Möminlərə qarşı təvazökar, inkar edənlərə qarşı sərt və amansız olmaq

Sa­də və tə­va­zö­kar ol­maq Quran­da Al­la­hın tə­rif­lə­di­yi bir dav­ra­nış­dır. Tə­va­zö­kar mö­min baş­qa mö­min­lə­rə əmin­lik və şövq ve­rir. Hə­qi­qi mə­na­da təvazökarlıqin­sa­nın sa­hib ol­du­ğu bü­tün xü­su­siy­yət­lə­rə gö­rə Al­la­ha borc­lu ol­du­ğu­nu bil­mə­si, Al­lah­dan baş­qa heç bir qüv­və­nin ol­ma­dı­ğı­nı qə­bul et­mə­si­ilə mümkündür. Bu dü­şün­cə­yə ma­lik olan in­san nə qə­dər gö­zəl, ba­ca­rıq­lı, zən­gin, ağıl­lı və ya qüv­vət­li olur­sa-ol­sun, bü­tün bun­la­rın Al­la­hın ver­di­yi mü­vəq­qə­ti xü­su­siy­yət­lər ol­du­ğu­nu, bun­la­rın im­ta­han va­si­tə­si və sa­leh əməl üçün bir für­sət ol­du­ğu­nu bi­lir. Sa­hib ol­du­ğu heç bir xü­su­siy­yət onun tə­kəb­bü­rü­nə, lov­ğa­lan­ma­sı­nasə­bəb ola bil­məz. Onun bu yük­sək əx­la­qı Al­la­hın ru­hu­nu da­şı­yan, Onun yer üzün­də­ki xə­li­fə­si olan mö­min­lə­rə qar­şı hör­mət və tə­va­zö­kar­lıq for­ma­sın­da əks olu­nur. Bu əx­la­qa ma­lik olan mö­min­lər ayə­lər­də mədh edil­miş və müj­də­lən­miş­dir:

«...Sən də tə­va­zö­kar olan­la­ra müj­də ver!» («Həcc» su­rə­si, 34)
«Ey iman gə­ti­rən­lər! Siz­dən hər kəs di­nin­dən dön­sə, bil­sin ki, Al­lah onun ye­ri­nə elə bir tay­fa gə­ti­rər ki, Al­lah on­la­rı, on­lar da Al­la­hı se­vər­lər. On­lar mö­min­lə­rə qar­şı mü­la­yim, ka­fir­lə­rə qar­şı isə sərt olar. Al­lah yo­lun­da vu­ru­şar və heç kə­sin tə­nə­sin­dən qorx­maz­lar. Bu, Al­la­hın lüt­fü­dür, onu is­tə­di­yi­nə ve­rər. Al­lah ge­niş­dir, bi­lən­dir!» («Mai­də» su­rə­si, 54)

Yu­xa­rı­da­kı ayə­lər­dən də ay­dın ol­du­ğu ki­mi, mü­la­yim və tə­va­zö­kar rəf­tar gö­rə­cək in­san­lar yal­nız mö­min­lər­dir. Ca­hil in­san­la­ra qar­şı dav­ra­nış isə bu­nun tam ək­si ola­caq. Çün­ki iman gə­tir­mə­yən­lər Al­la­ha üs­yan et­miş, Al­la­ha, Onun el­çi­si­nə və mö­min­lə­rə qar­şı mü­ha­ri­bə elan et­miş­lər. Mö­min­lə­rin Quran­da yer üzün­də­ki var­lıq­la­rın ən aşa­ğı­sı ki­mi gös­tə­ri­lən və Al­la­ha üs­yan edən bu in­san­lar­la ne­cə dav­ra­na­caq­la­rı be­lə izah edil­miş­dir:

«Ya Pey­ğəm­bər! Ka­fir­lə­rə və mü­na­fiq­lə­rə qar­şı səy gös­tər! On­lar­la sərt dav­ran! On­la­rın məs­kə­ni cə­hən­nəm­dir. Ora nə pis yer­dir!» («Töv­bə» su­rə­si, 73)
«On­lar­la vu­ru­şun ki, Al­lah si­zin əli­niz­lə on­la­ra əzab ver­sin, on­la­rı rüs­vay et­sin, si­zə on­la­rın üzə­rin­də qə­lə­bə çal­dı­rıb mö­min­lə­rin ürək­lə­ri­ni fə­rəh­lən­dir­sin. Və on­la­rın qəlb­lə­rin­dən qə­zə­bi si­lib apar­sın. Al­lah is­tə­di­yi kə­sin töv­bə­si­ni qə­bul edər. Al­lah hər şe­yi bi­lən­dir, hik­mət sa­hi­bi­dir!» («Töv­bə» su­rə­si, 14-15)

