< <
1 / total: 9

I Hissə. Quran və Sünnəyə Görə Müsəlmanların Kitab Əhlinə Münasibəti Necə Olmalıdır?

Bu kitabda xristianların, musəvilərin və müsəlmanların ortaq inanc əsaslarına, ortaq ibadətlərə, ortaq əxlaqi dəyərlərə sahib olduqları, eyni təhlükələrlə qarşılaşdıqları bu dinlərin müqəddəs kitabları əsasında izah edilir və kitab əhli (yəhudi və xristianlar) Quranda Rəbbimizin bildirdiyi kimi birləşməyə çağırılır. Bu çağırışın məqsədi bütün inanclı insanları eyni amal uğrunda birləşməyə - darvinizmə, materializmə, ateizmə, din düşmənçiliyinə, ictimai və əxlaqi degenerasiyaya qarşı birlikdə mübarizəyə və əl-ələ tutaraq Allah inancını və gözəl əxlaqı dünyanın hər yerində yaymağa dəvət etməkdir. Bu çağırış səmimi, vicdanlı, şəfqətli, gözəl əxlaqlı, sülhpərvər və ədalətli yəhudi, xristian və müsəlmanlara aiddir. Unutmaq olmaz ki, hamımız bir olan Allah’a iman gətiririk, Rəbbimizin bizə əmr etdiyi gözəl əxlaqı yaşamaq və yaymaq üçün səy göstəririk. Üç İlahi dinin mənsubları da:

  • -Allah’ın bütün kainatı yoxdan yaratdığına və bütün maddəyə sonsuz qüdrəti ilə hakim olduğuna inanır.
  • -Allah’ın bütün canlıları möcüzəvi şəkildə yaratdığına və insanın Allah’ın verdiyi ruha sahib olduğuna iman gətirir.
  • -Tarix boyu Allah’ın insanlara hz. Muhəmməd (səv), hz. İsa (əs) və hz. Musa (əs) ilə birgə hz. Nuh (əs), hz. İbrahim (əs), hz. İshaq (əs), hz. Yusif (əs), hz. Davud (əs) kimi bir çox peyğəmbər göndərdiyinə inanır və bütün peyğəmbərləri sevir.
  • -Ölümdən sonra dirilişə, Cənnət və Cəhənnəmə, mələklərin varlığına iman gətirir, Allah’ın həyatımızı bir qədər (tale) ilə yaratdığına inanır.
  • Yalnız inanc mövzusunda deyil, əxlaqi dəyərlərdə də kitab əhlinin inancları müsəlmanlarla uyğundur. Hal-hazırda fahişəlik, homoseksuallıq, narkomaniya kimi əxlaqsızlıqların, eqoist, mənfəətpərəst, mərhəmətsiz insan modelinin sürətlə yayıldığı bir dünyada kitab əhli və müsəlmanlar eyni dəyərlərə inanırlar: namus, iffət, təvazökarlıq, fədakarlıq, dürüstlük, şəfqət, mərhəmət, qarşılıqsız sevgi... Biz, yəni müsəlmanlar hz. Musaya (əs) da, hz. İsaya (əs) da dərin sevgi və hörmət bəsləyir, onların Allah qatında qiymətli, mübarək insanlar olduqlarını bilir və Rəbbimizin göndərdiyi bütün peyğəmbərlərə iman gətiririk. Allah’ın Quranda bizə öyrətdiyi əxlaqın tələbinə uyğun olaraq, yəhudi və xristianların inanclarına, dəyərlərinə və ənənələrinə hörmət edirik. Allah Quranda müsəlmanlara kitab əhli haqqında belə əmr verir:

De: “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allah’dan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allah’ı qoyub bir-birimizi ilahiləşdirməyək”... (Ali-İmran surəsi, 64)

Bizim xristianlara və yəhudilərə olan çağırışımız da budur: Allah’a iman gətirən və Onun vəhyinə itaət edən insanlar kimi, gəlin ortaq iman sözündə birləşək. Hamımız Yaradıcımız və Rəbbimiz olan Allah’ı sevək. Onun əmrlərinə itaət edək və Allah’ın bizi doğru yola yönəltməsi üçün dua edək. Müsəlmanlar, xristianlar və yəhudilər ortaq sözdə birləşdikdə, bir-birinin düşməni deyil, dostu olduqlarını anladıqda, darvinizm, materializm, ateizm və dinsizliyə qarşı fikri mübarizənin aparılmasının vacib olduğunu gördükdə dünya daha fərqli bir yer olar. Əsrlərlə davam edən şiddət, qorxu və qarşıdurmalar sona çatar və sevgi, hörmət və rahatlığa əsaslanan yeni sivilizasiya qurular.

Müsəlmanların iki ilahi dinin mənsublarına sevgisi və şəfqəti Müsəlmanlar həm yəhudiliyi, həm də xristianlığı Allah’ın vəhyi ilə yaranmış İlahi din kimi qəbul edirlər. Kitablarını tanıyırlar. Onları inkarçılarla, bütpərəstlərlə bir tutmur, əksinə, kitab əhli adlandırır və onların inanclarına anlayış və hörmətlə yanaşırlar.

