< <
1 / total: 5

Niyə dövlət haqqında bir kitabça?

Dövlət sisteminin əhəmiyyətini, vəzifələrini və ya funksiyalarını açıqlayan kitablar, ümumiyyətlə, siyasət elmləri kitablarıdır. Bu kitabların əksəriyyəti tələbələrə məlumat vermək məqsədini daşıyırlar. Amma əlinizdəki bu kitabça bunlardan fərqlidir. Çünki əsas məqsədi cəmiyyətdə zaman ərzində görünən bir qisim "dövlət əleyhdarı" cərəyan və ya fikirlərin necə yanlışlıq içində olduqlarını göstərmək və türk millətinin hər üzvünü dövlətinə sahib çıxmağa çağırmaqdır.

Haqqında danışdığımız dövlət əleyhdarı cərəyan və ya fikirlər müxtəlif qaynaqlardan gəlir. Bu qaynaqların başında marksist ideologiya durur. Bu ideologiyaya bağlı olanlar dövlətin ortadan qaldırılması lazım olan zərərli bir təşkilat olduğuna kor-koranə inanmışlar. Buna görə, dövlət və dövləti təmsil edən hər cür simvola qarşı qatı düşməndirlər. Bu düşmənlik bəzən şiddətə də çevrilir və sol terror təşkilatlarını əmələ gətirir.

Digər tərəfdən, marksist ideologiyadan çox təsirlənmiş bir qrup ziyalılar bu gün marksizmi tərk etdiklərini söyləsələr də, buna bənzər bir yolu davam etdirirlər. Söz mövzusu ziyalılar, ümumiyyətlə, "68 nəsli" kimi tanınan solçu bir keçmişin bu günki nümayəndələridir. Keçmiş marksist hərəkat dövrlərinin bitdiyini və hətta liberal olduqlarını desələr də, marksizmin dövləti düşmən kimi göstərən təlqinlərinin təsirlərini hələ də daşıyırlar.

Bu marksist mənşəli ziyalılara paralel olaraq cəmiyyətdəki bəzi sektorlar demokratiya anlayışını səhv anlayaraq dövlətə qarşı çıxırlar. Demokratiyanın yanlış bir fikir olan ancaq dövlətin zəifləməsi halında mümkün olacağını düşünürlər. Bu səhv fikrin təsiri ilə hər cür dövlət təşkilatını hədəf alır, dövlətin cəmiyyətin faydası üçün tətbiq etdiyi siyasətləri gözü bağlı şəkildə tənqid edirlər.

Mövzunun qəribə bir cəhəti də kökündə sol ideologiyanın yer aldığı bütün bu dövlət əleyhinə olan ifadələrin bir qrup mühafizəkar çevrələrə zamanla təsir etməsidir. Bu çevrələr dövlətin ölkə təhlükəsizliyi, hüzuru və birliyi üçün tətbiq etdiyi bəzi sosial siyasətlərin dinə qarşı olduğunu zənn edir və sonra da bu zənn səbəbindən dövlətə qarşı cəbhə alırlar. Halbuki, həqiqətdə dövlətimiz heç bir zaman dinə qarşı siyasət yürütməmiş, əksinə, böyük öndər Atatürkün "dinsiz millətlərin davamına imkan yoxdur" sözünün işığında həmişə mənəvi dəyərlərin mühafizəsinin Türkiyənin mövcudluğunu əsas şərti olduğu düşüncəsi ilə hərəkət etmişdir. Necə ki, cəmiyyətimizin mənəvi dəyərlərə ən çox bağlı olan qurumları tarixdə həmişə dövlətə ən çox sədaqət göstərən qurumlar olmuşdur.

Nəticədə, bu kitabçada danışacağımız dövlətə qarşı çıxan qurumların səhv etdikləri və türk millətinin gələcəyi üçün güclü və təsirli dövlət quruluşunun lazım olduğu həqiqətidir. Vətənini və millətini sevən hər kəs bu həqiqət üzərində düşünməli və siyasi düşüncələrini buna görə tənzimləməlidir.

 

"Yetişən uşaq və gənclərimizə görəcəkləri təhsilin sərhədindən asılı olmayaraq, hər şeydən əvvəl Türkiyənin müstəqilliyinə, öz mənliyinə, milli ənənələrinə düşmən olan bütün ünsürlərlə mübarizə aparmaq gərəyi öyrədilməlidir. Dünyada beynəlxalq duruma görə belə bir mübarizənin tələb etdiyi mənəvi ünsürlərə sahib olmayan şəxslər və bu xüsusiyyətlərə malik şəxslərə sahib olan cəmiyyətlərə həyat və müstəqillik yoxdur. Uşaqlarımızı eyni təhsil səviyyəsindən keçirməklə yetişdirməliyik. Qəti olaraq bilməliyik ki, iki parça halında yaşayan millətlər zəif və xəstədir. Uşaqlarımıza verəcəyimiz təhsildən asılı olmayaraq, onlara əsas bunları öyrədəcəyik; Millətinə, Türkiyə dövlətinə, TBMM-ə düşmən olanlarla mübarizə. Bu mübarizənin səbəb və vasitələri ilə təchiz edilməyən millət üçün yaşamaq haqqı yoxdur".

(Atatürkün nitq və çıxışları, cild 2, 1952, Türk İnqilab Tarixi İnstitutu nəşrləri)

 

1 / total 5
"Harun Yəhyanın Dövlətə Bağlılığın Əhəmiyyəti kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top