Üzrsüz əyləşməmək

«Möminlərdən – üzürlülər istisna olmaqla – (evdə) oturanlarla Allah yolunda öz malları və canları ilə cihad edənlər eyni olmazlar. Allah öz malları və canları ilə cihad edənləri (evdə) oturanlardan dərəcə etibarilə üstün etdi. Allah (onların) hamısına ən gözəl nemət vəd etmişdir. Allah mücahidləri (evdə) oturanlardan böyük bir mükafatla üstün etmişdir.» (Ni­sa su­rə­si, 95)

 
Bu ayə­də Quran­da bil­di­ril­di­yi tərzdə şövq və hə­yə­ca­na ma­lik ol­ma­dıq­la­rı üçün bir o qə­dər də mə­suliyyət yüklənilmədən sər­bəst bu­ra­xı­lan və mö­min­lər tə­rə­fin­dən ida­rə edi­lən in­san­la­rın və­ziy­yə­tin­dən bəhs olu­nur. Quran­da qə­ti hökm olaraq bildirildiyi halda, di­nin mən­fə­ət­lə­ri üçün ça­lış­maq­dan ya­yın­maq və peşmançılıq his­si ke­çir­mə­dən bu­nu da­vam et­dir­mək Quran ayə­lə­rin­də qı­na­nan bir əx­laq­dır. Be­lə bir in­sa­nın mövqeyinin hə­ya­tı­nı da­im mü­ba­ri­zə­də ke­çi­rən, Al­la­hın ri­za­sı­nı əl­də edə bil­mək üçün ca­nı­nı və bü­tün ma­lı­nı fəda etmiş mö­min­lər­dən də­rə­cə ba­xı­mın­dan çox fərq­li ol­du­ğu Quran­da bil­di­ril­miş­dir. Ayə­də­ki «də­rə­cə eti­ba­ri­lə üs­tün tut­du» ifa­də­si üzr­süz ola­raq otu­ran­lar­la mö­min­lər ara­sın­da­kı fər­qin nə qə­dər bö­yük ol­du­ğu­nu gös­tə­rir. Bu sə­bəb­dən də, axi­rə­tin üs­tün də­rə­cə­lə­ri­ni dün­ya hə­ya­tın­da­kı az mən­fəə­tə və al­da­dı­cı bir ra­hat­lı­ğa qur­ban ver­mək ağıl­lı hə­rə­kət ol­maz.
 
Allah’ı hər şeydən çox sevən, Allah’ın rizasını qazanmaqdan başqa bir məqsədi olmayan bir möminin Allah’ın yolunda mübarizədən çəkinməsi və ləng davranması mümkün deyil. Mömin əlində olan bütün imkanları sonuna qədər istifadə edərək Quran əxlaqını hakim etmək üçün fikri mübarizə aparar və bundan böyük zövq alar. Allah’ın rizasını qazanmaq üçün çalışmağın, Allah’ın yolunda mübarizə aparmağın verdiyi zövq heç bir dünyəvi nemətlə müqayisə edilməyəcək qədər dəyəridir. Mömin üçün Allah’ın yolunda elmi mübarizə aparmaq gözəl bir nemətdir.
2011-10-10 16:39:34

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com