Əlif, Lam, Mim. Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir kitabdır. O kəslər ki, qeybə iman gətirir, namaz qılır və Bizim onlara verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər; O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, axirətə də yəqinliklə inanırlar. (Bəqərə surəsi, 1-4)(Al-i İmran Suresi, 64)

Bizim xristianlara və yəhudilərə olan çağırışımız da budur: Allah’a iman gətirən və Onun vəhyinə itaət edən insanlar kimi, gəlin ortaq iman sözündə birləşək. Hamımız Yaradıcımız və Rəbbimiz olan Allah’ı sevək. Onun əmrlərinə itaət edək və Allah’ın bizi doğru yola yönəltməsi üçün dua edək. Müsəlmanlar, xristianlar və yəhudilər ortaq sözdə birləşdikdə, bir-birinin düşməni deyil, dostu olduqlarını anladıqda, darvinizm, materializm, ateizm və dinsizliyə qarşı fikri mübarizənin aparılmasının vacib olduğunu gördükdə dünya daha fərqli bir yer olar. Əsrlərlə davam edən şiddət, qorxu və qarşıdurmalar sona çatar və sevgi, hörmət və rahatlığa əsaslanan yeni sivilizasiya qurular.

Müsəlmanların iki ilahi dinin mənsublarına sevgisi və şəfqəti

Müsəlmanlar həm yəhudiliyi, həm də xristianlığı Allah’ın vəhyi ilə yaranmış İlahi din kimi qəbul edirlər. Kitablarını tanıyırlar. Onları inkarçılarla, bütpərəstlərlə bir tutmur, əksinə, kitab əhli adlandırır və onların inanclarına anlayış və hörmətlə yanaşırlar.

Əlif, Lam, Mim. Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir kitabdır. O kəslər ki, qeybə iman gətirir, namaz qılır və Bizim onlara verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər; O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, axirətə də yəqinliklə inanırlar. (Bəqərə surəsi, 1-4)

Bu ayələrdə müsəlmanlar həm hz. Muhəmmədə (səv) endirilən Qurana, həm də ondan əvvəl endirilən kitablara iman gətirən insanlar kimi təsvir edilirlər. Əvvəlki kitablar Quranda hz. İbrahimin (əs) səhifələri, hz. Musaya (əs) endirilən Tövrat, hz. Davuda (əs) endirilən Zəbur və hz. İsaya (əs) endirilən İncil kimi bildirilir. Bu kitablar bəzi insanlar tərəfindən təhrif edilmişdir, bu səbəbdən, bəzi hissələrində haqq dindən uzaq izahlar var. Bununla bərabər, Allah’a və axirət gününə iman gətirmək, şirk qoşmamaq, gözəl əxlaq göstərmək kimi haqq dinə uyğun əmrləri ehtiva edən hissələr də günümüzə qədər gəlmişdir. Bu kitabların içində nəyin haqq, nəyin təhrif olduğunu isə Qurana və Peyğəmbərimizin (səv) hədislərinə baxaraq asanlıqla anlaya bilərik.

O, sənə kitabı gerçək olaraq, ondan əvvəlkiləri təsdiqləməsi üçün nazil etdi. Tövratı və İncili də O nazil etdi – daha əvvəllər insanlara doğru yolu göstərən rəhbər olmaq üçün... (Ali-İmran surəsi, 3-4)

Başqa ayədə Allah Tövratı belə tanıdır:

Şübhəsiz ki, Tövratı Biz nazil etmişik. Onda hidayət və nur vardır. (Allah’a) təslim olan peyğəmbərlər yəhudilər üçün bununla, din xadimləri və baş keşişlər isə Allah’ın kitabından qorunub saxlanılanlarla hökm verirdilər... (Maidə surəsi, 44)

Quranda bəzi yəhudi dindarların Tövratda kəlmələrin yerlərini dəyişdirib sapdırdıqları (Maidə surəsi, 41) və öz əlləri ilə kitab yazıb sonra da: “Bu, Allah'ın vəhyidir!” dedikləri (Bəqərə surəsi, 79), yəni Allah’ın kitabını təhrif etdikləri xəbər verilir. Bəzi xristianlar isə hz. İsanı (əs) ilahlaşdıraraq (Allah’ı tənzih edirik) böyük səhvə yol veriblər. (Nisa surəsi, 171) Allah Quranda kitab əhlindən olan bəzi insanların əxlaqi səhvlərinə də diqqət çəkir. Amma bunlar Kitab əhlinin hamısının qəflət və yanılma içində olduqları demək deyil. Allah yəhudi və xristianlar arasında da Allah’a səmimiyyətlə bağlı olan dindar insanların olduğunu müxtəlif ayələrdə xəbər verir:

