İtirilənlərə görə məyus olmamaq və əldə edilənlərə görə öyünməmək

Mü­səl­man­la­rın Al­la­h'a və Onun di­ni­nə olan bağ­lı­lıq­la­rı heç bir şərt qoşmadan tam bir sə­mi­miy­yə­tə bağlı olur. Bu sə­bəb­dən də, mü­səl­ma­nın din əx­la­qı­na uy­ğun ya­şa­maq­da­kı şöv­qü, əh­val-ru­hiy­yə­si, gü­cü, qə­tiy­yə­ti şə­rai­tin də­yiş­mə­sin­dən ası­lı de­yil­dir. Bu, çox mü­hüm bir Quran əx­la­qı­dır. Bu mövzu ilə əlaqədar Quran­da mü­səl­ma­nın iki əsas xü­su­siy­yə­tin­ə diqqət çəkilir. Bi­rin­ci­si, müsəlmanın üzləşdiyi istənilən çə­tin şə­ra­it­də sarsılmaması və prob­lem­lə­rə gö­rə əh­val-ru­hiy­yə­si­ni pozmamasıdır. İkin­ci­si isə, mü­səl­ma­nın sa­hib ol­du­ğu im­kan­la­ra gö­rə lov­ğa­lı­ğa və tə­kəb­bü­rə qa­pıl­ma­ma­sı­ ilə bağlıdır. Al­lah mü­səl­man­la­rın bu xü­su­siy­yə­ti­ni bir ayə­də be­lə bil­di­rir:
 

«Bu si­zin əli­niz­dən çı­xa­na kə­dər­lən­mə­mə­yi­niz və si­zə ve­ri­lə­nə də se­vi­nib qür­rə­lən­mə­mə­yi­niz üçün­dür. Al­lah özü­nü bə­yə­nən, (özü ilə) fəxr edən heç bir kə­si sev­məz!» (Hə­did su­rə­si, 23)

 
İn­san hə­ya­tın­da nə­lər­lə qar­şı­la­şa­ca­ğı­nı əs­la bil­məz. Gənc ya­şın­da heç göz­lə­mə­di­yi bir xəs­tə­li­yə tu­tu­la bi­lər və ya bir qə­za nəticəsində ömrünü yataq xəstəsi kimi başa vura bilər. Bü­tün mül­kü­nü iti­rə və yaqarşılaşdığıha­di­sə­lər heç eh­ti­mal et­mə­di­yi şə­kil­də baş ve­rə bi­lər. Be­lə bir və­ziy­yət­də Al­la­h'a ima­nı zə­if olan in­san­lar ümid­siz­li­yə qa­pı­lır və düş­dük­lə­ri bu vəziyyətlərə görə üs­yan edir­lər. Al­la­h'ın on­la­ra ver­di­yi bü­tün ne­mət­lə­ri bir an­da unu­dur və Al­la­h'a olan sev­gi və eti­bar­la­rı­nı bir an­da iti­rə bi­lir­lər.
 
Əsl mü­səl­man­la­rın fər­qi məhz bu yer­də or­ta­ya çı­xır. Çün­ki mü­səl­man­lar Al­la­h'a qeyd-şərt­siz iman gə­ti­rir­lər. On­la­rın Al­la­h'a olan sev­gi və eti­bar­la­rı baş­la­rı­na gə­lən ha­di­sə­lə­rə gö­rə də­yiş­mir. Al­la­h'ın hər şey­də bir gö­zəl­lik və xe­yir ya­rat­dı­ğı­nı bi­lir və baş­la­rı­na gə­lən göz­lə­nil­məz ha­di­sə­lər qar­şı­sın­da yal­nız səbir edə­rək tə­vək­kül edir­lər. On­la­rın Al­la­hın ağ­lı­na, mər­hə­mə­ti­nə, əda­lə­ti­nə eti­bar­la­rı tam və qə­ti­dir. Bu sə­bəb­dən də, nəyi itirdiklərindən asılı olmayaraq, bu­nu bir it­ki say­maz və bu­na gö­rə mə­yus ol­maz­lar.
 
