Quranda Dua

KİTABI ENDİRİN

Download (DOC)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
1 / total: 10

Ön Söz

Sizi yaratmış, bu dünyaya yerləşdirmiş, ağıl və bədən sahibi etmiş olan Allaha görəsən lazım olduğu qədər yaxınsınızmı? Ona ən son nə vaxt dua etdiniz? Allaha yalnız bəzi çətinlik və bəlalarla qarşılaşınca mı yalvarırsınız? Yoxsa Onu davamlı xatırlayırsınızmı? Dua etdiyinizdə Onun sizə çox yaxın olduğunu, sizin pıçıltıyla söylədiyiniz və ya içinizdən keçirdiyiniz hər sözü eşitdiyininin şüurundasınızmı? Onun bütün insanların və hər şeyin Yaradıcısı olduğunu, həyatdakı ən böyük dostunuzun və dayağınızın Allah olduğunu, hər şeyi əvvəlcə Rəbbimizdən diləməniz lazım olduğunu düşünürsünüzmü?

Verdiyiniz cavab nə olursa olsun, bu kitabı oxumaq sizə böyük fayda verəcək. Çünki bu kitab, Allahın qullarına nə qədər yaxın olduğunu, onlardan necə bir dua istədiyini, nəyin həqiqətən Onun istədiyi kimi bir dua olduğunu izah etmək üçün yazılmışdır. Duanın əhəmiyyəti Quranda, "... Sizin duanız olmasaydı Rəbbim sizə dəyər verərdimi?" (Furqan Surəsi, 77) ayəsiylə xəbər verilir. Allaha dua etməkdə, Ona yaxınlaşmaqda bir sərhəd yoxdur. Bu səbəbdən, hər kəs bu yolu öyrənməklə və ya təkrar etməklə əbədi həyatına fayda verər.

Dua, Allah ilə insanlar arasındakı bir əlaqə yoludur. Allah ilə əlaqə qurma ehtiyacı isə insanın fitrətində, yəni yaradılışında vardır. Möminlər üçün dua etmək, həyatlarının ayrılmaz və çox təbii bir parçası ikən, bir çoxları üçün dua ancaq böyük çətinliklər üz verincə, həyati təhlükələrlə qarşı-qarşıya qalınca xatırlanacaq bir ibadətdir. Əlbəttə ki, son söylədiyimiz dua formasını Allah məqbul qarşılamaya da bilər. Əsl xeyirli olan həm rahatlıqda, həm də çətinlikdə Allahdan kömək istəməkdir. Məhz bunun üçün də səmimi bir şəkildə Allaha dua edə bilmənin yolları Quranda ətraflı təsvir edilmişdir.

Quranda bir çox ayədə birbaşa ya da bilavasitə olaraq dua mövzusu iştirak etməkdədir. Sadəcə bu belə dua mövzusuna verilməsi lazım olan əhəmiyyətin bir göstəricisidir. Digər tərəfdən, dua ilə əlaqədar ayələr oxunduqca da, bunun nə dərəcədə həyati bir ibadət olduğu daha asan aydın olur.

Qurana Görə Dua

"Çağırmaq, səslənmək, istəmək, kömək tələb etmək» mənalarına gələn dua sözü Qurana görə «insanın bütün mənliyi ilə Allaha üz tutması» və ya «gücü məhdud və sonlu bir varlıq olan insanın məhdudiyyətsiz və sonsuz qüdrət qarşısında acizliyini qəbul edərək kömək diləməsi "şəklində ifadə olunur.

Allah inancı olan hər bir insanın müxtəlif formalarda dua etdiyi bir həqiqətdir. Ancaq insanların olduqca böyük bir qismi duanı təkcə çətinliyə düşəndə və sıxıntılı vaxtlarında, əllərindən gələn bütün ehtimallar yoxlanandan sonra Allahı xatırlamaq şəklində başa düşürlər. Bu insanlar üzərilərindəki çətinlik keçincə bir sonrakı darlıq və çətinlik anına qədər Allahı yaddan çıxarır və Ondan bir şey istəməyi ağıllarının ucundan belə keçirmirlər.

