< <
1 / total: 5

Giriş: Bəşəriyyət Tarixində Əhəmiyyətli Bir Dönüş Nöqtəsi

Bəşəriyyət tarixinin əhəmiyyətli bir dönüş nöqtəsində yaşayırıq. Bu dönüş nöqtəsinin ən əhəmiyyətli xüsusiyyətlərindən biri, bir vaxtlar elmilik maskası altında bütün dünyaya təlqin edilən materialist fəlsəfənin bilvasitə elm tərəfindən yıxılmasıdır. Materializm, yəni hər şeyin maddədən ibarət olduğunu zənn edən və Allahın varlığını inkar edən fəlsəfə, əslində bütpərəstliyin müasir formasıdır. Məlum olduğu kimi əvvəlki bütpərəstlər daşdan və taxtadan hazırlanmış totemlərə, yəni cansız maddi varlıqlara ibadət edir, bunları ilah qəbul edərdilər. Materialist fəlsəfə isə, insanın və bütün canlıların atomlar və molekullar tərəfindən yaradıldığı inancına əsaslanır. Yəni yenə cansız maddi varlıqları “ilah” kimi qəbul edilir. Materializmdəki bu batil inanca görə, cansız atomlar nədənsə təsadüfən öz-özlərini əmələ gətirmiş, vaxt keçdikcə həyat və şüur qazanmışlar və son olaraq da insanı əmələ gətirmişlər.

Materializmin bu batil inancına “təkamül” adı verilər. İlk dəfə qədim Şumerdəki və sonra da qədim Yunanıstandakı bütpərəst mədəniyyətlərdə ortaya atılan “təkamül” inancı, 19-cu əsrdə bir qrup materialist elm adamı tərəfindən sanki dirildilərək, dünyanın gündəminə gətirilmişdir. Çarlz Darvin bu elm adamlarının ən məşhurudur. Ortaya atdığı təkamül nəzəriyyəsi 150 il ərzində elm aləminin başını qatmış, səhv olduğu görülməsinə baxmayaraq ideoloji səbəblərlə yaşadılmışdır.

Ancaq başda da ifadə etdiyimiz kimi materializm indiki vaxtda böyük bir səs-küylə çökür. 19-cu əsrə istiqamət verən üç vacib materialist mütəfəkkirin olduğu deyilir: Bu şəxslər Freud, Marks və Darvindir. İlk ikisinin nəzəriyyələri keçdiyimiz 20-ci əsr daxilində sınanmış, araşdırılmış və sonunda əsassız olduqları başa düşülərək bir-birinin ardınca rədd edilmişdir. Darvin nəzəriyyəsi isə yaşadığımız dövrdə çökür.

Darwin,marx

Charles Darwin

Karl Marx

Sigmund Freud

 

2000-ci ilin iyun ayında baş verən bəzi əhəmiyyətli hadisələr, materializmin bu böyük çöküşünü sürətləndirdi.

Əvvəlcə, işıq sürətini keçən bir sürət əldə etmək məqsədiylə təcrübə aparan elm adamları, bütün elmi aspektləri alt-üst edən bir tapıntıyla üz-üzə gəldilər. İşıq sürətinin qat-qat aşıldığı bir təcrübə mühitində, təcrübənin nəticəsinin onun baş vermə səbəbindən daha əvvəl reallaşdığına heyrətlə şahid oldular. Bu, 19-cu əsrdə materialist iddialara əsaslanaraq ortaya atılan “səbəbiyyət” iddiasının çürüməsi mənasını verirdi. Bir qəzet başlığında dərc edilən mövzu “səbəbsiz nəticə ola biləcəyi və bir hadisənin sonunun, başından əvvəl meydana gələ biləcəyi sübut edildi” deyə ümumiləşdirildi. Həqiqətən də bir hadisənin nəticəsinin səbəbi kimi görünən hadisədən əvvəl reallaşması, bütün hadisələrin ayrı-ayrı yaradıldığının elmi dəlilidir və materialist iddianı tamamilə süquta uğradır.

Həmçinin, insanın gen quruluşunu açmaq üçün həyata keçirilən “İnsan Genomu” layihəsi öz nəticəsini verdi və Allahın canlıları nə cür üstün bir yaradılışla yaratdığını göstərən “genetik informasiya”nın təfərrüatları bəşəriyyətin göz qabağına qoyuldu. Bu gün bu layihənin nəticələrini nəzərdən keçirən, tək bir insan hüceyrəsində minlərlə ensiklopediya səhifəsini dolduracaq qədər məlumat saxlandığını öyrənən hər insan, bunun nə qədər böyük bir yaradılış dəlili olduğunu dərk edir.

Ancaq təkamülçülər həqiqətdə öz əleyhlərinə olan bu son hadisəni, olduğundan fərqli və “təkamül” dəlili kimi göstərməyə çalışırlar. Ən kiçik bir bakteriyanın belə DNT zəncirinin necə meydana gəldiyini izah edə bilməyən təkamülçülər, insan genlərinin heyvan genlərinə bənzəməsinin kəşf edilməsini öz aləmlərində təkamülün lehinə olan bir hadisə kimi şərh edər, yalnız cəmiyyəti istiqamətləndirmək məqsədi güdən mesajlar verərlər. Bəzi mətbuat orqanları isə, həm mövzu haqqındakı nadanlıqları, həm də ön mühakimələrindən ötrü, “İnsan Genomu” layihəsinin “təkamülə dəlil” gətirdiyini zənn edir və ya elə göstərməyə çalışırlar.

Bu kitabda bəhsi keçən təkamülçü yanılmalar izah olunur, yaradılışa qarşı gətirilən etirazların məntiqsizliyi və səthiliyi ortaya qoyulur. Son elmi tapıntıların darvinizmə nə qədər böyük bir zərbə vurduğu da açıq şəkildə görünür.

Bu kitabı oxuduğunuzda Allahı inkar edən materialist fəlsəfənin artıq son nəfəsini verdiyini və bəşəriyyətin 21-ci əsrdə bu kimi yalanlardan xilas olaraq həqiqi yaradılış məqsədinə qayıdacağını siz də görəcəksiniz.

Dizayn, Yəni Yaradiliş
Allahın Yaratmaq Üçün Dizayn Etməyə Ehtiyacı Yoxdur

“Dizayn” ifadəsinin doğru başa düşülməsi vacibdir. Allahın qüsursuz bir dizayn etməsi, Rəbbimizin əvvəlcə plan qurduğunu daha sonra yaratdığı mənasını verməz. Bilinməlidir ki, göylərin və yerin Rəbbi olan Allahın yaratmaq üçün hər hansı bir “dizayn” etməyə ehtiyacı yoxdur. Allahın dizayn etməsi və yaratması eyni anda baş verir. Allah bu cür nöqsanlardan münəzzəhdir.

Allahın, bir şeyin və ya bir işin olmasını dilədikdə onun olması üçün yalnız: “Ol!” deməsi kifayətdir.

Ayələrdə belə buyurulur:

Bir şeyi yaratmaq istədikdə ona təkcə: “Ol!” deyər, o da olar. (Yasin surəsi, 82)

Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!” – deyər, o da olar. (Bəqərə surəsi, 117)

 

1 / total 5
"Harun Yəhyanın DNT'nin Darvinə Xəbərdarlığı kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top