< <
3 / total: 36

Kökü Sevən Dovşanlar!

Evlərimizdə bəslədiyimiz, o dümağ tüklərini tumarladığımız və kök çeynəmələrini seyr etməkdən böyük zövq aldığımız dovşanlar haqqında da yeni məlumatlar öyrənməyə nə deyərsiniz? Baxaq görək bu sevimli heyvanların həm bilmədiyimiz, həm də maraqlı nə xüsusiyyətləri varmış:

Bir dovşanın yanına yaxınlaşmağa çalışsanız nə qədər sürətli qaçdığının fərqinə vararsınız. Bu sevimli heyvanların başlarını əyib ot yeyərkən belə o uzun qulaqlarıyla düşmənlərini çox rahat hiss edə bildiklərini bilirdinizmi? Elə bu iti eşitmə qabiliyyətlərindən ötrü özünüzü sezdirmədən onlara yaxınlaşmağınız çox çətindir. Ən kiçik bir səsi və ya tərpənişi hiss edib, var gücləriylə qaçarlar.

Tavşan

Dovşanlar böyüdüklərində 50-70 sm arasında bir boya çatarlar. Arxa ayaqları qabaq ayaqlarından daha uzun və güclüdür. Bu xüsusiyyətləri sayəsində saatda 60-70 km sürətlə qaça bilər və bir dəfədə 6 metr irəliyə sıçraya bilərlər. Bir dovşan şəhər içində gedən bir avtomobildən daha sürətli qaça bilər.

Bütün dovşanlar yaradılışdan bu xüsusiyyətlərə sahib olaraq doğularlar. Allah onları sürətli qaçışçılar olaraq yaradaraq, düşmənlərindən asanca qaça bilmələrini təmin etmişdir.

Sizcə bir dovşana "ən çox nə yeməyi sevərsən?" deyə soruşsaq bizə nə cavab verər? Bəli, haqlısınız "kök" deyər (kökün gözlərimizə nə qədər xeyirli olduğunu da unutmayaq). Yaxşı, dovşanların yeraltında qazdıqları yuvalarda yaşadıqlarını, köklərin də tam onların yerin altındakı həyatlarına uyğun şəkildə yerin altına doğru böyüdüklərini bilirdinizmi? Bəli, sizin də bu sualdan anladığınız kimi köklər dovşanların qidalanma ehtiyaclarını qarşılamalarına ən uyğun şəkildə yaradılmışlar.

Allah bizlər üçün də hər şeyi istifadə etməyimizə ən uyğun şəkildə yaratmışdır. Qış aylarında böyüklərinizin sizə tez-tez yedirtdiyi portağalı düşünün. Əgər qabığından dilimlənmiş bir şəkildə çıxmasaydı, o sulu halıyla onu yeməyimiz çox çətin olardı. Halbuki, ətrafınızda gördüyünüz hər şeyi yaradan Allah qış aylarında içindəki C vitamini sayəsində bizi xəstəliklərdən qoruyan bu ləzzətli meyvəni xüsusi olaraq dilimlənmiş və qablaşdırılmış olaraq yaratmışdır.

Təkrar dovşana dönək! Dovşan özünə çox sevimli bir görünüş verən və davamlı uzanan ön dişləri sayəsində kökləri asanlıqla gəmirə bilər.

Tavşan

Allah canlılara yemək-içmək ehtiyaclarından başqa həyatlarını asanlaşdıracaq, başqa, bir çox xüsusiyyət vermişdir. Yer üzündə fərqli xüsusiyyətlərə sahib növbənöv dovşanlar var. Məsələn, soyuq bölgələrdə yaşayan dovşanlar ümumiyyətlə ağ rənglidir. Bu onların qar üstündə sezilməmələri və asanlıqla gizlənmələri üçün verilən əhəmiyyətli bir xüsusiyyətdir. Bundan əlavə digərlərinə görə daha böyük olan çöl dovşanların ayaqları və qulaqları daha uzundur. Çöllərdə yaşayan Amerikan dovşanının isə iri qulaqları var. Bu qulaqlar dovşanın sərinləməsinə kömək edər.

Heyvanların çoxu təbiətdə özləri üçün təyin etdikləri bölgələrdə həyatlarını davam etdirərlər. Bunu insanların özlərinə və ailələrinə məxsus evlərdə yaşamalarına bənzədə bilərik. Heyvanlar və heyvan sürüləri, ümumiyyətlə, digərlərinin yaşadıqları bölgələrə girməməyə diqqət göstərərlər. Heyvanlar öz yaşayış bölgələrini təyin etmək üçün "qoxu ifrazetmə " üsulundan istifadə edərlər. Məsələn, ceyranlar öz bölgələrini təyin etmək üçün uzun nazik budaqlara və otlara dərhal gözlərinin altındakı vəzilərdən ifraz olunan və qətran iyi verən bir maddə buraxarlar. Bu qoxu digər ceyranların bölgənin bir sahibi olduğundan xəbərdar olmalarını təmin edər. Şimal marallarının isə, arxa ayaqlarının ucunda qoxu vəziləri var. Bu vəzilərdən ifraz olunan qoxu bölgələrini işarələmələrinə köməkçi olar. Dovşanlar da çənələrindəki vəziləri ilə bir qoxu buraxaraq bölgələrini işarələyərlər.

Gördüyünüz kimi Allah heyvanları çox maraqlı və əhəmiyyətli xüsusiyyətlərlə yaratmışdır. Bütün bunları öyrəndiyimizdə isə Allahın qüsursuz yarartmasına heyran oluruq. Allahın hamımızın yaradıcısı olduğunu bilər və Rəbbimizə həmişə şükür edərik. Unutmayın uşaqlar! Allah Quranda insanlara həmişə nemətləri düşünüb şükür etmələrini əmr etmişdir.

Tavşan

Ali-İmran (İmran ailəsi) surəsindəki bir ayədə şükür edənləri mükafatlandıracağını Allah bizə belə bildirmişdir:

… Biz şükür edənləri mütləq mükafatlandıracağıq. (Ali-İmran surəsi, 145)

Uşaqlar! Onda siz də həmişə gördüyünüz nemətlər və gözəlliklər üçün Allaha şükür etməyi əsla unutmayın.

ler için Allah'a şükretmeyi sakın unutmayın.

 

 

3 / total 36
"Harun Yəhyanın Heyvanlar Aləmi kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.com adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com