TÜRKİYƏNİN ŞƏRQ BÖLGƏSİNDƏ YAŞAYAN İNSANLARI SEVGİ VƏ ŞƏFQƏTLƏ QAZANMALIYIQ

Əsərlərində və reportajlarında Türkiyəni parçalamağa çalışan kommunist terror təşkilatı PKK-n ateist fəaliyyətlərinin nəticəsində bu dindar Şərq xalqının böyük əzab və sıxıntılara məruz qaldığını vurğulayan Hörmətli Adnan Oktar, bölücü terror təşkilatının ateist fəaliyyətlərinin dayandırılması ilə orada yaşayan xalqın rifaha nail olacaqlarını müjdələyir. Məlumatsızlıqlarından təşkilat xadimlərini bəzən "Kürd xalqını təmsil edərək savaşan Kürd milliyyətçi partizanlar" olaraq qəbul edən Şərq xalqının, bölücü təşkilatın ateist quruluşu vəəsl hədəfləri haqqında məlumatlandırıldıqdan sonra gerçəkləri biləcəkləri, rahatlıq və xoşbəxtliyə qovuşacağını söyləyən Cənab Adnan Oktarın fikirlərindən faydalanılaraq hazırlanan qəzet elanlarında da bu mövzudan tez-tez bəhs edilir. Məsələn: "Fikri zəmində aparılan mübarizə terrora son qoyar" başlıqlı bir qəzet elanında bu mövzuya belə toxunulur:
“PKK, gəncləri evlərindən çıxarıb aparır. Bu uşaqları əvvəl Darvinist, sonra ateist, ardınca kommunist, sonra materialist və sonra da anarxist və terrorist olaraq yetişdirirlər. Kommunist etməzdənəvvəl dialektik fəlsəfəni, Darvinizmi, canlıların təsadüfən meydana gəldikləri yalanını öyrədirlər. Bu təhsildən sonra ateist olurlar. Ateist olduqdan, canlıları Allahın yaratmadığı yalanı ilə öyrədildikdən sonra, onlara öyrədilmiş marksist-leninçi fikirləri tətbiq edir və bundan sonra terrorist olurlar.”
Darvinist təhsil alan gənc, insanları öldükdən sonra yox olub gedən heyvan olaraq görür. Bu təhsilin nəticəsində isə rahat şəkildə insan öldürən zalım bir terroristə çevrilir.
Marksist və Leninçi fikirləri mənimsədikdən sonra, artıq terrorist olmaqdan başqa yol yoxdur və artıq bu gənc Leninin aşağıdakı təlimatlarını həyata keçirməkdə heç bir problem görmür:
"Polisləri, əsgərləri, dövlət məmurlarını öldürmək, dövlət təşkilatlarında yanğınlar törətmək… Dövlət xəzinələrindən pul oğurlamaq… İnqilabçı kommunist güclər məğlubedilməz silahlı qüvvə olaraq ortaya çıxmalı, insanları öldürərək, bombalayaraq, binaları partladaraq qorxu yaymaq və bu şəkildə cəmiyyət üzərində kommunist diktatorluq yaratmaq iqtidara keçməyimizin əhəmiyyətli ünsürlərindəndir." (Vladimir Lenin, "Nəzəri və Praktik Terror Haqqında", Homizuri G. P., Moskva 2005)
Cənab Adnan Oktar, onunla aparılan reportajlarda da mütəmadi olaraq Şərq xalqının gözəl əxlaqından bəhs edir, sevgi və şəfqətlə yanaşılarsa, bütün problemlərin həll olacağına diqqət çəkir:
Adnan Oktar: Şərq xalqı… mən uşaq olduğum zaman Anadoluya tez-tez gedirdim, Şərq xalqı ilə dəəlaqəm olurdu, çox gözəl xasiyyətli insanlardır, çox insancıl, mərhəmətli, şəfqətli, çox nəzakətli, hörməti, ədəbi-ərkanı çox yaxşı bilən sadə insanlardır. Bütün Anadolu xalqı kimi çarə sevgidədir, qoruyub nəzarət etməkdədir, şəfqətdədir, mərhəmətdədir, dərin hörmət etməkdədir, çarə budur. Şəfqət, sevgi hər şeyi həll edir.
Hörmətli Adnan Oktarın 8 mart 2008-ci il tarixli mətbuat konfransından
Adnan Oktar: ... Hamısı mənim canım-ciyərim, qardaşlarımdır. Dərin məhəbbətlə, sevgiylə hamısını çox sevirəm. Hamısı mənim əfəndi qardaşlarımdır. Qəlbləri çox rahat olsun. Bu terror da, anarxiya da qısa müddətdə bitəcək inşaAllah. Hamısı rahat olacaqlar. Bütün Anadolu xalqı kimi, bütün millətim kimi qəlbən sevirəm. Səid Nursi və digər böyük alimlərin çıxdığı o bölgədə yaşamaq da onlar üçün böyük şərəfdir, böyük nemətdir. Hamısına qəlbən salamlarımı çatdırıram.
 
Denge TV / 3 iyul 2008
 
 
Adnan Oktar: … Hər şey sevgiylə, qardaşca və dostca düşünülsə, imanla və Allah sevgisindən qaynaqlanan coşquyla həll olacaq…
 
The Gulf Today / 2 noyabr 2008

2010-11-24 13:45:42

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top