Hamısı eyni cür deyillər. Kitab əhli içərisində haqdan möhkəm yapışan bir camaat vardır ki, onlar gecələri səcdəyə qapanıb Allah’ın ayələrini oxuyurlar. Belələri Allah’a, axirət gününə iman gətirir, yaxşı işlər görməyi buyurur, pis əməlləri qadağan edir və xeyirxah işlər görməyə tələsirlər. Məhz onlar əməlisalehlərdəndirlər. Onların etdiyi yaxşılıqlar əvəzsiz qalmayacaqdır. Allah müttəqiləri tanıyır. (Ali-İmran surəsi, 113-115)

Həqiqətən, kitab əhlindən elələri də var ki, Allah’a müti olaraq həm Allah’a, həm sizə nazil edilənə, həm də özlərinə nazil edilənə iman gətirir, Allah’ın ayələrini ucuz qiymətə satmırlar. Onların öz Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir. (Ali-İmran surəsi, 199)

Buna görə də müsəlmanlar kitab əhli içərisində də səmimi iman gətirən bir çox insanın olduğunu bilir və səmimi insanlara sevgi, şəfqət və anlayışla yaxınlaşırlar. Müsəlman hər düşüncə və hər inancdan olan insana şəfqətlə yaxınlaşmalı, ona düşüncəsini ifadə etmə haqqını verməli, ibadətlərinə və ibadətgahlarına hörmət etməli, hər inanc sahibinin istədiyi kimi, azad yaşamasına imkan verməlidir. Bu, həm Quranın hökmü, həm də Peyğəmbərimizin (səv) həyatında nümunəsini gördüyümüz bir həqiqətdir. Unutmaq olmaz ki, hər insanın qəlbindəkini Allah bilir və Allah kitab əhlindən olan insanların da Öz qatında əcrlərinin olduğunu bildirir.

Hz. İbrahimin (əs) hənif dini

Allah Quranda hər cəmiyyət üçün bir yol və şəriət təyin etdiyini bildirmişdir. Rəbbimiz hər dövrdə peyğəmbərlər göndərərək cəmiyyətlərə fərqli şəriətlər, əmr və qadağalar göndərmişdir. Bütün peyğəmbərlər cəmiyyətlərini yalnız bir olan Allah’a iman gətirməyə, ibadət etməyə və Rəbbimizin əmrlərinə itaət etməyə dəvət etmişlər. Başqa sözlə desək, bütün haqq dinlər Allah’a heç nəyi şərik qoşmamaq, Allah’ın rizası, rəhməti və Cənnəti üçün yaşamaq və çalışmaq üzərində qurulmuşdur. Hər cəmiyyət Allah’ın onlara əmr etdiklərini əskiksiz olaraq yerinə yetirməklə və Allah rizası üçün gözəl davranmaqla məsuliyyət daşıyır. Rəbbimiz ayədə belə buyurmuşdur:

...Sizlərdən hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi tək bir ümmət edərdi. Lakin (başqa-başqa olmanız) sizə verdikləri ilə sizi imtahan etməsi üçündür. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Hamınızın qayıdışı Allah’a olacaq və O, ziddiyyətə düşəcəyiniz şeylər barəsində sizə xəbər verəcəkdir. (Maidə surəsi, 48)

Kitab əhli və müsəlmanlar da fərqli şəriətlərə sahibdirlər, ancaq istər yəhudi və xristianlardan, istərsə də müsəlmanlardan səmimi iman gətirənlər Allah’a qəlbən təslim olmaqla, yaxşı və gözəl davranışlar göstərməklə və xeyirli işlərdə yarışmaqla məsuldurlar. Allah’ın varlığına və tək olduğuna inanan, ixlasla axirətə iman gətirən, saleh işlər görən hər üç İlahi dinin mənsubları, əslində, Rəbbimizin hz. İbrahimə (əs) endirdiyi haqq dinə itaət edirlər.

Allah Quranda ilk peyğəmbərin hz. Adəm (əs) olduğunu bildirir. Hz. Adəmdən (əs) sonra hz. İdris (əs) və hz. Nuh, peyğəmbər kimi göndərilmişdir. Hz. İbrahim (əs) isə hz. Nuhdan (əs) sonra yaşamışdır və onun nəslindəndir. Quranda belə bildirilir:

Aləmlər içərisində Nuha salam olsun! Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Həqiqətən, o, Bizim mömin qullarımızdandır. Sonra o birilərini suya qərq etdik. Həqiqətən, İbrahim onun ardıcıllarından idi. (Saffat surəsi, 79-83)

Quranda hz. İbrahimin (əs) dininin hənif olduğu bildirilir. “Hənif” sözü Allah’ın əmrinə təslim olub, Onun dinindən heç vaxt dönməyən, ixlaslı insan deməkdir. Bir ayədə Allah hz. Muhəmmədə (səv) hz. İbrahimin (əs) hənif dininə tabe olmasını belə bildirmişdir:

Sonra sənə vəhy etdik: “Hənif İbrahim dininə tabe ol. O, müşriklərdən deyildi”. (Nəhl surəsi, 123)