Həmçinin, Quran­da hə­qi­qi mü­səl­man­la­rın ol­duq­ca dinamik və bəzən çə­tin­lik­lər­lə do­lu bir hə­yat ke­çir­dik­lə­ri bil­di­ri­lir. Haqqı təbliğ və müdafiə edən hər bir mü­səl­man, əlbəttə, haq­qın or­ta­ya çıx­ma­sın­dan na­ra­hat olan in­san­la­rın ən­gəl və təz­yiq­lə­ri ilə qar­şı­la­şa­caq. Mü­səl­man­la­rın in­san­la­rı də­vət et­di­yi gö­zəl əx­la­qı öz mən­fə­ət­lə­ri­nə uy­ğun gör­mə­yən və din əx­la­qı­nın yaşanmasınıis­tə­mə­yən in­san­lar, əl­bət­tə ki, ola­caq­dır. Məhz bu in­san­lar bə­zən söz­lə, bə­zən də əmə­li su­rət­də mü­səl­man­la­rın din əxlaqına əməl et­mə­lə­ri­nə və in­san­la­rı Quran əx­la­qı­na də­vət et­mə­lə­ri­nə ma­ne­ olacaqlar. Bu ma­neə­lər əs­na­sın­da mü­səl­man­lar bə­zən mad­di it­kiyə uğraya bi­lər, bə­zən hə­yat­la­rı təh­lü­kə ilə üzləşə bi­lər və ya ya­şa­dıq­la­rı yer­lə­ri tərk et­mək məc­bu­riy­yə­tin­də qa­la bi­lər­lər. La­kin it­ki ki­mi gö­rü­nən bü­tün bu ha­di­sə­lər mü­səl­man­la­ra axi­rət­də bö­yük mülk, gö­zəl­lik, əzə­mət və təm­tə­raq ki­mi ge­ri qa­yı­da­caq. Bu­na gö­rə də, mü­səl­man­lar baş­la­rı­na gə­lən hər bir ha­di­sə­ni se­vinc və şövq­lə qar­şı­la­yır­lar.
 
İn­san­la­rın hə­ya­tın­da göz­lə­nil­məz it­ki­lər ola bi­lə­cə­yi ki­mi, göz­lə­nil­məz bö­yük qa­zanc­lar da ola bi­lər. Al­lah di­lə­di­yi in­sa­na Öz mül­kü­nün qa­pı­la­rı­nı tam şə­kil­də aça bi­lər, ona uğur, ha­ki­miy­yət, və­zi­fə, qa­bi­liy­yət ve­rə bi­lər. Be­lə bir və­ziy­yət­də Al­lah mü­səl­man­la­rın se­vi­nə­rək lov­ğa­lıq et­mə­mə­lə­ri­nin va­cib­li­yi­ni bil­dir­miş­dir. Çün­ki in­san mal-mülkün, vəzifənin və ya hər han­sı bir qazancın yal­nız əma­nət sa­hi­bi­dir. Be­lə ki, in­sa­na ve­ri­lən hər şe­yin əsas və ye­ga­nə sa­hi­bi Al­lah'­dır. Bu­na gö­rə də, in­san özü­nə aid olan hər han­sı bir xü­su­siy­yə­tə gö­rə de­yil, Al­la­h'ın lüt­fü­nə və di­lə­mə­si­nə gö­rə ra­hat­lıq və qa­zan­ca ma­lik­dir. Bu­nu bi­lən mü­səl­man­lar çox bö­yük ne­mət­lə­rə və var-döv­lə­tə malik olsalar da, aciz ol­duq­la­rı­nı əs­la unut­maz, təkəbbür gös­tər­məz və bö­yük­lük iddiasında olmazlar. Sa­də­cə Al­la­h'a şükür edər və on­la­ra ve­ri­lən ne­mət­lə­rin haq­qı­nı ver­mə­yə ça­lı­şar­lar.
2011-10-10 18:49:01

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com