< <
1 / total: 8

Giriş

Pislik, haqsızlıq, kədər, pessimizm, sıxıntı, təklik, qorxu, stress, etibarsızlıq, vicdansızlıq, narahatlıq, qəzəb, qısqanclıq, kin, narkotik asılılığı, əxlaqsızlıq, qumar, fahişəlik, aclıq, kasıblıq, korrupsiya, oğurluq, dava, düşmənçilik, cinayət, müharibə, qarşıdurma, zülm, ölüm qorxusu... Bütün bunlar demək olar ki, hər gün qəzet və televiziya verilişlərində gördüyünüz, gündəlik həyatda qarşılaşdığınız, hətta şəxsən yaşadığınız problemlərdəndir.

İnsanların və cəmiyyətlərin xilas olmağa çalışdığı, hər sahədə mübarizə apardıqları bu cür mənfi hallar, qarşıdurmalar və gizli ictimai quruluşlar, dünyada əsrlərdən bəri hakimdir. Bunun üçün, qədim Yunanıstana və ya Böyük Roma İmperatorluğuna, Çar Rusiyasına ya da intibah dövrünə, hətta istəsəniz iki böyük dünya müharibəsinə və böyük ictimai hadisələrə səhnə olan 20-ci əsrə nəzər sala bilərsiniz. Hansı əsrə və dünyanın harasına gedirsinizsə gedin, ümumiyyətlə, mənzərə dəyişməz.

Bəs insanlar bu mənfi hallarla indiyə qədər mübarizə aparıblarmı ya da aparmaq üçün bir səy göstəribdirlərmi?

Əlbəttə ki, dünyanın demək olar ki, hər dövründə insanlar bu qeyd olunan mənfi hallarla üz-üzə gəlmiş, bunlarla mübarizə aparmışlar, ancaq çarəni həmişə səhv üsullarda axtardıqları üçün həll yolu tapa bilməmişlər. Çıxış yolunu bəzən müxtəlif idarəetmə formalarını sınaqdan keçirməkdə, bəzən azğın cərəyanların təsirinə düşməkdə, çevrilişlər etməkdə, çox vaxt da biganə yanaşmaq yolunu mənimsəməkdə, bütün bu mənfi halları qəbul etməkdə görmüşlər.

Hal-hazırda insanlar, ümumiyyətlə, belə bir həyat tərzinə elə vərdiş etmişdirlər ki, yuxarıda saydığımız problemləri həyatın həqiqəti olaraq qəbul edər, bunların yaşanmadığı bir cəmiyyətin olmayacağını sanki qeyri-mümkün olaraq görərlər. Belə bir həyatdan məmnun olmadıqlarını həmişə dilə gətirərlər, amma yaşadıqları şərtlərdə başqa bir variantlarının olmadığını düşünərək, bu həyatı tezliklə qəbul edərlər.

Halbuki, dünyada yuxarıda yalnız çox kiçik bir hissəsini qeyd etdiyimiz bu mənfi halların heç birini nə ruhən, nə də bədənlə yaşamayan, həmişə bolluq, bərəkət, xoşbəxtlik, sevgi, hörmət, hüzur, əmin-amanlıq, gözəl əxlaq, sülh və dostluq kimi saysız-hesabsız nemət və gözəlliklərin sahibi olan insanlar da vardır. Məhz bu insanlar Allah rizası üçün yaşayan, Quran hökmlərinə tabe olan, Allahın rəhmətini və cənnətini qazanmağa ümid edən həqiqi dindarlar, yəni möminlərdir.

Digər bir sözlə, bu mənfi halların yeganə həlli “din əxlaqı”nın yaşanmasına əsaslanır. Din əxlaqı tam olaraq yaşandığı təqdirdə cəmiyyətlərdə hakim olan bu neqativ mühit öz yerini işıqlı bir üfüqə verəcək. Bütün insanların və cəmiyyətlərin əsrlər boyu arzuladıqları, yaxşılıq və gözəlliyin hakim olduğu belə gözəl bir mühit, ancaq Quran əxlaqının yaşanmasıyla mümkündür.

İlk başda təsvir etdiyimiz mühit isə Quran əxlaqı yaşanmadığı təqdirdə, Allahın hökmlərinə əməl olunmadıqda qaçınılmaz olaraq meydana gələr. Digər bir sözlə, din əxlaqı yaşanmadığı müddətcə insanlar bu mənfi halların hökm sürdüyü şəraitdə yaşamağa məhkumdurlar. Çünki bu, “dinsizliyin kabusu” dur.

Bu kitabda Allahın insanlara endirdiyi Quranda təsvir edilən “gözəl əxlaq” modeli yaşandığı təqdirdə “dinsizliyin kabusu”nun, yəni pisliklərin, pessimizmin, ictimai narahatlıqların qarşısının necə alınacağını, mənfi halların necə ortadan qalxacağı, ideal mühitə necə nail olunacağı, insanların maddi-mənəvi nə kimi qazanclar əldə edəcəkləri və bütün bu mənfi hallardan xilas ola bilmək üçün Quran əxlaqının tək alternativ həll yolu olduğu izah edilir.

Bu günə qədər bəlkə də bir çox kitabda cəmiyyətlərin və insanların içində olduqları pessimist vəziyyət haqqında yazılmış, sosioloji və psixoloji təhlillər edilmiş, problemlər tez-tez bütün təfərrüatlarıyla dilə gətirilmişdir. Lakin əlinizdəki kitabın fərqi, bu təhlil və diaqnozlar qarşısında insanlara ən həqiqi həll yolunu təklif etmək və bu həll yoluna müraciət etmədikləri təqdirdə onları necə bir gələcəyin gözlədiyini təsvir edərək səmimiyyətlə xəbərdar etməkdir.

Beləliklə, ümid edirik ki, kitabı oxuyan vicdan sahibi hər insan hüzurun, əmin-amanlığın və ideal cəmiyyət həyatının yalnız Quran əxlaqının yaşanmasıyla mümkün olduğunu başa düşəcək və həqiqi dinə, yəni “İslam”a yönələcək.

Ağilli Dizayn, Yəni Yaradiliş

Kitabda vaxtaşırı qarşınıza Allahın yaratmasındakı mükəmməlliyi vurğulamaq üçün istifadə etdiyimiz “dizayn” sözü çıxacaq. Bu sözün hansı məqsədlə istifadə edildiyinin doğru başa düşülməsi çox əhəmiyyətlidir. Allahın bütün kainatda qüsursuz bir dizayn yaratmış olması, Rəbbimizin əvvəlcə plan qurduğu daha sonra yaratdığı mənasını verməz. Bilinməlidir ki, göylərin və yerin Rəbbi olan Allahın yaratmaq üçün hər hansı bir “dizayn” etməyə ehtiyacı yoxdur. Allahın dizayn etməsi və yaratması eyni anda baş verir. Allah bu cür nöqsanlardan uzaqdır. Allahın, bir şeyin və ya bir işin olmasını dilədikdə onun olması üçün yalnız: “Ol!” deməsi kifayətdir.

Ayələrdə belə buyrulur:

Bir şeyi yaratmaq istədikdə ona təkcə: “Ol!” deyər, o da olar. (Yasin surəsi, 82)

Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!” – deyər, o da olar. (Bəqərə surəsi, 117)

Çiçekler

 

1 / total 8
"Harun Yəhyanın Dinsizliyin Kabusu kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top