Hz. İbrahimdən (əs) sonra gələn oğulları, nəvələri və onun nəslindən olan saleh möminlər Allah’ın hz. İbrahimə (əs) vəhy etdiyi haqq dinə tabe olmuşlar. Bu həqiqət Quran ayələrində belə bildirilir:

Səfeh olanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Biz onu dünyada (elçi) seçdik. Şübhəsiz ki, o, axirətdə də əməlisalehlərdən olacaqdır. Rəbbi ona: “Təslim ol!”– dedikdə, o: “Aləmlərin Rəbbinə təslim oldum!”– demişdi. İbrahim də, Yaqub da bunu oğullarına vəsiyyət etdilər: “Ey oğullarım! Həqiqətən, Allah bu dini sizin üçün seçmişdir. Siz də ancaq müsəlman olaraq ölməlisiniz!” (Bəqərə surəsi, 130-133)

O, sənə Kitabı gerçək olaraq, ondan əvvəlkiləri təsdiqləməsi üçün nazil etdi. Tövratı və İncili də O nazil etdidaha əvvəllər insanlara doğru yolu göstərən rəhbər olmaq üçün. Furqanı da O nazil etdi. Şübhəsiz ki, Allahın ayələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah Qüdrətlidir, intiqam almağa qadirdir. (Ali-İmran Surəsi, 3-4)

Göründüyü kimi, hz. İbrahimin (əs) hənif dini Allah’a iman gətirən yəhudilər, xristianlar və müsəlmanlar arasında ortaq bir sözdür. Hz. İbrahimə (əs) iman etmək, ona sevgi duymaq və hörmət etmək yəhudilər və xristianlar üçün olduğu kimi, müsəlmanlar üçün də əhəmiyyətlidir. Ancaq unutmaq olmaz ki, Allah’a olan dərin iman və sevgisi, Rəbbimizin bütün əmrlərinə qəlbən boyun əyməsi, itaəti və üstün əxlaqı ilə bütün inananlara nümunə olan hz. İbrahimə (əs) ən yaxın olanlar, heç şübhəsiz, onun gözəl əxlaqını mənimsəyən insanlardır. Rəbbimiz Quranda belə buyurur:

Həqiqətən, insanlardan İbrahimə ən yaxın olanı, onun ardınca gedənlər, bu Peyğəmbər (Muhəmməd) və iman gətirənlərdir. Allah möminlərin himayədarıdır. (Ali-İmran surəsi, 68).

Buna görə də Allah’a qəlbən iman gətirən yəhudi və xristianlar hz. İbrahim (əs) və ona tabe olan saleh möminlər kimi yalnız Allah’a yönəlməli, hz. İbrahimin (əs) göstərdiyi gözəl əxlaqı, səmimiyyəti və dərinliyi nümunə götürməlidirlər. Şübhəsiz, inananlar peyğəmbərlərə sevgi, itaət və yaxınlıq göstərmək üçün onlar kimi saleh olmağa səy göstərməlidirlər. Müsəlmanlar isə Rəbbimizin Quranda əmr etdiyi kimi, bütün peyğəmbərlərə verilənlərə iman gətirirlər.

Deyin: “Biz Allah’a, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə nazil olana, Musa və İsaya verilənlərə, özlərinin Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirdik. Biz onların arasında fərq qoymuruq. Biz yalnız Ona təslim olanlarıq!” (Bəqərə surəsi, 136))

Quran əxlaqının tələb etdiyi şəfqət

Sülh və sevgi dini olan İslam iman gətirənlərin bütün insanlara ədalətli və yaxşı davranmalarını tələb edir. Saleh müsəlmanlar Allah’ın əmr etdiyi əxlaqa uyğun olaraq bağışlayan, təvazökar, həlim xasiyyətli və səmimi insanlardır. Allah iman gətirənlərə özlərinin və ya yaxınlarının əleyhinə olsa da, ədalətli olmağı, ehtiyac içində olsalar belə, əvvəlcə yetimi və əsiri doydurmağı, fədakar olmağı, səbirli davranmağı, gözəl əxlaqda qətiyyətli olmağı əmr etmişdir. Bu əxlaqı daşıyan mömin, eyni zamanda, müxtəlif inanclara və düşüncələrə mənsub olan insanlara qarşı da şəfqətli və anlayışlıdır. Dində məcburiyyət olmadığının şüuru ilə iman gətirməyən insanları haqq yola dəvət edərkən həmişə nəzakətli üslubdan istifadə edir, doğru yolu göstərirlər. Məqsədləri qarşı tərəfin vicdanına xitab etmək və onların gözəl əxlaqa yiyələnməsinə vəsilə olmaqdır. Bu isə ancaq Allah’ın insanlara hidayət verməsi ilə mümkündür. Allah “...İman gətirənlər hələ bilmirlərmi ki, əgər Allah istəsəydi, bütün insanları doğru yola yönəldərdi?..” (Rəd surəsi, 31) ayəsi ilə müsəlmanlara qəlblərin ancaq Allah’ın əlində olduğunu, hər kəsin ancaq Onun diləməsi ilə doğru yola yönələcəyini xatırladır. Başqa bir ayədə isə belə buyurulur:

Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldir. O, doğru yolda olanları daha yaxşı tanıyır. (Qəsəs surəsi, 56)

Müsəlmanın vəzifəsi yalnız həqiqəti izah etmək, insanları bu həqiqətlərə dəvət etməkdir. İnsanların bunu qəbul edib-etməsi isə onların vicdanından asılıdır. Allah bunu Quranda belə xəbər verir:

Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs tağutu inkar edib Allah’a iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir. (Bəqərə surəsi, 256)

Müsəlmanların bu əxlaqları Kitab əhli ilə olan əlaqələrinə də aiddir. Rəbbimiz Kitab əhlinə qarşı necə davranılacağını Quranda iman gətirənlərə ətraflı şəkildə təsvir etmişdir. Bu ayələr araşdırıldıqca müsəlman cəmiyyətində xristian və yəhudilərin varlıqlarının tanınması və onların hüquqlarının müsəlmanlar tərəfindən qorunmasının vacibliyi aydın olur. Müsəlmanlar yəhudilərə və xristianlara qarşı mərhəmətli olmalıdırlar. Səmimi iman gətirən yəhudi və xristianlar (inanc və ibadətlərində bəzən səhv olsa da) Allah’ın varlığına və birliyinə iman gətirən, mələklərə, peyğəmbərlərə və hesab gününə inanan və din əxlaqının yaşanmasının lazım olduğunu düşünən insanlardır. Buna görə də müsəlmanlar onlara qarşı mərhəmətli olmalı, onları qorumalıdırlar.

Allah bir ayədə Allah’a iman gətirən və axirət gününə inanaraq yaxşı işlər görən yəhudi və xristianların gözəl əxlaqın əvəzini ən gözəl şəkildə alacaqlarını xəbər vermişdir:

Şübhəsiz ki, möminlərin, yəhudi, nəsrani və sabiilərdən Allah’a və axirət gününə iman gətirənlərin və yaxşı iş görənlərin mükafatı öz Rəbbi yanındadır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Bəqərə surəsi, 62)

Bu ayənin mənası aydındır. İstər müsəlman, istərsə də yəhudi və ya xristian olsun, Allah’a və axirət gününə iman gətirən və yaxşı işlər görənlər müjdələnir, möminlərin Allah qatında əcr qazanacağı xəbər verilir. “Maidə” surəsinin 48-ci ayəsində isə insanların hər biri üçün şəriət və yol təyin edildiyi, məsuliyyətlərinin isə yaxşı işlərdə yarışmaq olduğu ifadə edilmişdir. Bu, yəhudi, xristian və müsəlman olmasından asılı olmayaraq, səmimi olaraq Allah’a və axirət gününə iman gətirən bütün insanların gözəl davranmasının və Allah rizası üçün xeyirlərdə yarışmasının vacib olduğunu göstərir. Bu vəziyyətdə müsəlmanların özləri kimi Allah’a iman gətirən, yaxşı işlər görən və gözəl əxlaq göstərənlərə sərt və ya mərhəmətsiz davranması düzgün deyil. Bunu İslam tarixi də sübut edir.

Bu məlumatların göstərdiyi həqiqət budur ki, İslam əxlaqını yaşayan müsəlmanlar yəhudi və xristianlara qarşı anlayışlı davranmaqla, onlara ibadət və inanc azadlığı təmin etməklə, mədəniyyət və ənənələrinə hörmət etməklə, səmimi olaraq iman gətirən kitab əhlinə mərhəmət və sevgi ilə yaxınlaşmaqla məsuldurlar. Bunun əksinə davranmaq həm Quran əxlaqına, həm də Peyğəmbərimizin (səv) sünnəsinə uyğun deyil.

Sonra sənə vəhy etdik: “Hənif İbrahim dininə tabe ol. O, müşriklərdən deyildi”. (Nəhl Surəsi-123)

Quranda bütün peyğəmbərlər təriflənir, müsəlmanlar hz. Musa (əs) və hz. İsanı (əs) qəlbən sevirlər

Allah tarixin hər dövründə Öz vəhyini insanlara elçiləri vasitəsilə çatdırmışdır. Peyğəmbərlər Allah qatında seçilən və Rəbbimiz tərəfindən nemət verilən mübarək insanlardır. Üstün əxlaqı ilə bütün insanlara nümunə göndərilən peyğəmbərlər göndərildikləri cəmiyyətlərə Allah’ın dinini izah etmiş, onları pisliklərdən çəkindirərək yaxşılığı əmr etmiş, insanların imanına vəsilə olmuşlar. Quranda bir çox ayədə keçmişdə yaşayan cəmiyyətlərdən və bu cəmiyyətlərə göndərilən peyğəmbərlərin həyatından nümunələr verilir. Quranda bildirilən peyğəmbər hekayələrində bu mübarək insanların Allah’ın varlığını və dinini təbliğ etmələri, inkar edənlərə qarşı apardıqları fikri mübarizə, təbliğ etdikləri insanların münasibəti ətraflı izah edilmiş və elçilərin göstərdiyi səbir, fədakarlıq, səmimiyyət, insaniyyət kimi üstün əxlaq xüsusiyyətləri bütün inananlara nümunə göstərilmişdir. Bütün peyğəmbərlərin Rəbbimizin seçdiyi müqəddəs insanlar olduğunun şüurunda olan müsəlmanlar da onlara iman gətirirlər. Allah Quranda hz. Nuha (əs) və hz. İbrahimə (əs) vəhy etdiyi dini hz. Musaya (əs), hz. İsaya (əs) və hz. Muhəmmədə (səv) də vəhy etdiyini bildirmişdir:

(Allah) Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi sizin üçün də dində qanun etdi: “Dinə doğru-düzgün etiqad edin və onda bölünüb firqə-firqə olmayın!” Sənin dəvət etdiyin (tövhid) müşriklərə ağır gəldi. Allah istədiyi kəsi Özü üçün seçər və (Ona) üz tutanı Özünə tərəf yönəldər. (Şura surəsi, 13)

Müsəlmanlar “...Biz Allah’a, bizə nazil olana, İbrahimə, İsmayıla, İshaqa, Yaquba və onun nəslinə nazil olana, Musa və İsaya verilənlərə, özlərinin Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirdik. Biz onların arasında fərq qoymuruq. Biz yalnız Ona təslim olanlarıq!” (Bəqərə surəsi, 136) ayəsində buyurulduğu kimi, bütün peyğəmbərlərə iman gətirir, hamısını dərin sevgi ilə sevir və bu müqəddəs insanların həyatını və əxlaqını tərifləyərək xatırlayırlar.

Peyğəmbərlər qövmlərinə Rəbbimizin qatındakı haqq dini təbliğ etmiş, onları bir və tək olan Allah’a iman gətirməyə çağırmış, axirət günü ilə xəbərdar edib qorxutmuşlar. Müsəlmanların nümunə götürəcəyi və hörmətlə xatırlayacağı peyğəmbərlər üstün əxlaqlı, dərin imanlı mübarək insanlardır. Allah’ın Quranda bu mübarək insanları təriflədiyi kimi, müsəlmanlar da hz. Muhəmmədlə (səv) yanaşı, hz. İsanın (əs), hz. Musanın (əs), hz. Yaqubun (əs), hz. Nuhun (əs), hz. Yusifin (əs), hz. İbrahimin (əs), hz. İlyasın (əs), hz. Şüeybin (əs), hz. Lutun (əs) və digər peyğəmbərlərin nümunəvi əxlaqını və imanını şövq və həyəcanla tərifləməlidirlər. Bu, Allah’ın Quranda təriflədiyi ibadətdir. Bütün peyğəmbərlərin həyatında möminlərin düşünüb nümunə götürməsi üçün hikmətlər vardır. Bu hikmətlərə etinasız yanaşmaq, ya da düşünməmək səmimi müsəlmanlara yaraşmaz. Əlbəttə, Allah’a və axirət gününə iman gətirən saleh müsəlmanlar üçün “Əhzab” surəsinin 21-ci ayəsində buyurulduğu kimi, Allah’ın elçisi hz. Muhəmməddə (səv) ən gözəl nümunələr vardır. Lakin saleh müsəlman üçün Peyğəmbərimizin (səv) əxlaqına yiyələnmək nə qədər əhəmiyyətlidirsə, digər peyğəmbərlərimizin əxlaqını götürmək və onlar kimi Allah’ın razı olduğu insanlardan olmaq da o qədər əhəmiyyətlidir.

Allah Quranda hz. Musa (əs) və hz. Harunun (əs) Öz qatında xeyirli və şərəfli, mübarək insanlar olduğunu belə bildirmişdir:

Biz Musa ilə Haruna da nemət bəxş etdik. Onların hər ikisini və tayfalarını böyük sıxıntıdan qurtardıq. Onlara kömək göstərdik və qalib gəldilər. Hər ikisinə aydın bir kitab verdik. Hər ikisini də doğru yola yönəltdik. Sonradan gələnlər arasında hər ikisinə (gözəl xatirə) qoyduq. Musaya və Haruna salam olsun! Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Həqiqətən, onların ikisi də Bizim mömin qullarımızdandır. (Saffat surəsi, 114-122)

Allah hz. Musanı (əs) fironun əsarəti altında olan İsrail oğullarına elçi göndərmiş və ona “Ənam” surəsinin 154-cü ayəsində bildirdiyi kimi: “yaxşı iş görən kimsəyə (nemətimizi) tamamlamaq məqsədilə, hər şeyi müfəssəl izah edən, doğru yolu göstərən bir rəhbər və mərhəmət olaraq...” kitabı vermişdir. Hz. Musaya (əs) seçildiyinin vəhy edilməsi Quranda belə bildirilir:

