Allahı xatırlamaqda zəiflik göstərməmək

«Al­la­hı unut­duq­la­rı üçün Al­la­hın da on­la­rı öz­lə­ri­nə unut­dur­du­ğu kim­sə­lə­rə bən­zə­mə­yin! On­lar fa­siq­lər­dir!» («Həşr» su­rə­si, 19)

Bir in­sa­nın Al­la­hı xa­tır­la­maqdazə­if­lik gös­tər­mə­si Ona olan ya­xın­lı­ğı­nı azal­dır. Din əx­la­qı­na uy­ğun ya­şa­ma­yan in­san­lar Al­la­hı heç vaxt xa­tır­la­ma­dıq­la­rı, hət­ta gün­lər­lə ağıl­la­rı­na gə­tir­mə­dik­lə­ri üçün ha­lal-ha­ra­mı göz­lə­mə­dən hər cür gü­nah iş tut­ma­ğı və Al­la­hın əmr­lə­ri­nə əməl et­mə­mə­yi hə­yat tər­zi­nə çeviriblər.

Mö­min­lər isə is­tər söz­lə­ri ilə, is­tər­sə də ağıl­la­rın­dan ke­çir­dik­lə­ri dü­şün­cə­lə­ri ilə bü­tün hə­yat­la­rı bo­yun­ca Al­la­hı xa­tır­la­yıb zikr et­mə­li­dir­lər. İn­sa­nın bə­zən unu­da­raq Al­la­hı ağ­lın­dan çı­xar­ma­sı hət­ta iman gə­ti­rən bir in­sa­nın dabilərək, ya­xud bilməyərək müx­tə­lif xə­ta və gü­nah­lar iş­lə­mə­si­nə sə­bəb ola bi­lər. Çün­ki Al­la­hı xatırlamadan ötən müd­dət ər­zin­də in­sa­nın ha­di­sə­lə­ri doğru şəkildə qavrayıbqiy­mət­lən­dir­mə­sin­də, yax­şı­nı pis­dən ayır­ma­sın­da, hə­rə­kət, dav­ra­nış və da­nı­şıq­la­rın­da, Quranın hökmlərinə ria­yət edən dü­şün­cə­ni rəhbər tutmasında cid­di qü­sur­lar mey­da­na gə­lə bilər.

Quran­dan kə­nar hər bir dav­ra­nış po­zun­tu­la­rı­nın sə­bə­bi Al­la­hı xa­tır­la­maq mə­sə­lə­sin­də göstərilən zə­if­lik­dir. Al­la­hın hökm­lə­ri qar­şı­sın­da həs­sas­lı­ğı­nı iti­rən in­san bə­zən elə səhv­lər edir ki, son­ra­dan və­ziy­yət dü­zə­lən­də hə­min səhv­lə­ri ne­cə et­di­yi­ni heç özü də an­la­mır. Be­lə qey­ri-adi səhv­lər Al­la­hı unut­ma­ma­ğın əhə­miy­yə­ti­ni gös­tə­rən xə­bər­dar­lıq və işa­rə­lər­dir. Unut­qan­lı­ğın müd­də­ti və də­rə­cə­si art­dıq­ca, yol ve­ri­lən səhv­lə­rin sa­yı və ölçüsü də ar­tır. Al­la­hı xa­tır­la­maqda gös­tə­ri­lən qəf­lət və zə­if­li­yin bö­yük­lü­yü və dai­mi­li­yi in­sa­nın ima­nı üçün bö­yük bir təh­lü­kə­dir.

Hal­bu­ki Al­la­hı hər an xa­tır­la­maq, Onun ayə­lə­ri­ni dü­şü­nə­rək dərk et­mək in­sa­nın ağ­lı­nın və şüu­ru­nun da­im açıq ol­ma­sı­nı tə­min edir. Bu halda in­san Quranın əmr və qa­da­ğa­la­rı­na dəqiqliklə əməl edib onlara tabe olur. Al­la­hı da­im xa­tır­la­yan bir in­san öz aciz­li­yi­ni da­ha yax­şı dərk edir, heç bir möv­zu­da  özü­nə aid bir qüv­və və ira­də­yə ma­lik ol­ma­dı­ğı­nı da­ha yax­şı anlayır. Bu­nun da nə­ti­cə­si ola­raq, da­im Al­la­ha dua edir və is­tə­di­yi­ni yal­nız On­dan di­lə­yir. İs­tə­dik­lə­ri­ni yal­nız Al­lah­dan is­tə­yir, hər bir iş­də Al­la­hı əsas sa­yır, özü­nü ta­ma­mi­lə Al­la­ha təs­lim edir.  Heç vaxt özü­nü müs­tə­qil və sər­bəst sa­yıb lov­ğa­lan­mır. Be­lə­lik­lə də, ina­nan in­san­la­rın bü­tün hə­rə­kət­lə­ri, dav­ra­nış­la­rı, da­nı­şıq­la­rı Al­la­hın hi­ma­yə­si və nə­za­rə­ti al­tın­da olur. Nəticədə, Al­lah ona hər an ne­cə davranmalı olduğunu, ən doğ­ru hə­rə­kə­ti, ən gö­zəl sö­zü il­ham edir. Ona «insanlar arasında get­mə­yi­ üçün nur bəxş edir» («Hə­did» su­rə­si, 28). Gö­zəl əx­la­qa qo­vuş­ma­sı­nı tə­min edir.

