1 / total: 19

Sinan ilə Termitlər

Günəşli bir bazar günü idi. Sinan, müəllimi və sinif yoldaşlarıyla birlikdə gəzintiyə çıxmaq üçün meşəyə getmişdi.

Sinan və yoldaşları gizlənpaç oynamağa başlamışdılar.

Elə həmin vaxt Sinan, “diqqətli ol!” deyə bir səs eşitdi. Sinan səsin hardan gəldiyini başa düşə bilmədən sağa-sola baxmağa başladı. Amma ətrafında heç kim yox idi.

Sonra yenə eyni səsi eşitdi. Bu dəfə səs “Mən burda, aşağıdayım” dedi.

Sinan ayağının dərhal yanında qarışqaya bənzər bir canlının olduğunu fərq etdi.

Sinan:  Sən kimsən?

Termit: Mən bir termitəm.

Sinan: Termit adında bir canlı olduğunu heç eşitməmişdim. Bəs sən tək başınamı yaşayırsan?

Termit: Xeyr, biz çox böyük qruplar halında, böyük yuvalarda yaşayırıq. İstəsən bunlardan birini sənə göstərə bilərəm.

Termitin göstərdiyi şey pəncərələri olan yüksək bir binaya bənzəyirdi.

Sinan: Bu nədir?

Termit: Budur bu bizim evimizdir. Biz bu evləri özümüz hazırlayırıq..

Sinan: Amma sən balacasan. Əgər yoldaşların da sənin kimidirsə necə belə bir yer hazırlaya bilərsiniz.

Termit:  Sinan, təəccüblənməkdə çox haqlısan. Həqiqətən də bizim kimi kiçik canlıların belə yerlər inşa etməsi çox təəccüblü bir şeydir. Amma unutma ki, bu hamımızın yaradıcısı olan Allah üçün çox asan bir işdir.

Bir də Sinan, evimizin hündür olmaqdan başqa bir çox xüsusiyyətləri də var. Məsələn, biz yaşadığımız bu yerlərdə xüsusi uşaq otaqları, göbələk istehsaletmə yerləri və kraliça otağı da inşa edərik. Üstəlik, evlərimizə ventilyasiya sistemi hazırlamağa da laqeyd yanaşmarıq. Beləcə, yuvamızdakı istilik və rütubəti tənzimləyərik. Bir də unutmadan bunu da qeyd edim, bizim gözlərimiz görməz, Sinan.

Sinan:  Belə kiçik və gözləri görməyən canlılar olduğunuz halda, deməli insanların inşa etdiyi hündür binalara bənzər yerlər inşa edirsiniz. Yaxşı, amma bütün bunları etməyi necə bacarırsınız?

Termit: Əvvəlcə də dediyim kimi, bizə bütün bu fövqəladə qabiliyyətləri verən Allahdır. O bizi bütün bunları edə biləcək şəkildə yaratmışdır. İndi Sinan, artıq yuvama qayıdıb yoldaşlarıma kömək etməliyəm.

Sinan: Oldu, mən də tezliklə gedib müəllimimiz və yoldaşlarıma sizlər haqqında öyrəndiklərimi izah etmək istəyirəm.

Termit: Yaxşı, Sinan əlvida. Yenidən görüşmək üzrə.

1 / total 19
"Harun Yəhyanın Uşaqlar Sizin Üçün - 2 kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top