< <
1 / total: 10

Önsöz

Faşizm 20-ci əsrdə meydana gəlmiş və yayılmış bir ideologiya kimi tanınır. I Dünya müharibəsindən dərhal sonra dünyada sürətlə yayılmış, Almaniya və İtaliya başda olmaqla Yunanistan, İspaniya və Yaponiya kimi ölkələrdə faşist rəhbərliklər hakimiyyəti ələ keçirmişlər. Bu ölkələrdə yaşayan insanlar faşist rəhbərliklərin təzyiq və zorakılıq tərəfdarı hakimiyyətləri üzündən çox böyük əzablar çəkmiş və qeyri-insani vəhşiliklərə məruz qalmışlar. Çıxış yolunu isə bu güc və zorakılıq qarşısında səssiz qalmaqda görmüşlər. Müharibənin, zorakılığın, təcavüzkarlığın, qan axıtmanın, şiddətin hakim olduğu bu sistemlərdə, başda olan faşist diktator və idarəçi heyət, qurduqları milis təşkilatlar, gizli polis təşkilatları və faşist birliklərlə cəmiyyətdə terrorla məşğul olmuşdurlar. Üstəlik faşist ideologiyanı, təhsildən mədəniyyətə, dindən incəsənətə, dövlət quruluşundan hərbi sistemə, polis təşkilatından insanların şəxsi həyatına qədər demək olar ki, hər sahədə həyata keçirmişlər.

Hitler, Mussolini

20. yüzyılı kana bulayan iki faşist diktatör: Hitler ve Mussolini.

Faşizmin başlatdığı II Dünya müharibəsi isə, bəşəriyyət tarixinin ən böyük fəlakətlərindən biri olmuş və nəticədə 55 milyon insan həyatını itirmişdir. Ancaq faşizm keçmişdə qalan və bu gün yalnız tarix kitablarında qarşılaşdığımız bir ideologiya deyil. Nə qədər ki, bu gün faşizmi adı qoyulmuş bir rejim olaraq açıq şəkildə tətbiq edən dövlətlər olmasa da, faşist ruha sahib rəhbərliklər, siyasi qruplar və partiyalar hələ dünyanın bir çox ölkəsində ad və taktika dəyişdirməklə öz təsirini qoruyub saxlayır və insanlara bənzər bir zülmü yaşadırlar. Gələcəkdə faşizmin daha da güclənməsinə imkan verəcək sosial tələblərin meydana gəlməsi də ehtimal olunur. Buna görə də faşizm hələ dünya üçün bir təhlükə olmağa davam edir. Əlinizdəki kitab, bu təhlükəyə qarşı qələmə alınmışdır. Beləcə, dünyada bu gün fərqli üsul və pərdələr altında insanların qarşısına çıxan faşist kütlələrin tanınması, bunların əsl mənşəyinin və məqsədlərinin görülməsi nəzərdə tutulur. Kitabın qələmə alınmasında başqa məqsəd də, bəzən "dindar" görünüşünə bürünən faşizmin bu maskasının açılması, faşizmin əslində tamamilə haqq dinə qarşı bir sistem olduğunun aşkar edilməsidir. Bir xəstəlikdən xilas olmaq üçün əvvəlcə o xəstəliyin yaranmasına səbəb olan mikrobu ya da virusu müəyyənləşdirmək, onunla mübarizə aparmaq və onun antidodunu tapmaq lazımdır.

Beləcə xəstəliyə əlverişli zəmin hazırlayan mühit aradan qalxar. Bu edildikdən sonra xəstəliyin təsirlərini yox etmək asandır. Eynilə, "faşizm" adlanan kabusdan xilas olmaq üçün, faşizmin fikri dayanaqlarıyla və onu inkişaf etdirən faktorlarla fikri cəhətdən mübarizə aparmaq lazımdır. Kitab boyunca da görəcəyimiz kimi, faşizmin dövrümüzdəki fikri dayanaqlarının ən əhəmiyyətlisi Darvinizmdir. Darvinizm insanlara elmi bir nəzəriyyə olaraq tanıdılır, halbuki bu həqiqət deyil. Darvinizm "insan inkişaf etmiş bir heyvandır", "bəzi irqlər təkamül prosesində inkişaf cəhətdən geri qalmışdır", "təbiətdə var gücü ilə bir mübarizə hakimdir, bu mübarizədə güclü olan qazanar, zəif olan aradan götürülər" kimi iddiaları, 20-ci əsrdə, başda faşizm olmaqla bir çox zərərli ideologiyaya dəstək vermişdir. Bu baxımdan, -gələcəkdə təfərrüatla izah ediləcəyi kimi- sözügedən ideologiyaların səbəb olduğu zülmün və vəhşiliyin əsas məsuliyyət sahiblərindəndir.

Ölkəmizdə faşist hərəkət və tətbiqlərin olmaması, buna niyyət edənlərin hələ ən əvvəl qarşılarının alınması, həmçinin Darvinizmin geniş kütlələr tərəfindən qəbul edilməməsi, bu mövzuya qarşı laqeyd qalınmasına səbəb olmamalıdır. Çünki vicdan və ağıl sahibi hər insan yer üzündə fitnə-fəsad törədən, sülhü və dincliyi pozmağa cəhd edən hər cür güc və ideologiya ilə elmi və fikri bir mübarizə aparmalıdır. Çünki sülh və təhlükəsizlik Allahın insanlara olan bir əmridir. Allah Quranda belə buyurur:

Ey iman gətirənlər! İslamı bütövlüklə qəbul edin və şeytanın addım izləri ilə getməyin. Şübhəsiz ki, o sizə açıq-aydın düşməndir. (Bəqərə surəsi, 208)

İnsanlık Tarihinin En Büyük Felaketi

Faşist ideolojinin neden olduğu II. Dünya Savaşı, insanlık tarihinin en büyük felaketi oldu ve ardında 55 milyon ölü bıraktı.

20. yüzyıla dek savaşlar hemen her zaman bir "cephe savaşı" olmuş, sadece cephedeki ordular arasında geçmişti. Oysa II. Dünya Savaşı'nda Naziler kasıtlı olarak sivilleri bombaladılar, katlettiler, toplama kamplarında ölüme sürüklediler. Nazi toplama kamplarındaki ve gettolarındaki sivillerin korkunç görüntüleri, Nazi vahşetinin sadece bir kaç örneğiydi.

Bu vahşet, bir savaş stratejisinden öte, bir ideolojiye dayanıyordu. Yeryüzündeki ırklar arasında kanlı bir "yaşam mücadelesi" bulunduğunu ve bunun "doğanın kuralı" olduğunu iddia eden barbar bir ideolojiydi bu. Kökeninde ise, putperest bir kültür ve Darwinist bir sözde "bilim" yatıyordu.

Nazilerin Lonra bombardımanı
Nazi vahşeti

Illustrated London News dergisinin kapağında yer alan "Nazilerin Londra bombardımanı" görüntüsü.

Nazi vahşeti
 

 

1 / total 10
"Harun Yəhyanın Darvinizmin Qanlı ideologiyası: Faşizm kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top