< <
1 / total: 15

GİRİŞ

Din əxlaqından uzaq yaşayan cəmiyyətlərdə yanlış bir din anlayışı hakimdir. Belə cəmiyyətlərdə yetişən insanlar dini sadəcə şifahi məlumatlarla öyrənir, Allah`ı və Allah`ın əmr etdiyi gözəl əxlaqı tanımırlar. Buna görə, hər kəsin din adına fərqli tətbiqləri, qanunları və bir-birinə bənzəməyən doğru və yanlışları olur. Halbuki, gerçək dinin öyrənilməsinin əsas qaynağı Quran və Peyğəmbərimizin (səv) sünnəsidir. Quran bütün kainatı yoxdan var edən, hər şeyin ən doğrusunu bilən Allah`ın sözüdür.

Quran hər insanın başa düşəcəyi sadə və anlaşılan üsluba, bənzərsiz hikmətə sahibdir. Buna baxmayaraq, Allah`a və dinə qarşı səmimiyyətsiz olan, hətta düşmən kimi yanaşan bəzi insanlar Qurana ön mühakimə ilə yanaşır, yanlış məntiq səbəbi ilə ayələri doğru şərh etmirlər. Bəziləri də dini qəsdən çətin göstərmək üçün özlərindən bir çox batil inanc, bidət və xurafat çıxarırlar. Quranı bilən və Peyğəmbərimizin (səv) həyatını tanıyan iman sahibləri isə bunların xurafat olduğunu anlayır və heç birinə etibar etmirlər. Lakin Allah`ı və Quranı tanımayanlar cahillikləri üzündən bu xurafatların təsirində qalır, Qurana əsaslanmayan bu batil dini yanlış olaraq gerçək din zənn edirlər. Quran və hədisləri oxumadıqlarına görə də Allah`ın bəyənib seçdiyi dinin gözəlliklərini görmürlər.

Allah`ın bütün insanlara hidayət olaraq endirdiyi Qurandakı yazılar bu xətalı yolu izləyənlərin böyük qismini heç maraqlandırmır. Dinlə əlaqədar hər hansı bir mövzunu öyrənmək istədikdə Allah`ın qiyamətə qədər etibarlı etdiyi Qurandan kənar bir çox yanlış qaynağa baş vurur, lakin Quranı oxumurlar. Bu vəziyyət Quranda "Ey Rəbbim! Həqiqətən, qövmüm bu Quranı tərk etmişdi!" (Furqan surəsi, 30) ayəsi ilə ifadə edilir. Halbuki, dinin mənbəyi Quran ayələri və Quranda əmr edilənləri ən gözəl şəkildə tətbiq edən Peyğəmbərimizin (səv) sünnəsi, yəni sözləri, davranışları və hər cür işləridir. Allah Quranı insanların oxuyub anlaması, içində yazılanları öyrənməsi, bütün kainatı yoxdan var edən Rəbbimizi tanıması və Ona necə qulluq edəcəyini bilib çəkinməsi üçün göndərmişdir. Ayələrini hər növ örnək və qissələrlə bir-bir və müxtəlif cür açıqlamışdır. Allah`ın "...Biz kitabda heç bir şeyi nəzərdən qaçırmadıq... " (Ənam surəsi, 38) ayəsində bildirdiyi kimi, Quran nöqsansızdır. İstər dünya həyatı, istərsə də ölümdən sonrakı həyatla əlaqədar bir çox şey Quranda ən hikmətli şəkildə açıqlanmışdır. Allah "Sizə sizləri xatırladan bir kitab nazil etdik. Məgər başa düşmürsünüz?"(Ənbiya surəsi, 10) ayəsi ilə bizlərə bu həqiqəti bildirir.

Bu kitab Quranın Allah`ın sözü və insanlar üçün hidayət rəhbəri olduğunu, dünyadakı hər insana xitab etdiyini, hökmlərinin endirildiyi zamandan bu yana bütün dövrləri əhatə etdiyini, dolayısilə, hər insanın üz tutması gərəkən ən əhəmiyyətli qaynaq olduğunu açıqlamaq məqsədilə hazırlanmışdır.

İslam dininin doğru öyrənilməsi və Quran ayələrinin lazımi şəkildə qavranılması insanların düz yolu tapmaları üçün çox zəruridir. Bu mövzunun bütün insanlara çatdırılması isə ağıllı, vicdanlı və sağlam düşüncəli hər müsəlmanın ən önəmli vəzifələrindən biridir.

QURANİ-KƏRİM HAQQ KİTABDIR

Adnan Oktar: Üç din yaradıb cənabi-Allah. Musəvilik, İsəvilik və Muhəmmədilik. Muhəmmədi din, yəni İslam dini haqq dindir. Bu da imtahanın bir şərtidir. Bu quruluş içində bu da görünür. İncil, yəni səmimi deyirəm, baxan kimi təhrif olduğu görünür. Təslis inancı, yəni bir insana Allah deyilməsi çox böyük zülmdür. Böyük zülmdür və xristianlara qarşı oyun oynanılmışdır. Musəvilikdə də axirət inancı çox çıxarılmışdır. Buna baxmayaraq, bir az qalıb, amma çox çıxarılıb.

Aparıcı: Kitablar dəyişdirilibmi?

Adnan Oktar: Çox dəyişdiriblər. Yəni onsuz da inkar etmirlər. “Bəli”, -deyirlər. Lakin haqq olan qisimlər var təbii ki, onlar pozulmadan qalıblar. Onsuz da biz o qalanları kitab halına saldıq. Toplu şəkildə bir araya gətiririk, yəni Quranla uyğun olan yerləri. Quran açıq şəkildə həqiqətdir. İndi burada bunun o qədər uzatmağa yönü yoxdur. Hər vicdan, hər səmimi vicdan Quranı o dəqiqə anlar. Başa düşülməyən yönü yoxdur. Bu, çox böyük nemətdir, Allah`a şükür. Məsələn, baxın, axirəti biz bilməyəcəkdik və incəliklərindən xəbərimiz olmayacaqdı. Tövrata görə bilməyəcəkdik, İncildə də axirətin incəlikləri çox az vardır. Çox az. Çox zəif izahlar var. Quran son dərəcə səhhətli və düzgündür. Cənabi-Allah Quranda lap gözəl anlatmışdır. Allah`ın varlığı və Quran çox dəqiqdir, yəni o mövzuda insanların qərarsız olacağı kimi deyil. (Adnan Oktarın 13 mart, 2010 tarixli www.harunyahya.tv reportajından)

 

1 / total 15
"Harun Yəhyanın Quranı Rəhbər Tutmaq kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top