İnsanların digər bir qisminin düşüncəsində də son dərəcə səhv bir dua anlayışı hökm sürməkdədir. Bu insanlar üçün dua, kiçik yaşlardan etibarən ailənin yaşlı fərdləri tərəfindən öyrədilən, bəzi anlaşılmaz sözlərdir. İnsanların bu cür dualarında Allahın mövcudluğu, birliyi, böyüklüyü, qüdrəti, insanları həmişə görüb-eşitdiyi, dualara cavab verəcəyi elə də nəzərə alınmır. (Allahı tənzih edirik) əvvəlcədən əzbərlənən dua qəlibləri təkrar edilir. Halbuki, kitabımızın da mövzusu olan Allahın Quran vasitəsilə bəndələrinə bildirdiyi dua çox fərqlidir.

Qurana görə dua etmək Allaha çatmağın ən asan yoludur. İndi Allahın sifətlərini fikirləşək. O, insana şah damarından daha yaxın olan, hər şeyi bilən, eşidəndir ... İnsanın ürəyindən keçirtdiyi bircə fikir də Allahdan gizli qalmaz. O halda səmimi olaraq Allahdan nə isə istəmək üçün insanın təkcə fikirləşməsi də kifayət edir. Budur, Allaha çatmaq bu qədər asandır.

İnsan qulluq şüurunda olduğu müddət ərzində Allah dərgahında dəyər qazana bilər. Buna görə insan Allaha üz tutmalı, səhvlərini Allaha etiraf etməli və təkcə Allahdan kömək istəməlidir. Bunun xaricində bir davranış tərzi Allaha qarşı təkəbbürlənməkdir ki, Quranda bunun cəzasının cəhənnəm əzabı olduğu bildirilir.

Günümüzün cəmiyyətlərində diqqət çəkən bir həqiqət, digər bir çox ibadət kimi duanın da tərk edilmiş bir ənənə olaraq nəzərdən keçirilməsidir. Əslində, bu fikrin formalaşmasının arxasında «Allahdan müstəqil, öz-özünə işləyən bir dünya» ola biləcəyi təlqini dayanır. (Allahı tənzih edirik) İnsanların böyük bir əksəriyyəti istər-istəməz yaşayışlarının başlanğıcından sonuna kimi bütün hadisələrin özlərinin və ətraflarındakı insanların nəzarətində cərəyan edən hadisələr olduğunu düşünürlər. Buna görə də ölümlə burun-buruna gəlmədən, yaxud çox böyük bir fəlakətlə qarşılaşmadan Allaha dua etmək ehtiyacı hiss etmirlər. Halbuki, bu böyük bir yanılmadır. Bu yanlışlıqda elə bir səviyyəyə çatanlar olur ki, onlar duanı sanki keçmiş dövrlərdən günümüzə qədər gəlib çatmış bir sehrbazlıq taktikası olduğuna inanırlar. Halbuki, dua həyatın hər sahəsinə məxsus olan bir ibadətdir.

Bütün insanlar duaya möhtacdır. Kasıb və çətin şəraitdə yaşayan bir adamın imkanlı bir şəxsə nisbətən duaya daha çox ehtiyacı olduğunu fikirləşmək, dua mövzusunu kökündən səhv başa düşməkdir. Maddi vəziyyəti yaxşı olan, həyatda bütün istədiklərini əldə etdiyini fikirləşən bir insanın duaya ehtiyacı olmadığını düşünmək son dərəcə səhvdir. Çünki bu vəziyyətdə dua etməyin yeganə səbəbinin dünyəvi arzuların həyata keçməsi olduğu anlaşıla bilər. Halbuki, möminlər həm dünya həyatları, həm də axirətləri üçün dua edirlər. Dua özü ilə birlikdə təvəkkülü də gətirir. Dua edən insan qarşısına çıxa biləcək çətin və ya asan hər cür vəziyyəti, bütün hadisələri kainatı Yaradanın və Hakimi olan Allahın təqdirinə həvalə edir. Bir problemi həll etmənin və ya qarşısını almanın bütün yollarının kainatdakı bütün qüdrətin sahibi olan Allaha əsaslandığını bilmək, bütün işləri ona həvalə etmək və yalnız ona dua etmək, mömin üçün bir fərahlıq və güvən qaynağıdır.

 

1 / total 10
"Harun Yəhyanın Quranda Dua kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top