı­nı risk al­tına alan an­lar nü­mu­nə ki­mi ve­ri­lir. Be­lə hal­lar mü­səl­man­la­rın öz din­lə­ri­nə ria­yət et­mək­və onu təb­liğ et­mək­də əzmkar olacaqları hal­lar­dır.

Bun­dan əla­və, Al­la­hın bö­yük bol­luq, sağ­lam­lıq, sa­kit­lik, zən­gin­lik və ya qüv­və ver­di­yi hal­lar da var ki, bu hal­larda da in­sa­nın ruhdan düşməyəcəyivə di­n əx­la­qına əməl et­mək mə­sə­lə­sin­də qə­tiy­yə­t nümayiş etdirəcəyi çox də­yər­li hal­lar­dır. Yə­ni mü­səl­man­lar həm çə­tin­lik­lə, həm də asan­lıq­la im­ta­ha­na çə­ki­lir­lər. Heç bir hal mü­səl­man­la­rın dav­ra­nış­la­rın­da mən­fi də­yi­şik­lik­lə­rə yol aç­maz.

2011-10-10 19:45:03

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top