Mö­min­lə­rin bu xü­su­siy­yə­ti baş­qa bir ayə­də be­lə ifa­də edil­miş­dir:

«Mu­həm­məd Al­la­hın pey­ğəm­bə­ri­dir. Onun­la bir­lik­də olan­lar ka­fir­lə­rə qar­şı sərt, bir-bi­ri­nə isə mər­hə­mət­li­dir­lər...» («Fəth» su­rə­si, 29)

Al­lah Quran­da mü­səl­man­la­ra ya­xın və dost ola­raq Al­la­ha iman gə­ti­rən­lə­ri gös­tər­miş­dir. Həm­çi­nin Al­lah mü­səl­man­la­rın ka­fir­lə­rə və mü­na­fiq­lə­rə qar­şı fik­ir mü­ba­ri­zəsi apar­ma­la­rı­nı əmr et­miş­dir. Bu sə­bəb­dən mü­səl­ma­nın mü­na­fi­qə qar­şı dav­ra­nı­şı hə­mi­şə Quran­da bil­di­ri­lən şə­kil­də olur. İman gə­ti­rən in­sa­n öz dav­ra­nış­la­rı­nda yal­nız Quranı rəhbər tutur.

Bir mü­səl­manın di­gər mü­səl­man­la­ra hör­mət və sev­gi gös­tər­mə­si, həmçininmü­na­fiq və din­siz­lə­rə qar­şı sərt və aman­sız dav­ran­ma­sı da bir iba­dət­dir. Qəl­bin­də Al­la­hın di­ni­nə kin bəs­lə­yən və əlin­də­ki im­kan­lar­dan giz­li və açıq şə­kil­də mü­səl­man­la­rın əley­hi­nə is­ti­fa­də edən mü­na­fi­qə sev­gi və is­ti mü­na­si­bət gös­tər­mək hə­min in­sa­nın di­nə və Al­la­ha qar­şı olan kin­li dav­ra­nı­şı­na mü­əy­yən mə­na­da dəs­tək ver­mək və onu təs­diq et­mək de­mək­dir.

La­kin qeyd et­mək la­zım­dır ki, bu­ra­da­kı «sərt» və «aman­sız» söz­lə­rin­dən yan­lış mə­na çı­xa­rıl­ma­ma­lı­dır. Çün­ki bu­ra­da nə­zər­də tu­tu­lan sərt­lik fi­zi­ki qüv­və ilə olan sərt­lik de­yil.

Bu­ra­da­kı aman­sız­lı­ğın mə­na­sı mü­səl­man­la­rın öz din­lə­ri­nə bağ­lı və qə­tiy­yət­li ol­ma­la­rı sə­bə­bi ilə mü­na­fiq­lər­inhəvəsdən düşməsivə di­nə qar­şı mü­ba­ri­zə apar­maq­dan ge­ri çə­kil­mələri­dir.

Sərt­lik isə mü­na­fiq­lə­r və iman gə­tir­mə­yən­lə­rin mü­səl­man­la­ra qar­şı açıq və ya giz­li fəa­liy­yə­ti­ni aş­kar edə­rək ma­ne ol­maq, on­la­rın Al­la­ha və di­nə qar­şı olan dav­ra­nış­la­rı mü­qa­bi­lin­də or­ta­ya açıq və cə­sa­rət­li bir dav­ra­nış tər­zi qoy­maq, on­lar­la ya­xın dost ol­ma­maq mə­na­sın­da­dır.

Mü­na­fiq­lə­rin ən çox qorx­duq­la­rı in­san­lar təq­va sa­hi­bi olan mü­səl­man­lar­dır. Al­lah Öz ayə­lə­rin­də mü­na­fiq­lə­rin mö­min­lər­dən Al­lah­dan qor­xan ki­mi, hət­ta da­ha çox qorx­duq­la­rı­nı bil­di­rir. Bu sə­bəb­dən Al­la­ha və mü­səl­man­la­ra düş­mən olan­la­rın qəl­bin­də qor­xu ya­ra­da­caq bir ima­na sa­hib ol­maq mü­səl­man üçün bö­yük bir iba­dət­dir.

Mü­səl­man ol­ma­yan, la­kin din möv­zu­sun­da mö­min­lər­ə qarşı mü­ba­ri­zə apar­ma­yan in­san­lar­la yax­şı yo­la get­mək və ya di­ni əx­la­qı ye­ni­cə mə­nim­sə­yən in­san­la­rla  gö­zəl rəf­tar et­mək, gö­zəl da­nış­maq Quranda buyurulan hökmdür.

2011-10-10 19:28:11

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top