Musanın əhvalatı sənə gəlib çatdımı? O zaman o, bir od görüb ailəsinə demişdi: “Dayanın! Mən bir od gördüm. Bəlkə, ondan sizə bir köz gətirdim, ya da odun yanında bir bələdçi tapdım!” Oda yaxınlaşdıqda bir səda gəldi: “Ey Musa! Həqiqətən, Mən sənin Rəbbinəm. Başmaqlarını çıxart. Çünki sən müqəddəs Tuva vadisindəsən! Mən səni seçmişəm. (Sənə) vəhy olunanı dinlə! (Taha surəsi, 9-13)

Hz. Musa (əs) həm firona və ətrafındakılara qarşı, həm də öz cəmiyyətində münafiq xarakterli və zəif imanlılara qarşı böyük mübarizə aparmış, həmişə Allah’a olan təslimiyyəti, təvəkkülü, səbri, cəsarəti, fədakarlığı, ağlı, əzmi və şövqü ilə bütün inananlara nümunə olmuşdur. Müsəlmanlar da hz. Musaya (əs) hörmət edir və ona iman gətirirlər.

İsa Peyğəmbər (əs) isə Quranda Allah’ın elçisi və sözü (Nisa surəsi, 171) kimi tanıdılır, onun aləmlərə bir möcüzə olduğu (Ənbiya surəsi, 91) bildirilir. Bundan başqa, mübarizəsi barədə və Allah’ın ona lütf etdiyi möcüzələri və həyatı haqqında hikmətli məlumatlar verilir. Hz. İsa (əs) bir Quran ayəsində belə təsvir olunur:

O zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni Öz tərəfindən, adı Məryəm oğlu İsa Məsih olan bir kəlmə ilə müjdələyir. O, bu dünyada və axirətdə şan-şöhrətli və (Allah’a) yaxınlaşdırılmışlardan olacaqdır. (Ali-İmran surəsi, 45)

Hz. İsaya (əs) verilən İncilin xüsusiyyətləri isə Quranda belə açıqlanır:

Onların ardınca Məryəm oğlu İsanı özündən əvvəlki Tövratı təsdiqləyici olaraq göndərdik. Ona içərisində hidayət və nur olan, özündən əvvəlki Tövratı təsdiqləyən, müttəqilər üçün doğru yol göstəricisi və öyüd-nəsihət olan İncili verdik. (Maidə surəsi, 46)

Quranda bildirildiyi kimi, hz. İsanı (əs) digər peyğəmbərlərdən ayıran bəzi xüsusiyyətlər vardır. Bunlardan ən əhəmiyyətlisi onun hələ də ölmədiyi, Allah qatına yüksəldildiyi və yer üzünə yenidən qayıdacağıdır. Bir çox insanın düşündüyünün əksinə olaraq, hz. İsa (əs) öldürülməmiş, başqa bir səbəblə də ölməmişdir. Quranda nə inkarçıların onu öldürə bilməsi, nə də çarmıxa çəkilməsi (Nisa surəsi, 157) qəti şəkildə bildirilir və Allah’ın onu Öz qatına yüksəltdiyi xəbər verilir. Heç bir ayədə hz. İsanın (əs) öldüyündən və ya öldürüldüyündən danışılmır. Bunlarla bərabər, Quranda hz. İsa (əs) haqqında elə məlumatlar verilir ki, bunlar tarixdə hələ baş verməmişdir və bu hadisələrin reallaşması ancaq hz. İsanın (əs) yer üzünə geri qayıtması ilə mümkün olacaq. Quranda xəbər verilən hadisələrin reallaşacağına isə heç bir şübhə yoxdur (Bu mövzu kitabın sonrakı hissələrində ətraflı şəkildə araşdırılacaq). Buna görə də müsəlmanlar da xristianlar kimi, hz. İsanın (əs) ikinci dəfə yer üzünə gəlməsini böyük şövq və həyəcanla gözləyir, İsa Məsihin (əs) gəlişinə gözəl şəkildə hazırlanmaq üçün cəhd göstərirlər.

Hz. İsanın (əs) mübarək anası hz. Məryəm də Allah’ın Quranda üstün əxlaqı və gözəl davranışları ilə təriflədiyi, aləmlərin qadınlarından üstün etdiyi nümunəvi insandır. Quranda hz. Məryəmlə əlaqədar olaraq belə buyurulur:

Bir zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni seçdi, təmizlədi və seçib aləmlərin qadınlarından üstün etdi. (Ali-İmran surəsi, 42)

Həmçinin ismətini qoruyan İmran qızı Məryəmi də (misal çəkdi). Biz onun (paltarının yaxasında olan kəsiyinə) Öz ruhumuzdan üfürdük. O, Rəbbinin sözlərini və Onun kitablarını təsdiq etdi və itaət edənlərdən oldu. (Təhrim surəsi, 12)

İman gətirənlər Allah’ın ayələrində üstün əxlaq və davranışlarını təriflədiyi mübarək qullarına dərin sevgi və hörmət bəsləməli, onları xatırlamalı və özlərinə nümunə götürməlidirlər.

