Qeyb barədə birmənalı və qətiyyətlə danışmamaq

Al­lah in­san­la­rı za­man və mə­ka­na bağ­lı şə­kil­də ya­rat­mış­dır. La­kin za­ma­nı və mə­ka­nı yaradan Al­lah isə on­la­rın föv­qün­də­dir və on­lar­dan ası­lı de­yil, həm­çi­nin on­la­rın hər iki­si­ni dörd bir tə­rəf­dən əha­tə edir. İn­san öz ya­ra­dı­lı­şı ba­xı­mın­dan za­ma­n və mə­ka­n daxilin­də ya­şa­maq məc­bu­riy­yə­tin­də­dir. O, heç bir za­man və heç bir for­ma­da bu və­ziy­yə­ti­ni də­yiş­di­rə bil­məz. La­kin Al­lah za­ma­nı və mə­ka­nı həm da­xil­dən, həm də xa­ric­dən gö­rür və Öz nə­za­rə­ti al­tın­da sax­la­yır.

Bu­nu be­lə izah et­mək olar: Al­lah in­sa­nın ya­şa­dı­ğı hə­ya­tın əv­və­li­ni, axı­rı­nı, or­ta­sı­nı və so­nu­nu ey­ni an­da gö­rür və bi­lir. Al­lah üçün kai­na­tın ilk baş­lan­ğıc anı ilə qi­ya­mət saa­tı ara­sın­da heç bir za­man fər­qi yox­dur. İn­san üçün isə bu ara­da çox uzun bir za­man fər­qi var. La­kin bi­zim otuz san­ti­metr­lik bir cəd­və­lə bax­dı­ğı­mız za­man onun əv­və­li ilə so­nu­nu gör­dü­yü­müz ki­mi, Al­lah da kai­na­tın əv­və­li­ni və so­nu­nu ey­ni an­da bil­mək və gör­mək gü­cü­nə ma­lik­dir.

Bu sə­bəb­dən in­san­la­rın keç­mi­şi, in­di­ki zamanıvə gə­lə­cə­yi Al­lah dər­ga­hın­da əv­vəl­cə­dən mü­əy­yən­ləş­di­ril­miş bir ya­zı­dır. Al­lah bi­zə bu­nu Quran­da alın ya­zı­sı ki­mi bil­dir­miş­dir. İn­san heç bir hal­da hə­min alın ya­zı­sın­dan kə­na­ra çı­xa bil­məz. Qı­sa­sı, in­sa­nın gə­lə­cə­yi yal­nız Al­la­hın mü­əy­yən et­di­yi şə­kil­də olur. Bu­na gö­rə də Al­lah in­san­la­ra qeyb haq­qın­da bir təx­min və ya id­dia irə­li sü­rər­kən qə­ti da­nış­ma­ma­ğı əmr et­miş­dir. Çün­ki in­san nə­yi id­dia edir­sə-et­sin, nəticədə ye­nə də Al­la­hın di­lə­di­yin­dən kə­nar heç bir şey baş ver­mə­yə­cəkdir. Bu sə­bəb­dən mü­səl­man­lar qeyb­lə bağ­lı yal­nız Al­la­hın di­lə­dik­lə­ri­nin baş ve­rə­cə­yi­nə iman gə­tir­dik­lə­ri üçün hət­ta bir də­qi­qə­son­ra nə ola­ca­ğı­na da­ir əs­laqəti şəkildəda­nış­mazvə öz söz­lə­ri­ni müt­ləq Al­la­hın istəməsimə­na­sı­na gə­lən «İn­şaAl­lah» de­yə­rək bi­ti­rir­lər:

«Heç bir şey ba­rə­sin­də: «Mən onu sa­bah edə­cə­yəm!» - de­mə! An­caq: «İn­şaAl­lah (əgər Al­lah is­tə­sə) edəcəyəm!» - de...» («Kəhf» su­rə­si, 23-24)

2011-10-10 19:35:47

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top