Dinin hökmünü yerinə yetirməyi ticarət və ya əyləncədən üstün tutmaq

«On­lar bir alış-ve­riş, ya­xud bir əy­lən­cə gör­dük­lə­ri za­man sə­ni ayaq üs­tə qo­yub ona tə­rəf cum­du­lar. De: «Al­lah dər­ga­hın­da olan sa­vab əy­lən­cə­dən də, ti­ca­rət­dən də xe­yir­li­dir. Al­lah ru­zi ve­rən­lə­rin ən yax­şı­sı­dır!» (Cü­mə su­rə­si, 11)

 
Bu ayə­də din­lə öz dün­yə­vi mən­fə­ət­lə­ri ara­sın­da se­çim edən in­san­lar­dan bəhs edi­lir. Əsa­sən ca­hil cəmiyyətin din əx­la­qı­na uy­ğun şə­kil­də ya­şa­maq­dan ya­yın­ma­sı­nın bir ne­çə or­taq səbəbi var. Ayə­də bunlardan ən mühüm iki səbəbə  - ti­ca­rət və əy­lən­cə­yə diq­qət çə­ki­lir.
 
Ti­ca­rə­tə diq­qət çə­kil­mə­si­nin sə­bə­bi mad­di mən­fə­ət mə­sə­lə­si­nin in­san­la­rın ən zə­if cəhətlərindən bi­ri ol­ma­sı­dır. Be­lə ki, çox vaxt in­san­la­rın bir qis­mi öz mad­di mən­fə­ət­lə­ri na­mi­nə di­nin bir çox hökm­lə­ri­nə məhəl vermirlər. Bu, bə­zən na­maz, oruc ki­mi ibadətlərdə, bə­zən əx­la­qi dav­ra­nış­larda, bə­zən də di­nin baş­qa bir hök­mün­də özünü gös­tə­rir. İn­san­la­rın var-döv­lə­tin ar­tı­rıl­ma­sı ilə bağ­lı be­lə hə­ris dav­ran­ış nümayiş etdirməsinin sə­bə­bi mad­di zən­gin­li­yin bü­tün möv­cud prob­lem­lə­ri həll edəcək sehir­li qüv­vəyə malik olması inan­cı­dır. İn­san­lar əl­də edə bil­mə­dik­lə­ri və həs­rə­ti­ni çək­dik­lə­ri hər bir im­ka­na bu zən­gin­lik sa­yə­sin­də qo­vu­şa bi­lə­cək­lə­ri­nə ina­nır­lar. Bun­la­rın ara­sın­da səa­dət, da­xi­li ra­hat­lıq, əmin­lik, hət­ta ölüm­süz­lük var­dır. Be­lə adam­lar elə zənn edir­lər ki, zən­gin­lik on­la­rın hət­ta ölüm­lə­ri­ni də ge­cik­di­rə­cək və on­la­rı dün­ya­da əbə­di edə­cəkdir. Bu sə­bəb­dən də, cahil düşüncəyə sahib olan in­san­lar öz­lə­ri­nin bü­tün vaxt və im­kan­la­rını səfərbər edərək, bö­yük eh­ti­ras və hə­vəs­lə ti­ca­rə­tə qur­şa­nır­lar. La­kin on­lar heç bir za­man hə­min məq­səd­lə­ri­nə zən­gin­lik­lə ça­ta bil­məz­lər. Be­lə ki, bu gü­nə qə­dər heç bir in­sa­nın mal-mül­kü onun ölü­mü­nün və ya qo­cal­ma­sı­nın qar­şı­sı­nı ala bil­mə­yib. Çün­ki bir in­sa­na fay­da və ya xe­yir vermək gü­cü­nə ma­lik olan ye­ga­nə qüv­və mül­kün hə­qi­qi sa­hi­bi olan Al­lah­dır. Bun­dan əla­və, zən­gin­lik­lə əl­də edil­məsi arzulananda­xi­li ra­hat­lı­ğın, təh­lü­kə­siz­li­yin və xoş­bəxt­li­yin ye­ga­nə şər­ti vic­dan­lı hə­yat sür­mək­dir. Vic­da­na uy­ğun olan ye­ga­nə hə­yat tər­zi isə Quran­da gös­tə­ri­lən mo­del­dir.
 
