Dinimizi Öyrənək

KİTABI ENDİRİN

Download (DOC)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
1 / total: 8

Giriş

Əziz uşaqlar, bu kitabda sizə çox əhəmiyyətli mövzular barədə danışmaq istəyirik. Amma həqiqətən də üzərində düşünməyinizi və anlamağınızı istədiyimiz çox əhəmiyyətli mövzular...

Hamınız məktəbdə əvvəlcə oxuyub-yazmağı, sonra da rəqəmləri və riyaziyyatı öyrənirsiniz. Bəs sizə; "məktəbə niyə gedirsiniz və bunları niyə öyrənirsiniz" sualını versək, nə deyərsiniz?

Əlbəttə ki, əksəriyyətiniz; "böyüdükdə peşə sahibi olmaq istədiyim üçün məktəbə gedirəm və bunları öyrənirəm" deyərsiniz. Hamınız bir gün böyüyəcəyinizdən əminsiniz. Əslində, bu çox doğru fikirdir. Həqiqətən də siz indi necə ki, böyüklərinizə xala, əmi, baba deyirsinizsə, bir gün sizə də xala, əmi, baba deyə səslənəcəklər. Yəni siz də bir gün böyüyəcəksiniz.

Əlbəttə ki, insanlar müəyyən yaşa qədər böyüyüb, sonra daim o yaşda qalmazlar. Hər insan yavaş-yavaş yaşlanar və vaxtı gəldikdə bu dünyadan ayrılaraq axirətdəki həyatını yaşamağa başlayar. Bütün bunları siz də yaşayacaqsınız. Siz də uşaqlar aləmindən gənclər aləminə, gənclər aləmindən isə xalalar və əmilər aləminə keçəcəksiniz və bir gün nənələrinizin, babalarınızın yaşına çatacaqsınız. Əlbəttə ki, ən sonda axirətdəki həyatınıza başlayacaqsınız.

Yaxşı, indi bir düşünün! Böyüyəcəyiniz zamanlar üçün məktəbə gedirsiniz və yeni məlumatlar öyrənirsiniz. Doğrudur bunlar çox gözəl şeylərdir. Lakin, bu edəcəkləriniz yalnız dünya həyatınız üçün lazımdır. Bəs axirət həyatınız üçün nələr etməlisiniz? Onun üçün də hazırlıq görməlisiniz, bunu heç düşünmüşdünüz mü?

Böyüdüyünüz zaman rahat yaşamaq üçün peşə sahibi olmaq, peşə sahibi olmaq üçün də məktəbə getmək məcburiyyətindəsiniz. Eynilə axirətdə xoşbəxt həyat yaşamaq üçün də müəyyən şeylər etməlisiniz. İlk növbədə elə bu dəqiqə sizi və bütün insanları yaradan Uca Allahı tanımağa və Rəbbimiz olan Allahın nələr etməyinizi və necə davranmağınızı istədiyini öyrənməyə başlamalısınız.

Məhz, bu kitabda sizə, sizi, ananızı, atanızı, dostlarınızı, bütün insanları, bütün heyvanları, bütün canlıları, dünyanı, Günəşi, Ayı, bütün kainatı yaradan Allahın gücünü izah edəcəyik. Onun böyüklüyündən, sonsuz elmindən, etməyimizi və etməməyimizi istədiyi şeylərdən danışacağıq. Unutmayın ki, bu məlumatlar sizin üçün çox əhəmiyyətlidir və sizə çox şey qazandıracaq!

 

1 / total 8
"Harun Yəhyanın Dinimizi Öyrənək kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com