< <
1 / total: 20

Giriş

İnsan sonsuz böyüklükdəki bir kainatda yaşayır. Gözünü açdığı andan etibarən milyonlarla təfərrüat və tarazlıq üzərində qurulmuş bir dünya ilə qarşı qarşıyadır. Eyni zamanda, bu dünyada yaşamasını təmin edən, ona saysız zövq və xoşbəxtlik verə bilən bir bədənə sahibdir. Bu bədənin mükəmməl xüsusiyyətləri sayəsində xaricindəki dünyanı görə bilir, hiss edə bilir, dada bilir.

Buna görə də həyatın, kainatın və təbiətin mənbəyinin nə olduğunu anlamaq hər insan üçün şərtdir. Bəlkə, insanların böyük əksəriyyəti bu mövzu haqqında düşünmədən yalnız kiçik hesablar arxasınca qaçaraq, məsələn, yalnızca yeyəcəyi yeməyi, ya da qazanacağı pulu düşünərək yaşayır. Ancaq həyatın mənasını düşünmədən, yalnız keçici və gündəlik mövzular üzərində düşünülərək yaşanan bir həyat mənasız bir həyatdır. Çünki insan ölümlüdür və yemək, pul kimi mövzuların hamısı ölümlə birlikdə öz dəyərini itirəcək. Ömrünü yalnız belə mövzularla xərcləmiş və həyatın mənası üzərində düşünmədən yaşayıb ölən insan isə heyvanlara bənzəyən bir həyat yaşamış olur.

Buna görə də insanın izzətinə yaraşan rəftar düşünməkdir. Düşünmək “Mən kiməm?”, “necə yaradıldım?”, “yaşadığım kainat necə var oldu?”, “həyatımın məqsədi nədir?”, “yaşamağımı və mənə milyonlarla zövq verən gözəlliyi kimə borcluyam?” kimi suallarına cavab axtarmaqdır.

Bu suallar üzərində təmiz ağıl və vicdanla düşünən insan isə Allah’ın varlığını asanlıqla hiss edə bilər. Anlayar ki, həyat kainatdakı mükəmməl tarazlığın qurucusu Allah tərəfindən yaradılmış, hər canlı özünə xas xüsusiyyətlərlə təmin edilərək xüsusi dizaynla var edilmişdir. İlk insanı (hz. Adəm) yaradan Allah onun nəslindən bütün insan nəslini yaratmışdır.

Ancaq müasir dövrün insanı açıq-aşkar yaradılış həqiqəti ilə yanaşı, ona alternativ olaraq önə sürülən ikinci bir iddia ilə də qarşılaşır. Bu iddiaya görə, insan və digər bütün canlılar şüurlu bir yaradılışın nəticəsində deyil, milyonlarla təsadüfün ard-arda gəlməsi ilə ortaya çıxmışdır. Bu iddianın adı təkamül nəzəriyyəsidir.

Lakin müasir elm göstərir ki, təkamül nəzəriyyəsi nəinki yaradılışı açıqlamır, hətta bu, ən kiçik bir doğru cəhəti belə olmayan doqmatik inancdan başqa bir şey deyildir. Elmi məlumatlar davamlı olaraq təkamül nəzəriyyəsinin yanlış olduğunu sübut edirlər.

Bütün bunlara baxmayaraq, təkamül nəzəriyyəsinin elmi bir həqiqət kimi bütün dünyada müdafiə olunması isə bəzi siyasi və sosial hədəflərdən qaynaqlanır.

Bu kitabda təkamül nəzəriyyəsinin yalan olduğu elm tərəfindən necə üzə çıxarıldığını və buna baxmayaraq, hansı məqsədlərlə müdafiə olunduğunu araşdıracağıq. Burada qısa şəkildə dediyimiz mövzular haqqında daha ətraflı məlumat əldə etmək istəyənlər “Vural” Nəşriyyat tərəfindən nəşr edilən “Təkamül saxtakarlığı” adlı kitabımızdan istifadə edə bilərlər.

 

1 / total 20
"Harun Yəhyanın Tarixin Ən Böyük Elm Saxtakarlığı: Təkamül Nəzəriyyəsi kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com