Bu­nun ək­si­nə ola­raq, in­san Al­la­hı xa­tır­la­maq­dan uzaq­laş­dıq­ca, tək-tən­ha və kö­mək­siz qa­lır, doğ­ru dü­şün­mək, doğ­ru qə­rar qə­bul et­mək qa­bi­liy­yə­ti­ni iti­rir. Gör­dü­yü iş­lər uğur­suz olur və tərs gə­ti­rir. Çün­ki heç bir kəs Al­la­hın yar­dı­mı və dəs­tə­yi ol­ma­dan hər hansı bir mə­sə­lə­nin öh­də­sin­dən gə­lə bil­məz. Hər hansı bir prob­le­mi Al­lah­dan ası­lı ol­ma­dan, öz qüv­və­si və ira­də­si ilə həll edə, Quran­da mədh edi­lən təq­va sa­hi­bi bir mö­min ola bil­məz. Çün­ki o, elə lap əvvəldə Al­la­hı unut­maq­la ən bö­yük səh­vi et­miş və qa­fil­lər­dən ol­muş­dur.

Al­la­hı xa­tır­la­maq bir mö­min üçün çox əhə­miy­yət­li iba­dət­dir. İman gə­ti­rən hər bir in­san gün­də­lik hə­ya­tı­nın qa­rı­şıq­lı­ğı için­də Al­la­hı bir an­lı­ğa da ol­sa,  yadından çı­xar­maz, Al­lah­la olan mə­nə­vi əla­qə­si­ni bir an be­lə itir­məz. Bunu vicdanı qəbul etməz. Əks hal­da, yu­xa­rı­da qeyd et­di­yi­miz çə­tin­lik­lər­lə qar­şı­la­şa­ca­ğı­nı bilər.

Allah’ın bu mövzuda Hz. Musaya xatırlatması Quranda belə bildirilir:

«Sən və qar­da­şın mö­cü­zə­lə­rim­lə ge­din və Mə­ni zikr et­mək­də zə­if­lik gös­tər­mə­yin» («Ta­ha» su­rə­si, 42)

Al­lah Fi­ro­nu haqq di­nə də­vət etmək üçün yanına gedən Hz.Mu­sa və qar­da­şı Hz.Ha­ru­na Onu zikr et­mək­də zə­if­lik gös­tər­mə­mə­lə­ri­ni xa­tır­lat­mış­dır. Çün­ki yu­xa­rı­da da bil­di­ril­di­yi ki­mi, Fi­ro­nun qar­şı­sın­da onları müvəffəq edəcək əsl qüv­və Al­lah­dır.

Bu­nun­la ya­na­şı, Al­la­hı az xa­tır­la­maq mü­na­fiq­lə­rin bir xü­su­siy­yə­ti­dir. Bu hal Quran­da be­lə gös­tə­ri­lir:

«Mü­na­fiq­lər Al­la­hı al­dat­ma­ğa ça­lı­şır­lar. Hal­bu­ki əs­lin­də Al­lah on­la­rı al­da­dır. On­lar na­ma­za dur­duq­la­rı za­man tən­bəl­lik­lə qal­xar, öz­lə­ri­ni xal­qa gös­tə­rər və Al­la­hı ol­duq­ca az yad edər­lər» («Ni­sa» su­rə­si, 142)

Al­la­hı da­im xa­tır­la­ma­ğın üs­tün­lü­yü və iman edənlərin mühüm bir ibadəti olduğu bə­zi ayə­lər­də be­lə bil­di­ri­lir:

«... Al­la­hı zikr et­mək, şüb­hə­siz ki, ən bö­yük iba­dət­dir. Al­lah nə et­dik­lə­ri­ni­zi bi­lir!» («Ən­kə­but» su­rə­si, 45)
«Be­lə ol­duq­da siz Mə­ni xa­tır­la­yın ki, Mən də si­zi ya­da sa­lım! Mə­nə şükür edin, Mə­ni dan­ma­yın!» («Bə­qə­rə» su­rə­si, 152)
2011-10-10 16:20:55

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com