Bacarıqlı Bənd İnşaatçıları: Qunduzlar

KİTABI ENDİRİN

Download (DOC)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
1 / total: 6

Bacarıqlı Bənd Inşaatçıları Qunduzlar

Kitabımızın qəhrəmanlarından birincisi olan Əmrə idman etməyi, kitab oxumağı və xüsusilə heyvanlarla məşğul olmağı çox xoşlayan bir uşaqdır. Heyvanlarla əlaqədar oxuduğu kitablar sayəsində bu mövzuda olduqca məlumatlıdır. Üstəlik Əmrə sadəcə hər kəsin bildiyi heyvanlar deyil, bütün heyvanlar haqqında da məlumat sahibidir. Şəkillərdə gördüyü heyvanları dərhal tanıyır, hansı xüsusiyyətlərinin olduğunu çox dəqiq bilir. Buna görə də yoldaşları Əmrəni çox sevirlər. Tənəffüslərdə, yolda gedərkən onunla söhbət etməyi çox xoşlayırlar.

Əmrənin təbiətə olan marağını sadəcə dostları deyil, ailəsi də çox yaxşı bilir. Buna görə də xoş havalarda, hər həftənin axırını və hər tətili dəyərləndirib onu davamlı surətdə gəzməyə aparırlar.

Əmrə bu gəzintilər arasında xüsusilə hər il yaz aylarında getdikləri düşərgədən çox zövq alır. Çünki hər il düşərgə yerində başına çox maraqlı hadisələr gəlir. Bəzən çox müxtəlif insanlarla tanış olub dost olur, bəzən də çox maraqlı canlılar haqqında məlumat sahibi olar. Düşərgə salmaq vaxtı yaxınlaşdıqca Əmrənin həyəcanı artır, çünki onu hansı sürprizlərin, hansı macəraların gözlədiyini bilmir.

Gəlin, indi Əmrənin başına bu düşərgə dövründə hansı hadisələr gəldiyini birlikdə görək və kitabımızın digər qəhrəmanları ilə tanış olaq.

hayvanlar

 

1 / total 6
"Harun Yəhyanın Bacarıqlı Bənd İnşaatçıları: Qunduzlar kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com