< <
1 / total: 9

Giriş

Bir anlıq həyatınız boyu ən çox sahib olmaq istədiyiniz imkanın sizə verildiyini, lakin bu imkanı layiqincə dəyərləndirmədiyinizi düşünün. Həyatınızı tamamilə dəyişdirən bu yanlış qərardan sonra kim bilir nə qədər peşman olar, o ana geri qayıdıb qərarınızı dəyişdirmək istəyərsiniz. Amma artıq çox gecdir və zamanı geriyə çevirmək mümkün deyil. Ən ağıllı hərəkət isə bundan sonra belə bir səhv etməmək üçün tədbirli davranmaqdır. Bu yanlış qərarı verərkən bəzi insanları düşünür və bir daha bu cür insanların təsiri altına düşməmək üçün özünüzə söz verirsiniz.

Hal-hazırda bir çox insan bu vəziyyətdədir. Dünyadakı bütün insanlara geniş imkanlar verilmişdir. İnsanların əksəriyyəti isə bu imkanları görməməzliyə vururlar. Allah həm bu dünyada bütün insanlara gözəllik, ədalət, bolluq, rifah, rahat həyat, həm də axirətdə insanın düşünə bilmədiyi əbədi həyat vəd etmişdir. Bu yola Allah`ın elçiləri və insanlara rəhbər olaraq endirdiyi müqəddəs kitablar vasitəsilə bütün insanlar dəvət edilmişdir.

Hz. Muhəmmədin (s.ə.v) də Quranla insanları doğru yola dəvət etməsi, haqqı ilə təqdir edənlər üçün vacib fürsət, böyük lütf və Allah`ın bir nemətidir. Vicdanlı və ağıllı olan hər insan bu fürsəti diqqətlə dəyərləndirməli, düşünməli və bu fürsətdən istifadə etməlidir. Əksi isə, yəni Quranda bildirilən həqiqətləri görməzlikdən gəlmək, dinləməmək, düşünməmək və ya bu həqiqətləri inkar edərək qaçmaq, axirətdə böyük peşmanlığa səbəb olar. Üstəlik, bu peşmançılığın heç bir faydası da olmayacaq.

Allah`ın dəvətini bu gün qəbul etməyənlər o ağır gün gəldiyi zaman: "…Kaş ki, bizi qaytaraydılar! Onda biz Rəbbimizin ayələrini yalan saymayıb möminlərdən olardıq”. (Ənam surəsi, 27) -deyəcəklər. O gün hər insan dünya həyatında etdiyi hərəkətlərin əvəzini alacaq.

Onu da qeyd etmək lazımdır ki, içində nə yazıldığını belə bilmədən Quranı oxumaqdan, öyrənməkdən və dinləməkdən çəkinən, Qurandan üz çevirən insanlar əksəriyyət təşkil edir. Bu insanlar Allah`ın onları hansı həyata, hansı əxlaqa dəvət etdiyini bilmədən Quran ayələrindən qaçır, elçilərin dəvətini rədd edirlər. Bu, insanları uçuruma aparan böyük addımdır. Buna baxmayaraq, insanların əksəriyyəti qəflətdə olduqlarından və yanlış fikirlərinə görə öz vəziyyətlərindən bixəbərdirlər.

Bu kitabın yazılmasında məqsəd insanları dünyada və axirətdə böyük iflasa uğradan ön mühakiməli baxış prizmasına qarşı xəbərdar etməkdir. Keçmişdə yaşayan bütün saleh möminlər kimi iman gətirməsindən və ya gətirməməsindən asılı olmayaraq, hər cür ön mühakimədən, əzbərlənmiş məlumatlardan, yanlış fikirlərdən təmizlənmiş şəkildə Quran oxumağa, Allah`ın ayələrinin üzərində düşünməyə dəvət etməkdir. Amma onu da qeyd etmək lazımdır ki, bu xəbərdarlıq sadəcə Allah`ı və Quranı inkar edənlərə deyil, eyni zamanda, iman gətirdiklərini dedikləri halda, Quran əxlaqını yaşamayan insanlara da aiddir.

Keçmişdə yaşayan bütün peyğəmbərlər də göndərildikləri qövmləri Allah`a iman gətirməyə və haqq dinə tabe olmağa dəvət etdikləri zaman inkarla qarşılaşmışdılar.

Bu baxımdan, kitabda verilən nümunələrin bütün haqq kitablara aid olduğu və hər bir elçinin oxşar cavablarla qarşılaşdığı unudulmamalıdır. Bu kitabda “Quranı dinləməyənlər”, “Qurandan qaçanlar” kimi adlandırdığımız insanlar keçmişdə yaşayan bütün elçilərə, bütün haqq kitablara oxşar münasibət göstərən, iman gətirməməkdə israr edən, həqiqətlərdən qaçan insanları ifadə edir.

Məqsədimiz insanları yenidən Quranda bildirilənlər üzərində düşünməyə sövq etmək, Allah`a təslim olmağa dəvət etməkdir. Bundan başqa, Allah`ın Quranda xəbər verdiyi “Allah`ın təbliğatçısını qəbul etməyən kimsə yer üzündə (Allah`dan) yaxa qurtara bilməz və Ondan başqa onun himayəçi dostları da olmaz. Onlar aşkar azğınlıq içindədirlər”. (Əhqaf surəsi, 32) ayəsinin hökmünü bir daha xatırlatmaqdır.

1 / total 9
"Harun Yəhyanın Quranı Dinləməyənlər kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top