< <
1 / total: 7

Ön Söz: Yanlış Bilinən İslam Anlayışı

Kuran okuyan kız

"Ya mənim dinimə qayıt, ya da öl!", məhz bu fanatiklərin şüarlarından biridir. Fanatizmdə demokratiya, fikir azadlığı, sevgi, hörmət, şəfqət, dostluq, fədakarlıq kimi anlayışlar yoxdur. Bəzi insanlar fanatiklik və radikalizmi haqq dinlə qarışdırırlar. Halbuki fanatizmin özü bir dindir. Hər ideologiyaya sahib insanlar arasında fanatizm dininin nümayəndələri var. İslamda, yəhudilikdə, xristianlıqda olduğu kimi, marksizmdə, faşizmdə, ateizmdə də fanatiklər çoxdur. Hamısı birlikdə eyni batil dini müdafiə edərlər: "Sənin fikrini qəbul edə bilmərəm! Ya mənimkini qəbul et, ya da yox ol!"

Bu dözülməz və azğın din, xüsusilə son dövrlərdə, əksərən İslam dini kimi qəbul olunmağa başlandı. Bəzi mərkəzlər fanatizm dinini İslam adlandırdılar. Fanatizm dininə olan qorxularını İslama aid etdilər. Belə ki, İbrahimi bir dinin adı, "qorxu" sözüylə birgə çəkildi. Bütün dünyada islamofobiyadan danışdılar. İnsanlar qorxularının səbəbinin İslam dini deyil, fanatizm olduğunu bilmədilər. Mövhumatçıların yaratdığı mövhumatçı dinin İslam adı altında ortaya çıxdığını görmədilər. Çünki heç kim onlara bu dinin İslam olmadığını izah etmədi. Həqiqi İslamın bu mövhumatçı, ürküdücü, sevgisiz və nifrət dolu dinlə heç bir əlaqəsinin olmadığını, nə İslam adına ortaya çıxan radikallar, nə də bu radikallardan çəkinən islamofobiyaçılar göstərdi. İslam radikalları bütün dünyaya, amma ən çox da müsəlmanlara zərər verməyə başladılar.

islamofobi

İslamofobyanın temel sebeplerinden biri radikalizmdir. Radikalizmi İslam zannedenler, İslam'a cephe alarak aslında en büyük hatayı yaparlar ve radikalizmin yegane çözümüyle mücadele içine girmiş olurlar.

“İslamda reform” anlayışı da buna görə ortaya atıldı. Guya bir vəhşi, bir də İslamda reform modeli varmış kimi, radikalların vəhşiliklərinə müqavimət göstərən müsəlmanlar, reformist müsəlman olaraq adlanmağa başlandı. İslam əleyhdarı qüvvələr reformistləri alqışladılar, lakin radikallar qarşısında gücsüz olduqlarını gördülər. Bir vəhşilik dininin, bir sıra sülhsevər insanlar tərəfindən yumşaldılmağa çalışıldığını güman etdilər (İslamı tənzih edirik). Hətta bunu İslamda aparılan bir islahat, reformistləri isə islahatçı adlandırdılar. Lakin bunun bir islahat deyil, əsl İslam dini olduğunu göstərə bilən olmadı. İslamafobiyaçılar “islahatçı”ları alqışlasalar da, onların, radikalların zorakılıqdan qaynaqlanan saxta gücü və onların İslam dinini təmsil etdiyi şəklindəki inancları daha əsas rol oynadı.

Sülhsevər müsəlmanlar İslam dinini, asanlaşdırmağa, onda islahatlar aparmağa və ya yumşaltmağa çalışmırlar. Sülh tərəfdarı müsəlmanlar olaraq əsas məqsədimiz, uzun illərdir ki, İslam adı altında dünyaya yayılan bir yalanı yox etməkdir. İllərdir ki, İslam adı altında təmsil edilən radikalizmi, fanatikliyi və İslam ilə əlaqəsi olmayan o mövhumat dinini yox etməyə çalışmaq, Qurandan dəlillər gətirməklə İslamın əslini göstərməkdir. İndiyə qədər fanatiklər tərəfindən İslama atılmış ən böyük böhtana son qoymaqdır.

Bu kitabda radikalizmə qarşı tənqidləriylə ön plana çıxan bəzi qərbli islamofobiyaçıların iddialarına və fanatiklərin qorxunc məntiqlərinə cavablar verilir. İslama aid edilməyə çalışılan saxta mövhumatçı dinin müxtəlif mənbələrində verilən iddialarının əsassızlığı Qurandan misallar gətirilərək izah olunur. Xüsusilə bu iddiaya istiqamətli bir fəaliyyət yürüdülməsinin səbəbi, İslama yönəldilən bütün tənqidlərin eyni xüsusiyyət daşıması və radikalizm dininin İslam hesab edilməsindən qaynaqlanır. Əsas məqsədimiz İslama atılan əsassız böhtanların və İslam dini haqqında yanlış məlumatların Qurandan dəlillər gətirilməklə izah olunması və bu yanlışlığın aradan qaldırılmasıdır.

Fanatiklərin problemi, dinlərini mövhumatlardan öyrənmələridir. Necə ki, fanatiklərin batil dinlərini tənqid edənlər də, bəzi hallarda onlar qədər radikal olub, mövhumatlarının doğru olduğunu, onların zənn etdiyi qədər zənn edə bilirlər. ümayiş etdirir və mövhumatları din adı altında müdafiə edirlər. Biz Qurandan dəlil gətirdikcə, onlar da fanatiklərin mövhumatlaarından dəlil gətirməyə çalışarlar. Ən böyük səhvə də məhz burada yol verərlər. Əgər həqiqi İslamı tanımaq və fanatizmə çıxış yolu tapmaq istəyirlərsə, burada izah olunan həqiqi dini eşitməyə çalışmalıdırlar. Əgər bunu etməsələr, radikalizm böyük bir bəla kimi dünyanı cənginə almağa davam edəcək.

terörizm

Bağnazların sorunu, dinlerini hurafelerden öğrenmeleridir. Kaynak hurafeler olunca din adına terörizm kolaylıkla yaygınlaşır. Buna karşı tek çözüm Kuran'daki asıl dindir.

 

1 / total 7
"Harun Yəhyanın Qaranlıq Təhlükə: Mövhumatçılıq kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top