Ayə­də di­nin hökm­lə­ri­nə eti­na­sız yanaşmağın sə­bə­bi ki­mi diq­qət çə­ki­lən ikin­ci məqam isə əy­lən­cə­dir. Əy­lən­mək də in­san­lar üçün bö­yük bir eh­ti­ras­dır.
 
Bir insanın xoşbəxt, nəşəli, dinamik olması yaxşı xüsusiyyətdir. Lakin burada bəhs edilən məqam Allah’dan uzaq, cahilcə bir əyləncə anlayışıdır. Belə ruh halında olan bir insanın həqiqi xoşbətliyi hiss etməsi mümkün deyil.
 
Əy­lən­cə­nin bu qə­dər bö­yük bir eh­ti­ras ol­ma­sı­nın sə­bə­bi də in­san­la­rın bu­na qur­tu­luş və bə­zi hə­qi­qət­lər­dən xi­las ol­maq va­si­tə­si ki­mi baxmalarıdır. Bu adam­lar vic­dan əza­bı­nın on­la­rın ru­hu­na ver­di­yi sı­xın­tı və əza­bı öl­kə-öl­kə gə­zə­rək və ya çox­lu in­san­larla ta­nış ola­raq öz üzər­lə­rin­dən ata bi­lə­cək­lə­ri­nə ina­nır­lar.
 

Hal­bu­ki in­san­la­rın di­ni hökm­lə­rə eti­na­sız ya­na­şa­raq ti­ca­rət və əy­lən­cə ilə çat­maq is­tə­dik­lə­ri hə­dəf­lər yal­nız di­n əx­la­qına uy­ğun şə­kil­də ya­şa­ya­caq­la­rı za­man əl­də edə bi­lə­cək­lə­ri hə­dəf­lər­dir: «O kəs­lər ki, Al­la­hı zikr et­mək­lə ürək­lə­ri ra­hat ol­du­ğu hal­da iman gə­tir­miş­lər. Bi­lin ki, qəlb­lər yal­nız Al­la­hı zikr et­mək­lə aram ta­par.» (Rəd su­rə­si, 28)

 
Həmçinin, ayə­də xa­tır­la­dı­lan çox mü­hüm bir möv­zu da vardır: Al­lahın dər­ga­hın­da əl­də edi­lən hər şey əy­lən­cə və ti­ca­rət­dən da­ha xe­yir­li­dir. Dün­ya­nın ən gö­zəl ev­lə­ri, av­to­mo­bil­lə­ri, mən­zə­rə­lə­ri, ge­yim­lə­ri, sə­nət əsər­lə­ri və ya ləl-cə­va­hi­rat­la­rı cən­nət­də olan zən­gin­lik­lə mü­qa­yi­sə­də ol­duq­ca qiy­mət­siz və bəsitdir. Dün­ya­nın əy­lən­cə­si isə hər za­man az, ya­rım­çıq və qü­sur­lu­dur. Əy­lən­cə­nin, ruh yüksəkliyinin və səa­də­tin hə­qi­qi ye­ri isə Al­la­hın zi­ya­fət ye­ri ki­mi təsvir et­di­yi cən­nət­dir.
 
Bu sə­bəb­dən də, mü­səl­man­lar di­nin hər han­sı bir hök­mü­nü ti­ca­rət və əy­lən­cə­yə gö­rə heç vaxt qu­la­qar­dı­na vur­maz və on­la­rı tə­xi­rə sal­maz­lar. Al­lah mö­min­lə­rin bu xüsusiyyətini Quran­da be­lə bil­di­rir:
 

«O kəs­lər ki, nə ti­ca­rət, nə alış-ve­riş on­la­rı Al­la­hı zikr et­mək­dən, na­maz qıl­maq­dan və zə­kat ver­mək­dən ya­yın­dır­maz. On­lar qəlb­lə­rin və göz­lə­rin hal­dan-ha­la dü­şə­cə­yi bir gün­dən qor­xar­lar.» (Nur su­rə­si, 37)

2011-10-10 16:38:43

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com