< <
1 / total: 19

Tufan və Tısbağa

Tufan ən sevdiyi hekayələrdən biri olan “Dovşan ilə tısbağa”-nı oxuyurdu. Dovşanın vəziyyətinə çox gülmüş və tısbağadan “ağıllı olmağın” nə qədər əhəmiyyətli olduğunu, ağılla bütün fiziki üstünlüklərə qalib gələ biləcəyini öyrənmişdi. Sonra birdən-birə kitabdakı tısbağa Tufana səsləndi:

Tısbağa: Salam Tufan! Bu kiçik yaşında bu qədər ağıllı olub, dovşanla olan hekayəmdən ibrət almağın çox gözəldir.

Tufan: Sən neçə yaşındasan?

Tısbağa: Belə balaca görünməyimə baxma, mən 45 yaşındayam. Tısbağalar orta hesabla 60 il yaşayarlar. Hətta Testusda adlı bir cins tısbağa 189 yaşına qədər yaşaya bilir.

Tufan: Ən çox hansı fəsli sevirsən?

Tısbağa: Temperaturun həyatımızdakı əhəmiyyəti böyükdür. Çünki bədən hərarəti ətraf mühitdəki temperatura görə dəyişər və ümumiyyətlə ətraf mühitdəki temperaturdan 0,1-0,2 dərəcə aşağı olar. Həzm sistemimiz də istilik artdıqca sürətlənər. Hər şeyi yaradan Uca Allah kiçik bədənimizi düşünərək bizə isti havalarda asanlıq təmin etmək üçün belə bir xüsusiyyət vermişdir. Biz Allahdan gələcək hər nemətə möhtacıq, O isə heç bir şeyə ehtiyacı olmayandır.

kaplumbağa

Göklerde ve yerde her ne varsa O'nundur. Şüphesiz Allah, hiçbir şeye ihtiyacı olmayan (Gani)dır, övülmeye layık olandır.
(Hac Suresi, 22)

Tufan: Ən sevdiyiniz yemək hansıdır?

Tısbağa: Sarı rəngli “pələng dişi çiçəyin” çox xoşumuza gələr. Bilirsənmi gözlərimizin çox iti görməsiylə yanaşı biz xüsusilə də sarı rəngi çox yaxşı dərk edirik. Ən sevdiyimiz yeməyi asanlıqla tapa bilərik.

Tufan: Bəs qış yuxusuna gedirsinizmi?

Tısbağa: Bəli, Oktyabr ayından etibarən havalar soyduqca və yeməklər azaldıqca bizim də fiziki fəaliyyətlərimiz azalar, özümüzü qorumaq üçün yuxu vəziyyətinə keçərik. Ürək döyüntülərimiz və tənəffüsümüz də yavaşlayar. Oktyabr ilə Mart ayları arasında qış yuxusuda olarıq. Allah bizi bu şəkildə yaratdığı üçün qışda oyanıq qalaraq yemək yeyə bilməyib, ölməkdən xilas oluruq. Halbuki Allah ən uyğun vaxtda bizi yatızdıraraq nəslimizi qorumuşdur.

Tufan: Sən quruda yaşayırsan, yəqin ki, bir də suda yaşayanlarınız var. Mənə onlar haqqında da məlumat verərsənmi?

Tısbağa: Haqlısan əziz Tufan. Quru, şirin su və dəniz tısbağası olmaq üzrə müxtəlif növlərimiz var. Mən quruda yaşayıram, daha çox tarlaları, yumşaq torpaqları, üzüm bağlarını xoşlayaram. Şirin su tısbağaları, yəni akvariumda yaşayanlar isə, gölləri, çay sahillərini xoşlayarlar. Dəniz tısbağaları isə isti dənizlərdə yaşayar və yumurtlama vaxtı yer dəyişdirərlər. Sənə Karetta adlı dəniz tısbağalarıyla əlaqədar maraqlı bir məlumat verim:

Karettalar yumurtalarını qoymaq üçün isti dəniz sahillərinə gedərlər. Yumurtadan çıxan balalar Allahın ilham etməsiylə dənizdən əks olunan işığa tərəf hərəkət edərək, yaşayacaqları mühitə, yəni dənizə yönələrlər. Bu kiçik balalar hələ doğular doğulmaz yaşayacaqları ən uyğun mühitin dəniz olduğunu necə bilsinlər ki? Məhz bu, şübhəsiz ki, Uca Rəbbimizin ilham etməsiylədir.

Tufan: Haqlısan, düşünərək yaşayan hər insan üçün yer üzü Allahın ayələriylə doludur. Sənin, digər bütün heyvanların, mənim, ağacların və s. buna nümunədir. Hər şeyin Onun təcəllisi olduğunu heç unutmadan yaşamalıyıq. Bu gözəl söhbət üçün təşəkkür edirəm. Əlvida.

Tısbağa: Əlvida ağıllı uşaq!

kaplumbağa ve tavşan

Uzun Ayaqli Leyləklər

Leyləklər, 1-1,5 m boylarında, böyük ağ qanadları olan iri, köçəri quşlardır. Dimdiklərinin və uzun ayaqlarının qırmızı olması leyləklərə xoş bir gözəllik bəxş edir. Leyləklər hər il sıx sürülər halında köç edirlər. Çünki soyuq ərazilərdə yaşaya bilməzlər. Leyləklər bizi yayın isti günləriylə müjdələyir. Havaların nə vaxt isinəcəyini bilmələri bir möcüzədir. Aradan bir il keçib təkrar yaz gəldikdə leyləklər minlərlə kilometr yolu geri qayıdıb köhnə yuvalarını taparlar. Əlbəttə ki, bu cür güclü bir yaddaş və belə möhtəşəm bir istiqamət tapma duyğusunu leyləklərə Rəbbimiz olan Allah ilham edir.

leylek
 

 

1 / total 19
"Harun Yəhyanın Uşaqlar Sizin Üçün - 1 kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top