“Məndən sonra nəyə ibadət edəcəksiniz?” Onlar dedilər: “Sənin İlahına, atalarının – İbrahimin, İsmailin və İshaqın İlahı olan Tək İlaha ibadət edəcəyik. Biz yalnız Ona təslim olanlarıq!” (Bəqərə Surəsi, 133)

PEYĞƏMBƏRİMİZİN (səv) DÖVRÜNDƏ YƏHUDİLƏR VƏ XRİSTİANLAR TƏHLÜKƏSİZ ŞƏRAİTDƏ YAŞAYIRDILAR

ADNAN OKTAR: Yəhudilər peyğəmbər nəslindəndirlər, bizim peyğəmbərlərimizin nəvələridir. Hz. Musanın (əs) şəriətinə tabe olan insanlardır və o şəriəti, yəni o dini bu ana qədər yaşayıblar. Bu səbəbdən, peyğəmbər nəslindən olan bu tərtəmiz insanların dövlətini məhv etmək, millət olaraq yox etməyə çalışmaq, torpaqlarından çıxartmaq, onlara yaşamaq hüququ verməmək heç də ağıllı və vicdanlı hərəkət deyil.

Müsəlman şəfqətlidir, mərhəmətlidir, sevgi bəsləyəndir. Təbii ki, onlar da bizim qardaşımızdır, yaşamaq hüquqları vardır. Birinci dərəcəli insanlardır, o bölgədə istədikləri kimi yaşayarlar, ticarət edərlər, sənətlə məşğul olarlar, elmlə məşğul olarlar. Nə üçün onlar ordan çıxarılsın və niyə narahat yaşasınlar və yaxud dinc həyatları əllərindən alınsın? Bunu normal insan qəbul etməz, mən də qəbul etmirəm. Təbii ki, rahat və xoşbəxt yaşayacaqlar, həyat zəmanətləri olacaq. Türk-İslam Birliyində bərəkət və bolluq içində yaşayacaqlar.

Quranın hökmü, Peyğəmbərimizin (səv) sünnəsi, tətbiqləri məlumdur. Peyğəmbərimizin (səv) dövründə kitab əhli çox rahat yaşayırdı, yəhudilər çox hüzurlu idilər.O dövrdə onlar Qüdsdə, İsraildə yaşayırdılar. Xoşbəxtlik və bərəkət içində idilər, Peyğəmbərimiz (səv) onlara qarşı çox şəfqətli və mehriban idi. Yəhudilərdən qız alırdılar, onlarla evlənirdilər, kəsdikləri əti yeyirdilər, süfrələrində otururdular, evlərinə gedirdilər, onlarla dost-tanış olurdular. Bu, Peyğəmbərimizin (səv) dövründə olan tətbiq və sünnədir.

Xristianlar üçün də eyni şəkildədir. /em>,Peyğəmbərimizin (səv) nökərlərindən biri xristian idi. Bizim anamızdır, yəni hörmətlə, sevgi ilə xatırladığımız bir insandır. Bunu, bir tek Bunu təkcə yəhudilik üçün söyləmirəm. Eyni zamanda, xristianlar da rahat, bərəkət və bolluq içində yaşamağa haqqı olan insanlardır.. (Adnan Oktarın Gulf Today müsahibəsindən, 2 noyabr 2008)

MÜSƏLMANLAR KİTAB ƏHLİNİ QORUMAQLA MÜKƏLLƏFDİRLƏR

MÜXBİR: Niyə antisemitizm İslama tamamilə ziddir?

ADNAN OKTAR: Bizim peyğəmbər nəslinə sevgimiz var. Hz. İbrahimin (əs) nəslinə sevgimiz var. Peyğəmbərimiz (səv), hz. İbrahimin (əs) nəslindəndir, hz. Mehdi (əs) hz. İbrahimin (əs) nəslindəndir. Əbdülqadir Qeylani, böyük imamlar hz. İbrahimin (əs) nəslindəndirlər. Bu səbəbdən, bizim peyğəmbər nəslinə qəzəbimiz, kinimiz ola bilməz, bu ancaq şeytani düşüncədə ola bilər.

Biz ateist-sionist düşüncəyə qarşıyıq. Dindar yəhudiləri şəfqətlə sevirik və peyğəmbər nəslindən olduqları üçün onlara xüsusi sevgimiz var. O mənada onlara qarşı düşmənçiliyimiz olmaz. Bu, haramdır; müsəlmanlıqda belə bir şey yoxdur. Əksinə, mühafizə etmək, qorumaq, şəfqət göstərmək vardır. Biz onları qorumaqla mükəlləfik. Təbii ki, ibadətlərini istədikləri kimi yerinə yetirəcəklər. Xristianlar da elə; bizim onlara mənfi düşüncəmiz yoxdur, ancaq müsbət fikrimiz ola bilər... (Adnan Oktarın Kaçkar TV müsahibəsindən, 22 yanvar 2009)

1 / total 9
"Harun Yəhyanın Gəlin Birləşək kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top